Ətraf Mühitin Mühafizəsi Departamenti Haqqında Əsasnamə

AZƏRBAYCAN RESPUBLİKASININ

EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİNİN 

ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ DEPARTAMENTİ HAQQINDA

ƏSASNAMƏ

 

I. ÜMUMİ MÜDDƏALAR

 
1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti (bundan sonra-«Departament»)    Azərbaycan  Respublikasının  Ekologiya və Təbii Sərvətlər  Nazirliyinin  (bundan sonra «Nazirlik») 22 noyabr 2001-ci il tarixli 102/li saylı əmri ilə yaradılmışdır.
2. Departament, Azərbaycan Respublikasının  ərazisində və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycanın və xarici dövlətlərin hüquqi və fiziki şəxsləri, o cümlədən vətəndaşlar tərəfindən ətraf mühit və təbii sərvətlərdən istifadə, həmçinin hidrometeoroloji və geoloji fəaliyyət zamanı mövcud qanunvericiliyin icrasına Dövlət tərəfındən operativ nəzarəti həyata keçirən üstün səlahiyyətli orqandır.
3. Departament, ətraf mühit və təbii sərvətlərdən istifadə, həmçinin hidrometeoroloji və geoloji fəaliyyət sahəsində mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün yerli və xarici hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliyin icrasına nəzarət etməklə, ətraf mühit və təbii sərvətlərin mühafizəsini və qorunmasını təmin edir və bu sahədə Nazirlik qarşısında məsuliyyət daşıyır.
4. Departament ətraf   mühit   və   təbii   sərvətlərdən   istifadəyə   nəzarət   işində   Azərbaycan Respublikasının  qanunvericiliyinə  əsasən  digər  Dövlət  orqanları  ilə qarşılıqlı fəaliyyət göstərir və onların fəaliyyətini əlaqələndirir, onların qaldırdığı məsələlərə dair müvafiq tədbirləri həyata keçirir.
5. Ətraf Mühitin Mühafizəsi Departamenti Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinin fəaliyyətinə ümumi rəhbərlik edir, bu qurumların ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadəyə nəzarət sahəsində işini tənzimləyir və təhlil edir, həmçinin onların fəaliyyətinə nəzarət edir.
6. Departament təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəsissə və təşkilatlardan, ayrı-ayrı vətəndaşlardan Nazirliyin inzibati binalarında yerləşən növbətçi məntəqələrinə ünvanlanmış məlumatları qəbul edir və daxil olan məlumatların təhlil olunaraq, operativ qaydada aidiyyəti üzrə çatdırılmasını həyata keçirir və bu sahədə fəaliyyəti əlaqələndirir.
7. Departament Nazirliyin strukturuna daxildir və öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərar və Sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Nazirliyin Əsasnaməsini, əmr, təlimat və Sərəncamlarını, bu Əsasnaməni rəhbər tutur.
8. Öz səlahiyyətlərinə aid olan məsələlərlə əlaqədar məhkəmələrdə çıxış edir və bütün prosessual hüquq və vəzifələri həyata keçirir.
9. Departamentin fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi, habelə qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına həyata keçirilir.
10. Departament, müstəqil balansa, Nazirlik tərəfındən onun operativ idarəçiliyinə verilən dövlət mülkiyyətində olan əmlaka, üzərində Azərbaycan Respublikasının  Dövlət gerbinin təsviri,
11. Nazirliyin adı və öz adı əks olunmuş möhürü, müvafiq şlamplara, blanklara, banklarda hesablara, plombirə malikdir. Departament Bakı şəhərində yerləşir.
 
                                                     II. DEPARTAMENTİN ƏSAS VƏZİFƏLƏRİ
12. Departamentin əsas vəzifələri aşağıdakılardır:
12.1. Ölkə ərazisində əhalinin sağlam ekoloji mühitdə yaşamaq hüququnu təmin etmək üçün ətraf mühit və təbii sərvətlərdən istifadə, o cümlədən ekoloji təhlükəsizliyin təmin edilməsi və bioloji müxtəlifliyin qorunub saxlanılması üzrə dövlət nəzarətini həyata keçirmək;
12.2. Ətraf   mühit   və təbii sərvətlərin, o cümlədən torpağın, yer təkinin, faydalı qazıntıların, biomüxtəlifliyin, bitki örtüyünün, floranın (o cümlədən meşələrin), faunanın (o cümlədən balıqların), su ehtiyatlarının, xüsusi mühafizə olunan təbiət ərazilərinin və təbiət abidələrinin bərpası,   mühafizəsi   və   istifadəsi,   həmçinin   atmosfer   havasının   mühafizəsi   sahəsində qanunvericiliyə riayət olunmasına dövlət nəzarətini həyata keçirmək;
12.3.  Ərzaq və digər istehlak məhsullarının istehsalına, satışına, idxal və ixracına ekoloji nəzarəti həyata keçirmək;
12.4.  Ölkə ərazisində daxili sularda və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində suların bioloji sərvətlərindən səmərəli istifadə edilməsi, onların qorunması və artırılması sahəsində dövlət nəzarətini həyata keçirmək;
12.5. Toksiki və qeyri-toksiki, radioaktiv və məişət tullantılarının əmələ   gəlməsinə, basdırılmasına və zərərsizləşdirilməsinə dövlət nəzarətini həyata keçirmək;
12.6.   Ətraf mühitə zərərli fiziki təsirləri tənzimləyən tələb və normaların təmin   olunmasına dövlət nəzarətini həyata keçirmək;
12.7.    Hidrometeoroloji və geoloji fəaliyyətə dövlət nəzarətini həyata keçirmək;
12.8.    Öz səlahiyyətləri daxilində müvafiq beynəlxalq öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədi ilə dövlət nəzarətini həyata keçirmək;
12.9.    Ətraf   mühit   və   təbii   sərvətlərdən   istifadə   sahəsində   Azərbaycan   Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
12.10.  Təşkilati-hüquqi formasından asılı  olmayaraq  idarə, müəsissə və təşkilatlar, həmçinin yerli və xarici hüquqi və fiziki şəxslər tərəfindən təhlükəli, radioaktiv, digər sənaye və məişət mənşəli tullantıların idarə olunmasının ətraf mühitin keyfiyyət normativlərinə və ekoloji təhlükəsizlik tələblərinə uyğunluğuna dövlət nəzarətini həyata keçirmək;
12.11.  Ərazi ekologiya və təbii sərvətlər şöbələrinin ətraf mühitin  mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadəyə nəzarət sahəsində fəaliyyətini tənzimləmək və nəzarət etmək;
12.12.  Təhlükəli tullantılar üzrə müvafiq məlumatların toplanmasını və bu sahədə məlumat sisteminin (bazasının) yaradılmasını və formalaşdırılmasını həyata keçirmək;
12.13.  Nazirliyin inzibati binalarında yerləşən növbətçi məntəqələri tərəfindən təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəsissə və təşkilatlardan, ayrı-ayrı vətəndaşlardan Nazirliyin binalarına daxil olan məlumatların qəbulunu, Mərkəzi Aparatın və əsas binaların təhlükəsizliyini təmin etmək;
12.14.  Nazirliyin tabeli qurumlarında növbətçiliyi müvafiq qaydalara əsasən həyata keçirən növbətçilərin fəaliyyətini əlaqələndirmək;
12.15.  Təhlükə mənbəyi olan müəsissə fəaliyyət göstərdikdə, istifadəyə verildikdə və yenidən qurulduqda, habelə təbiətdən istifadə üçün icazə aldıqda, belə  müəsissədə ekoloji sığorta müqaviləsinin olmasına nəzarət etmək;
12.16. Ovçuluq fəaliyyətinə və ovçuluq təsərrüfatlarının mühafizəsinə və istifadəsinə öz səlahiyyətləri daxilində dövlət nəzarətini həyata keçirmək;  

