• Bakı
  • Gündüz +8°C,
  • Gecə +5°C
  • Sumqayıt
  • Gündüz +7°C,
  • Gecə +4°C
  • Naxçıvan
  • Gündüz +11°C,
  • Gecə +1°C
  • Xankəndi
  • Gündüz +6°C,
  • Gecə 0°C
  • Şuşa
  • Gündüz +1°C,
  • Gecə -5°C
  • Xocalı
  • Gündüz +5°C,
  • Gecə -3°C
  • Xocavənd
  • Gündüz +1°C,
  • Gecə -1°C
  • Qubadlı
  • Gündüz +6°C,
  • Gecə 0°C
  • Zəngilan
  • Gündüz +1°C,
  • Gecə -5°C
  • Laçın
  • Gündüz +2°C,
  • Gecə -4°C
  • Kəlbəcər
  • Gündüz +3°C,
  • Gecə -3°C
  • Daşkəsən
  • Gündüz +3°C,
  • Gecə -4°C
  • Gədəbəy
  • Gündüz +10°C,
  • Gecə +4°C
  • Ağdam
  • Gündüz +6°C,
  • Gecə 0°C
  • Cəbrayıl
  • Gündüz +7°C,
  • Gecə 0°C
  • Füzuli
  • Gündüz +12°C,
  • Gecə +6°C
  • Gəncə
  • Gündüz +10°C,
  • Gecə +1°C
  • Qazax
  • Gündüz +10°C,
  • Gecə +4°C
  • Naftalan
  • Gündüz +11°C,
  • Gecə +6°C
  • Şəki
  • Gündüz +11°C,
  • Gecə +5°C
  • Ağstafa
  • Gündüz +9°C,
  • Gecə +2°C
  • Qəbələ
  • Gündüz +7°C,
  • Gecə +1°C
  • Şamaxı
  • Gündüz +5°C,
  • Gecə 0°C
  • Zaqatala
  • Gündüz +9°C,
  • Gecə +2°C
  • Xızı
  • Gündüz +4°C,
  • Gecə -2°C
  • Siyəzən
  • Gündüz +10°C,
  • Gecə +2°C
  • Şabran
  • Gündüz +10°C,
  • Gecə +3°C
  • Quba
  • Gündüz +5°C,
  • Gecə 0°C
  • Qusar
  • Gündüz +3°C,
  • Gecə -2°C
  • Xaçmaz
  • Gündüz +9°C,
  • Gecə +3°C
  • Kürdəmir
  • Gündüz +12°C,
  • Gecə +5°C
  • Yevlax
  • Gündüz +11°C,
  • Gecə +5°C
  • Ağcabədi
  • Gündüz +12°C,
  • Gecə +5°C
  • Ağdaş
  • Gündüz +12°C,
  • Gecə +5°C
  • Göyçay
  • Gündüz +11°C,
  • Gecə +4°C
  • Bərdə
  • Gündüz +11°C,
  • Gecə +4°C
  • İmişli
  • Gündüz +13°C,
  • Gecə +6°C
  • Salyan
  • Gündüz +13°C,
  • Gecə +6°C
  • Beyləqan
  • Gündüz +11°C,
  • Gecə +4°C
  • Saatlı
  • Gündüz +11°C,
  • Gecə +4°C
  • Hacıqabul
  • Gündüz +13°C,
  • Gecə +6°C
  • Masallı
  • Gündüz +11°C,
  • Gecə +5°C
  • Lənkəran
  • Gündüz +11°C,
  • Gecə +5°C
  • Lerik
  • Gündüz +6°C,
  • Gecə -1°C
Faydalı Bölmələr

Azərbaycan Respublikasında balıqçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikasında balıqçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 722 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normaları”, “balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna cərimələr”, “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasında balıq və digər su bioresurslarından istifadə haqqı və qaydaları” təsdiq edilsin (əlavə olunur).[1]

2. “Azərbaycan Respublikası balıqçılıq təsərrüfatı sututarlarında qiymətli balıq növlərinin, su heyvanlarının və onurğasızların ehtiyatlarının mühafizəsini gücləndirmək tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 mart tarixli 128 nömrəli qərarının birinci və ikinci bəndləri qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 6 sentyabr 1999-cu il

