Elanlar

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya üzvlüyə namizədlərə, seçicilərə dair tələblər və onların qeydiyyatı barədə elan

01 Noyabr 2021

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa  əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya üzvlüyə namizədlərə, seçicilərə dair tələblər və onların qeydiyyatı qaydası:

1. Namizədlərə dair tələblər:

- İctimai Şurada üzvlüyə yüksək mənəvi və əxlaqi keyfiyyətlərə, ekologiya və təbii sərvətlərin mühafizəsi sahəsində təcrübəyə və biliyə malik Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir fəaliyyət qabilliyyətli vətəndaşının namizədliyi irəli sürülə bilər;
- hər bir vətəndaş cəmiyyəti institutu İctimai Şurada üzvlüyə yalnız bir namizəd irəli sürə bilər.
 
Namizədlərin qeydiyyatı:

Namizədin qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

- İctimai Şurada üzvlüyə namizədliyin irəli sürülməsi barədə müraciət (telefon və elektron poçt ünvanı göstərilməklə);
- namizədin şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti;
- namizədin tərcümeyi-halı;
- namizəd vətəndaş cəmiyyəti institutunun üzvü olduqda, həmin üzvlüyü təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti.

Müraciətə namizəd barədə geniş məlumat verən digər sənədlər də əlavə edilə bilər.

2. Seçicilərədair tələblər:

- İctimai Şuraya seçkidə seçici qismində yalnız vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak edə bilərlər;
- İctimai Şuraya seçkidə seçici qismində iştirak etməsi üçün hər bir vətəndaş cəmiyyəti institutu yalnız bir təmsilçisinin namizədliyini irəli sürə bilər;
- Seçki komissiyasının üzvləri İctimai Şuraya seçkidə seçici qismində çıxış edə bilməzlər.

3. Sənədlərin qəbulu və baxılması

Namizədlərin və seçicilərin qeydiyyatı məsələsinə Azərbaycan Respublikası Ekologiya və təbii sərvətlər nazirinin əmri ilə yaradılmış Seçki komissiyası tərəfindən baxılır.

Qeydiyyat üçün sənədlər elektron qaydada təqdim edilə bilər.

Sənədlər public@eco.gov.az poçt ünvanına göndərilməlidir.

Qeydiyyat üçün sənədlər 1 noyabr 2021-ci il tarixindən etibarən qəbul edilir. Sənədlərin qəbulu müddəti 30 noyabr 2021-ci il tarixində başa çatacaq.