                

 

III. DEPARTAMENTİN  FUNKSİYALARI 

13.  Departament onun qarşısına qoyulmuş vəzifələrə uyğun olaraq aşağıdakı     funksiyaları həyata keçirir:
13.1.  Ətraf    mühitin     əlverişli     ekoloji     vəziyyətinin     təmin     edilməsi,       ekoloji şəraitin sağlamlaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə nəzarət edir;
13.2. Təbii ekoloji sistemlərə təsərrüfat və digər fəaliyyət növləri nəticəsində  dəyə biləcək zərərin qarşısını almaq üçün tədbirlər görür;
13.3.  Ərzaq və digər istehlak mallarının istehsalı, emalı, idxalı və ixracı, habelə satışı zamanı insanların sağlamlığının və ətraf mühitin təhlükəsizliyinin təmin olunmasına nəzarət edir;
13.4.    Vaxtı keçmiş, keyfiyyətini itirmiş və ya ekoloji tələblərə cavab verməyən   sənaye, kənd təsərrüfatı,  ərzaq  və  digər  istehlak     məhsullarının  müvafiq  tələblərə  uyğun  qaydada zərərsizləşdirilməsinə, tələf edilməsinə və təkrar emala göndərilməsinə nəzarət edir, habelə bu məhsullar üzrə müvafiq normativlərin, qaydaların hazırlanmasında iştirak edir;
13.5.    Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirə görə xüsusi icazənin tələbləri pozulduqda xüsusi icazəni məhdudlaşdırmaq, dayandırmaq və xitam verilməsi barədə təqdimat verir;
13.6.    Ekoloji tarazlığın qorunmasına, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsinə operativ nəzarəti həyata keçirir;
13.7.    Nəqliyyat vasitələrinin, o cümlədən başqa səyyar vasitələrin və qurğuların ətraf mühitə atdığı zərərli maddələrin azaldılması və bunun normativ həddə salınması sahəsində tədbirlərin həyata keçirilməsinə nəzarət edir;
13.8.    Ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsulların istehsalına, istifadəsinə, onların  idxalına  və  ixracına,   saxlanılmasına  və  zərərsizləşdirilməsinə  öz  səlahiyyətləri daxilində nəzarət edir;
13.9.    İqtisadiyyatda istifadə edilməsinə icazə verilən, respublikada və xaricdə istehsal edilmiş bitkiqoruyucu vasitələr, onların böyüməsi üçün stimulyatorlar, mineral gübrələr, kimyəvi reagentlər, maddələr və bioloji preparatlar istifadə edilərkən, daşınarkən və saxlanılarkən müvafiq qaydaların və ətraf mühitin mühafizəsi tələblərinin gözlənilməsinə nəzarət edir;
13.10.  Dövlət orqanları, yerli və xarici hüquqi və fiziki şəxslər tərəfindən radioaktiv maddə və ionlaşdırıcı şüa mənbələrinin istifadəsi, saxlanılması və uçotu zamanı radiasiya təhlükəsizliyi norma və tələblərinin yerinə yetirilməsinə nəzarət edir;
13.11.  Ətraf mühitə zərərli fiziki təsirləri tənzimləyən tələb və normaların təmin olunmasının nəzarət edir;
13.12.  Ekoloji baxımdan su obyektlərindən səmərəli və məqsədyönlü istifadə edilməsinə, yerüstü və yeraltı suların çirklənməkdən, zibillənməkdən, tükənməkdən qorunmasına, habelə yeraltı suların planlı istifadə edilməsinə nəzarət edir;
13.13.   Su çıxarmaq üçün istismar quyularının qazılması və yeraltı sulardan istifadə qaydalarını, o cümlədən  ekoloji  tələblərə uyğun  olaraq  yeraltı  və yerüstü  təbii  suların  istifadəçilərə verilməsi, istifadəçilərdən geri qəbul edilməsi və təkrar istifadəyə verilməsi   qaydalarına və şərtlərinə əməl edilməsinə nəzarət edir;
13.14.  Daxili suların və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində   suların   bioloji   məhsuldarlığının   artırılmasına   yönəlmiş   tədbirlərin   həyata keçirilməsinə, suların bioloji sərvətlərindən səmərəli istifadə olunmasına və onların bioloji müxtəlifliyinin qorunmasına nəzarət edir;
13.15. Təbii ehtiyatlardan istifadə zamanı əmələ gələn tullantıların dərinliklərdə basdırılması, yerləşdirilməsi zamanı ətraf mühiti çirklənmədən, zibillənmədən, tükənməkdən mühafizəyə nəzarət edir;
13.16. Su hövzələrinin, o cümlədən Xəzər dənizinin (gölünün) çirklənməsinin qarşısının alınması, partlayış, dərinləşdirmə işləri, faydalı qazıntılar hasilatı, su vurucu qurğuların inşası, boru kəmərləri, kabellər və s. çəkilməsi nəticəsində flora və faunanın məruz qaldığı digər mənfi təsirlərin aradan qaldırılması, çirkləndiricilərin ətraf mühitə atılması, basdırılması, anbara vurulması və ilkin hesabatların aparılmasına nəzarət edir;
