• Bakı
  • Gündüz +8°C,
  • Gecə +5°C
  • Sumqayıt
  • Gündüz +7°C,
  • Gecə +4°C
  • Naxçıvan
  • Gündüz +11°C,
  • Gecə +1°C
  • Xankəndi
  • Gündüz +6°C,
  • Gecə 0°C
  • Şuşa
  • Gündüz +1°C,
  • Gecə -5°C
  • Xocalı
  • Gündüz +5°C,
  • Gecə -3°C
  • Xocavənd
  • Gündüz +1°C,
  • Gecə -1°C
  • Qubadlı
  • Gündüz +6°C,
  • Gecə 0°C
  • Zəngilan
  • Gündüz +1°C,
  • Gecə -5°C
  • Laçın
  • Gündüz +2°C,
  • Gecə -4°C
  • Kəlbəcər
  • Gündüz +3°C,
  • Gecə -3°C
  • Daşkəsən
  • Gündüz +3°C,
  • Gecə -4°C
  • Gədəbəy
  • Gündüz +10°C,
  • Gecə +4°C
  • Ağdam
  • Gündüz +6°C,
  • Gecə 0°C
  • Cəbrayıl
  • Gündüz +7°C,
  • Gecə 0°C
  • Füzuli
  • Gündüz +12°C,
  • Gecə +6°C
  • Gəncə
  • Gündüz +10°C,
  • Gecə +1°C
  • Qazax
  • Gündüz +10°C,
  • Gecə +4°C
  • Naftalan
  • Gündüz +11°C,
  • Gecə +6°C
  • Şəki
  • Gündüz +11°C,
  • Gecə +5°C
  • Ağstafa
  • Gündüz +9°C,
  • Gecə +2°C
  • Qəbələ
  • Gündüz +7°C,
  • Gecə +1°C
  • Şamaxı
  • Gündüz +5°C,
  • Gecə 0°C
  • Zaqatala
  • Gündüz +9°C,
  • Gecə +2°C
  • Xızı
  • Gündüz +4°C,
  • Gecə -2°C
  • Siyəzən
  • Gündüz +10°C,
  • Gecə +2°C
  • Şabran
  • Gündüz +10°C,
  • Gecə +3°C
  • Quba
  • Gündüz +5°C,
  • Gecə 0°C
  • Qusar
  • Gündüz +3°C,
  • Gecə -2°C
  • Xaçmaz
  • Gündüz +9°C,
  • Gecə +3°C
  • Kürdəmir
  • Gündüz +12°C,
  • Gecə +5°C
  • Yevlax
  • Gündüz +11°C,
  • Gecə +5°C
  • Ağcabədi
  • Gündüz +12°C,
  • Gecə +5°C
  • Ağdaş
  • Gündüz +12°C,
  • Gecə +5°C
  • Göyçay
  • Gündüz +11°C,
  • Gecə +4°C
  • Bərdə
  • Gündüz +11°C,
  • Gecə +4°C
  • İmişli
  • Gündüz +13°C,
  • Gecə +6°C
  • Salyan
  • Gündüz +13°C,
  • Gecə +6°C
  • Beyləqan
  • Gündüz +11°C,
  • Gecə +4°C
  • Saatlı
  • Gündüz +11°C,
  • Gecə +4°C
  • Hacıqabul
  • Gündüz +13°C,
  • Gecə +6°C
  • Masallı
  • Gündüz +11°C,
  • Gecə +5°C
  • Lənkəran
  • Gündüz +11°C,
  • Gecə +5°C
  • Lerik
  • Gündüz +6°C,
  • Gecə -1°C
Faydalı Bölmələr

