Geologiya

Regional geoloji və geofiziki planaalma işləri
 
Hal-hazırkı dövrə qədər 1:50000 miqyaslı geoloji planalma işləri ilə ölkə ərazisinin   xeyli hissəsi örtülmüşdür. Keçən əsrin ortalarından başlanan 1:50000 miqyaslı geoloji planalma işlərinin nəticəsində tərtib olunan geoloji və faydalı qazıntı yataqlarının yerləşmə qanunauyğunluqları xəritələrininəksəriyyəti müasir dövrün tələblərinə tam cavab vermədiyi üçün onların daha da dəqiqləşdirilməsinə (yer səthinin aerokosmikfotoşəkillərinin məsafədən zondlaşdırılmasına, spektroqramlar vasitəsilə incələnən perspektiv sahələrin ərazi doğrulama çalışmaları vasitəsilə, gizli strukturların isə buruq qazma işləri vasitəsilə öyrənilməsinə) zərurət yaranmışdır.
Son dövrlərdə geologiya elminin inkişaf aspektləri içərisində ən önəmli yer alan aerokosmik (TERRA, Aster və digər) fotoşəkillərin məsafədən incələnməsi üzrə tətbiq olunan kompyuter proqramları (Arc.GİS, Arc View, Erdas İmagine, Pci Geomatica, Envi) vasitəsi ilə yer səthinin geoloji strukturunun öyrənilməsi, spektroqramlar əsasında minerallaşmış, hidrotermal dəyişmiş və digər (faydalı qazıntılara perspektiv) sahələrin müəyyənləşdirilməsi həyata keçirilir. Ərazi doğrulama çalışmaları (müvafiq miqyaslı geoloji marşrutların keçilməsi, dag-qazma, sınaqlaşdırma işlərinin aparılması) ilə müşaiyət olunan bu tədqiqatlar vasitəsilə faydalı qazıntılara perspektiv olan sahələrin müəyyənləşdirilməsinə daha operativ surətdə nail olmaq mümkündür.
Son illərdə aerokosmik fotoşəkillərin məsafədən zondlaşdırılması üzrə aparılan təcrübi-sınaq işlərinin nəticələri bu işlərin gələcəkdə 1:50000 miqyaslı geoloji planalma işlərində daha müvəffəqiyyətlə həyata keçirilməsinə əsas verir. 2019-2023-cü illərdə əsas filiz rayonları üzrə nomenklatur planşetlərin ərazilərinin geoloji öyrənilməsi məhz aerokosmik fotoşəkillərin məsafədən zondlaşdırılmasının müşayəti ilə 1:50000 miqyaslı ərazi doğrulama tədqiqatlarının aparılması əsasında həyata keçiriləcəkdir, bununla da respublika ərazisinin geoloji öyrənilməsinin yeni mərhələsinə başlanılmalıdır.
2019-2023-cü illərdə Lənkəran İqtisadi Rayonu ərazisində1:50000 miqyaslı geolojiplanalma işlərinin aprılması planlaşdırılır. Həmçinin bu işlərlə yanaşı eyni topoplanşetlər üzrə geofiziki planalma işləri yerinə yetiriləcək, effektivliyini təmin etmək üçün yeni cihaz və avadanlıqların alınması həyata keçiriləcəkdir.