Meşələr

Meşə tipləri

Ancaq tərkibinə və başqa bitkilərinə, faunasına, meşə bitmə şəraiti yığımına (iqlim, torpaq, hidrologiya) bitki və mühitin bir-biri ilə əlaqəsinə, bərpasının gedişi və cinslərinin bir-birini əvəz etməsinə görə bir-birinə bənzəməyən, beləliklədə eyni şəraitdə eyni meşə təsərrüfatı tədbiri tələb edən meşə sahələrinə meşə tipi deyilir.

Enliyarpaq meşələr 
  • Fıstıq, vələs-fıstıq meşələri.
  • Palıd meşələri: şabalıdyarpaqlı palıd. İberiya palıdı, Şərq palıdı və uzunsaplaq palıd.
  • Göyrüş-palıd meşələri.
  • Vələs meşələri.
  • Dəmirağac meşələri.
  • Qarışıq tərkibli mürəkkəb hirkan meşələri.
  • Azat, palıd- azat meşələri.
  • Xirnik meşələri.
  • Ağcaqayınlıqlar: məxməri ağcaqayın və Trautvetter ağcaqayını.
  • Qızılağac meşələri.: ürəkyarpaqlı və ziyilli qızılağac meşələri.
  • Yalanqoz və qızılağac- yalanqoz meşələri.
  • Şabalıd meşələri. Qarağac meşələri.
  • Qoz meşələri. Çinar meşələri. Turac meşələri( söyüd, qarağac- qovaq, qarağac-palıd).
  • İpək akasyası meşələri. Titrek qovaq meşələri.
  • Tozağacı meşələri.
 
İynəyarpaqlı meşələr:
  • Şam meşələri.
 
Seyrək arid meşələr:
  • Seyrək saqqızağacı meşələri.
  • Seyrək saqqızağacı-ardıc meşələri.
  • Seyrək ardıc meşələri.
  • Seyrək palıd meşələri (Araz və Gürcü palıdı).
  • Seyrək şam ardıc meşələri (Eldar şamı ilə).
  • Seyrək armud-yemişan meşələri.
  • Seyrək dağdağan meşələri.
  • Seyrək badam meşələri.