     № 146

 

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1999-cu il 6 sentyabr tarixli 146 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normaları[2]

 

1. Ümumi müddəalar

 

1. “Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normaları” (bundan sonra — normalar) Azərbaycan Respublikası Su Məcəlləsi və “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən tərtib edilmiş və balıqçılıq əhəmiyyətli su obyektlərinə aid olan yerüstü su axınları və su tutarları, habelə Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin (bundan sonra — su obyektləri) tullantı və tullantı suları ilə çirklənməsinin qarşısının alınması məqsədini daşıyır.

2. Hər növ məişət və təsərrüfat mənşəli tullantıların və tullantı sularının birbaşa və ya dolayı təsiri nəticəsində suyun tərkibi və xassələri dəyişərək, balıq və digər su bioresurslarının varlığı və inkişafı üçün qismən və yaxud tamamilə yararsız hala düşdükdə su obyektləri çirklənmiş sayılır.[3]

Suyun orqanoleptik xassələrinin dəyişməsi və tərkibində balıq və digər su bioresursları üçün zərərli maddələrin mövcud olması, həmçinin su orqanizmlərinin normal həyat fəaliyyəti şərtlərini dəyişdirən suyun hərarətinin artması nəticəsində onun keyfiyyətinin pisləşməsi suyun çirklənmə meyarıdır.

3. Balıqçılıq təsərrüfatında istifadə edilən suyun tərkib və keyfiyyət yararlılığı bu normalar və tələblər əsasında müəyyən edilir.

4. Qadağan edilir:

su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətini öz səlahiyyətləri daxilində həyata keçirən, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (yerüstü su obyektləri üzrə), habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin razılığı olmadan, həmçinin sanitariya-epidemiologiya və balıq mühafizə xidməti ilə razılaşdırılmadan hər növ tullantı sularının su obyektlərinə axıdılması;[4]

yol verilən qatılıq hədləri (YQH) təyin edilməmiş çirkləndirici maddələri daşıyan tullantı sularının su obyektlərinə axıdılması;

neft kəmərləri və neft mədənlərindən su obyektlərinə sızmalara yol verilməsi;

təmizlənməmiş tullantı, döşəməaltı və ballast sularının, həmçinin təhlükəli maye və qatı tullantıların üzmə vasitələri və stasionar özüllərdən su obyektlərinə buraxılması;

balıqların kütləvi kürüləmə, qidalanma və qışlama yerlərinə hər növ tullantı sularının axıdılması;

hər növ tullantı və tullantı sularının dövlət qoruğu statusuna malik və elmi-tədqiqat işləri üçün ayrılmış su obyektlərinə buraxılması.

5. Tullantı sularının su obyektlərinə axıdılmasının texniki şərtləri, onlara qarşı tələblər və razılaşdırılması yolları, habelə bu şərtlərə əməl edilməsi bu Qaydalarla tənzimlənir.

 

II. Su obyektlərinin radioaktiv maddələrlə çirklənmədən mühafizəsi

 

6. Tərkibində radioaktiv maddələr saxlayan tullantı sularının atılması, kənar edilməsi və zərərsizləşdirilməsi qüvvədə olan radiasiya təhlükəsizliyi normalarına, radioaktiv maddələr və digər ionlaşdırıcı şüa mənbələri ilə sanitar iş qaydalarına müvafiq olaraq həyata keçirilir.

7. Radioaktiv tullantı sularının zərərsizləşdirilməsi nəticəsində əmələ gələn pulpaların, çöküntülərin və qatılaşmış qazan qalıqlarının, habelə yüksək aktivli maye tullantılarının su obyektlərinə axıdılması qadağan edilir.

8. Tərkibində radioaktiv maddələr olan tullantı sularının balıq və quşların yetişdirilməsi üçün ayrılmış göl, gölcük və nohurlara, həmçinin bu hövzələrlə əlaqəli olan çay, arx və digər su obyektlərinə axıdılması qadağan edilir.

