ELANLAR

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Geodeziya və Kartoqrafiya” MMC AÇIQ TENDERƏ DƏVƏT EDİR

00 0000, 00:00

Tender 1 (bir) lot üzrə keçirilir:
Lot-1. “DRON” tipli pilotsuz uçuş aparatlarının və aeroçəkiliş məlumatlarının emalı üçün yerüstü geodeziya kompleksinin alınması.
Lot üzrə satın alınacaq mallar (işlər və xidmətlər) barədə ətraflı məlumat (miqdarı, həcmi, xüsusiyyətləri, təqdim olunması vaxtı və yeri və s.) tenderin əsas şərtlər toplusunda göstərilmişdir.
İddiaçılara təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlı zərfdə yazılı surətdə təqdim etsinlər.
İddiaçılar öz tender təkliflərini bütün zəruri vergi və rüsumları nəzərə almaqla hesablamalıdırlar. Tender təkliflərində iddiaçılar tender predmetini səciyyələndirən bütün parametrləri, o cümlədən işin icrasının texniki cəhətlərini, icra müddətini, dəyərini göstərməlidir. Tender təklifləri bal sistemi üsulu ilə qiymətləndiriləcəkdir. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: yüksək keyfiyyət, aşağı qiymət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübə, maliyyə vəziyyəti, qrafikə uyğun malların (işlərin və xidmətlərin) təhvil verilməsi.
Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət edilə bilər. Əlaqələndirici şəxs: Rəsulov Fuad Rafiq oğlu. Tel.: (+99412) 562 88 35, fax: (+994 12) 562 27 88, e-mail:fuadrasulov168@gmail.com ünvan: Bakı şəhəri, Atatürk prospekti, 224.
Tenderin əsas şərtlər toplusu azərbaycan dilində tərtib olunmuşdur. Tenderin əsas şərtlər toplusunu almaq istəyənlər lot üzrə 300 manat iştirak haqqı köçürdükdən sonra yuxarıda göstərilən ünvandan ala bilərlər.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Kapitalbank ASC Gənclik filialı
Filialın kodu: 200189
VÖEN: 9900003611
Swift kod: AİİBAZ2X
Müxbir hesab: AZ37NABZ01350100000000001944
Benefisiarin adı: Geodeziya və Kartoqrafiya MMC
Benefisiarın hesabı: AZ71AİİB38060019440427485118
VÖEN: 1005803791
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün 31 may 2019-cu il saat 17:00 tarixə qədər aşağıdakı sənədləri (tender təklifi və təklifin 1% bank zəmanəti istisna olmaqla) təqdim etməlidirlər.
-Tenderdə iştirak etmək üçün yazılı müraciət;
-İştirak haqqının ödənilməsi barədə bank sənədi;
-Analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları haqqında rəsmi məlumat;
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından və DSMF-dən arayış;
-İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
-İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
İddiaçılar tender təklifi (təklif zərfləri açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır) və ümumi təklifin 1%-i həcmində tender təklifinin təminatını - bank zəmanətini (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır) - 11 iyun 2019-cu il saat 17:00-a qədər iki nüsxədən ibarət (əsli və surəti) ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə Bakı şəhəri, Atatürk prospekti, 224 ünvanında yerləşən tender komissiyasına təqdim etməlidirlər.
İddiaçıların tender təklifləri Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklif zərfləri Bakı şəhəri, Atatürk prospekti, 224 ünvanında yerləşən “Geodeziya və Kartoqrafiya” MMC-də 12 iyun 2019-cu il tarixdə saat 15:00-da açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndəsi etibarnamə əsasında tenderdə iştirak edə bilər.