Ekoloji siyasət şöbəsi
Rəhbərlik

Ekoloji Siyasət Şöbəsinin müdiri
Ümumi məlumat
14 aprel 1959-cu il təvəllüdlüdür. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. 1980-1990-cı illərdə AMEA-nın Aşqarlar Kimyası İnstitutunda mühəndis, böyük mühəndis və kiçik elmi işçi; 1990-1992-ci illərdə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsində müfəttiş; 1992-1996-cı illərdə Xarici İqtisadi Əlaqələr Nazirliyinin “Azərbxariciticarət” Birliyində baş ekspert, menecer, firma direktorunun müavini və firma direktoru; 1997-2001-ci illərdə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsində aparıcı müfəttiş, baş müfəttiş, şöbə rəisi; 2001-2019-cu illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində aparıcı mütəxəssis, bölmə müdiri, sektor müdiri, şöbə müdiri vəzifəsində işləyib. 28.02.2019-cu il tarixdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət Şöbəsinin müdiri vəzifəsində işləyir.
Ailəlidir, 1 övladı var.