13.17.  Xəzər dənizinin (gölünün) vəziyyətinə antropogen təsiri təhlil edir, onun təbii ehtiyatlarının bütün növlərinin təsərrüfat dövriyyəsinə cəlb edilmə normalarının gözlənməsinə nəzarət edir və  digər  əlaqədar  orqanlarla  birlikdə  uzun  müddətli  ekoloji  proqnozların  və  dövlət proqramlarının ərazi kompleks təbiəti mühafizə sxemlərinin hazırlanmasında iştirak edir;
13.18.  Ətraf mühitə atılan çirkləndirici maddələrin təmizlənməsi üçün müvafiq qaz –toz tutucu və su təmizləyici   qurğuların   istismara   verilməsinə,   bu   qurğuların   uçotunun   aparılmasına, inventarlaşdırılmasına, səmərəli işləməsinə, çirkləndirmə mənbələrinin nəzarət və tənzimləyici cihazlarla təchiz edilməsinə dair qayda və normativlərə əməl edilməsinə nəzarət edir;
13.19.  Öz səlahiyyətləri daxilində torpaq istifadəçiləri tərəfindən torpaqqoruyucu tədbirlərinin həyata keçirilməsinə aqrotexniki, aqrokimyəvi, fitosanitar qaydalara əməl edilməsinə nəzarət edir;
13.20.  Torpaqların eroziyası və ekzogen geoloji proseslərə qarşı tədbirlər görülməsinə nəzarət edir;
13.21.  Ekoloji   sistemlərin,   bioloji   tarazlığın,   habelə   atmosfer   havasını   və   su   obyektlərini çirkləndirən mənbələrin, yerüstü və yeraltı suların, torpağın, bitkilər aləminin (o cümlədən meşələrin), suyun bioloji obyektlərinin və vəhşi heyvanların yaşayış mühitinin ekoloji vəziyyətinə nəzarət edir;
13.22. Meşələrin və şəhər yaşıllıqlarının qorunmasına, habelə yaşıllıq zonalarının aqrotexniki qaydada qulluq edilməsinə, yeni yaşıllıq sahələrinin salınmasına və onların suqoruyucu, torpaqqoruyucu, rekreasiya, meşə təsərrüfatı və digər faydalı təbii xassələrinin artırılmasına nəzarət edir;
13.23. Xüsusi    mühafizə    olunan    ərazilərdən,    o    cümlədən    təbiət    qoruqlarından,    biosfer qoruqlarından, təbiət yasaqlıqlarından, milli parklardan, respublika əhəmiyyətli və bölgə əhəmiyyətli   təbiət   parklarından,    təbiət   abidələrindən,   zooloji   parklardan,    nəbatat bağlarından və dendroloji parklardan turizm və istirahət (rekreasiya) məqsədləri üçün  (ov, idman, həvəskar balıq ovu və s.), elmi tədqiqatlar, mədəni-maarif və tədris tədbirləri üçün istifadəsinin, habelə bərpasının müəyyən olunmuş qaydalarına və şərtlərinə əməl edilməsinə nəzarət edir;
13.24. Qiymətli   təbii   landşaftların,    meşələrin   suqoruyucu,    su təmizləyici,    torpaqqoruyucu, rekreasiya və digər  faydalı  təbii xassələrinin  saxlanılmasına və  onların  yanğınlardan, dağıntılardan, zərərvericilərdən və xəstəliklərdən qorunmasına nəzarət edir;
13.25. Meşə quruluşu sənədlərinin saxlanması, onların vəziyyəti və cari dəyişikliklərin vaxtında aparılması  vəziyyəti,  meşə  fondunun  dövlət  uçotunun,   meşə  monitorinqinin  və  meşə kadastrının   aparılmasında   mövcud   qanunvericilik   aktlarının   qaydalarının   icrasına   öz səlahiyyəti daxilində nəzarət edir;
13.26.  Meşə  fondu  torpaqlarının  zibillənmə,  çirklənmə,   bataqlıqlaşma,   su   altında  qalma  və yandırılma hallarının qarşısının alınması, yararlı hala gətirilməsi (bərpa edilməsi), onların məhsuldarlığının artırılması, meşə quruluşunda xüsusi texnoloji layihələrə və planlaşdırılmış meşə təsərrüfatı tədbirlərinə uyğun olaraq meşələrin saxlanması, və səmərəli istifadəsi, onların   susaxlayıcı,   mühit   tənzimləyici,   sanitar-gigiyenik   və   digər   əhəmiyyətli   təbii funksiyalarının gücləndirilməsi məqsədi ilə görülən tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;
13.27.  Meşə fondunda rüblük ayırmalar, meşə cığırlarının, sərhədlərin, meşə quruluşu və meşə təsərrüfatı göstəricilərinin tələblərinə əməl edilməsinin vəziyyətinə nəzarət edir;
13.28.  Meşə məxarici, meşəyə xidməti qırmaların aparılması və meşədən əlavə istifadə barədə uçot kitablarının   vəziyyətinə,   onların   doldurulmasında   qanunauyğunluğun   gözlənilməsinə, meşədən istifadə haqqında hesabatların düzgün aparılmasına nəzarət edir;
13.29.  Meşə   fondu   sahələrinin   icarəçiləri   tərəfindən   bu   sahələrin   icarəyə   verilməsinə   dair müqavilələrin tələblərinə əməl edilməsinə nəzarət edir;
13.30. Sanitariya və xidməti qırmaların həcminin meşə quruluşu layihəsində nəzərdə tutulmuş həcmlə     uyğunluğuna,     meşə     quruluşu     layihələrindən     kənara     çıxma     hallarının əsaslandırılmasına,   bu   işlərin   aparılmasında   mövcud   təlimatların   və   qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarət edir;
