ELANLAR

Ekologiya və Təbii Sərvətlər Nazirliyi aşağıdakı vəzifələrin tutulması üçün daxili müsahibə elan edir

15 Dekabr 2020

  • Ekoloji siyasət şöbəsi, Ekoloji risklərin təhlili və qiymətləndirilməsi sektoru, baş məsləhətçi
  • Ekoloji siyasət şöbəsi, Təbiəti mühafizə siyasəti sektoru, sektor müdiri
  • Ekoloji siyasət şöbəsi, Təbiəti mühafizə siyasəti sektoru, aparıcı məsləhətçi
  • Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsi, Ekoloji maarifləndirmə sektoru, baş məsləhətçi
  • Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsi, Mətbuatla iş sektoru (mətbuat katibliyi), baş məsləhətçi
  • Su ehtiyatlarının idarə edilməsi şöbəsi, Su ehtiyatlarından istifadənin tənzimlənməsi sektoru, baş məsləhətçi
  • Su ehtiyatlarının idarə edilməsi şöbəsi, Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi sektoru, sektor müdiri
  • Su ehtiyatlarının idarə edilməsi şöbəsi, Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi sektoru, aparıcı məsləhətçi
  • Ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsi, şöbə müdiri
  • Ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsi, Ətraf mühitin tənzimlənməsi və təbii sərvətlərdən istifadənin təşkili sektoru, baş məsləhətçi
  • Ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsi, Xidmət sahələrinin idarə olunması sektoru, aparıcı məsləhətçi (2 ştat vahidi)
  • Ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsi, Xidmət sahələrinin idarə olunması sektoru, məsləhətçi
  • Texniki təminat və təsərrüfat işlərinin təşkili şöbəsi, Texniki təminat sektoru, aparıcı məsləhətçi
  • İnsan resurslarının idarə edilməsi şöbəsi, Dövlət qulluğu və kadr işinin təşkili sektoru, məsləhətçi (2 ştat vahidi)
  • İnsan resurslarının idarə edilməsi şöbəsi, Elektron xidmətlər və informasiya texnologiyaları sektoru, sektor müdiri
  • Hüquq məsələləri şöbəsi, Hüquqpozmaların araşdırılması sektoru, baş məsləhətçi
  • Hüquq məsələləri şöbəsi, Qanunvericilik və hüquq ekspertizası sektoru, baş məsləhətçi
  • Maliyyə və iqtisadiyyat şöbəsi, İqtisadi təhlil, proqnoz və maliyyələşdirmə sektoru, sektor müdiri
  • Maliyyə və iqtisadiyyat şöbəsi, İqtisadi təhlil, proqnoz və maliyyələşdirmə sektoru, baş məsləhətçi
  • Maliyyə və iqtisadiyyat şöbəsi, Mühasibatlıq və əsas vəsaitlərin uçotu sektoru, baş məsləhətçi
  • Xüsusi şöbə, baş məsləhətçi
  • 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Rəhbərlik, rəis
  • 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Rəhbərlik, rəis,
  • 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Rəhbərlik, rəis müavini
  • 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Rəhbərlik, rəis müavini
  • 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Rəhbərlik, rəis
  • 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Rəhbərlik, rəis müavini
  • 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Rəhbərlik, rəis
  • 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Rəhbərlik, rəis müavini
  • 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Rəhbərlik, rəis müavini
  • 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Rəhbərlik, rəis müavini
  • 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Rəhbərlik, rəis müavini
  • 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Rəhbərlik, rəis
  • 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Rəhbərlik, sektor müdiri-baş mühasib
Müsahibədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində inzibati vəzifədə qulluq keçən və müvafiq ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilər.

Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

- ərizə;
- kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir);

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 15 dekabr 2020-ci il tarixdən 29 dekabr 2020-ci il tarixdə saat 1830-dək aparılacaq. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 0930-dan 1300-dək və 1400-dan 1830-dək), yaxud poçt vasitəsi ilə təqdim edilə bilər.

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları iştirak edə bilərlər.

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İnsan resurslarının idarə edilməsi şöbəsinə müraciət edilə bilər.

Telefon: 012 538 84 89