Azərbaycan Respublikasında heyvanlar aləmi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikasında heyvanlar aləmi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikasında heyvanlar aləmi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli, 186 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Dövlət əhəmiyyətli təbii sərvətləri aid edilən heyvanlar aləmi obyektlərinin növləri, bələdiyyə və ya xüsusi mülkiyyət hüququnda ola bilər heyvan növlərinin sənədlərinin forması və siyahısı", "Heyvanlar aləmindən ümumi və xüsusi istifadə Qaydaları", "Vəhşi heyvanlardan onların həyata fəaliyyətinin məhsullarını əldə etmək məqsədi ilə istifadə edilməsi Qaydaları", "Zooloji kolleksiyaların yaradılması, zənginləşdirilməsi, saxlanması, istifadəsi, dövlət uçotuna alınması, onlarla ticarət, habelə Azərbaycan Respublikasına gətirilməsi, onun hüdudlarından kənara göndərilməsi və aparılması Qaydaları" və "Ekoloji təhlükəsizlik normativləri və vəhşi heyvanların əldə edilməsi limitləri" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 13 iyul 2000-ci il
№ 117

  Azərbaycan Respublikası Nazirlər Kabinetinin

 2000-ci il 13 iyul tarixli, 117 nömrəli qərarı ilə

 TƏSDİQ EDİLMİŞDİR

  

Dövlət əhəmiyyətli təbii sərvətlərə aid edilən heyvanlar aləmi obyektlərinin növləri, bələdiyyə və ya xüsusi mülkiyyət hüququnda ola bilən heyvan növlərinin sənədlərinin

 

Forması və SİYAHISI

 

I. ÜMUMI MÜDDƏALAR

 

 1. Bu sənəd «Heyvanlar aləmi haqqında» Azərbaycan Respublikası Qanununa və «Heyvanlar aləmi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli, 186 nömrəli Fərmanına əsasən hazırlanmışdır və dövlət əhəmiyyətli təbii sərvətlərə aid edilən heyvanlar aləmi obyektlərinin növləri, bələdiyyə və ya xüsusi mülkiyyət hüququnda ola bilən heyvan növlərinin sənədlərinin formasını və siyahısını müəyyən edir.

 2. Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində, digər su obyektlərində, ov yerlərində və meşə fondu sahələrində təbii sərbəstlik şəraitində olan heyvanlar aləminin obyektləri dövlət əhəmiyyətli təbii sərvətlərə aid edilir.

 3. Xüsusi təbii mühafizə, elmi və estetik dəyərli heyvanlar aləmi obyektləri, habelə Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmiş heyvan növləri (qeyri-sərbəst şəraitdə yetişdirilmiş (alınmış) və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyə mülkiyyəti və ya xüsusi mülkiyyət üçün əldə edilmiş heyvanlardan başqa) bələdiyyə mülkiyyətinə və ya xüsusi mülkiyyətə aid edilə bilməzlər.

 4. Heyvanlar aləminin obyektləri üzərində bələdiyyə və ya xüsusi mülkiyyət hüququ qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada heyvanlar aləminin mühafizəsinin xeyrinə məhdudlaşdırıla bilər.

 5. Fiziki və hüquqi şəxslər tərəfindən qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə saxlanılan, təbii mühitdən götürülməsinə və başqa yollarla əldə edilməsinə dair sənədləri olmayan vəhşi heyvanlar qanunsuz əldə edilmiş hesab edilir.

II. Dövlət əhəmİyyətlİ təbİİ sərvətlərə aİd edİlən heyvanlar aləmİ obyektlərİ

 1. Dövlət əhəmiyyətli təbii sərvətlərə aid edilən heyvanlar aləmi obyektlərinə aşağıdakılar aiddir:

 a) Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilənlər;

 b) kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna növləri;

 c) endemik və relikt;

 ç) tibb sahəsində istifadə olunanlar;

 d) sənaye əhəmiyyətliləri;

 e) kənd və meşə təsərrüfatı ziyanvericilərinə qarşı istifadə edilənlər;

 ə) ov və balıqçılıq obyektlərinə aid olunanlar;

 f) xəz dərililər;

 g) ov və balıqçılıq obyektlərinə aid edilməmiş digər növlər;

 ğ) heyvanların paleontoloji qalıqları;

 h) heyvanların kütləvi yuvalama, balalama, kürütökmə, tüləmə, daimi və müvəqqəti yığışma yerləri.