 

III. Su obyektlərinə zərərli təsirin yol verilən normaları

 

9. Balıqçılıq təsərrüfatı üçün əhəmiyyətinə görə su obyektləri iki kateqoriyaya bölünür:

oksigenə qarşı yüksək həssaslığı ilə səciyyələnən qiymətli balıq növlərinin bərpası, artırılması və qorunması üçün istifadə edilən su obyektləri—birinci kateqoriyaya;

balıqçılıq təsərrüfatının digər məqsədləri üçün istifadə edilən su obyektləri isə ikinci kateqoriyaya aid edilir.

10. Balıqçılıq təsərrüfatı üçün əhəmiyyətinə görə su obyektinin kateqoriyası balıqçılıq təsərrüfatının və balıq və digər su bioresurslarının ovunun gələcək inkişafı nəzərə alınmaqla balıq mühafizə xidməti tərəfindən müəyyən edilir.[5]

11. Buraxılma yerindən 500 m. məsafə daxilində balıqçılıq mühafizə xidmətinin təyin etdiyi hər bir məntəqədə tullantı və təbii suların qarışdığı su obyektlərinin tərkibi və xassələri balıq təsərrüfatının tələblərini təmin etməlidir.[6]

12. Su obyektlərinin balıqların kütləvi kürüləmə, qidalanma və qışlama yerlərinə yaxın olan sahələrinə tullantı sularının axıdılmasının mümkünlüyü, habelə tullantı suyunun balıqçılıq təsərrüfatı obyektlərinin suyu ilə qarışdırılması şərtləri balıq mühafizə xidməti tərəfindən müəyyən edilir.

13. Balıqçılıq təsərrüfatı məqsədləri üçün istifadə edilən su obyektlərində suyun tərkibi və xassələri, balıqçılıq əhəmiyyətli su obyektlərindəki sularda zərərli maddələrin yol verilən qatılıq həddi bu normaların 1 və 2 nömrəli əlavələrində qeyd edilən normativ göstəricilərindən artıq olmamalıdır.

14. Eyni zərərli təsir göstəricisi olan bir neçə çirkləndirici maddənin su obyektinə daxil olduğu halda (ətrafda yerləşən su buraxıcılarından axıdılan çirkab qarışıqlarının miqdarı nəzərə alınmaqla) ayrı-ayrı maddələrin suda olan qatılıqlarının (S1, S2, … Sn) onların YQH-yə olan cəminin nisbəti vahiddən artıq olmamalıdır:

 

 

Layihələşdirilən müəssisənin çirkab sularını qəbul edən su obyekti sahəsində sudan istifadə şərtləri dəyişərsə, həmin müəssisələrin çirkab sularının tullantısına olan icazəyə yenidən baxılmalıdır.

 

IV. Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normalarında əlavələr və dəyişikliklər edilməsi qaydaları

 

15. Su obyektlərinə zərərli təsirin yol verilən normalarına əlavələr və dəyişikliklər, habelə yeni növ, məlum olmayan və yaxud əvvəllər tullantı suları ilə axıdılmayan zərərli maddələrin balıqçılıq əhəmiyyətli su obyektlərinə buraxılması normaları Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər NazirliyiAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Milli Elmlər Akademiyası ilə razılaşdırıldıqdan sonra Nazirlər Kabineti tərəfindən təsdiq edilir.[7]

 

 

 

 

 

Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normalarına

1 nömrəli əlavə[8]

 

Balıqçılıq təsərrüfatı məqsədləri ilə istifadə edilən su obyektlərində suyun tərkibi və xassələrinə ümumi tələblər

 

Sudan istifadənin kateqoriyası
Su hövzəsi və ya axınında suyun tərkibi və xassələrinin göstəriciləri

Oksigenə tələbatı daha çox olan qiymətli balıq növlərinin bərpası, artırılması və qorunması üçün istifadə edilən su obyektləri

Balıqçılıq təsərrüfatının digər məqsədləri üçün istifadə edilən su obyektləri

Təbii su ilə müqayisədə asılı maddələrin miqdarı göstərilən həddi aşmamalıdır.

