Hüquq məsələləri şöbəsi

Rəhbərlik

Teymur Şəkərəliyev
Teymur Şəkərəliyev

Hüquq Məsələləri Şöbəsinin müdiri

Hüquq Məsələləri Şöbəsinin əsas fəaliyyət istiqamətləri

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq Məsələləri Şöbəsi aşağıdakı əsas istiqamətlər üzrə fəaliyyət göstərir:
  1. Nazirliyin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının, təşkilati-sərəncamverici və digər normativ sənədlərin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək;
  2. Nazirliyə daxil olan və Nazirliyin strukturları tərəfindən hazırlanmış normativ hüquqi aktların və digər qanunvericilik sənədlərinin, beynəlxalq müqavilələrin, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hüquqi ekspertizasını həyata keçirmək;
  3. zərurət yarandıqda Nazirliyin fəaliyyəti ilə bağlı mülki, idarələrarası və s. xarakterli müqavilələrin hazırlanmasında iştirak etmək, belə müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
  4. Nazirlikdə qanunvericilik bazasını formalaşdırmaq, mütəmadi olaraq təkmilləşdirilməsini və yenilənməsini təmin etmək, normativ hüquqi təminat işinin aparılmasına metodiki və əməli rəhbərliyi həyata keçirmək;
  5. Azərbaycan Respublikasının məhkəmələrində Nazirliyin qanuni mənafelərini müdafiə etmək, məhkəmə baxışları ilə əlaqədar prosessual sənədlərin (iddia ərizələrinin, iddia ərizələrinə dair etirazların, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin və s.) hazırlanmasını təmin etmək;
  6. dövlət, məhkəmə, yerli özünüidarəetmə orqanları, müəssisə və təşkilatlar, beynəlxalq və qeyri hökumət təşkilatları, hüquqi və fiziki şəxslər tərəfindən Nazirliyə ünvanlanmış və icrası şöbəyə tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada baxılmasını və müvafiq tədbirlərin görülməsini təmin etmək;
  7. müvafiq qanunvericilik aktlarında və dövlət proqramlarında Nazirliyə həvalə edilmiş tədbirlərin, habelə təşkilati-sərəncamverici sənədlərdə nəzərdə tutulmuş tədbirlərin (tapşırıqların) həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək, bununla bağlı koordinasiya işlərini təşkil etmək;
  8. Nazirliyin strukturlarına fəaliyyəti prosesində, habelə fəaliyyət istiqamətləri üzrə hüquqi yardım göstərmək, arayışlar, rəylər və qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində hüquqi məsləhətlər vermək;
  9. qurumlar tərəfindən aşkar olunmuş inzibati xətalar və cinayət əməlləri üzrə araşdırmalar aparılmasını təşkil etmək və bu barədə məlumatların ümumiləşdirilməsini təmin etmək;
  10. vətəndaşların və sahibkarların hüquqlarının pozulduğu hallarda qanunvericiliyə uyğun tədbirlər görülməsini təşkil etmək, onların hüquq və qanuni mənafelərinin gözlənilməsi üçün tədbirlər görülməsinə nəzarəti həyata keçirmək;
  11. Nazirliyin strukturları tərəfindən hazırlanmış normativ sənədlərin qanunvericiliyə uyğunluğuna dair rəylər vermək;
  12. fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək;
  13. şöbənin iş planını, fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlamaq;
  14. şöbənin əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək.