Tez-tez soruşulan suallar

Tez-tez soruşulan suallar

Balıqçılıq haqqında Azərbaycan Respublikasının qanununa müvafiq olaraq idman və həvəskar balıq ovu ödənişsizdir.

Gün ərzində 10 ədəddən çox olmayan xərçəng, 0.5 kq –dan artıq olmayan onurğasızlar, balıqçılıq su obyektində olduğu müddətdə 5 kq-dan artıq olmayan balıqlar.

  • ərizəylə müraciət 
  • təsərrüfatın bioloji texnoloji əsaslandırılması 
  • şəxsiyyət vəsiqəsinin surəti
  • VÖEN surəti
  • torpaqdan çıxarış

  • Balıq və digər su bioresurslarının ovu məqsədi ilə hüquqi və fiziki şəxslər balıqovlama biletini almaq üçün Nazirliyə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə uyğun olaraq aşağıdakılar göstərilməklə ərizə təqdim etməlidir:
  • ərizə 
  • balıq və digər su bioresurslarının sənaye üsulu ilə ovu nəzərdə tutulan su obyektinin adı, su bioresurslarının növləri, ov limitinin (növlər üzrə çəkisi) miqdarı, ovlama üsulu (ov alətlərinin növü və sayı);
  • ovda iştirak edəcək balıqçıların soyadları, adları və atalarının adları.
    • Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
  • ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti;
  • ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti;
  • balıqovlayan gəmilərin və su nəqliyyatı vasitəsi kimi istifadə edilən qayıqların qeydiyyatına dair sənədlər;
  • mülkiyyətində və icarəsində olan gəmilərə (qayıqlara) (əgər balıq və digər su bioresurslarının ovunun gəmidən (qayıqdan) istifadə etməklə həyata keçirilməsi nəzərdə tutulursa) ərizəçinin mülkiyyət və ya istifadə hüquqlarını təsdiq edən sənədin notariat qaydada təsdiq edilmiş surəti

  • Azərbaycan Respublikasının milli parklarına daxil olmaq və turist marşrutları ilə hərəkət etmək üçün adambaşına bir biletin qiyməti gündəlik 2 (iki) manat, milli parkların yüksək dağlıq hissələrinə daxil olmaq və turist marşrutları ilə hərəkət etmək üçün adambaşına bir biletin qiyməti gündəlik 2 (iki) manatdır.
  • Bilet satışı elektron qaydada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin internet səhifəsindən və Milli Parkın buraxılış məntəqəsindən əldə edilə bilər.

  • Yetkinlik yaşına çatmış Azərbaycan Respublikası vətəndaşı aşağıdakı sənədləri təqdim etdikdə və təyin olunmuş vaxtda ovçuluğun minimum sınağını keçdiyi halda ovçuluq biletini əldə edə bilər.
  • fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd - şəxsiyyət vəsiqəsinin surəti
  • ov silahının saxlanılması və gəzdirilməsi hüququnu təsdiq edən şəhadətnamənin surəti
  • iki ədəd 3x4 ölçüdə foto şəkil
  • dövlət rüsumunun ödənilməsi barədə qəbzin surəti

Ovçuluq biletinə malik olan Azərbaycan Respublikası vətəndaşları ov mövsümündə ov icazələrinin əldə edilməsi ilə bağlı Ərazi Ekologiya İdarələrinə müraciət edə bilərlər.

Hər il sistematik olaraq hazırlanan yaz gursululuğunun və çaylarda daşqın hadisələrinin axım proqnozu əhaliyə, infrastrukur sahələrə dəyə biləcək ziyanların minimuma endirilməsində, müxtəlif məqsədlərlə sudan istifadədə, o cümlədən su anbarlarında səviyyənin tənzimlənməsində, enerji istehsalının, suvarmanın, su təchizatının balanslı təşkil edilməsində böyük əhəmiyyətə malikdir.

Əhаliyə, kənd təsərrüfаtınа, fаunа və flоrаyа, infrаstruktur sаhələrə, təbii mühitə zərərli təsir göstərən və bu təsir gücünə, şiddətinə, dаvаmiyyətinə, yаyılmа sаhəsinə görə müəyyən еdilmiş həddi аşdıqdа müхtəlif təbii və hidrоmеtеоrоlоji prоsеslərdən törəyən hаdisələr  təbii fəlаkət törədə bilən təhlükəli hidrоmеtеоrоlоji hаdisələr (TFTHMH)  аdlаnır.  

 

Regional Meşə Təsərrüfatı Mərkəzlərinə müraciət edərək “meşə məhsullarının buraxılış orderi” alıb, dəyərini Bankda ödədikdən sonra meşədən odun gətirmək olar.

Meşə mühafizə işçilərini məlumatlandırıb, müəyyən edilmiş meşə sahəsində cır meyvə və ya dərman bitkisi toplamaq olar. Bu məqsədlə heç bir ödəniş edilmir.

Meşə ərazisinə turizm məqsədilə daxil olan hər bir vətəndaş ilk öncə bu barədə meşə mühafizə işçilərinə məlumat verməli, müəyyən edilmiş marşrutlardan istifadə olunmaqla, yanğın  təhlükəsizlik qaydalarına riayət etməlidir.

Fiziki və hüquqi şəxslər  biznes layihə hazırlayıb Nazirliyə təqdim etməklə, ona təqdim edilmiş əkin layihəsi əsasında, meşə fondu ərazisini icarəyə götürüb aqrobağ sala bilər.

Meşə fondu ərazilərinə mal-qaranın girişi qadağandır. Mal-qara meşə ərazilərində təbii bərpanı məhv etməklə meşəəmələgəlmə prosesinə mənfi təsir göstərir.