 

0, 25 mq.l.

0,75 mq.l.

Asılı maddələr

Hövzədə suyun orta səviyyəsində təbii mineral maddələrin miqdarı 30 mq.l.-dən artıq olduqda həmin hövzənin sularında onların miqdarının 5 faiz-həddində artmasına yol verilir. Axar su hövzələri üçün çökmə sürəti 0,4 mm/san-dən, su anbarları üçün isə 0,2 mm/san-dən artıq olan asılı maddələrin su obyektlərinə axıdılması qadağandır.

Üzən qatışıqlar (maddələr)

Suyun səthində neft məhsullarının, yağların, piylərin və başqa qatışıqların örtüyü aşkar edilməməlidir.

Rənglər, iylər və dadlar

Suda balıqların ətinə nüfuz edə bilən iylər, dadlar və rənglər olmamalıdır.

Temperatur

Hövzənin təbii temperaturu ilə müqayisədə suyun temperaturu 50S-dən artıq olmamalıdır. Nisbətən soyuq suda yaşayan balıq növləri üçün suyun hərarəti yayda 200S dərəcəni, qışda 50S dərəcəni, digər su hövzələrində isə yayda 280S dərəcəni, qışda 80S dərəcəni aşmamalıdır.

Həll olunmuş oksigen

Qış dövründə aşağıdakı göstəricilərdən az olmamalıdır:

6 mq.l.

4,0 mq.l.

Yay dövründə bütün su hövzələrində gündüz saat 12-yə qədər götürülmüş nümunələrdə 6,0 mq.l.-dən az olmamalıdır.

Hidrogen göstəricisi

rN 6,5-8,5 hüdudlarından kənara çıxmamalıdır.

Oksigenə olan biokimyəvi tələbat (OVT)

Suyun oksigenə olan tam tələbatı (200S) 3,0 mq.l. aşmamalıdır. Qış dövründə həll olunmuş oksigen miqdarının birinci kateqoriyalı su obyektlərində 6,0 mq.l.-ə, ikinci kateqoriyalı su obyektlərində isə 4,0 mq.l.-ə enəcəyi təqdirdə, həmin su obyektlərinə suyun biokimyəvi oksigen tələbatını dəyişməyən çirkab suların axıdılması mümkündür.

Zəhərli maddələr

Balıqlara və digər su bioresurslarına, habelə onların yem ehtiyatlarına bilavasitə və ya dolayı yolla zərərli təsir göstərən maddələrin suda mövcudluğu yolverilməzdir.[9]

 

 

 

 

 

Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normalarına

2 nömrəli əlavə

 

 

Balıqçılıq əhəmiyyətli su obyektlərinin suyunda zərərli maddələrin yol verilən qatılıq həddinin siyahısı[10]

 

Sıra №-si

Maddələrin adı

Limit göstəricisi

Yol verilən qatılıq həddi (mq.l.)

1.

Ammonyak

Toksikoloji

0,05

2.

Benzol

0,5

3.

Bor turşusu

0,1

4.

Heksaxloran

qadağandır

5.

Dissolvan

0,9

6.

Kadmium (Cd2+)

0,005

7.

Kobalt (SO2+)

0,01

8.

Bitumlu lak

5,0

9.

Maqnezium (Mg2+)

50,0

10.

Mis (Su2+)

0,01

11.

Arsen

0,05

12.

ML-6 yuyucu preparatı (sulfonat, sulfonol və DB uayt-spirtin qarışığı)

0,5

13.

Nikel (Ni2+)

0,01

14.

Oksidləşdirilmiş yağ turşuları

3,9

15.

Piror-400

0,005

16.

Polivinilasetat (emulsiya)

0,3

17.

Proksamin 385

7,5

18.

Petrolatum

6,5

19.

Polixlorpinen

qadağandır

20.

Qurğuşun (Rb2+)

0,1

21.

İynəyarpaqlı ağac növlərindən yuyulmuş qətran maddələri

2,0-dən az

22.

Kerosin əsaslı sulfonat

0,5

23.

