• Bakı
  • Gündüz +8°C,
  • Gecə +3°C
  • Sumqayıt
  • Gündüz +8°C,
  • Gecə +4°C
  • Naxçıvan
  • Gündüz -6°C,
  • Gecə -10°C
  • Xankəndi
  • Gündüz +3°C,
  • Gecə -3°C
  • Şuşa
  • Gündüz -2°C,
  • Gecə -8°C
  • Xocalı
  • Gündüz +1°C,
  • Gecə -4°C
  • Xocavənd
  • Gündüz +1°C,
  • Gecə -4°C
  • Qubadlı
  • Gündüz +2°C,
  • Gecə -3°C
  • Zəngilan
  • Gündüz +3°C,
  • Gecə -3°C
  • Laçın
  • Gündüz -2°C,
  • Gecə -8°C
  • Kəlbəcər
  • Gündüz -2°C,
  • Gecə -8°C
  • Daşkəsən
  • Gündüz -2°C,
  • Gecə -7°C
  • Gədəbəy
  • Gündüz +1°C,
  • Gecə -7°C
  • Ağdam
  • Gündüz +7°C,
  • Gecə 0°C
  • Cəbrayıl
  • Gündüz +8°C,
  • Gecə 0°C
  • Füzuli
  • Gündüz +6°C,
  • Gecə 0°C
  • Gəncə
  • Gündüz +8°C,
  • Gecə -4°C
  • Qazax
  • Gündüz +7°C,
  • Gecə -4°C
  • Naftalan
  • Gündüz +7°C,
  • Gecə -2°C
  • Şəki
  • Gündüz +8°C,
  • Gecə -3°C
  • Ağstafa
  • Gündüz +7°C,
  • Gecə 0°C
  • Qəbələ
  • Gündüz +6°C,
  • Gecə 0°C
  • Şamaxı
  • Gündüz +3°C,
  • Gecə -5°C
  • Zaqatala
  • Gündüz +6°C,
  • Gecə -1°C
  • Xızı
  • Gündüz +3°C,
  • Gecə -5°C
  • Siyəzən
  • Gündüz +8°C,
  • Gecə -1°C
  • Şabran
  • Gündüz +7°C,
  • Gecə 0°C
  • Quba
  • Gündüz +3°C,
  • Gecə -3°C
  • Qusar
  • Gündüz +3°C,
  • Gecə -5°C
  • Xaçmaz
  • Gündüz +8°C,
  • Gecə 0°C
  • Kürdəmir
  • Gündüz +9°C,
  • Gecə 0°C
  • Yevlax
  • Gündüz +9°C,
  • Gecə -2°C
  • Ağcabədi
  • Gündüz +8°C,
  • Gecə +1°C
  • Ağdaş
  • Gündüz +10°C,
  • Gecə +3°C
  • Göyçay
  • Gündüz +7°C,
  • Gecə +2°C
  • Bərdə
  • Gündüz +9°C,
  • Gecə -1°C
  • İmişli
  • Gündüz +8°C,
  • Gecə +1°C
  • Salyan
  • Gündüz +10°C,
  • Gecə -1°C
  • Beyləqan
  • Gündüz +10°C,
  • Gecə 0°C
  • Saatlı
  • Gündüz +10°C,
  • Gecə -1°C
  • Hacıqabul
  • Gündüz +10°C,
  • Gecə +3°C
  • Masallı
  • Gündüz +9°C,
  • Gecə +1°C
  • Lənkəran
  • Gündüz +9°C,
  • Gecə +1°C
  • Lerik
  • Gündüz +3°C,
  • Gecə -3°C
Saytın Xəritəsi

Əsasnamə

 

Azərbaycan Respublikası

Ekologiya və Təbii Sərvətlər

Nazirliyinin  «15» noyabr

2004-cü il tarixli «174/ü» saylı

Əmri ilə təsdiq edilmişdir.

 

 

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin

Beynəlxalq Əməkdaşlıq Şöbəsi haqqında

 

Ə S A S N A M Ə

I. Ümumi müddəalar

          1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Şöbəsi(bundan sonra - Şöbə) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra - Nazirlik) Mərkəzi Aparatının strukturuna daxil olan aparıcı Şöbədir.

          2. Şöbə Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin  vəziyyəti, qorunması və mühafizəsi ilə, habelə ekoloci problemlərlə bağlı beynəlxalq öhdəliklərin həyata keçirilməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə Nazirliyə verilmiş səlahiyyətlərin yerinə yetirilməsi istiqamətində fəaliyyəti həyata keçirir.

          3. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarını və Nazirliyin Əsasnaməsini, qərar, əmr və sərəncamlarını, bu Əsasnaməni rəhbər tutur.

          4.Şöbə fəaliyyətini bilavasitə özünün «Beynəlxalq əməkdaşlıq və xarici əlaqələr»  və  «Beynəlxalq əlaqələr» sektorları vasitəsi ilə həyata keçirir. 

 

II. Şöbənin əsas vəzifələri

 

        5 Şöbənin əsas vəzifələri aşağıdakilərdir:

        5.1. Ətraf mühitin vəziyyəti, mühafizəsi və qorunması, habelə ekoloci problemlərlə bağlı beynəlxalq layihələrin hazırlanmasında iştirak etmək;

        5.2. Ətraf mühitin  vəziyyəti, mühafizəsi və qorunması, habelə ekoloci problemlərlə bağlı Nazirlik tərəfindən hazırlanan normativ sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində tədbirlər görmək;                                        

        5.3. Ekologiya, təbii sərvətlər və hidrometeorologiya sahələrində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalar üzrə əlaqələrin yaradılmasını təmin etmək;

        5.4. Beynəlxalq təşkilatlarla ətraf mühitin mühafizəsi  sahəsində əməkdaşlığa  dair əlaqələrin  yaradılmasını təmin və inkişaf  etdirmək;   

        5.5. Öz səlahiyyətləri daxilində hidrometeorologiya, təbii sərvətlər və ekologiya sahələrində beynəlxalq öhdəliklərin həyata keçirilməsini təmin etmək məqsədi ilə təkliflər hazırlamaq;

         5.6. Hidrometeorologiya, təbii sərvətlər və ekologiya sahələrində beynəlxalq proqram və layihələrin hazırlanmasında iştirak etmək;    

          5.7. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin tapşırıq və göstərişlərinin icrasını, Şöbənin və Nazirlik üzrə iş planlarında nəzərdə tutulmuş müvafiq tədbirlərin vaxtında yerinə yetirilməsini təmin etmək məqsədi ilə tədbirlər görmək;

          5.8. Dövlət sirri təşkil edən məlumatları, o cümlədən fəaliyyəti ilə əlaqədar məlum olan kommersiya sirrlərini yaymamaq;

          5.9. Nazirlik tərəfindən ona həvalə edilmiş qanunvericiliyə uyğun digər vəzifələri yerinə yetirmək.

 

III. Şöbənin funksiyaları

 

      6. Şöbə, onun qarşısına qoyulmuş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

      6.1. Ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq layihələrdə iştirak edilməsi və bu sahədə dövlət siyasətinin formalaşdırılması üçün təkliflər verir;

      6.2. Nazirliyin  Mərkəzi Aparatının digər struktur bölmələrini və tabeli qurumlarını  ətraf mühitin mühafizəsi və davamlı idarə edilməsi sahəsində qabaqcıl  dünya təcrübəsinin öyrənilməsinə dair məlumatlarla təmin edir;

      6.3. Beynəlxalq təşkilatlarla ətraf mühitin mühafizəsi, təbii sərvətlərin öyrənilməsi və digər sahələr üzrə əməkdaşlığa dair işgüzar əlaqələr yaradılmasını təmin edir;

      6.4. Beynəlxalq seminar, konfrans və simpoziumlarda Nazirliyin   mütəxəssislərinin iştirakı haqqında müvafiq qaydada təkliflər verir; 

      6.5 Maliyyələşdirilmək üçün «Qlobal Ekologiya Fondu»na göndərilmək məqsədi ilə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar tərəfindən hazırlanmış layihələrə baxılmasını təmin edir və bu barədə müvafiq təkliflər hazırlayır;     

      6.6 Ekoloci təhlükəsizliyin təmini, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli  istifadə olunması məqsədi ilə xarici investisiyaların cəlb edilməsi sahəsində öz səlahiyyətləri daxilində məqsədəyönlü tədbirlərin həyata keçirilməsi istiqamətində təkliflər hazırlayır;

      6.7. Öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlərdən səmərəli istifadə sahəsində beynəlxalq öhdəliklərinin icrasını təşkil edir və bu sahədə digər qurumların işini əlaqələndirir;

      6.8. Təbii sərvətlərdən səmərəli istifadə, hidrometeorologiya və ekologiya sahələrində beynəlxalq layihə və proqramların hazılanmasını təşkil edir;

      6.9. Ətraf  mühitin mühafizəsinə dair məlumatların xarici ölkələr və beynəlxalq təşkilatlarla mübadiləsini həyata keçirir;

     6.10. Azərbaycan Respublikasının qoşulduğu ətraf mühitin mühafizəsinə dair Beynəlxalq müqavilə, konvensiya, protokol və digər beynəlxalq razılaşmalar üzrə öhdəlik və vəzifələrin yerinə yetirilməsi üçün təkliflər verir;

    6.11. Ekoloci konvensiyalar və beynəlxalq təşkilatlar üzrə milli əlaqələndiricilərin fəaliyyətini tənzimləyir;

    6.12. Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona həvalə olunmuş digər funksyaları həyata keçirir.