13.31. Meşə    fondundan    istifadə    zamanı    meşə    fondunun    istifadəçiləri    tərəfindən    meşə qanunvericiliyinin tələblərinə əməl edilməsinə nəzarət edir;
13.32. Meşə fondundan səmərəli istifadə edilməsi və onun məhsuldarlığının artırılması barədə dövlət proqramlarının yerinə yetirilməsinə, habelə istifadə haqqlarının vaxtında və düzgün ödənilməsi qaydalarının yerinə yetirilməsinə nəzarət edir;
13.33.  Meşəbərpa və meşələrin inkişaf etdirilməsi məqsədi ilə tinglik sahəsində gübrələrin, herbisidlərin və digər kimyəvi vasitələrin    işlədilməsinin,  aqromeşə meliorasiya işlərinin aparılmasının, qoruyucu meşə zolaqlarının inventarlaşması və istismara verilməsi işlərinin keyfiyyətinin, vaxtında və düzgün həyata keçirilməsinin qanunvericiliyə və qaydalara uyğun yerinə yetirilməsinə nəzarət edir;
13.34. Meşə ziyanvericilərinin və xəstəliklərinin mənbələrinin qeydiyyat kitabının  vəziyyətinə, onun aparılmasına,   vaxtında   və   tam   doldurulmasına,   meşə   mühafizəsi   haqqında   hesabat göstəricilərinin düzgünlüyünə nəzarət edir;
13.35.  Meşə   patoloji   monitorinqinin   aparılması,   meşələrdə   zərərvericilərin   və   xəstəliklərin yaranması və yayılması, habelə meşənin digər xoşagəlməz vəziyyəti barədə xəbərdarlıq və işinin təşkilinə nəzarət edir;
13.36. Meşənin sanitar vəziyyətinə, seçmə və sanitar qırma sahələrinin təyin edilməsinin düzgün aparılmasına nəzarət edir;
13.37 Meşələrin xəstəliklər və ziyanvericilərdən mühafizəsi üzrə dövlət proqramlarının yerinə yetirilməsinə nəzarət edir;
13.38. Ətraf mühitin radioaktiv təhlükəsizliyin təmin olunmasına öz səlahiyyəti daxilində nəzarət edir;
13.39. Yeni obyektlərin layihələrinə verilmiş Dövlət ekoloji ekspertiza rəyinin tələblərinin icrasına nəzarəti həyata keçirir, və zəruri hallarda verilmiş ekspertiza rəyinin ləğv edilməsi haqqında vəsadət qaldırır;
13.40. Zəruri hallarda sənaye, məişət tullantılarının və başqa tullantıların basdırılması (anbara vurulması), zərərli maddələrin ətraf mühitə atılması, su obyektlərində və sahilboyu zolaqda işlərin   aparılması,   istehsal   ehtiyaclarından   və   elmi-tədqiqat   işlərindən   ötrü   atmosfer havasının işlədilməsi, torpaq sahələrinin ayrılması üçün verilmiş icazələrin ləğvi barədə müvafiq qaydada vəsadət qaldırır;
13.41. Ekoloji problemlərin həllinə əhalinin və ictimai təşkilatların cəlb edilməsi məqsədi ilə informasiyanın yayılması, ekoloji təhsil, tərbiyə və təbliğat işinin aparılması, inkişaf etmiş ölkələrdə ekoloji nəzarətin təşkili təcrübəsinin öyrənilməsi, araşdırılması və tətbiqi barədə təklifləri hazırlayır və Nazirliyə təqdim edir;
13.42. Balıqkeçirici və balıqqoruyucu qurğuların işinə nəzarət edir;
13.43. Qoruq və yasaqlıq rejiminə əməl olunmasına nəzarət edir;
13.44. Təbiəti mühafizə və   təbii ehtiyatlardan səmərəli istifadə sahəsində tədbirlər görülməsini mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlardan tələb edir;
13.45. Öz səlahiyyətləri daxilində və qanunvericiliklə müəyyən edilmiş qaydada təbii ehtiyatlardan istifadəyə və ətraf mühitin çirklənməsinə görə müəyyən edilmiş ödənişlərin vaxtında dövlət fonduna köçürülməsinə nəzarət edir;
13.46. Tullantı  və  axıntı  mənbələri  üzərində  analitik  (laboratoriya)  nəzarəti  planlaşdırır,  razılaşdırır və həyata keçirir;
13.47. Ərzaq və digər istehlak məhsullarının nümunələrinin tərkibinin ekoloji təhlükəsizliyinin təyini məqsədi ilə analitik (laboratoriya) nəzərəti planlaşdırır və razılaşdırır;
13.48. Ödənişlərin,   iddiaların   hesablanması   məqsədi   ilə  analitik   ölçmələr   və   laboratoriya analizlərinin aparılmasını planlaşdırır və razılaşdırır;
13.49. Ətraf   mühitin   mühafizəsi   və   təbii   sərvətlərdən   istifadə   məqsədi   ilə   tədqiqatların aparılmasında analitik (laboratoriya) nəzarəti planlaşdırır və razılaşdırır;
13.50.  Faktiki vəziyyətin Atılmanın Yol Verilən Həddi (AYVH), Axıntının Buraxıla Bilən Həddi (ABBH) normativlərinə və texniki normalara uyğunluğuna, habelə səyyar çirkləndirici vasitələrin işlənmiş qazlarında zərərli maddələrin miqdarına analitik (laboratoriya) nəzarəti planlaşdırır və razılaşdırır;
