• Bakı
  • Gündüz +35°C,
  • Gecə +24°C
  • Sumqayıt
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Naxçıvan
  • Gündüz +38°C,
  • Gecə +23°C
  • Xankəndi
  • Gündüz +28°C,
  • Gecə +19°C
  • Şuşa
  • Gündüz +23°C,
  • Gecə +14°C
  • Xocalı
  • Gündüz +27°C,
  • Gecə +18°C
  • Xocavənd
  • Gündüz +26°C,
  • Gecə +17°C
  • Qubadlı
  • Gündüz +28°C,
  • Gecə +19°C
  • Zəngilan
  • Gündüz +28°C,
  • Gecə +19°C
  • Laçın
  • Gündüz +23°C,
  • Gecə +14°C
  • Kəlbəcər
  • Gündüz +23°C,
  • Gecə +14°C
  • Daşkəsən
  • Gündüz +26°C,
  • Gecə +16°C
  • Gədəbəy
  • Gündüz +27°C,
  • Gecə +19°C
  • Ağdam
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Cəbrayıl
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Füzuli
  • Gündüz +35°C,
  • Gecə +22°C
  • Gəncə
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Qazax
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Naftalan
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Şəki
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Ağstafa
  • Gündüz +34°C,
  • Gecə +21°C
  • Qəbələ
  • Gündüz +33°C,
  • Gecə +22°C
  • Şamaxı
  • Gündüz +30°C,
  • Gecə +20°C
  • Zaqatala
  • Gündüz +32°C,
  • Gecə +22°C
  • Xızı
  • Gündüz +29°C,
  • Gecə +17°C
  • Siyəzən
  • Gündüz +33°C,
  • Gecə +21°C
  • Şabran
  • Gündüz +34°C,
  • Gecə +22°C
  • Quba
  • Gündüz +32°C,
  • Gecə +19°C
  • Qusar
  • Gündüz +28°C,
  • Gecə +16°C
  • Xaçmaz
  • Gündüz +34°C,
  • Gecə +21°C
  • Kürdəmir
  • Gündüz +38°C,
  • Gecə +22°C
  • Yevlax
  • Gündüz +37°C,
  • Gecə +22°C
  • Ağcabədi
  • Gündüz +37°C,
  • Gecə +23°C
  • Ağdaş
  • Gündüz +36°C,
  • Gecə +22°C
  • Göyçay
  • Gündüz +37°C,
  • Gecə +21°C
  • Bərdə
  • Gündüz +36°C,
  • Gecə +20°C
  • İmişli
  • Gündüz +37°C,
  • Gecə +23°C
  • Salyan
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Beyləqan
  • Gündüz +36°C,
  • Gecə +22°C
  • Saatlı
  • Gündüz +37°C,
  • Gecə +19°C
  • Hacıqabul
  • Gündüz +37°C,
  • Gecə +24°C
  • Masallı
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Lənkəran
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Lerik
  • Gündüz +27°C,
  • Gecə +18°C
Saytın Xəritəsi

Görülən işlər

2016-cı il ərzində beynəlxalq əməkdaşlıq sahəsində görülmüş işlər

Ətraf mühit problemlərinin ümumbəşəri çağırış olduğunu nəzərə alaraq, ölkəmiz üçün ətraf mühitin mühafizəsi sahəsində digər ölkələr və təşkilatlarla razılaşma və sazişlərin imzalanması, beynəlxalq konvensiyalara qoşulması mühüm əhəmiyyət kəsb edir. 2016-cı ildə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin qorunmasına yönəldilmiş səmərəli və məqsədyönlü fəaliyyəti, həmçinin beynəlxalq əməkdaşlıq sahəsində də uğurla davam etdirilib və 2016-cı il ətraf mühit sahəsində beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi ilə yadda qalıb.  

Belə ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının  2015-ci ilin 30 noyabr - 12 dekabr tarixlərində Paris şəhərində keçirilmiş 21-ci Tərəflər Konfransında qlobal iqlim dəyişmələri üzrə 2020-ci ildən sonrakı dövr üçün hüquqi əsası olan sənəd üzrə danışıqlar yekunlaşıb və dünya birliyinin əksər ölkələri (177 ölkə) tərəfindən iqlim dəyişmələri ilə mübarizə sahəsində qlobal səviyyəli beynəlxalq-hüquqi sənəd olan Paris Sazişi qəbul edilib. 2016-cı il 22 aprel tarixində Nyu-York şəhərində BMT-nin Baş Katibinin iştirakı ilə sözügedən Sazişin imzalanması ilə bağlı keçirilən yüksək səviyyəli mərasimdə ölkə rəhbərliyinin müvafiq tapşırığına əsasən Azərbaycan tərəfi də bu Sazişi imzalayıb və Saziş 2016-cı il 28 oktyabr tarixində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edilib.

2016-cı il 26-27 may tarixlərində Keniyanın paytaxtı Nayrobidə keçirilən BMT-nin Ətraf Mühit Assambleyasının 2-ci iclasının yüksək səviyyəli seqmentində,  8-10 iyun tarixlərində Gürcüstan Hökumətinin təşkilatçılığı və BMT-nin Avropa İqtisadi Komissiyasının dəstəyi ilə Batumidə keçirilmiş “Batumi-2016”, 8-ci Avropa üçün ətraf mühit nazirlər konfransında, 11-15 iyul tarixlərində İtaliyanın Roma şəhərində keçirilən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Balıqçılıq Təsərrüfatı Komitəsinin 32-ci sessiyasında, 24-25 oktyabr tarixlərində Rumıniyanın Buxarest şəhərində təşkil olunmuş Qara Dəniz balıqçılıq və su təsərrüfatı üzrə əməkdaşlıq istiqamətində yüksək səviyyəli konfransda,  15-16 noyabr tarixlərində Mərakeşdə keçirilmiş  BMT-nin  İqlim  Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 22-ci Tərəflər Konfransı yüksək səviyyəli seqmentində  Azərbaycanın nümayəndə heyəti iştirak edib.

