ELANLAR

Yaşıl İqlim Fondunun (GCF) maliyyəsinə birbaşa çıxışı olacaq potensial Milli qurumların müəyyənləşdirilməsinə başlanılıb

28 Aprel 2020

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin dəstəyi ilə Yaşıl İqlim Fondunun (GCF) maliyyəsinə birbaşa çıxışı olacaq potensial Milli qurumların müəyyənləşdirilməsinə başlanılıb.
GCF-in akkreditasiya prosesində iştirak etmək istəyən, mülkiyyət və təşkilati formasından asılı olmayaraq istənilən təşkilat tərəfindən GCF-in maliyyəsinə birbaşa çıxışı olacaq potensial milli qurumların qiymətləndirilməsi sorğusu (ACC-02) və “İqlim dəyişmələri üzrə layihə portfeli (ACC-03) cavablandırılaraq cari ilin 15 iyun tarixindən gec olmayaraq FAO-AZ@fao.org e-poçt ünvanına göndərilməlidir. Qeyd edilən tarixdən gec və ya natamam göndərilmiş sənədlər nəzərə alınmayacaqdır.
GCF akkreditasiyasına dair ətraflı məlumat “GCF akkreditasiya prosesinə dair təlimat (ACC-01) kitabçasından əldə edilə bilər. Anketlərin cavablandırılmasından öncə sözügedən təlimatla tanış olmaq, həmçinin cari ilin 29 aprel tarixində “İqlim maliyyəsinə birbaşa çıxışın dəstəklənməsi” mövzusunda keçiriləcək texniki vebinarda iştirak etmək tövsiyə edilir.

Əlavə məlumat almaq üçün aşağıda qeyd edilən nümayəndələrlə əlaqə saxlanıla bilər:
ETSN nümayəndəsi- Yaşar Kərimov, tel: (055) 4553544, e-poçt: yashar.karimov@eco.gov.az
FAO nümayəndəsi- Bariz Mehdiyev, tel: (050) 2241167, e-poçt: bariz.mehdiyev@fao.org