Geologiya

Azərbaycanın faydalı qazıntıları

Azərbaycanın müxtəlif rayonlarında çoxlu sayda qara, əlvan və nəcib metal filizləri, qeyri-filiz xammalı və tikinti materialları, yeraltı şirin, mineral, termal və yodlu-bromlu sənaye suları yataqları və s. yataqlar vardır. Onların içərisində qızıl, mis, qurğuşun-sink filizləri və tikinti materialları yataqları xüsusi yer tutur. Köhnəmədən kontrakt sahəsində yerləşən nəhəng Filizçay qrupu yataqlarının (Filizçay, Katex, Kasdağ, Saqator, Mazımçay, Kasmala, Cixix) yaxın gələcəkdə istsimara cəlb olunması ölkə sənayesinin inkişafında mühüm rol oynayacaqdır.
Azərbaycan Respublikasının Faydalı Qazıntı Ehtiyatlarının Dövlət balansında 3 dəmir filizi, 2 kobalt, 3 molibden, 8 mis, 5 qurğuşun-sink, 1 alüminium xammalı, 2 civə, 9 qızıl, o cümlədən, 5 məxsusi və 4 kompleks filizlər, 2 barit, 15 gips, anhidrit, gəc, 3 keramika xammalı, 2 dolomit, 1 seolit, 3 bentonit gili, 2 kvarsit, 4 xörək duzu, 3 mineral boya, 1 soda istehsalı üçün əhəngdaşı xammalı, 5 şüşə xammalı (kvars qumu), 9bəzək daşlar, 59 mişar daşına yararlı xammal (əhənddaşı, tuf, qum daşı, travertin), 22 üzlük daşı, 9 tikinti daşı, 76 qum-çınqıl, 17 tikintiqumu, 101 kərpic istehsalı üçün yararlı gil xammalı, 16 sement xammalı (4 əhəngdaşı, 4 vulkan külü, 3 trass, 2 pemza, perlit, 3 bitumlu süxurlar, 18 əhəng xammalı, 65 şirin su), 29 mineral su, 6 termal və sənaye suları yataqlarının  ehtiyatları qeydə alınmışdır.
Hal-hazırda bu yataqların böyük əksəriyyətində istismar işləri həyata keçirilir. Son zamanlar Daşkəsən (Çovdar ) və Gədəbəy rayonları ərazisində qızıl və misin çıxarılması və emalı üzrə dağ-mədən müəssisələrifəaliyyət göstərir, Daşkəsən dəmir filizi kombinatı öz işini bərpa edib. Respublikanın müxtəlif rayonlarında yerləşən 42 qum-çınqıl, 18 əhəngdaşı (mişar, üzlük daşları), 2 mərmərləşmiş əhəng daşı, 2 gips, 2 vulkan külü, 4 kvars qumu, 2 dolomit, 15 gil, 5 tikinti qumu, yeraltı şirin su və xörək duzu yataqlarında istismar işləri həyata keçirilir.
Bütün yataqlar barədə məlumatlar Geoloji İnformasiya Fondunda saxlanılır.