13.51. Əhalinin təbiətə, təbii ehtiyatlara qayğıkeş münasibət ruhunda tərbiyələndirilməsi işini təşkil edir, vətəndaşların ekoloji savadının artırılmasına köməklik göstərir, habelə əhalinin ətraf mühitin qorunmasında daha da yaxından iştirakı   məqsədi ilə müsabiqələr, konfranslar, sərgilər təşkil edir;
13.52. Vəhşi heyvanların və quşların təbii və süni yolla artmasına, onların yaşayış mühitinin qorunmasına   və   yaxşılaşdırılmasına   yönəldilən   kompleks   tədbirlər   planının   həyata keçirilməsinə nəzarət edir;
13.53.  Faydalı qazıntı yataqlarının işlənilməsi, dağ-mədən sənayesinin istehsalat tullantılarından istifadə edilməsi sahəsində müəyyən edilmiş normalara və qaydalara, habelə faydalı qazıntı karxanalarının rekultivasiyası müddətlərinə və keyfiyyətlərinə, istifadə edilmək üçün onların xalq təsərrüfatına verilməsi müddətlərinə nəzarət edir;
13.54. Torpaqları şoranlaşmadan, bataqlıqlaşmadan, səhralaşmadan, istehsalat tullantılarından, zəhərli kimyəvi və digər kimyəvi maddələr ilə çirklənmədən qorumaq, tikinti zamanı, faydalı qazıntılar çıxarılarkən onları başqa növ korlanmalardan qorumaq, habelə yararsız hala salınmış çayların və su axarların, göllərin, sututarların və digər təbii ehtiyatların regionun ekoloji tarazlığını tənzim edən vəziyyətə gətirilməsi ilə əlaqədar görülən işlərə və tədbirlərə nəzarət edir;
13.55.   Torpaq  sahiblərinə   və   torpaq   istifadəçilərinə   torpaq   sahələri   hansı   məqsəd   üçün verilmişdirsə, həmin məqsədlərə müvafiq surətdə istifadə edilməsinə və kənd təsərrüfatı, dövlət və fermer müəssisələri,   idarə və təşkilatları tərəfindən torpaqqoruma tədbirlərinin keçirilməsinə, təşkilat-təsərrüfat, aqrotexniki, meliorativ, hidrotexniki tədbirlərin, eroziya və yer  sürüşməsinə  qarşı   tədbirlər  kompleksinin   vaxtında   tətbiq   edilməsinə,   torpaqların eroziyasının qarşısının alınmasına, qoruyucu meşə örtüklərinin, eroziyaya qarşı hidrotexniki və sahilbərkitmə qurğularının fəaliyyətini təmin etmək sahəsində tədbirlərin görülməsinə nəzarət edir;
13.56. Torpaq istifadəçiləri torpaq sahələrində becərməyə qədər hazırlıq işləri (otları, kövşənlikləri yandırarkən və s.), habelə digər təsərrüfat işləri görərkən onların ərazisində olan ağacların və kol bitkilərinin qorunub saxlanılmasının təmin edilməsinə nəzarət edir;
13.57.  Su obyektlərinin sahilboyu zolaqlarından (zonalarında) su mühafizə tədbirlərinin, habelə suların zərərli təsirlərinə (daşqınlar, su basması, sahillərin dağılması və s.) qarşı mübarizə tədbirlərinin yerinə yetirilməsinə nəzarət edir;
13.58. Balıq ovu qaydaları haqqında qanunvericiliyə və balıq ehtiyatlarının mühafizəsi, onlardan səmərəli istifadə edilməsi, balıqçılığın həvəsləndirilməsi haqqında normativlərin tələblərin əməl edilməsinə nəzarət edir;
13.59.  Meşə fonduna daxil olmayan kənd təsərrüfatı torpaqlarındakı yaşıllıqların, tarlaqoruyucu meşə zolaqların, dəmir yollarının, avtomobil yollarının, kanalların kənarı, su obyektləri ətrafı  qoruyucu   meşə   zolaqlarının,   şəhərlərdə   və   digər   yaşayış   məntəqələrində   olan yaşıllıqların, habelə yaylaq, qışlaq və bağ sahələrində olan ağac və kollann qanunvericiliklə müəyyən edilmiş qaydada, mühafizə və qulluq olunması rejiminə nəzarət edir;
13.60. Heyvanlar aləminin, dövlət ov fondunun mühafizəsi, ov və ovçuluq təsərrüfatının idarə olunması qaydalarına əməl edilməsinə nəzarət edir;
13.61. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər funksiyaları yerinə yetirir.
13.62. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada istehsal prosesi zamanı əmələ gələn təhlükəli tullantıların Azərbaycan Respublikasının ərazisi daxilində daşınması, yerləşdirilməsi, saxlanması, emalı və zərərsizləşdirilməsinə, habelə sərhədlərarası daşınması zamanı  onların respublikaya idxalı və ixracına, o cümlədən tranzit daşınmasına dair öz səlahiyyətləri daxilində münasibət (rəy vermək) bildirmək;    
13.63. Ərazi ekologiya və təbii sərvətlər şöbələrinin fəaliyyətini  təhlil edir;
13.64. Ərazi ekologiya və təbii sərvətlər şöbələrinin ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadəyə nəzarət sahəsində işini tənzimləyir və fəaliyyətinə rəhbərlik edir;
13.65. Çirklənmə mənbələrinin uçotunu aparır, onların ekoloji zərərlilik dərəcəsini müəyyənləşdirir, bunların ləğv edilməsi üzrə təkliflər hazırlayır və hazırlanmasında iştirak edir;
13.66. Ətraf mühitə zərərli maddəllər atılmasının (axıdılmasının) limitlərini müəyyən edir və onlara nəzarəti həyata keçirir;     
