Saytın Xəritəsi

Rəhbərlik

Hüseynqulu Bağırov

Hüseynqulu Bağırov

Azərbaycan Respublikası 
Ekologiya və Təbii Sərvətlər Naziri

 

1955-ci il təvəllüdlüdür.

1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Təhsil aldığı dövrdə K.Marks təqaüdçüsü olub.

1978-1983-cü illərdə Təhsil Nazirliyində, sonra isə komsomol orqanlarında çalışıb.

1983-85-ci illərdə Bakıda və Moskva şəhərində elmi fəaliyyətlə məşğul olub.

1985-1992-ci illərdə Zaqafqaziya Komsomol və Ali Partiya məktəblərində çalışıb.

1990-cı ildə SSRİ Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə professor elmi adını alıb. 

1990-cı ildən Gənclər İnstitutuna, 1992-ci ildən Qərb Universitetinə rəhbərlik edib.

1998-ci ildə Amerika Birləşmiş Ştatlarının İndiana Universitetində
Fulbrayt professoru vəzifəsində çalışıb.
2000-2001-ci illərdə Azərbaycan Respublikasının Ticarət Naziri vəzifəsində işləyib.

2001-ci ildən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziridir.

2005-2014-cü illərdə Azərbaycan Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının Prezidenti seçilib.

2014-cü ildə  Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiysına prezident seçilib.

E-mail: ecologiya.nazirliyi@eco.gov.az

            info@eco.gov.az

 


 

Firdovsi Əliyev

Firdovsi Əliyev

Azərbaycan Respublikası 
Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini 

 

1961-ci il təvəllüdlüdür.

1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya-biologiya fakültəsini bitirib.

1988-1991-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyası Coğrafiya İnstitutunda aspirant  olub.

1991-1993-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyası Coğrafiya İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışıb.

1993-2000-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyası Torpaq və Aqrokimya İnstitutunda  böyük elmi işçi vəzifəsində çalışıb.

1994-cü ildən Kənd təsərrüfatı elmləri namizədidir.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1995- 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

2002-ci ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləyib.

2004-cü ildən Ekologiya və Təbii Sərvətlər Nazirinin müavinidir.

E-mail: firdovsi.aliyev@eco.gov.az

 


Novruz Quliyev

Novruz Quliyev

Azərbaycan Respublikası 
Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini

 

1952-ci il təvəllüdlüdür.

1974-cü ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib.

1974-cü ildə əmək fəaliyyətinə Elmi-Tədqiqat Əkinçilik İnstitutunda başlayıb.

1977-сi ildə SSRİ EA-nın Biokimya İnstitutunun aspiranturasını bitirib.

1978-сi ildə biologiya elmləri namizədi və 1992-ci ildə biologiya elmləri doktoru alimlik dərəсələrini alıb.

1981-ci ilin may ayından AMEA-da böyük, aparıcı elmi işçi vəzifələrində çalışmışdır və hal-hazırda Botanika İnstitutunda laboratoriya müdiri vəzifəsində işləyir.

1995-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

2001-сi ildə Azərbaycan MEA-nın müxbir üzvü seçilb.

2005-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirinin müavinidir.

E-mailnovruz.quliyev@eco.gov.az

 


 

Rauf Hacıyev

Rauf Hacıyev

Azərbaycan Respublikası 
Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini 

 

1958-ci il təvəllüdlüdür. 

1980-cı ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib. 
1980-ci ildə AMEA-nın Fizika İnstitutunda işləyib.
1981-ci ildə ADU-nun “Onurğalılar zoologiyası” kafedrasında baş laborant, assistant və baş müəllim vəzifələrində çalışıb. 
1989-сu ildə biologiya elmləri namizədi adını alıb. 
1995-ci ildə Bakı Dövlət Universitetinin “Onurğalılar zoologiyası” kafedrasının dossenti olub.
1995-ci ildə “Azərbalıq” Dövlət Konserninin Balıqartırma idarəsinin rəis müavini, 1999-cu ildə rəisi vəzifəsində işləyib.
2003-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
2005-ci ildə biologiya elmləri doktoru alimlik dərəcəsi alıb.
2001-2011-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentində direktor vəzifəsində çalışıb.
2008-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adını alıb.

2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında «Tərəqqi medalı» ilə təltif olunub.

2011-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirinin müavinidir.
31 iyul 2012-ci il tarixdə Fransa Respublikası Hökümətinin kənd təsərrüfatı və balıqçılıq sahəsində Zabit dərəcəsində Şöhrət Ordeni ilə təltif edilib.

E-mail: rauf.hajiyev@eco.gov.az