ELANLAR

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi aşağıdakı vəzifələrin tutulması üçün daxili müsahibə ELAN EDİR

00 0000, 00:00

-       Beynəlxalq əməkdaşlıq şöbəsi, Beynəlxalq təşkilatlar və layihələr sektoru, sektor müdiri;

-       Beynəlxalq əməkdaşlıq şöbəsi, Beynəlxalq təşkilatlar və layihələr sektoru, aparıcı məsləhətçi;

-       Beynəlxalq əməkdaşlıq şöbəsi, Beynəlxalq müqavilələr və konvensiyalarla iş sektoru, sektor müdiri;

-       Ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsi, şöbə müdiri;

-       Ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsi, Layihələrin koordinasiyası sektoru, məsləhətçi;

-       İnsan resurslarının idarə edilməsi şöbəsi, Karyera planlama, təlim və inkişaf sektoru, sektor müdiri;

-       İnsan resurslarının idarə edilməsi şöbəsi, Karyera planlama, təlim və inkişaf sektoru, aparıcı məsləhətçi;

-       İnsan resurslarının idarə edilməsi şöbəsi, Karyera planlama, təlim və inkişaf sektoru, məsləhətçi;

-       İnsan resurslarının idarə edilməsi şöbəsi, Elektron xidmətlər və informasiya texnologiyaları sektoru, sektor müdiri;

-       İnsan resurslarının idarə edilməsi şöbəsi, Elektron xidmətlər və informasiya texnologiyaları sektoru, aparıcı məsləhətçi;

-       Hüquq məsələləri şöbəsi, Qanunvericilik və hüquq ekspertizası sektoru, məsləhətçi;

-       Ümumi şöbə, Sənədlərlə iş sektoru, məsləhətçi;

-       Audit şöbəsi, Maliyyə və təsərrüfat fəaliyyətinin təhlili sektoru, sektor müdiri;

-       Audit şöbəsi, Maliyyə və təsərrüfat fəaliyyətinin təhlili sektoru, baş məsləhətçi;

-       Audit şöbəsi, Maliyyə və təsərrüfat fəaliyyətinin təhlili sektoru, aparıcı məsləhətçi;

-       Audit şöbəsi, Daxili nəzarət sektoru, sektor müdiri;

-       Audit şöbəsi, Daxili nəzarət sektoru, baş məsləhətçi;

-       Xüsusi şöbə, şöbə müdiri;

-       Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsi, Mətbuatla iş sektoru, aparıcı məsləhətçi;

-       Texniki təminat və təsərrüfat işlərinin təşkili şöbəsi, şöbə müdiri;

-       Texniki təminat və təsərrüfat işlərinin təşkili şöbəsi, Təmir-tikinti sektoru, baş məsləhətçi;

-       11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Mühasibatlıq sektoru, sektor müdiri-baş mühasib.

Müsahibədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilər.

Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

- ərizə;

- şəxsiyyət vəsiqəsinin surəti;

- əmək kitabçasının surəti;

- ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında diplomun surəti ilə birlikdə);

- kadr uçotunun şəxsi vərəqəsi (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir);

- bir ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (4x6);

- son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış. 

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 27 may 2019-cu il tarixdən 10 iyun 2019-cu il tarixədək saat 1800-dək aparılacaq. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 0900-dan 1300-dək və 1400-dan 1800-dək), yaxud poçt vasitəsi ilə təqdim edilə bilər.

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları iştirak edə bilərlər.

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İnsan resurslarının idarəedilməsi şöbəsinə müraciət edilə bilər.

Telefon: 012-538 84 89