13.67. Toksiki, qeyri-toksiki, radioaktiv və digər sənaye və məişət tullantılarının əmələ gəlməsinə, yerləşdirilməsinə, saxlanmasına, daşınmasına, təkrar istifadəsinə zərərsizləşdirilməsinə nəzarət edir;
13.68. Ölkə ərazisində təhlükə potensiallı obyektlərin qeydiyyatını aparır, aidiyyəti orqanları bu barədə məlumatlandırır və bu prosesləri nəzarətdə saxlayır;
13.69. Təhlükəli  tullantılar üzrə materialların qəbul edilməsi ilə yanaşı, onların analizinin aparılması, qiymətləndirilməsi və mülkiyyət və təşkilati-hüquqi formasından asılı  olmayaraq  müvafiq idarə, müəsissə və təşkilatlar tərəfindən tullantıların idarə olunması  sahəsində mövcud standartların tətbiqinə və əməl olunmasına nəzarəti həyata keçirir;
13.70. Təhlükəli və digər tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi üçün istismarda olan poliqonların və qurğuların qeydiyyatını (reyestrini) aparır və onların fəaliyyətinə nəzarət edir;
13.71. İstehsal prosesində əmələ gələn təhlükəli  tullantıların müəyyən olunmuş qaydada qeydiyyatını aparır, ekoloji-normativ sənədlərdə təhlükəli tullantıların idarə olunmasının qanunvericiliyin tələblərinə uyğunluğu barədə rəy və təkliflər verir, məlumatların düzgünlüyünü araşdırır və sistemləşdirir;
13.72. Təhlükəli tullantıların inventarlaşdırılmasına, qeydiyyatının aparılmasına və pasportlaşdırılmasına nəzarət edir;
13.73. Müəssisə və təşkilatlarda təhlükəli  tullantıların kəmiyyət və keyfiyyət göstəricilərini, illik hesabatlarını, sərhədlərarası daşınmasını, basdırılmasını, kənarlaşdırılmasını, saxlanması və təkrar emalı üsullarını öyrənir və bu haqda məlumat bazasını yaradır; 
13.74.  Təhlükəli  tullantıların təsnifatı sisteminə yeni tullantı növlərinin daxil edilməsi barədə müvafiq təkliflər hazırlayır; 
13.75. Ölkə ərazisində su təsərrüfatı balansının və su ehtiyatlarından kompleks istifadə olunması və mühafizəsinin perspektiv sxemlərinin həyata keçirilməsinə nəzarət edir;
13.76. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində baş verən ekoloji prosesləri kompleks öyrənir və müvafiq məsələlər üzrə beynəlxalq əməkdaşlıq sahəsində təkliflər verir və bu təkliflərin həyata keçirilməsində iştirak edir;   
13.77.   İkinci dərəcəli meşə məhsullarından (meyvə, göbələk, giləmeyvə və dərman bitkiləri, tökülmüş yarpaq, ayıdöşəyi və s.), ikinci dərəcəli meşə ehtiyatları tədarükündən (kötük, lif, qabıq və s.),  meşə sahələrindən əlavə gəlir məqsədi ilə (ot tədarükü, heyvanların otarılması, arı ailələrinin yerləşdirilməsi və s.), istifadə olunmasında, habelə meşə sahələrindən ovçuluq məqsədi və təsərrüfat, elmi-tədqiqət işləri, mədəni istirahət, turizm və idman məqsədi ilə istifadə edilərkən mövcud qanunvericiliyə və qaydalara əməl edilməsinə nəzarət edir;
13.78.  Partlayış, dərinləşdirmə işləri, faydalı qazıntılar hasilatı, su götürücü qurğuların inşası, boru kəmərləri, kabellər və s. çəkilməsi nəticəsində biofaunanın məruz qaldığı mənfi təsirlərin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsinə nəzarət edir;
13.79.  Ekoloji sistemləri, bioloji tarazlığı, habelə atmosfer havasını və su obyektlərini çirkləndirən mənbələrin, yerüstü və yeraltı suların, torpağın bitkilər aləminin (o cümlədən meşələrin), suyun bioloji obyektlərinin və vəhşi heyvanların yaşayış mühitinin ekoloji vəziyyətinə nəzarəti təmin edir;
13.80.  Yerüstü təbii sərvətlərin, o cümlədən meşə sərvətlərinin səmərəli istifadə edilməsinə, dövlət meşə fondu və meşə fonduna daxil olmayan meşələrin, digər ərazidə yerləşən yaşıllıqların və bütün yabanı bitki örtüyünün mühafizəsi, bərpası və istifadə edilməsinə, meşə təsərrüfatı fəaliyyətinə nəzarəti həyata keçirir;
13.81.  Ekoloji baxımdan su obyektlərindən səmərəli və məqsədyönlü istifadə edilməsinə, yerüstü və yeraltı suların çirklənməkdən və tükənməkdən qorunmasına, habelə yeraltı sulardan planlı istifadə edilməsinə nəzarət edir;
13.82.  İş vaxtı və iş vaxtı bitdikdən sonra Nazirliyə və Departamentə daxil olan məlumatları operativ qaydada qəbul edir, toplayır, sitemləşdirir və aidiyyəti üzrə çatdırılmasını  təmin edir;
13.83.  Növbətçiliyin və postların texniki, yanğından mühafizə və daha ciddi qorunan obyektlərin vəziyyətini müntəzəm olaraq öyrənir və təhlil edir;

