• Bakı
  • Gündüz +16°C,
  • Gecə +8°C
  • Sumqayıt
  • Gündüz +15°C,
  • Gecə +7°C
  • Naxçıvan
  • Gündüz +16°C,
  • Gecə +3°C
  • Xankəndi
  • Gündüz +6°C,
  • Gecə +1°C
  • Şuşa
  • Gündüz +4°C,
  • Gecə -2°C
  • Xocalı
  • Gündüz +5°C,
  • Gecə 0°C
  • Xocavənd
  • Gündüz +6°C,
  • Gecə +2°C
  • Qubadlı
  • Gündüz +7°C,
  • Gecə +2°C
  • Zəngilan
  • Gündüz +8°C,
  • Gecə +3°C
  • Laçın
  • Gündüz +4°C,
  • Gecə -2°C
  • Kəlbəcər
  • Gündüz +4°C,
  • Gecə -2°C
  • Daşkəsən
  • Gündüz +5°C,
  • Gecə -1°C
  • Gədəbəy
  • Gündüz +4°C,
  • Gecə 0°C
  • Ağdam
  • Gündüz +16°C,
  • Gecə +7°C
  • Cəbrayıl
  • Gündüz +15°C,
  • Gecə +6°C
  • Füzuli
  • Gündüz +15°C,
  • Gecə +6°C
  • Gəncə
  • Gündüz +17°C,
  • Gecə +8°C
  • Qazax
  • Gündüz +15°C,
  • Gecə +6°C
  • Naftalan
  • Gündüz +18°C,
  • Gecə +9°C
  • Şəki
  • Gündüz +17°C,
  • Gecə +8°C
  • Ağstafa
  • Gündüz +14°C,
  • Gecə +5°C
  • Qəbələ
  • Gündüz +14°C,
  • Gecə +5°C
  • Şamaxı
  • Gündüz +13°C,
  • Gecə +5°C
  • Zaqatala
  • Gündüz +15°C,
  • Gecə +6°C
  • Xızı
  • Gündüz +3°C,
  • Gecə -4°C
  • Siyəzən
  • Gündüz +16°C,
  • Gecə +7°C
  • Şabran
  • Gündüz +16°C,
  • Gecə +7°C
  • Quba
  • Gündüz +14°C,
  • Gecə +5°C
  • Qusar
  • Gündüz +14°C,
  • Gecə -2°C
  • Xaçmaz
  • Gündüz +15°C,
  • Gecə +6°C
  • Kürdəmir
  • Gündüz +20°C,
  • Gecə +10°C
  • Yevlax
  • Gündüz +18°C,
  • Gecə +8°C
  • Ağcabədi
  • Gündüz +18°C,
  • Gecə +8°C
  • Ağdaş
  • Gündüz +19°C,
  • Gecə +9°C
  • Göyçay
  • Gündüz +20°C,
  • Gecə +9°C
  • Bərdə
  • Gündüz +18°C,
  • Gecə +7°C
  • İmişli
  • Gündüz +20°C,
  • Gecə +10°C
  • Salyan
  • Gündüz +19°C,
  • Gecə +7°C
  • Beyləqan
  • Gündüz +19°C,
  • Gecə +9°C
  • Saatlı
  • Gündüz +19°C,
  • Gecə +9°C
  • Hacıqabul
  • Gündüz +20°C,
  • Gecə +10°C
  • Masallı
  • Gündüz +16°C,
  • Gecə +7°C
  • Lənkəran
  • Gündüz +15°C,
  • Gecə +5°C
  • Lerik
  • Gündüz +11°C,
  • Gecə +2°C
  • Gündüz +16°C,
  • Gecə +7°C
Faydalı Bölmələr

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi: Ekoloji Cinayətlər

AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT MƏCƏLLƏSİ
EKOLOJİ CİNAYƏTLƏR

Maddə 247. İşlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma

 

Sənaye, kənd təsərrüfatı, elmi və digər obyektlərin layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və istismarı zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh şəxslər tərəfindən bu qaydaların pozulması radioaktiv fonun əhəmiyyətli dərəcədə dəyişməsinə, insan sağlamlığına zərər vurulmasına və ya heyvanların kütləvi məhvinə və ya digər ağır nəticələrə səbəb olduqda—

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Maddə 248. Ekoloji cəhətdən təhlükəli maddələrin və tullantıların dövriyyəsi qaydalarını pozma

 

248.1. Təhlükəli tullantıların qadağan olunmuş növlərinin istehsalı, müəyyən edilmiş qaydaların pozulması ilə radioaktiv, bakterioloji, kimyəvi maddələrin və tullantıların daşınması, saxlanması, basdırılması, istifadəsi və ya sair dövriyyəsi, əgər bu əməllər insan sağlamlığına və ya ətraf mühitə əhəmiyyətli ziyan vurma təhlükəsi yaratdıqda—

iki yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[443]