III. Bələdİyyə və ya xüsusİ mülkİyyət hüququnda ola bİlən heyvan növlərİnİn sİyahısı

 1. Təbii sərbəstlik şəraitindən və ya təbii mühitdən ayrılıb, yarımsərbəst və ya qeyri-sərbəst şəraitdə yetişdirilmiş (alınmış), yaxud qanunvericiliklə icazə verilən digər yollarla əldə edilmiş vəhşi heyvanlar və heyvanlar aləminin digər obyektləri bələdiyyə mülkiyyətində və ya xüsusi mülkiyyətdə ola bilər.

 I bölmənin 3-cü bəndində göstərilən heyvan növləri istisna olmaqla, bələdiyyə mülkiyyətində və ya xüsusi mülkiyyətdə aşağıdakı heyvan növləri ola bilərlər:

 a) məməlilər;

 b) quşlar;

 c) sürünənlər;

 ç) suda-quruda yaşayanlar;

 d) balıqlar;

 e) dəyirmiağızlılar;

 ə) molyusklar;

 f) buğumayaqlılar;

 g) qurdlar;

 ğ) bağırsaqboşluqlular;

 h) ibtidai orqanizmlər.

 2. Heyvan növlərinin bələdiyyə və ya xüsusi mülkiyyətdə olmasının qanuniliyi Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və «Azərbalıq» Dövlət Balıqçılıq Təsərrüfatı Konserni tərəfindən səlahiyyətləri daxilində verdikləri və xüsusi reyestr kitabında qeydə alınan şəhadətnamə ilə rəsmiləşdirilir (əlavə olunur).

 3. Bələdiyyə və ya xüsusi mülkiyyət üçün əldə edilmiş heyvan növlərinə şəhadətnamə alınması üçün onların əldə edildiyi vaxtdan 15 gün müddətində Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin yerli orqanlarına və ya «Azərbalıq» Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin yerli balıq mühafizə xidmətinə mülkiyyətçilər tərəfindən ərizə (məktubla) müraciət edilməlidir.

 Ərizədə aşağıdakılar əks olunmalıdır:

 a) heyvanın növü;

 b) miqdarı;

 c) mülkiyyət hüququnda saxlanma məqsədi;

 ç) saxlanması üçün şəraitin olması;

 d) hüquqi şəxs üçün — hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı;

 e) fiziki şəxs üçün — adı, atasının adı, soyadı, ünvanı.

 Ərizəyə heyvan növünün qanuni əldə edilməsi barədə müvafiq sənəd əlavə edilməlidir.

 4. Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin və «Azərbalıq» DK-nın yerli orqanları tərəfindən ərizə (məktub) qeydə alınmaqla qəbul edilir.

 5. Ərizəyə (məktuba) qeydə alınma tarixindən başlayaraq 25 gün müddətində baxılır və Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin və ya «Azərbalıq» DK-nın verdikləri şəhadətnaməni bu təşkilatların yerli orqanları (xüsusi kitabda qeyd etməklə) mülkiyyətçiyə təqdim edirlər.

 3-cü bölmənin 3-cü bəndində göstərilən tələblərə əməl edilmədikdə və qüvvədə olan qanunvericiliyə zidd olduqda şəhadətnamənin verilməsindən imtina edilir. Bu barədə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin və «Azərbalıq» DK-nın yerli orqanları ərizəyə (məktuba) baxılma müddətində mülkiyyətçiyə rəsmi qaydada bildirməlidirlər.

 6. Heyvan növlərinin (yırtıcı, zəhərli və yoluxucu xəstəliklər yayan heyvanlardan başqa) əldə edilməsini təsdiq edən özgəninkiləşdirmə haqqında müqavilə, kolleksiyanın reyestrə daxil edilməsi haqqında şəhadətnamə, digər sənədlər və ov bileti olduqda, bu heyvan növlərinin bələdiyyə və ya xüsusi mülkiyyətdə olmasına şəhadətnamə tələb olunmur.