Bolqarıstan Respublikasının ətraf mühit və su naziri xanım İvelina Vasilevanın 2015-ci il 17-19 noyabr tarixlərində ölkəmizə səfəri çərçivəsində qəbul edilmiş Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun həyata keçirilməsi üzrə iki illik (2016-2017) Proqramın icrası məqsədilə 2016-cı il 10-11 oktyabr tarixlərində Bolqarıstana səfər təşkil olunub.

Bundan əlavə ekspert səviyyəsində digər beynəlxalq tədbirlərdə, konvensiyaların iclaslarında və Hökumətlərarası komissiyaların iclaslarında həm üzv, həm də ekspert qismində iştirak təmin olunub.

         Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həmsədrliyi ilə 2016-cı il 25-26 oktyabr tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası və Hindistan Respublikası arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib və Azərbaycan Respublikası və Hindistan Respublikası arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti 4-cü iclasının yekunlarına dair Protokol imzalanıb.

2016-cı il 16-18 noyabr tarixlərində “Baku Expo” mərkəzində “Caspian Event Organisers” (CEO) şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) kampaniyasının dəstəyi ilə ənənəvi “Caspian Ecology” 7-ci Beynəlxalq Ətraf Mühit Sərgisi keçirilib. Sərgidə dünyanın 14 ölkəsindən (Azərbaycan, Türkiyə, Almaniya, Böyük Britaniya, Belçika, Çexiya, Danimarka, İsrail, Finlandiya, Litva, Rusiya, Ukrayna və digər) 62 şirkət iştirak edib.

Qeyd edək ki, Azərbaycan hökuməti ölkənin iqlim dəyişmələrinə olan həssaslığının azaldılması və baş verə biləcək itkilərin azaldılması və ya minimuma endirilməsi məqsədi ilə müvafiq adaptasiya tədbirlərinin hazırlanmasını prioritet hesab edir. 2030-cu ilə qədər həyata keçirilməsi nəzərdə tutulan uyğunlaşma üzrə tədbirlər nəticəsində, xüsusilə “ən həssas” kateqoriyasında yer alan sektorlar üzrə adaptasiya qabiliyyətlərinin gücləndirilməsi, bütün səviyyələrdə erkən xəbərdarlıq sisteminin qurulması və risk idarəetməsinin təşkili nəzərdə tutulur. Bu baxımdan inkişaf etməkdə olan və iqlim dəyişmələrinin mənfi təsirlərinə həssas olan ölkələrə istixana effektli qaz tullantılarının azaldılması, iqlim dəyişmələrinin təsirlərinə uyğunlaşma üzrə müxtəlif layihələrin həyata keçirilməsi və yeni texnologiyaların tətbiq edilməsi üçün maliyyə dəstəyini təmin edən Yaşıl İqlim Fonduna üzvlüklə bağlı müvafiq dövlətdaxili prosedurların nəticəsi olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Yaşıl İqlim Fondu” üzrə səlahiyyətli orqan, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri isə əlaqələndirici şəxs təyin edilib.

Ətraf mühitin mühafizəsi sahəsində əldə olunmuş nailiyyətlər bir sıra beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda da öz müsbət əksini tapıb. Azərbaycan Respublikasının qoşulduğu bütün ekoloji konvensiyalara mütəmadi olaraq hesabatlar təqdim olunub və bu konvensiyalardan irəli gələn öhdəliklərin yerinə yetirilməsi sahəsində müvafiq tədbirlər həyata keçirilib.

2016-cı il 21 dekabr tarixində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birlikdə aidiyyəti dövlət qurumları, qeyri-hökumət təşkilatları və maraqlı tərəflərin iştirakı ilə “Müəyyən zərərli kimyəvi maddələr və pestisidlərin beynəlxalq ticarətində əvvəlcədən razılığın verilməsinə dair” Rotterdam Konvensiyası ilə bağlı milli seminar keçirilib. Qeyd edək ki, Azərbaycan Respublikası təhlükəli kimyəvi maddələri, davamlı üzvi çirkləndiriciləri və pestisidləri əhatə edən üç beynəlxalq Konvensiyadan ikisinə - BMT-nin “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel Konvensiyasına (2001-ci il) və “Davamlı üzvi çirkləndiricilər haqqında” Stokholm Konvensiyasına (2003-cü il) qoşulub, Rotterdam Konvensiyasına isə qoşulmayıb. Seminar zamanı əldə olunmuş nəticələrə əsasən Rotterdam Konvensiyasının ölkəyə münasibətdə qüvvəyə minməsi istiqamətində müvafiq qurumlar qarşısında təşəbbüs qaldırılması nəzərdə tutulur.

Digər illərdə olduğu kimi, 2016-cı ildə də dünyanın bir sıra ölkələri (məs. Estoniya, Qətər, Fransa, İsveç, Makedoniya, Moldova, Misir, Litva, Slovakiya, Türkmənistan, və s.) ilə ətraf mühitin mühafizəsi sahəsində uğurlu əməkdaşlıq aparılaraq müqavilə hüquq bazasının genişləndirilməsi məqsədilə müvafiq ikitərəfli sənədlər hazırlanıb və razılaşdırılma prosedurları həyata keçirilib.