248.2. Eyni əməllər ətraf mühitin çirklənməsinə, zəhərlənməsinə, insan sağlamlığına zərər vurulmasına və ya heyvanların kütləvi məhvinə səbəb olduqda və ya təhlükəli ekoloji vəziyyət zonasında törədildikdə—

beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

248.3. Bu Məcəllənin 248.1 və ya 248.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya insanların kütləvi xəstələnməsinə səbəb olduqda—

üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Maddə 249. Baytarlıq qaydalarını və bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma

 

249.1. Baytarlıq qaydalarının pozulması, ehtiyatsızlıqdan epizootiyanın yayılmasına və ya digər ağır nəticələrə səbəb olduqda—

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[444]

249.2. Bitki xəstəliklərinə və ya ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarının pozulması ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda—

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[445]

 

Maddə 250. Suyu (su mənbələrini) çirkləndirmə

 

250.1. Yerüstü və ya yeraltı suların, istifadə olunan su mənbələrinin çirkləndirilməsi, tükənməsi və ya onların təbii xassələrinin başqa cür dəyişdirilməsi, heyvanlar və ya bitki aləminə, balıq və digər su bioresurslarına, meşə və ya kənd təsərrüfatına əhəmiyyətli zərərin vurulmasına səbəb olduqda—[446]

yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya beş ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[447]

250.2. Eyni əməllər insan sağlamlığına zərər vurulmasına və ya heyvanların kütləvi məhvinə səbəb olduqda, habelə qoruqların ərazisində və ya təhlükəli yaxud fövqəladə ekoloji vəziyyət zonasında törədildikdə—

beş yüz manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[448]

250.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—

üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Maddə 251. Atmosferi (havanı) çirkləndirmə

 

251.1. Çirkləndirici maddələrin havaya buraxılması qaydalarının pozulması və ya avadanlıqların, qurğuların və digər obyektlərin istismarı qaydalarının pozulması havanın çirkləndirilməsinə və ya onun təbii xassələrinin başqa cür dəyişilməsinə səbəb olduqda—

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[449]

251.2. Eyni əməllər insan sağlamlığına zərər vurulmasına səbəb olduqda—

min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[450]

251.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—

üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Maddə 252. Dəniz mühitini çirkləndirmə

 

252.1. Dəniz mühitini quruda olan mənbələrdən çirkləndirmə, yaxud nəqliyyat vasitələrindən və ya dənizdə quraşdırılmış süni qurğulardan insan sağlamlığı və dənizin canlı sərvətləri üçün zərərli olan, yaxud dənizdən qanuni istifadəyə mane olan maddələri və ya materialları tullama və ya basdırma qaydalarını pozmaqla dəniz mühitini çirkləndirmə—

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.[451]

252.2. Eyni əməllər insan sağlamlığına, heyvanlar və bitki aləminə, balıq və digər su bioresurslarına, ətraf mühitə, istirahət zonalarına və ya qanunla qorunan digər maraqlara əhəmiyyətli zərər vurulmasına səbəb olduqda—

min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[452]

252.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—

üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Maddə 253. Sahilyanı şelf haqqında Azərbaycan Respublikasının qanunvericiliyini pozma

 

253.1. Qanunsuz olaraq Azərbaycan Respublikasının sahilyanı şelfində tikililər və ya başqa qurğular ucaltma, onların ətrafında təhlükəsizlik zonasını yaratma, habelə quraşdırılan tikililərin və dəniz gəmiçiliyinin təhlükəsizliyinin təmin edilməsi vasitələrinin tikintisi, istismarı, mühafizəsi və ya ləğv olunması qaydalarını pozma—

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[453]

253.2. Azərbaycan Respublikasının sahilyanı şelfində xarici hüquqi və fiziki şəxslər tərəfindən təbii sərvətlərin tədqiqi, kəşfiyyatı, işlənməsi və başqa işlər görülməsi, əgər bu hərəkətlərin həyata keçirilməsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və ya Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının verdiyi xüsusi icazədə nəzərdə tutulmamışdırsa—

üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Maddə 254. Torpaqları korlama

 

254.1. Saxlanması, istifadə edilməsi yaxud daşınması zamanı gübrələrlə, təhlükəli kimyəvi və ya bioloji maddələrlə davranış qaydalarının pozulması nəticəsində təsərrüfat və ya başqa fəaliyyətin zərərli məhsulları ilə torpaqların zəhərlənməsi, çirkləndirilməsi yaxud onların başqa cür korlanması, insanların sağlamlığına və ya ətraf mühitə əhəmiyyətli ziyanın vurulmasına səbəb olduqda—

yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.[454]

254.2. Eyni əməllər fövqəladə və təhlükəli ekoloji vəziyyət zonasında törədildikdə—

iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

254.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—

üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Maddə 255. Yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma

 

Dağ-mədən müəssisələrinin və ya yeraltı qurğuların, faydalı qazıntıların çıxarılması ilə əlaqəsi olmayan layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və ya istismarı zamanı yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulması, habelə faydalı qazıntıların yerləşdiyi ərazidə qanunsuz tikinti aparılması əhəmiyyətli zərərə səbəb olduqda—

yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.[455]

