• Bakı
  • Gündüz +25°C,
  • Gecə +19°C
  • Sumqayıt
  • Gündüz +24°C,
  • Gecə +18°C
  • Naxçıvan
  • Gündüz +31°C,
  • Gecə +16°C
  • Xankəndi
  • Gündüz +19°C,
  • Gecə +11°C
  • Şuşa
  • Gündüz +15°C,
  • Gecə +7°C
  • Xocalı
  • Gündüz +17°C,
  • Gecə +10°C
  • Xocavənd
  • Gündüz +19°C,
  • Gecə +12°C
  • Qubadlı
  • Gündüz +18°C,
  • Gecə +11°C
  • Zəngilan
  • Gündüz +19°C,
  • Gecə +12°C
  • Laçın
  • Gündüz +15°C,
  • Gecə +7°C
  • Kəlbəcər
  • Gündüz +17°C,
  • Gecə +9°C
  • Daşkəsən
  • Gündüz +17°C,
  • Gecə +12°C
  • Gədəbəy
  • Gündüz +16°C,
  • Gecə +11°C
  • Ağdam
  • Gündüz +28°C,
  • Gecə +18°C
  • Cəbrayıl
  • Gündüz +27°C,
  • Gecə +16°C
  • Füzuli
  • Gündüz +28°C,
  • Gecə +17°C
  • Gəncə
  • Gündüz +29°C,
  • Gecə +18°C
  • Qazax
  • Gündüz +28°C,
  • Gecə +17°C
  • Naftalan
  • Gündüz +29°C,
  • Gecə +19°C
  • Şəki
  • Gündüz +26°C,
  • Gecə +16°C
  • Ağstafa
  • Gündüz +23°C,
  • Gecə +12°C
  • Qəbələ
  • Gündüz +25°C,
  • Gecə +13°C
  • Şamaxı
  • Gündüz +23°C,
  • Gecə +11°C
  • Zaqatala
  • Gündüz +26°C,
  • Gecə +13°C
  • Xızı
  • Gündüz +15°C,
  • Gecə +8°C
  • Siyəzən
  • Gündüz +27°C,
  • Gecə +14°C
  • Şabran
  • Gündüz +27°C,
  • Gecə +14°C
  • Quba
  • Gündüz +24°C,
  • Gecə +13°C
  • Qusar
  • Gündüz +22°C,
  • Gecə +11°C
  • Xaçmaz
  • Gündüz +25°C,
  • Gecə +13°C
  • Kürdəmir
  • Gündüz +31°C,
  • Gecə +20°C
  • Yevlax
  • Gündüz +29°C,
  • Gecə +19°C
  • Ağcabədi
  • Gündüz +29°C,
  • Gecə +17°C
  • Ağdaş
  • Gündüz +28°C,
  • Gecə +17°C
  • Göyçay
  • Gündüz +29°C,
  • Gecə +18°C
  • Bərdə
  • Gündüz +29°C,
  • Gecə +18°C
  • İmişli
  • Gündüz +28°C,
  • Gecə +18°C
  • Salyan
  • Gündüz +29°C,
  • Gecə +16°C
  • Beyləqan
  • Gündüz +28°C,
  • Gecə +16°C
  • Saatlı
  • Gündüz +28°C,
  • Gecə +17°C
  • Hacıqabul
  • Gündüz +31°C,
  • Gecə +20°C
  • Masallı
  • Gündüz +27°C,
  • Gecə +18°C
  • Lənkəran
  • Gündüz +26°C,
  • Gecə +18°C
  • Lerik
  • Gündüz +17°C,
  • Gecə +13°C
Faydalı Bölmələr

Ekoloji siyasətin əsas istiqamətləri

Azərbaycan Respublikasında ekoloji siyasətin əsas istiqamətləri

Ümumilikdə ölkəmizdə ekoloji vəziyyət, təbii ehtiyatlar, onların mühafizəsi və bərpası davamlı inkişaf konsepsiyasının tərkib hissəsinə çevrilmişdir. Xüsusilə qeyd etmək yerinə düşər ki, ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin  tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi Azərbaycan dövlətinin  ekoloji siyasətinin əsas istiqamətləridir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlərin səmərəliliyini artırmaq, operativ həll olunmasını təmin etmək, o cümlədən ətraf mühitin sağlamlaşdırılması məqsədilə ardıcıl işlər həyata keçirir.

