• Bakı
  • Gündüz +32°C,
  • Gecə +25°C
  • Sumqayıt
  • Gündüz +31°C,
  • Gecə +24°C
  • Naxçıvan
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Xankəndi
  • Gündüz +26°C,
  • Gecə +17°C
  • Şuşa
  • Gündüz +21°C,
  • Gecə +12°C
  • Xocalı
  • Gündüz +24°C,
  • Gecə +16°C
  • Xocavənd
  • Gündüz +24°C,
  • Gecə +15°C
  • Qubadlı
  • Gündüz +25°C,
  • Gecə +17°C
  • Zəngilan
  • Gündüz +26°C,
  • Gecə +17°C
  • Laçın
  • Gündüz +21°C,
  • Gecə +12°C
  • Kəlbəcər
  • Gündüz +22°C,
  • Gecə +13°C
  • Daşkəsən
  • Gündüz +22°C,
  • Gecə +15°C
  • Gədəbəy
  • Gündüz +21°C,
  • Gecə +14°C
  • Ağdam
  • Gündüz +35°C,
  • Gecə +24°C
  • Cəbrayıl
  • Gündüz +25°C,
  • Gecə +17°C
  • Füzuli
  • Gündüz +26°C,
  • Gecə +18°C
  • Gəncə
  • Gündüz +33°C,
  • Gecə +22°C
  • Qazax
  • Gündüz +32°C,
  • Gecə +21°C
  • Naftalan
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Şəki
  • Gündüz +32°C,
  • Gecə +24°C
  • Ağstafa
  • Gündüz +32°C,
  • Gecə +20°C
  • Qəbələ
  • Gündüz +32°C,
  • Gecə +20°C
  • Şamaxı
  • Gündüz +30°C,
  • Gecə +19°C
  • Zaqatala
  • Gündüz +32°C,
  • Gecə +21°C
  • Xızı
  • Gündüz +28°C,
  • Gecə +16°C
  • Siyəzən
  • Gündüz +32°C,
  • Gecə +21°C
  • Şabran
  • Gündüz +33°C,
  • Gecə +22°C
  • Quba
  • Gündüz +30°C,
  • Gecə +20°C
  • Qusar
  • Gündüz +28°C,
  • Gecə +18°C
  • Xaçmaz
  • Gündüz +33°C,
  • Gecə +22°C
  • Kürdəmir
  • Gündüz +35°C,
  • Gecə +25°C
  • Yevlax
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Ağcabədi
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Ağdaş
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Göyçay
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Bərdə
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • İmişli
  • Gündüz +35°C,
  • Gecə +25°C
  • Salyan
  • Gündüz +36°C,
  • Gecə +25°C
  • Beyləqan
  • Gündüz +34°C,
  • Gecə +24°C
  • Saatlı
  • Gündüz +35°C,
  • Gecə +25°C
  • Hacıqabul
  • Gündüz +36°C,
  • Gecə +25°C
  • Masallı
  • Gündüz +33°C,
  • Gecə +25°C
  • Lənkəran
  • Gündüz +34°C,
  • Gecə +25°C
  • Lerik
  • Gündüz +26°C,
  • Gecə +19°C
Faydalı Bölmələr

Dövlət proqramları

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən əlaqələndirilən və ya aidiyyəti üzrə iştirak edilən Milli və Dövlət proqramları, konsepsiyalar, strateji yol xəritələri, fəaliyyət planları

 

Ölkə iqtisadiyyatının sürətli inkişafı, xalqın rifahının yüksəldilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və  təbii sərvətlərdən səmərəli istifadə məsələləri  həmişə dövlət rəhbərliyinin diqqət mərkəzində olmuşdur.

Azərbaycan Respublikasında davamlı inkişaf prinsipləri dövlət siyasəti və proqramlarına daxil edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi Milli və Dövlət Proqram sənədlərində bu hədəflərin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmişdir.