 

IV. Şöbənin hüquqları

 

          7. Şöbə, öz vəzifə və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

          7.1. Öz səlahiyyətləri daxilində beynəlxalq konfranslarda, seminarlarda, danışıqlarda və digər tədbirlərdə müəyyən olunmuş qaydada Nazirliyin nümayəndəsi qismində iştirak etmək;

          7.2. Ekoloci təhlükəsizlik, təbii sərvətlər, hidrometeorologiya və ətraf mühitin mühafizəsi sahələrində beynəlxalq əməkdaşlığın əsas istiqamətlərinin müəyyənləşdirilməsi barədə təkliflər vermək;

          7.3. Ətraf mühitin mühafizəsi sanəsində beynəlxalq əməkdaşlığa dair proqram və layihələr hazırlamaq;

          7.4. Hidrometeorologiya və ətraf mühitin mühafizəsi sahələrində beynəlxalq əməkdaşlığa dair normativ hüquqi aktların layihələrinin və standartların hazırlanmasında öz səlahiyyətləri daxilində iştirak etmək;

          7.5. Digər şöbələr tərəfindən Nazirliyin normativ hüquqi sənədlərinin layihələrinin hazırlanmasında iştirak etmək;

          7.6 Nazirliyin Ətraf Mühit və Təbii Sərvətlər üzrə İnformasiya-Arxiv Fondunun materiallarından müəyyənləşdirilmiş qaydada pulsuz istifadə etmək;

          7.7. Ekoloci konvensiyalar və beynəlxalq təşkilatlar üzrə milli əlaqələndiricilərdən bu istiqamətdəki fəaliyyətləri barədə hesabatların qəbulunu həyata keçirmək; 

          7.8. Ətraf mühitlə əlaqədar fəaliyyət göstərən Beynəlxalq təşkilatların Nazirliklə qarşılıqlı əməkdaşlıqlarını və digər münasibətlərini müvafiq qaydada əlaqələndirmək;

          7.9. Qanunvericiliyə uyğun digər hüquqlara malik olmaq.

 

 

V. Şöbə fəaliyyətinin təşkili

 

          8. Şöbəyə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad olunan müdir rəhbərlik edir.

          9. Müdir şöbəyə həvalə edilmiş vəzifə və funksiyaların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

          10.    Müdir aşağıdakı səlahiyyətlərə malikdir:

          10.1. Şöbənin fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir;

          10.2. Şöbənin fəaliyyətini təşkil edir;

          10.3. Şöbənin işçiləri arasında vəzifə bölgüsünü müəyyənləşdirir;

          10.4. Şöbənin işçilər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbehi tədbiri görülməsi haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirinə təqdimat verir;

          10.5. Şöbəyə daxil olmuş məktub, teleqram, ərizə və şikayətləri, digər sənədləri icraçılar arasında bölüşdürür və zəruri hallarda onları bir əməkdaşdan alıb icra üçün digər əməkdaşın icraatına verir.

          11. Şöbənin strukturu aşağıdakı qaydadadır:

          11.1. Beynəlxalq əməkdaşlıq və xarici əlaqələr sektoru;

          11.2. Beynəlxalq əlaqələr sektoru;

          12. Bu Əsasnamənin 5.4; 5.5; 5.6; 5.7; 5.8; 5.9; 6.1; 6.2; 6.3; 6.4; 6.7; 6.9; 6.10; 6.11; 6.12-ci bəndləri üzrə fəaliyyət «Beynəlxalq əməkdaşlıq və xarici əlaqələr sektoru» və  5.1; 5.2; 5.3; 5.5; 5.6; 5.7; 5.8; 5.9; 6.1; 6.2; 6.3; 6.4; 6.5; 6.6; 6.8; 6.10; 6.12-ci bəndləri üzrə fəaliyyət «Beynəlxalq əlaqələr sektoru» tərəfindən həyata keçirilir.

          13. Şöbənin «Beynəlxalq əməkdaşlıq və xarici əlaqələr» və «Beynəlxalq əlaqələr» sektorlarına Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən müdirlər rəhbərlik edirlər.