Hidrometeorologiya

MƏLUMAT MÜBADİLƏLƏRİ

Milli Hidrometeorologiya Departamentindən Ümumdünya Meteorologiya Təşkilatına (WMO) buludun hündürlüyü, meteoroloji görünüş məsafəsi, külək parametrləri, havanın temperaturu, şeh nöqtəsinin temperaturu, stansiya səviyyəsində atmosfer təzyiqi, dəniz səviyyəsinə gətirilmiş atmosfer təzyiqi, yağıntı parametrləri, buludluğun balı, gün ərzində maksimal və minimal temperatur, havanın orta temperaturu, günəş parıltısının davamiyyəti və torpağın vəziyyəti qeyd edilmiş 8 müşahidə vaxtının (10/06, 13/09, 16/12, 19/15, 22/18, 01/21, 04/00, 07/03) gündəlik sinoptik, aylıq iqlim və radar məlumatları ötürülür.
Regional yayımla qəbul edilən sinoptik xəritələr gündəlik olaraq Müdafiə Nazirliyinə ötürülür. Eləcə də hər gün Naxçıvan ərazi hidrometeorologiya idarəsi sinoptik xəritələr, Xəzər Dəniz Gəmiçilik İdarəsinə Xəzər ətrafı rayonlar üzrə yarım sutkalıq, sutkalıq və 2 sutkalıq proqnozlar, xəbərdarlıq və xəbərdarlığın ləğvi məlumatları ötürülür. Respublikanın rayonları, Bakı və Abşeron yarımadası üzrə verilən xəbərdarlıqlar və onların ləğvi haqqında məlumatlar Dəmir yolu, Baku Bus, Azenerji, Bakı İcra Hakimiyyəti, Xəzər Dəniz Gəmiçiliyi İdarəsinə və digər təşkilatlara ötürülür.