Bu proqramların əsas məqsədi ölkə iqtisadiyyatının, xüsusilə, qeyri-neft sektorunun dinamik inkişafına, əhalinin iqtisadi və sosial tələbatlarının daha dolğun təmin olunmasına, regionların inkişafına, ölkənin iqtisa­di təhlükə­siz­liyinin təmin edilməsinə, ətraf mühitin mühafizəsinə yönəldilmiş döv­lət əhəmiyyətli inves­tisiya layihələrinin sistemli və səmərəli şəkildə həyata keçiril­mə­sini təmin etməkdən ibarətdir.

Son illər Azərbaycanda ətraf mühitlə bağlı qəbul olunmuş dövlət proqramlarının icrasına diqqətin artırılması, mövcud ekoloji  problemlərin daha səmərəli həll edilməsi məqsədilə müvafiq sərəncamların imzalanması bu sahənin ölkədə prioritet olduğunu göstərir. 

Yüksək iqtisadi inkişafla bərabər balanslaşdırılmış ekoloji siyasətin həyata keçirilməsi məqsədi ilə ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması üçün iqtisadi və insan potensialının müasir üsullarla idarə edilməsi, indiki və gələcək nəsillərin rifahının yaxşılaşdırılmasını təmin edən, stimullaşdıran iqtisadi modellərin, texnologiyaların istifadəsi, insanın həyat fəaliyyətini təmin edə biləcək ekosistemlərin, xüsusilə biomüxtəlifliyin qorunub saxlanılması qarşıya qoyulmuş vəzifələrdəndir.

Bu istiqamətdə qısamüddətli və uzunmüddətli iqtisadi, ekoloji və sosial nəticələr və ehtimal edilən fəsadlar nəzərə alınmaqla  qərarların qəbul edilməsi və bu prosesdə alternativ variantların nəzərə alınması, ətraf mühit sahəsində qərarlar hazırlanarkən bütün maraqlı tərəflərin cəlb edilməsi, ətraf mühitin hər hansı komponentinin bərpa olunmayan dərəcədə pozulmasına səbəb ola biləcək fəaliyyətin qarşısının alınması, aztullantılı texnologiyaların tətbiq edilməsi, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin  mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi, əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsi prinsipləri tətbiq edilir.

Son illərdə Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi ilə bağlı və ya bu qəbildən olan tədbirləri özündə əks etdirən üzunmüddətli sterateji sənədlər:

  •   “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası;
  •  “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”;
  •  Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri;
  •  Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 21 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı”;
  •  Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”;
  •  “AçıqHökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”;
  •  “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”;
  •  “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”;
  •  Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün  Dövlət Proqramı”;
  •  Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün  Dövlət Proqramı”;
  •  Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”;
  •   “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”;
  •  “Azərbaycan Respublikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramı;
  •  “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”;
  •  “Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram (2003-2010-cu illər)” ;
  •  “Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram”;
  •  “Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı (2004-2010-cu illər)”;
  •  “Azərbaycan Respublikasında hidrometeorologiyanın inkişaf Proqramı (2004-2010-cu illər)”;
  •  “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı (2006-2009-cu illər) ;
  •  “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”;
  •  Abşeron yarımadasında təbii daş yataqlarının səmərəli istifadəsi və inkişafı Dövlət Proqramı (2003-2006);
  •   “Azərbaycan Respublikası regionlarının 2004-2008-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”;
  •  “Azərbaycan Respublikası regionlarının 2009-2013-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”;
  •   “2006-2008-ci illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”;
  •  “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”;
  •  “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı ”;
  •  “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”;
  •  “Azərbaycan Respublikasında təhlükəli tullantıların idarə olunmasının Dövlət Strategiyası”  (2004-2010);
  •  “ “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”;
  •  “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”;
  •  “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf  Dövlət Proqramı”;
  •  “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”;
  •   “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”;
  •  “Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı (2004-2008-ci illər)”.