Sulfonol NR-5

0,5

24.

Xlorlu sulfonol

0,1

25.

Sulfonol NR-1

0,2

26.

Sulfonol NR-3

0,1

27.

Tannidlər

10,0-dan az

28.

Natrium tetroboratı

0,05

29.

Sərbəst xlor (Sl-)

qadağandır

30.

Sink (Zn2+)

0,01

31.

Solyalka yağı

0,01

32.

Texniki DDT

qadağandır

33.

DDT solyar yağında

qadağandır

34.

DNS (ikili spirtlərin və malein anhidridi əsasında monoalkilsulfokəhrəba turşusunun dinatrium duzu)

0,2

35.

Penoqətranlı lak

1,0

36.

Natriumaleinokanifol

0,01

37.

Karbon sulfid

1,0

38.

Sintin əsaslı sulfonat (alkil sulfonat turşusunun natrium duzu)

1,0

39.

Aminokanifol xlorasetatı

0,001

40.

Sianidlər

0,05

41.

Ammonium xlorid (NN4+)

1,2

42.

Ammonium sulfat (NN-)

1,0

43.

Ammonium nitrat (NN4-)

0,5

44.

Ammonium perxlorat (NN4-)

0,008

45.

Xlorofos

qadağandır

46.

Formalin

0,25

47.

XP-7 (xüsusi pasta-alkil fenolun polietilen qlükol efiri)

0,3

48.

XP-10 (xüsusi pasta-alkil fenolun polietilen qlükol efiri)

0,5

49.

Alkil sulfonat

sanitar-toksikoloji

0,5

50.

İlkin alkil sulfat

0,2

51.

Karbomol

orqanoleptik

1,0

52.

Metazin

1,0

53.

Xromolan

0,5

54.

Diproksamin 157

3,2

55.

Ksilol

0,05

56.

Stirol

0,1

57.

Toluol

0,5

58.

Proksanol 305

6,3

59.

DNS-ikilispirtlər əsasında 2-ci sabunlaşmayan (pasta)

0,2

60.

DB-preparatı (poliqlükol efirləri)

0,3

61.

Bərkidici DSM (disiandiamin və formaldehidə əlavə edilmiş 10 faiz mis asetatın kristalları qarışığı məhsullarının kondensasiyası)

0,5

62.

Sulfospirtlər (2 sabunlaşmadan)

0,1

63.

NQK (neytrallaşmış qara kontakt)

0,01

64.

AM preparatı

1,0

65.

Sintetik lateks

balıqçılıq təsərrüfatlarında

1,6

66.

Neft və neft məhsulları

0,05

67.

Fenollar

0,001

68.

Entobakteriyalar

ümumi sanitar

10,0

 

Qeyd. Avropa İttifaqı ölkələrinə ixrac ediləcək balıq və digər su bioresurslarının ovlandığı və yetişdirildiyi su obyektlərindəki sularda - Kadmium (Cd2+), Kobalt (CO2+), Maqnezium (Mg2+), Nikel (Ni2+), Sərbəst xlor (Cl) və Sink (Zn2+) yol verilən qatılıq həddi müvafiq olaraq 0,01 mq.l., 1,0 mq.l., 14 mq.l, 0,3 mq.l., 0,01 mq.l. və 0,003 mq.l. müəyyən edilir.[11]

 

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1999-cu il 6 sentyabr tarixli 146 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri-qanuni ovunacərimələr

 

Ümumi müddəalar

 

1. Bu Qaydalar “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının Su qanunvericiliyinə, Azərbaycan Respublikası ilə Xəzəryanı dövlətlər arasında bağlanmış müqavilələrə, sazişlərə, razılaşmalara və digər beynəlxalq müqavilələrə və hüquq normalarına əsasən tərtib edilmişdir.

2. Azərbaycan Respublikasının “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, balıq və digər su bioresurslarından istifadə ödənişlidir.

3. Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələr və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna cərimələr balıq və digər su bioresurslarının növündən, onların ov üsulundan, ov alətlərinin və texniki vasitələrin növündən, habelə su obyektlərinin təyinatından asılı olaraq differensiallaşdırılır.

4. Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri və dərəcələri aşağıdakı kimi müəyyənləşdirilir:

 

balıq və digər su bioresurslarının növləri

balıq və digər su bioresurslarından istifadənin dərəcələri

Kilkə

1,0

Kefal

2,0

Siyənək

2,5

Çapaq

2,0

Xərçəngkimilər

5,0

Külmə

2,0

Çəki

4,0

Xəşəm

5,0

Sıf

4,0

Kütüm

5,0

Şamayı

5,0

Qarasol

2,0

Qızılbalıqlar

10,0

Nərəkimilər

10,0

Digər balıq növləri

2,0

Suiti

1,0

Bölgə

300,0

Nərə

200,0

Uzunburun

180,0[12]

 

5. Balıq ehtiyatlarından istifadənin ödənişi (Q=L x K x N) düsturu ilə təyin edilir:

L — bir ton kilkə balığından (xammal nəzərdə tutulur) və yaxud bir ədəd suitindən istifadənin bazis qiyməti (manatla); Bazis qiyməti kilkə balığının və suitinin bazar qiymətinə uyğun götürülür. Bu qiymət Azərbaycanın və xarici dövlətlərin hüquqi və fiziki şəxsləri üçün müvafiq olaraq 5 və 10 faizi miqdarında qəbul edilir; [13]

K — balıq və digər su bioresurslarının növündən asılı olan dərəcədir;

N — ovlanması nəzərdə tutulan balıq və suitinin ümumi (limiti, kvotası) miqdarıdır (balıqlar üçün tonla, suiti üçün isə ədədlə hesablanır).

6. Ayrıca istifadədə, icarədə, bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan su obyektlərində balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələr bu Qaydanın 3-cü maddəsində göstərilən formada bələdiyyələr, mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir.

7. Balıq və digər su bioresurslarından istifadəyə görə güzəştlərin tətbiqi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Bərpa məqsədi ilə balıq və digər su bioresurslarının akvakultura üçün ovu, habelə elmi-tədqiqat, nəzarət, idman və həvəskar ovu istisna olmaqla, balıq və digər su bioresurslarının ovu ödənişlidir.

8. balıq və digər su bioresurslarından istifadəyə görə ödənişlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

9. Ödəmələrin tətbiq edilmə qaydaları:

a) Balıq və digər su bioresursları ehtiyatlarından istifadəyə görə ödəniş Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fonduna köçürülür.[14]

b) Hüquqi və fiziki şəxslər tərəfindən balıq və digər su bioloji resurslarından istifadəyə görə ödənişlər aşağıdakı qaydada həyata keçirilir:

balıq və digər su bioloji resurslarından istifadə üçün 1000 tonadək kvota alan şəxslər müəyyən edilmiş ümumi dəyəri birdəfəlik tam həcmdə ödəyirlər;

kvotanın həcmi 1000 tondan çox olduqda, ümumi kvota üçün müəyyən edilmiş məbləğin 50 faizi ova icazə alınan zaman, qalan hissəsi isə növbəti rüb ərzində ödənilir. Bu kvotanı alan şəxslər kvota üçün müəyyən edilmiş ümumi məbləği birdəfəlik ödəyə bilərlər.[15]

10. Ölçüsündən və çəkisindən asılı olmayaraq bir ədəd balıq, su heyvanı və onurğasıza vurulmuş ziyan minimum əmək haqqının aşağıdakı mislində müəyyən edilir:

 

a) Balıqlar

“Qırmızı kitaba” daxil edilmiş balıq növləri (kələmo, dəniz sıfı, poru, ilanbalığı, qızıl xallı)

250

Bölgə

225

Nərə, uzunburun, qızılbalıq, ağ qızılbalıq

200

Xəşəm, kütüm, sıf, şirbit, şamayı, ağ amur, enlialın

30

Çəki, karp, qarabel siyənəyi

20

Naxa, durna balığı, kefal, çapaq, külmə, qarasoy, xramulya, dabanbalığı, xanı balığı və siyənəyin digər növləri

10

Kilkə (1 kq)

0,5[16]

b) Kürü (1 kq.)