 

IV. DEPARTAMENTİN  HÜQUQLARI

14. Departament öz vəzifə və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
14.1.    Öz səlahiyyəti daxilində mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, özünüidarəetmə orqanlarından, hüquqi və fıziki şəxslərdən müəyyən olunmuş qaydada arayış və məlumatlar tələb etmək və onların ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətini təhlil etmək;
14.2.    Bank müəssisələrinə ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasına səbəb olan sənaye obyektlərinin və başqa obyektlərin layihələşdirilməsi, tikilməsi, yenidən qurulması və ya genişləndirilməsi işlərinin maliyyələşdirilməsinin dayandırılması barədə təqdimat vermək;
14.3.    Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin, ekoloji normativlərin və qaydaların, sənaye, ərzaq və digər istehlak mallarına olan ekoloji tələblərin, təbiətdən istifadə standartlarının mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, dövlət və qeyri-dövlət müəssisələri, idarələri, təşkilatları tərəfindən pozulmasına görə, onların rəhbərlərini qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb etmək
14.4.    Ətraf mühitin mühafizəsi üzrə dövlət siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsində və onun həyata keçirilməsi üçün strateji tədbirlərin hazırlanmasında iştirak etmək və bu sahədə Nazirliyə, mərkəzi və yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarına təkliflər vermək;
14.5.    Öz səlahiyyətləri daxilində ətraf mühit və təbii sərvətlərin mühafizəsi və qorunması sahəsində Nazirliyin razılığı ilə beynəlxalq təşkilatlar və digər hüquqi şəxslərlə müəyyən edilmiş qaydada əməkdaşlıq etmək;
14.6.    Zəruri hallarda Azərbaycan Respublikasının digər dövlət orqanları ilə birgə tədbirlər həyata keçirmək;
14.7.    Təbiəti mühafizə,  təbii ehtiyatlardan səmərəli istifadə tədbirlərinin yerinə yetirilməsi məsələləri barəsində dövlət və qeyri-dövlət müəssisələri, idarələri və təşkilatları tərəfindən yol verilmiş pozuntulara görə tədbirlər görülməsi üçün qanunvericiliyə uyğun olaraq müvafiq təşkilatlar qarşısında tələblər irəli sürmək;
14.8.    Departamentin əməkdaşları vəzifə funksiyalarının icrası zamanı mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq nazirliklərə, şirkətlərə,  habelə müəssisələrə,  təşkilatlara, idarələrə, ekspedisiyalara, bazalara, gəmilərə, anbarlara və digər obyektlərə, o cümlədən Azərbaycan   Respublikası   Müdafiə   Nazirliyinin,   Daxili   İşlər   Nazirliyinin   və   Dövlət Təhlükəsizlik Xidmətinin obyektlərinə maneəsiz (xidməti vəsiqələri təqdim etməklə) daxil olmaq, öz xidməti vəzifələrini yerinə yetirmək üçün zəruri olan sənədlərlə, o cümlədən təhlillərin nəticələri ilə pulsuz tanış olmaq;
14.9.    Departamentin əməkdaşları tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada öz vəzifə borclarını həyata keçirmək üçün xidməti silah gəzdirmək;
14.10. Ətraf mühitin  mühafizəsi  və  təbii  sərvətlərdən  səmərəli  istifadə  sahəsində  müəssisə (istehsalat və xidmət) nəzarət qaydalarının və normalarının gözlənilməsini yoxlamaq;
14.11.  Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə sahəsində qanunvericiliyin pozulmasının aradan qaldırılmasına dair fiziki və hüquqi şəxslərə tələblər irəli sürmək;
14.12.  Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları pozulduqda inzibati xətalar haqqında işlər üzrə icraata başlamaq, inzibati araşdırma aparmaq, inzibati xətalar haqqında işlərə baxmaq və təqsirkarların inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi barədə materialları müvafiq orqanlara göndərmək;
14.13. Ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin pozulmasında istifadə olunan əşya, alət, ləvazimatları və digər vasitələri, qanunsuz əldə edilmiş məhsulları qanunvericiliyə uyğun olaraq götürmək və inzibati qanunvericiliklə  müəyyən edilmiş digər tədbirləri həyata keçirmək;
14.14. Ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin pozulması nəticəsində    vurulmuş ziyanın həcmlərini müəyyən etmək (müəyyən edilməsində iştirak etmək) və bunun əsasında təqsirkar olan şəxslərə bu zərərin könüllü ödənilməsi barədə tələblər irəli sürmək və ya iddiaları məhkəməyə təqdim etmək;
14.15.  Ətraf mühitin mühafizəsi qanunvericiliyinin pozulmasına səbəb olan sənaye və digər obyektlərin layihələşdirilməsini, tikilməsini, yenidən qurulmasını və ya genişləndirilməsini qadağan etmək;
14.16.  Öz səlahiyyəti daxilində və qanunvericiliklə müəyyən edilmiş hallarda təbii ehtiyatlardan istifadə müqabilində və ətraf mühitin çirklənməsinə görə müəyyən edilmiş ödənişlərin vaxtında dövlət fonduna köçürülməsini təmin etmək;
14.17.  Ekoloji tələblərin pozulması ilə əlaqədar müəssisələrdə, qurğu və obyektlərdə həyata keçirilən  işləri  məhdudlaşdırmaq  və  ya  müvəqqəti   dayandırmaq,   onların   istismara verilməsini   qadağan   etmək,   təsərrüfat   və   başqa   fəaliyyətlərini   məhdudlaşdırmaq, dayandırmaq və ya xitam verilməsi haqqında vəsadət qaldırmaq;
14.18.  Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerli və xarici gəmiləri  saxlamaq,  onlar  tərəfindən  mövcud qanunvericiliyin  tələblərinə  əməl edilməsini araşdırmaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görmək;
14.19. Ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən ictimai təşkilatlarla birlikdə təbiətdən və təbii sərvətlərdən səmərəli istifadə haqqında bilikləri təbliğ etmək, bu sahədə müsabiqələr, sərgilər, konfranslar və başqa tədbirlər keçirmək;
14.20. Ekoloji layihələrin və proqramların hazırlanması və həyata keçirilməsində iştirak etmək;
14.21.  Ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tədbirlərdə müvafiq mərkəzi və yerli icra hakimiyyəti və özünüidarəetmə (bələdiyyə və s.) orqanları ilə qarşılıqlı fəaliyyət göstərmək;
14.22.     Qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
14.23.     Ərazi ekologiya və təbii sərvətlər şöbələrinin  və Bakı şəhər  Ekologiya və Təbii Sərvətlər  Departamentinin iş fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə təkliflər vermək;
14.24. Mülkiyyət və  təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisə və təşkilatlardan hər il  2 TG  (su təsərrüfatı),  2 TG  (hava),  və 2 TG  (toksiki tullantılar) dövlət statistik  hesabatlarını razılaşdırmaq; 
14.25. Təbiəti mühafizə və təbiətdən istifadə sahəsində ekoloji normalara və standartlara dair müvafiq qaydada öz rəyini bildirmək
14.26. Öz səlahiyyətləri daxilində çay hövzələri, habelə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin vəziyyəti barədə məlumatların təhlili əsasında  su təsərrüfatı balansının, su ehtiyatlarından  kompleks istifadə olunması  və mühafizəsinin perspektiv sxemlərinin hazırlanmasında iştirak etmək;
14.27. Ətraf təbii mühitin vəziyyətinə təsir göstərən, habelə təbiəti mühafizə təyinatlı obyektlərin qəbulu və istifadəyə verilməsi üzrə komissiyaların işində iştirak etmək;
14.28. Müəssisə və təşkilatlardan  ətraf  mühitə atılan (axıdılan) və yerləşdirilən tullantıların statistik  hesabatlarını qəbul etmək, yoxlamaq və sistemləşdirmək;
14.29. Əhalinin təbiətə, təbii ehtiyatlara qayğıkeş münasibət ruhunda maarifləndirilməsi işini təşkil etmək, vətəndaşların ekoloji savadının artırılmasına köməklik göstərmək, habelə əhalinin ətraf  mühitin qorunmasında daha da yaxından iştirakı məqsədilə müsabiqələr, konfranslar və sərgilər təşkil etmək;
14.30. Dövlət və qeyri-hökümət müəssisə, idarə və təşkilatları, həmçinin vətəndaşlar, fiziki və hüquqi şəxslər tərəfindən Nazirliyə və Departamentə daxil olmuş şikayət ərizələrini araşdırmaq;
14.31. Nazirliyin  Mərkəzi Aparatında və tabeli qurumlarında xidməti silahların alınması, daşınması, saxlanılması, uçotu və istifadəsi zamanı «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi sistemində  xidməti silahların dövriyyəsi qaydaları haqqında Təlimat»ın  tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək; 

