Şahdağ Milli Parkı

Ekoturizm

Ödəniş qiymətləri

Ekoturistlər üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şahdağ Milli Parkına daxil olmaq həftə ərzində saat 9:00-dan 18:00-dəkdir.
Milli Parkların ərazisinə ekoturistlərin daxil olması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 023/ü nömrəli 16 yanvar 2012-ci il tarixli “Milli Parklarda ekoturizm fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Əmrinə əsasən giriş üçün nəzərdə tutulmuş müvafiq vəsaitin (giriş haqqının) banka ödənilməsini təsdiq edən qəbz və şəxsiyyət vəsiqəsi milli parkların giriş məntəqələrində təqdim edilməsi yolu ilə həyata keçirilir.

Milli Parka giriş biletlərinin qiyməti aşağıdakı kimidir:
Yerli vətəndaşlar                                                                                                                2 manat
Xarici vətəndaşlar                                                                                                              2 manat

6 yaşa kimi uşaqlar, məktəblilər (siniflərlə) və əlillər giriş haqqından azaddırlar.