Dövlət proqramları

Ətraf mühitin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərdən səmərəli istifadəyə dair qəbul edilmiş dövlət proqramları və strateji sənədlər

Ölkə iqtisadiyyatının sürətli inkişafı, xalqın rifahının yüksəldilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və  təbii sərvətlərdən səmərəli istifadə məsələləri  həmişə dövlət rəhbərliyinin diqqət mərkəzində olmuşdur.

Azərbaycan Respublikasında davamlı inkişaf prinsipləri dövlət siyasəti və proqramlarına daxil edilmişdir.

Azərbaycan Respublikasının hökuməti tərəfindən qəbul edilmiş Milli və Dövlət Proqram sənədlərində bu hədəflərin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmişdir.

Bu proqramların əsas məqsədi ölkə iqtisadiyyatının, xüsusilə, qeyri-neft sektorunun dinamik inkişafına, əhalinin iqtisadi və sosial tələbatlarının daha dolğun təmin olunmasına, regionların inkişafına, ölkənin iqtisa­di təhlükə­siz­liyinin təmin edilməsinə, ətraf mühitin mühafizəsinə yönəldilmiş döv­lət əhəmiyyətli inves­tisiya layihələrinin sistemli və səmərəli şəkildə həyata keçiril­mə­sini təmin etməkdən ibarətdir.

Son illər Azərbaycanda ətraf mühitlə bağlı qəbul olunmuş dövlət proqramlarının icrasına diqqətin artırılması, mövcud ekoloji  problemlərin daha səmərəli həll edilməsi məqsədilə müvafiq sərəncamların imzalanması bu sahənin ölkədə prioritet olduğunu göstərir.  

İcrada olan proqramlar:

  1. “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı” 
  2. “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”;
  3. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” 
  4. “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”
  5. “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya”
  6. “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı”

 

İcra müddəti başa çatmış proqramlar:

  1. “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya” 
  2. “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı”
  3. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası
  4. “Azərbaycan Respublikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramı
  5. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri:
  1. “Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram (2003-2010-cu illər)”;
  2. “Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram”;
  3. “Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı (2004-2010-cu illər)”;
  4. “Azərbaycan Respublikasında hidrometeorologiyanın inkişaf Proqramı (2004-2010-cu illər)”;
  5. “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı (2006-2009-cu illər);
  6. “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”;
  7. Abşeron yarımadasında təbii daş yataqlarının səmərəli istifadəsi və inkişafı Dövlət Proqramı (2003-2006);
  8. “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”;
  9. “Azərbaycan Respublikasında təhlükəli tullantıların idarə olunmasının Dövlət Strategiyası” (2004-2010);
  10. “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”;
  11. “Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”;

Layihəsi hazırlanmış proqramlar:

  1. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin “2022-2026-cı illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın aidiyyəti bölməsi (məqsəd 5.1-yüksək keyfiyyətli ekoloji mühit);
  2. "Azərbaycan Respublikasında meşələrin mühafizəsi və davamlı inkişafına dair 2022-2030-cu illər üçün Dövlət Proqramı”;
  3. “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”.