Faydalı Bölmələr

Ekologiya, hidrometeorologiya, meşə, balıqçılıq, kənd, meliorasiya və su təsərrüfatı sahələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ekologiya, hidrometeorologiya, meşə, balıqçılıq, kənd, meliorasiya və su təsərrüfatı sahələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ekologiya, hidrometeorologiya, meşə, balıqçılıq, kənd, meliorasiya və su təsərrüfatı sahələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ekologiya, hidrometeorologiya, meşə, balıqçılıq, kənd, meliorasiya və su təsərrüfatı sahələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram:

1. Dövlət büdcəsindən maliyyələşən ekologiya, hidrometeorologiya, meşə, balıqçılıq, kənd, meliorasiya və su təsərrüfatı sahələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2007-ci il fevralın 1-dən orta hesabla 25 faiz artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 23 yanvar 2007-ci il

№ 1906

«Azərbaycan» qəzetində dərc edilmişdir (24 yanvar 2007-ci il, № 14)