ELANLAR

ELAN

16 Yanvar 2020

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2019-cu il tarixli 870 s nömrəli Sərəncamı ilə 2020-ci ildə Azərbaycan Respublikasının balıqçılıq su obyektlərində sənaye, elmi tədqiqat və nəzarət, təhsil və maarifləndirmə, habelə akvakultura məqsədləri ilə balıq və digər su bioresurslarının ovu üçün kvotaların bölgüsü təsdiq edilmişdir.

1.Balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləri üzrə bölgüsü

2.Balıq və digər su bioresurslarının ovuna kvota almaq üçün müraciət etmə qaydası.

 

3.Ərizəyə aşağıdakı sənədlər əlavə edilir və siyahısı ərizədə qeyd edilir:

         - ov ediləcək yerlər konkret göstərilməklə, sifariş verilən kvotanın (payın) növlər üzrə və

           ov alətlərinin briqadalar (manqalar) arasında təsdiq edilmiş bölgüsü;

          -mülkiyyətində və icarəsində olan gəmilərə (qayıqlara) (əgər balıq və digər su  

           bioresurslarının ovunun gəmidən (qayıqdan) istifadə etməklə həyata keçirilməsi nəzərdə    

           tutulursa) ərizəçinin mülkiyyət və ya istifadə hüquqlarını təsdiq edən sənədin notariat

           qaydada təsdiq edilmiş surəti.

4.Ərizələrin təqdim edilmə qaydası və müddəti:

         - Ərizələr aidiyyəti üzrə elanda qeyd edilən ünvanlara şəxsən, poçtla və ya elektron

           qaydada təqdim edilir.     

           Ərizələrin təqdim edilməsinin son müddəti 01 may 2020-ci il tarixə kimidir.

5.Balıq və digər su bioresurslarından istifadəyə görə ödənişlər:

         - “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən     

           bərpa məqsədilə balıq və digər su bioresurslarının akvakultura üçün ovu, habelə elmi-    

           tədqiqat, nəzarət, idman və həvəskar ovu istisna olmaqla balıq və digər su 

           bioresurslarının ovu ödənişlidir.

          -Balıqçılıq subyekti üçün balıq və digər su bioresurslarından istifadəyə kvota ayrıldıqdan

           sonra kvotanın dəyəri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji

           Resursların Artırılması və Mühafizəsi Departamentinin bank hesabına ödənilir və ödənişi

           təsdiq edən sənəd Departamentinə təqdim edilir.

          
           2020-ci il üçün müəyyən edilmiş ödəmələr:

2020-ci ildə balıq və digər su bioresurslarından sənaye, əmtəə məqsədilə akvakultura, təhsil və maarifləndirmə  məqsədilə ovuna görə Azərbaycan Respublikasının və xarici dövlətlərin hüquqi və fiziki şəxsləri üçün müəyyən edilmiş ödəniş qiymətləri


2020-ci ildə  Göl qurbağasının sənaye və əmtəə məqsədilə akvakultura ovu (tədarükü)  və Tibb zəlisinin əmtəə məqsədilə akvakultura ovu (tədarükü) üçün müəyyən edilmiş ödəniş qiymətləri