Meşələr

Əsas meşə əmələgətirən növlər
Azərbaycan meşələri əsasən enliyarpaqlı cinslərdən ibarətdir. İynəyarpaqlı meşələrdə əsas Qarmaqvari şam (Pinus Hamata) Kiçik Qafqazda, Goy-Göldə, Tovuz rayonu ərazisində Şamlıq və Böyük Qışlaq kəndləri ətrafı meşələrdə, Böyük Qafqazda isə Qusar rayonu meşələrində təsadüf edilir. 
İynəyarpaqlı meşələrdən Eldar oyuğu adlanan 400 ha-a yaxın sahədə kserofit şəraitdə Eldar şamı (Pinus Eldarica), rütubətli fıstıq meşələrində Qaraçöhrədən (Taxus Bacaata) ibarət enliyarpaqlı cinslərə qarışıq halda və ya kiçik meşəliklər şəklində təsadüf edilir. Belə meşəliklərə Böyük Qafqazda -Qəbələ rayonunda Həmzəli qəbiristanlığında, Pirqulu və Oğuz rayonu meşələrində, Xızı, Dahardibi adlanan meşələrdə, Kiçik Qafqazda - Göy-Göl, Gədəbəy meşələrində, Talış dağlarında - Lerik rayonu Hamazat kəndi ətrafı meşələrdə təsadüf edilir. 
İynəyarpaqlı cinslərdən ən geniş ərazidə yayılmış ardıc meşələridir. Azərbaycan meşələrində - Qazax ardıcı (Juniperus Salina), Uzunsov ardıc (C. Oblonga), Cırtdan ardıc (C. Pugmaca), Alçaqboy ardıc (C. Depressa), Qırmızı ardıc (C.Polycarpos) və s. növləri bitir. Ardıc meşələrinin ən geniş sahəsi Bozdağda, Naxçıvan meşələrindədir. Ardıcın çox da geniş olmayan sahələrdə seyrək meşələri də vardır.