IV. MƏSULİYYƏT VƏ DEPARTAMENTİN QƏRARLARINDAN ŞİKAYƏT

15. Departamentin əməkdaşları Azərbaycan Respublikasının qanunlarına və digər normativ aktlara ciddi riayət etməlidirlər.
16. Departamentin əməkdaşları xidməti vəzifələrini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, öz səlahiyyətlərini aşdıqda, qüvvədə olan qanunvericiliyə əsasən məsuliyyət daşıyırlar.
17. Departamentin qərarlarından və əməkdaşlarının hərəkətlərindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq şikayət verilə bilər.

                        V. DEPARTAMENTİN ƏMƏKDAŞLARININ HÜQUQİ MÜDAFİƏSİ
18. Departamentin əməkdaşlarının hüquqları müvafiq qanunvericilik aktları əsasında təmin edilir.
19. Departamentin əməkdaşlarının vəzifələrinin yerinə yetirilməsinə mane olmaq və ya hər hansı şəkildə təsir göstərmək, habelə işlərinə müdaxilə etmək qadağandır.
20. Belə   hərəkətlərə   yol   verən   orqanlar,   vəzifəli   şəxslər   və   vətəndaşlar   Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

                                          VI. DEPARTAMENTİNFƏALİYYƏTİNİN TƏŞKİLİ
21. Departamentin fəaliyyətinə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad olunan direktor rəhbərlik edir.
22. Direktor Departamentə həvalə edilmiş vəzifələrin və funksiyaların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
23. Departamentin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər  Naziri tərəfindən vəzifəyə   təyin   edilən   və   vəzifədən   azad   olunan,   səlahiyyətləri   nazir   tərəfindən müəyyənləşdirilən bir direktor müavini vardır.
24. Departamentin direktoru aşağıdakı səlahiyyətlərə malikdır:
24.1.Departamentin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
24.2.Departamentin işçiləri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirinə təqdimat verir;
24.3.Səlahiyyətləri çərçivəsində Departamentin fəaliyyətinə dair əmrlər, göstərişlər verir, onların icrasını təşkil edir və yoxlayır;
24.4.Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları pozulduqda inzibati xətalar haqqında işlər üzrə icraata başlayır, inzibati araşdırma aparır və yaxud bu barədə sərəncam verir, inzibati xətalar haqqında işlərə baxır, təqsirkar şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq tədbirlər görür və inzibati tənbehin tətbiq edilməsi barədə qərar verir, təqsirkarların inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi barədə materialları müvafiq orqanlara göndərir;
24.5.Departamentin strukturu və işçilərin say tərkibi barədə Nazirliyə təkliflər verir;
24.6.Məsuliyyət daşıdığı sahələr üzrə işin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə Nazirliyin rəhbərliyinə və mərkəzi aparatın müvafiq qurumlarına təkliflər verir.
24.7.Departament Nazirliyə müəyyən edilmiş qaydada hesabat verir.
24.8.Departamentin maliyyə, hüquq və kargüzarlıq xidmətləri   Nazirliyin müvafıq qurumlarının funksional   tabeliyində   fəaliyyət   göstərir,   öz   işlərini   Nazirliyin   müvafiq   idarələrinin göstərişləri, qaydaları, təlimatları və digər rəhbər sənədləri əsasında qurur.
24.9.Departamentin əməkdaşları nəzarət etdiyi sahələr üzrə üzərində fərqləndirici nişanları olan xüsusi geyim forması ilə təmin  edilir.
24.10.Öz səlahiyyəti daxilində Departamentin qəbul etdiyi qərarların icrası mərkəzi və yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları, dövlət və qeyri-dövlət təşkilatları üçün məcburi xarakter daşıyır.