ELANLAR

Ovçuluğun minimum üzrə növbəti sınağı keçiriləcək

00 0000, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ovçuluğun minimum üzrə sınağı Komissiyası” tərəfindən 7 dekabr 2018-ci il tarixində saat 15:00-da ovçuluq biletinin alınması məqsədilə növbəti sınaq imtahanı keçiriləcək.
Qeydiyyatdan keçmiş şəxslər sınağa şəxsiyyət vəsiqəsi ilə buraxılacaq.
Ovçuluğun minimum üzrə sınağı Bakı şəhəri, Heydər Əliyev prospekti 10 ünvanında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Normativ və Texniki Normativ Hüquqi Aktlar üzrə Elmi Tətbiqi Mərkəzində keçiriləcək.

 
       Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və
           Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarəti Xidməti