 

Maddə 256. Balıq və digər su bioresurslarını qanunsuz tutma[456]

 

256.1. Balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda —[457]

yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz iyirmi saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.[458]

256.2. Eyni əməllər:

256.2.1. külli miqdarda ziyan vurulmaqla törədildikdə;

256.2.2. özüyeriyən və özüüzən nəqliyyat vasitəsindən və ya partlayıcı və ya kimyəvi maddələrdən və ya balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan vasitələrdən istifadə etməklə törədildikdə; [459]

256.2.3. qoruqların ərazisində və ya fövqəladə yaxud təhlükəli ekoloji vəziyyət zonasında törədildikdə—[460]

yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[461]

256.3. Bu Məcəllənin 256.1-ci və ya 256.2-ci maddələrində nəzərdə tutulmuş əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya qabaqcadan əlbir olan bir qrup şəxs yaxud mütəşəkkil dəstə tərəfindən törədildikdə—

min manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [462]

Qeyd: Bu Məcəllənin 256.1-ci maddəsində «xeyli miqdar» dedikdə, dörd yüz manatdan min manatadək olan məbləğ, 256.2.2-ci maddəsində «külli miqdar» dedikdə isə min manatdan artıq olan məbləğ başa düşülür.[463]

 

Maddə 257. Balıq və digər su bioresurslarının qorunması qaydalarını pozma[464]

 

Körpülərin, bəndlərin tikintisi, partlayış işlərinin və ya digər işlərin həyata keçirilməsi, habelə suburaxıcı qurğuların istismarı balıq və digər su bioresurslarının qorunması qaydalarını pozmaqla törədildikdə və bu əməllər balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olduqda—[465]

yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.[466]

 

Maddə 258. Qanunsuz ov etmə

 

258.1. Lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan edilmiş vaxtda, qadağan edilmiş alət və üsullarla ov etmə xeyli miqdarda ziyan vurduqda—

yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz iyirmi saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.[467]

258.2. Eyni əməllər:

258.2.1. külli miqdarda ziyan vurulmaqla törədildikdə;

258.2.2. partlayıcı maddələrdən və ya quşların və heyvanların kütləvi məhvinə səbəb olan başqa üsullardan istifadə etməklə törədildikdə;

258.2.3. ovlanması tamamilə qadağan edilmiş quşlara və heyvanlara qarşı törədildikdə;

258.2.4. qoruqların ərazisində və ya ekoloji fəlakət və fövqəladə ekoloji vəziyyət zonasında törədildikdə—

yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[468]

258.3. Bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulan əməllər:

258.3.1. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

258.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə—

altı yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[469]

Qeyd: Bu Məcəllənin 258.1-ci maddəsində «xeyli miqdar» dedikdə, dörd yüz manatdan min manatadək olan məbləğ, 258.2.1-ci maddəsində «külli miqdar» dedikdə isə min manatdan artıq olan məbləğ başa düşülür.[470]

 

Maddə 259. Qanunsuz ağac kəsmə

 

259.1. Meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda -

beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.[471]

259.2. Eyni əməllər:

259.2.1. təkrar törədildikdə;

259.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;[472]

259.2.3.  şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

259.2.4. külli miqdarda ziyan vurmaqla törədildikdə -

yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[473]

259.3. Bu Məcəllənin 259.1-ci və ya 259.2-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə -

doqquz min manatdan on bir min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[474]

Qeyd:[475]

1. Bu maddənin müddəaları xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) hallarına şamil edilmir.

2. Bu Məcəllənin 259.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür.

 

Maddə 260. Meşələri və digər yaşıllıqları məhv etmə və ya zədələmə[476]

 

260.1. Odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma üzündən meşələri, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərini və digər yaşıllıqları məhv etmə və ya zədələmə

min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[477]

260.1-1. Bu Məcəllənin 260.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə -

iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[478]

260.2. Yandırma və ya digər ümumi təhlükəli üsulla və ya zərərli maddələrlə, istehsalat və məişət tullantıları ilə çirklənməsi nəticəsində, meşələri və ya meşə fonduna daxil olmayan ağac və ya kol əkililəri və digər yaşıllıqları məhv etmə və ya zədələmə -

iki min manatdan üç min manatadək miqdarda cərimə edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[479]

260.3. Bu Məcəllənin 260.2-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə -

üç min manatdan yeddi min manatadək miqdarda cərimə edilməklə və ya edilməməklə beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[480]

 

Maddə 261. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və təbiət obyektlərinin mühafizə rejimini pozma

 

Qoruqların, milli parkların, təbiət abidələrinin və ya dövlət tərəfindən xüsusi mühafizə olunan təbiət ərazilərinin mühafizə rejiminin pozulması əhəmiyyətli zərər vurulmasına səbəb olduqda—

yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[481]

Qeyd: Bu Məcəllənin 261-ci maddəsində "əhəmiyyətli zərər" dedikdə iki yüz manatdan artıq olan məbləğ başa düşülür.