ELANLAR

“from Start to Smart” layihəsinə start verilib

07 Aprel 2021

Yeni start götürən “from Start to Smart” layihəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin tərəfdaşlığı, New World proqramı və Coca-Cola Fondunun maliyyə dəstəyi ilə icra olunacaq.

Bəs nədir “from Start to Smart”
“from Start to Smart” - 9 aylıq müddəti əhatə edən sahibkarlığın, startapların inkişafına yönələn və mövcud su problemlərin innovativ həllinə istiqamətlənən 4 mərhələli bir layihədir. #İdeyaGenerasiyası, #Preinkubasiya, #İnkubasiya və #Final mərhələlərindən ibarət layihə müddətində ideyaların yaradılması, həmin ideyalar əsasında prototipin ərsəyə gəlməsi və sonda investisiya əldə etmək imkanları sizi gözləyir.

Sahibkarlıq və startaplar haqda məlumatlılığın və fəaliyyətin artırılması, Azərbaycanda su ehtiyatlarının düzgün idarə olunmasının vacibliyinin çatdırılması, regionlarda mövcud su problemlərinə innovativ həll yollarının tapılması və yeni iş imkanlarının yaradılması layihənin istiqamətlərini təşkil edir.

Əgər bu məqsədlərdən birinə öz töhfəni verə biləcəyini düşünürsənsə və özünü #başdansona doğru bu layihənin daha doğrusu, macəranın bir hissəsi olaraq görürsənsə, elə indi gəl qeydiyyatdan keç

Qeydiyyat linki: https://starttosmart.youthinc.az/
Son müraciət tarixi: 26 aprel 2021-ci il, saat 23:59