Xəzər Dənizi

Xəzər dənizi üzrə regional əməkdaşlığın hüquq-müqavilə bazası
 
Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası 2003-cü il noyabrın 4-də Tehran şəhərində imzalanmış, Azərbaycan Respublikasının 2006-cı il 4 aprel tarixli Qanunu ilə təsdiq edilmişdir.
 
Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında Protokolu 2011-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış, Azərbaycan Respublikasının 21 dekabr 2012-ci il tarixli Qanunu ilə təsdiq edilmişdir. Protokol bütün Xəzəryanı ölkələr tərəfindən ratifikasiya edildikdən sonra 25 iyul 2016-cı il tarixində qüvvəyə minmişdir.
 
Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında Protokolu 2012-ci il dekabrın 12-də Moskva şəhərində imzalanmış, Azərbaycan Respublikasının 25 fevral 2014-cü il tarixli Qanunu ilə təsdiq edilmişdir.
 
Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasına Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsinə dair Protokol 2018-ci il iyulun 20-də Moskva şəhərində imzalanmışdır.
 
Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitində (29 sentyabr 2014-cü il, Həştərxan şəhəri) imzalanmış sazişlər:
  • “Xəzər dənizində fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Saziş,
  • “Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Saziş
  • “Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlığa dair” Saziş.