• Bakı
  • Gündüz +32°C,
  • Gecə +24°C
  • Sumqayıt
  • Gündüz +31°C,
  • Gecə +23°C
  • Naxçıvan
  • Gündüz +39°C,
  • Gecə +11°C
  • Xankəndi
  • Gündüz +25°C,
  • Gecə +18°C
  • Şuşa
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Xocalı
  • Gündüz +24°C,
  • Gecə +15°C
  • Xocavənd
  • Gündüz +23°C,
  • Gecə +17°C
  • Qubadlı
  • Gündüz +25°C,
  • Gecə +17°C
  • Zəngilan
  • Gündüz +25°C,
  • Gecə +18°C
  • Laçın
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Kəlbəcər
  • Gündüz +21°C,
  • Gecə +14°C
  • Daşkəsən
  • Gündüz +23°C,
  • Gecə +16°C
  • Gədəbəy
  • Gündüz +22°C,
  • Gecə +16°C
  • Ağdam
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Cəbrayıl
  • Gündüz +22°C,
  • Gecə +16°C
  • Füzuli
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Gəncə
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Qazax
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Naftalan
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Şəki
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Ağstafa
  • Gündüz +32°C,
  • Gecə +21°C
  • Qəbələ
  • Gündüz +33°C,
  • Gecə +21°C
  • Şamaxı
  • Gündüz +31°C,
  • Gecə +20°C
  • Zaqatala
  • Gündüz +34°C,
  • Gecə +22°C
  • Xızı
  • Gündüz +26°C,
  • Gecə +17°C
  • Siyəzən
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Şabran
  • Gündüz +33°C,
  • Gecə +22°C
  • Quba
  • Gündüz +39°C,
  • Gecə +20°C
  • Qusar
  • Gündüz +27°C,
  • Gecə +18°C
  • Xaçmaz
  • Gündüz +33°C,
  • Gecə +24°C
  • Kürdəmir
  • Gündüz +39°C,
  • Gecə +24°C
  • Yevlax
  • Gündüz +38°C,
  • Gecə +24°C
  • Ağcabədi
  • Gündüz +37°C,
  • Gecə +24°C
  • Ağdaş
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Göyçay
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Bərdə
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • İmişli
  • Gündüz +38°C,
  • Gecə +25°C
  • Salyan
  • Gündüz +38°C,
  • Gecə +25°C
  • Beyləqan
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Saatlı
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Hacıqabul
  • Gündüz +39°C,
  • Gecə +25°C
  • Masallı
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Lənkəran
  • Gündüz +34°C,
  • Gecə +22°C
  • Lerik
  • Gündüz +28°C,
  • Gecə +18°C
  • Gündüz +30°C,
  • Gecə +21°C
Faydalı Bölmələr

Şahdağ Milli Parkı

Şahdağ Milli Parkı
Ana səhifə Ekoturzim Flora Fauna Görüntülər Əsasnamə Qaydalar Ələqə

 

ŞAHDAĞ MİLLİ PARKI

 

Şahdağ Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 08 dekabr tarixli 1814 nömrəli Sərəncamı əsasında yaradılmışdır. Ərazisi ilkin olaraq 115895 hektar təşkil edir ki, bundan İsmayıllı və Pirqulu Dövlət Təbiət Qoruqları 21014 ha, Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz və Şamaxı rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu torpaqları 81797 ha və həmin rayonların hüdudlarındakı yüksəkliklərdə yerləşən və istifadəsiz yaylaqlar 13084 təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 8 iyul tarixli Sərəncamı ilə Şahdağ Milli Parkının ərazisi genişləndirilərək 130508,1 hektara çatdırılmışdır.

 

 

Şahdağ Milli Parkının yaradılmasında məqsəd çoxlu sayda endemik və nəsli kəsilməkdə olan növlər və transsərhəd köçəri heyvanlar da daxil olmaqla qlobal əhəmiyyətli dağ meşələri və yüksək dağlıq ərazilərdə yerləşən otlaqlar ekosisteminin bərpası, qorunması və idarə edilməsi, torpağın münbit qatının qorunub saxlanılması, ərazi üçün xarakterik olan fauna və flora növlərinin  qorunması, artırılması və zənginləşdirilməsi, həmçinin, təbii kompleksin sabitliyinin tənzimlənməsi, elmi-tədqiqat  işlərinin aparılması üçün daha əlverişli şəraitin yaradılması, eləjə də ətraf mühitin monitorinqi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi  və böyük turizm potensialı olan ərazidə ekoturizmin  inkişafının təmin edilməsidir.

 

 

Milli Parkın ərazisinin yerləşdiyi yüksəklik onun iqliminin müxtəlifliyinə, bitki örtüyünə və heyvanlar aləminin zənginliyinə əsaslı təsir göstərmişdir. Buradakı meşələr öz zənginliyi və füsunkarlığı ilə məşhurdur.

Relyefin şaquli dəyişməsi və parçalanması, mürəkkəb iqlim şəraiti və torpaq örtüyü burada bitki örtüyünün müxtəlifliyinə səbəb olmuşdur. Meşələr, əsasən iberiya və şərq palıdından, şərq fısdığından və Qafqaz vələsindən əmələ gəlmişdir. Milli Parkın çox böyük ərazisini əhatə etməsi səbəbindən burada həm təmiz, həm də qarışıq meşələrə rast gəlinir. Meşələrdə qarışıq halda göyrüş, ağcaqayın, qaraçöhrə, söyüd, qoz, gilas, alma, armud və s ağaclar, dəmirqara, əzgil, yemişan, böyürtkan, itburnu, zirinc və s. kol bitkiləri yayılmışdır.

Şahdağ Milli Parkının heyvanat aləmi çox zəngindir. Burada, quşlardan qırqovul, qaratoyuq, alabaxta, bildirçin, sarıköynək, çobanaldadan, ağacdələn, qarğa və s., məməlilərdən cüyür, çöl donuzu, qonur ayı, çaqqal, dovşan, dələ, canavar, tülkü, maral, yenot, qarapaça, meşə pişiyi, təkə, ayı, vaşaq, gəlincik, porsuq və s. növlərə təsadüf olunur.

Ərazidə adları Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş məməlilərdən    vaşaq, köpgər və s. quşlardan turanc, berkut, çöl qartalı və s. qorunur.