Bölgə, kələmo, nərə, uzunburun

200[17]

c) Su heyvanları:

Xəzər suitisi

50

ç) Su onurğasızları

Xərçəng

1,0

Krevet

0,5

d) Dövlət qoruqlarında və digər xüsusi mühafizə olunan ərazilərdə qanunsuz ovlanmış və ya məhv edilmiş balıq və digər su bioresursları üçün cərimələr üç qatına tutulur.

 

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1999-cu il 6 sentyabr tarixli 146 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasında balıq və digər su bioresurslarından istifadə haqqı və qaydaları

 

1. Xarici dövlətlərin hüquqi və fiziki şəxsləri Azərbaycan Respublikasının su obyektlərində “Balıqçılıq haqqında” Qanunla yanaşı, Azərbaycan Respublikası ilə Xəzəryanı dövlətlər arasında bağlanmış beynəlxalq müqavilələr, sazişlər, razılaşmalar və digər beynəlxalq hüquq normaları əsasında balıq və digər su bioresurslarındanistifadə  hüququ əldə edə bilərlər.

2. Azərbaycan Respublikasının balıqçılıq əhəmiyyətli su obyektlərində “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, xarici dövlətlərin hüquqi və fiziki şəxslərinə balıq və digər su bioresurslarının sənaye ovu üçün vətəgə sahələri (müqavilə ilə sərhədləri bilinən), ov rayonları və limitlər (kvotalar) müvafiq icra hakimiyyəti orqanları tərəfindən ayrılır.

Vətəgə sahələrinin ayrılması haqqında müqavilədə ovlanan balığın həcmi (limiti, kvotası), növləri və ölçüləri, balıq ovlamaq üçün qadağan olunan ov alətləri, texniki vasitələr, digər qaydalar və şərtlər müəyyən edilir.

3. Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin balıq və digər su bioresurslarının sənaye ovu ödənişlidir və istifadə hüququ Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada əldə edilir.

4. Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin məbləği (dəyəri) balıq və digər su bioresurslarının növündən, onların ovu üsulundan, ov alətlərinin və texniki vasitələrin növündən, habelə su obyektinin təyinatından asılı olaraq differensiallaşdırılır və bazar konyukturasına uyğun aşağıdakı qaydada müəyyən edilir:

 

Balıq ehtiyatlarının növləri

Balıq ehtiyatlarından istifadənin əmsalları

a) Kilkə

1,0

b) Kefal

2,0

c) Siyənək

2,5

ç) Axçalı balıqlar:

Sıf

4,0

Külmə

2,0

Çapaq

2,0

Çəki

3,0

Xəşəm

5,0

Kütüm

5,0

Şamayı

5,0

Axçalı balıqların digər növləri

2,0

d) Suiti

1,0

e) Xərçəngkimilər

5,0

 

5. Balıq ehtiyatlarından ümumi istifadəyə görə ödəniş haqqı aşağıdakı düsturla təyin edilir:

Q=L* K* N

Q — manatla

L — bir ton balıqdan (kilkə balığının xammalı nəzərdə tutulur) və ya bir ədəd suitindən istifadənin bazis qiyməti. Bazis qiyməti balıqların və suitinin bazar satış qiymətinin 10%-ni təşkil edir.[18]

K — balıq və digər su bioresurslarının növündən asılı olan əmsal.

N — ovlanması nəzərdə tutulan vətəgə obyektinin ümumi miqdarı (limiti, kvotası), ölçü vahidi balıqlar üçün — tonla, suiti üçün isə ədədlə götürülür.

6. Ayrıca istifadədə, icarədə, bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan su obyektlərində balıq və digər su bioresurslarıdan istifadəyə görə ödəmələr bələdiyyələr, mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir.

7. Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının su obyektlərində balıq və digər su bioresurslarından istifadə hüququ və vəzifələri “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yanaşı Respublikanın digər qanunvericilik aktları və beynəlxalq hüquq normaları ilə müəyyən edilir.