Uzun illər ərzində yaranmış ekoloji problemlər təhlil edilərək, onların kompleks həllinə yönəldilən və davamlı inkişaf prinsiplərinə əsaslanan milli və dövlət proqramları təsdiq edilmiş və onların icrası istiqamətində tədbirlər görülmüşdür. Ölkədə mövcud qoruq və yasaqlıqların ərazisi genişləndirilmiş, milli parklar yaradılmış, ətraf mühitin qorunmasının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. Bu proqramların əsas məqsədi ətraf mühitin mühafizəsinə yönəldilmiş dövlət əhəmiyyətli investisiya layihələrinin sistemli və səmərəli şəkildə həyata keçirilməsini təmin etməkdən ibarət olmuşdur. Ətraf mühitlə bağlı qəbul olunmuş proqramların uğurla reallaşdırılması, ekoloji problemlərin daha səmərəli həlli məqsədilə müvafiq sərəncamların imzalanması bu sahənin ölkəmizdə prioritet məsələlər sırasına qaldırılmasına aydın misaldır.

Təbii ehtiyatların istismar intensivliyi nəzərə alınaraq Xəzər hövzəsinin Azərbaycan Respublikası üzrə ekoloji təhlükəsizliyinin təmin edilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi, aparılan işlərin tam ekoloji nəzarətdə saxlanılması, eyni zamanda ekoloji ekspertiza tələblərinin mövcud dünya standartlarına uyğun qurulması problemlərin azalmasına və bu sahədə əsaslı dönüşün yaranmasına gətirib çıxarmışdır.

Ölkənin iqtisadi inkişaf tempinə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi çevik idarə olunan ekoloji siyasətin həyata keçirilməsi istiqamətində ətraf mühitin hər hansı komponentinin bərpa olunmayan dərəcədə pozulmasına səbəb ola biləcək fəaliyyətin qarşısının alınması, aztullantılı texnologiyaların tətbiq edilməsi, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi, əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsi prinsiplərini tətbiq edir.

Azərbaycan Respublikasında yürüdülən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının  təmin edilməsi naminə  mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir. 

İnkişafın ekoloji baxımdan davamlı olmasını təmin etmək üçün iqtisadi fəaliyyət zamanı meydana çıxan ciddi ekoloji problemləri aradan qaldırmaq, onların ətraf mühitə mənfi təsirinin  minimuma endirilməsi tələb olunur.

Müasir dövrdə yaranmış ekoloji durumu və sosial-iqtisadi vəziyyəti nəzərə alaraq respublikamızın ekoloji siyasətinin aşağıdakı üç əsas istiqamətlərini  müəyyənləşdirmək olar:

  • ekoloji təhlükəsizliyin təmin olunmasını əsas götürərək, ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin tənzimlənməsi məqsədilə Davamlı inkişaf prinsipləri üzrə mütərəqqi üsulların tətbiq edilməsi;
  • indiki və gələcək nəsllərin  tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə etmək, alternativ, qeyri-ənənəvi metodlar vasitəsilə tükənməyən enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olunması;
  • qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müyyənləşdirilməsi, Beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi, eləcə də milli potensial imkanlardan istifadə etməklə həyata keçirilməsinin təmin edilməsi.

Ekoloji siyasətin əsas istiqamətləri üzrə qarşıya qoyulmuş məqsədə çatmaq üçün aşağıdakı vəzifə və prinsiplər əsas götürülməlidir:

  • ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması üçün iqtisadi və insan potensialının idarə edilməsinin müasir üsullarından istifadə edilməsi;
  • indiki və gələcək nəsillərin rifahının yaxşılaşdırılmasını təmin edən,  stimullaşdıran iqtisadi modellərin, texnologiyaların yaradılması və istifadəsi;
  • eyni və müxtəlif nəsillərin nümayəndələri arasında təminatın ədalətlilik prinsipləri əsasında həyata keçirilməsi;
  • insanın həyat fəaliyyətini təmin edə biləcək ekosistemlərin və biomüxtəlifliyin təbii mühitinin olduğu kimi  qorunub saxlanılması.

Prinsiplər:

  • qısa müddətli və uzunmüddətli iqtisadi, ekoloji və sosial nəticələr və ehtimal edilən fəsadlar nəzərə alınmaqla  qərarların qəbul edilmə prosesinin həyata keçirilməsi və bu prosesdə alternativ variantların nəzərə alınması;
  • ətraf mühitin mühafizəsi sahəsində qərarlar hazırlanarkən ictimai və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin cəlb edilməsinin genişləndirilməsi;
  •  ətraf mühitin hər hansı komponentinin  bərpa olunmayan dərəcədə pozulmasına səbəb ola biləcək fəaliyyətin   qarşısının alınması;
  • ətraf mühitin mühafizəsinin təmin edilməsi üçün aztullantılı, güclü və çoxşaxəli iqtisadi inkişafın təmin edilməsi;
  • beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi;
  • əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsi.