Apellyasiya şurası

Apellyasiya Şurasının məlumatları

Səmədov Kamran Məhəmməd oğlu

Dövlət qulluğuna qəbul üçün 2017-ci il 15 dekabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin Ətraf mühitin mühafizəsi sektorunun məsləhətçi-müfəttişi vəzifəsinə elan edilmiş  ümumi müsahibədə  iştirak etmiş namizəd Səmədov Kamran Məhəmməd oğlu müsahibə nəticəsindən narazı qalaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Apellyasiya Şurasına yenidən müsahibə təyin edilməsi və ya müsahibə nəticələrinə təkrar baxılması üçün müraciət etmişdir.
Bu məsələyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Apellyasiya Şurasının iclasında baxılmış və Şuranın qərarı ilə Səmədov Kamran Məhəmməd oğlunun şikayəti qismən təmin edilmiş və onunla yenidən müsahibə təşkil edilməsi ilə bağlı qərar  qəbul edilmişdir.


Nəbizadə İlkin Nəbi oğlu
Göyçay rayon sakini Nəbizadə İlkin Nəbi oğlunun “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin qanunsuz hərəkətləri barədə” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Apellyasiya Şurasına daxil olmuş şikayətinə Apellyasiya Şurasının iclasında baxılmışdır.
İ.Nəbiyevin şikayəti Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 5.5-ci bəndinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti struktur bölməsində baxılmadan birbaşa Apellyasiya Şurasına daxil olduğuna görə, yəni təkrar şikayət olmadığına görə baxılması üçün aidiyyəti üzrə Ətraf Mühitin Mühafizəsi Departamentinə göndərilməsi barədə qərar qəbul edilmişdir.
 

Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Əsasnamələr

Apellyasiya Şurası haqqında əsasnamə

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 761 nömrəli Fərmanı ilə təstiq edilmişdir

376.40 KB

ETSN-nin Apellyasiya Şurasının əsasnaməsi

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2016-cı il 16 fevral tarixli 90/Ü nömrəli Əmri ilə təsdiq edilmişdir

453.76 KB