 7. Ayrı-ayrı heyvan növlərinin xüsusi mülkiyyətdə olmasına Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qadağa qoyulduqda, heyvanlar aləminin obyektləri üzərində mülkiyyət hüququna qanunvericilikdə nəzərdə tutulmuş qaydada xitam verilir.

 

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin

 2000-ci il 13 iyul tarixli, 117 nömrəli qərarı ilə

 TƏSDİQ EDİLMİŞDİR

 

 Heyvanlar aləmindən ümumi və xüsusi istifadə

 

 Qaydaları

 

I. Ümumİ müddəalar

 1. Bu Qaydalar «Heyvanlar aləmi haqqında» Azərbaycan Respublikası Qanununa və «Heyvanlar aləmi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli, 186 nömrəli Fərmanına əsasən hazırlanmışdır və heyvanlar aləmindən ümumi və xüsusi istifadə qaydalarını müəyyən edir.

 2. Heyvanlar aləmindən istifadə mülkiyyət, ümumi və xüsusi istifadə hüquqları əsasında həyata keçirilir.

 3. Heyvanlar aləmindən ümumi istifadə, idman və həvəskar balıq ovu istisna olmaqla, vəhşi heyvanları təbii mühitdən ayırmadan insanların həyati vacib tələbatlarını (estetik, sağlamlıq, istirahət (rekreasiya) və s.) təmin etmək məqsədi ilə ödənişsiz həyata keçirilir.

 4. Heyvanlar aləmindən xüsusi istifadəyə vəhşi heyvanları təbii mühitdən ayırmaqla (idman və həvəskar balıq ovu istisna olmaqla) həyata keçirilən bütün istifadə növləri aid edilir.

II. Heyvanlar aləmİndən ümumİ İstİfadə

 1. Təbii sərbəstlik şəraitində olan heyvanlar aləmindən ümumi istifadəyə aşağıdakılar aid edilir:

 a) heyvanlar aləmi obyektlərindən elmi tədqiqat, mədəni-maarif, tərbiyəvi və estetik məqsədlər üçün (müşahidə, nişanlama, şəkilçəkmə və s.) istifadə edilməsi;

 b) vəhşi heyvanların həyat fəaliyyətinin faydalı xüsusiyyətlərindən (mühitin təbii sanitarları olmaq, bitkiləri tozlamaq və s.) istifadə edilməsi;

 c) vəhşi heyvanlardan onların həyat fəaliyyətinin məhsullarını əldə etmək məqsədi ilə istifadə edilməsi;

 ç) idman və həvəskar balıq ovu.

 Heyvanlar aləmi obyektlərindən elmi tədqiqat, mədəni-maarif, tərbiyəvi və estetik məqsədlər üçün (müşahidə, nişanlama, şəkilçəkmə və s.) və vəhşi heyvanların həyat fəaliyyətinin faydalı xüsusiyyətlərindən (mühitin təbii sanitarları olmaq, bitkiləri tozlamaq və s.) istifadə edilməsi onların yaşayış mühitinə zərər vurmamaq, təbii sərvətlərin mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarını pozmamaq şərti ilə pulsuz və müvafiq icazə almadan (xüsusi mühafizə olunan təbiət əraziləri istisna olmaqla) həyata keçirilir.

 Vəhşi heyvanlardan onların həyat fəaliyyətinin məhsullarını əldə etmək məqsədi ilə istifadə edilməsi müvafiq Qaydalarla tənzimlənir.

 Vəhşi heyvanlardan idman və həvəskar balıq ovu məqsədi ilə istifadə edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 sentyabr tarixli, 152 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında balıq ehtiyatlarının mühafizəsi və balıq ovu Qaydaları» ilə tənzimlənir.

 2. Vəhşi heyvanlardan ümumi istifadə zamanı aşağıdakılar qadağandır:

 a) vəhşi heyvanların məhv edilməsi, onların yaşayış mühitinə, miqrasiya yollarına və nəsilartırma yerlərinə ziyan vurulması;

 b) xüsusi icazə olmadan ümumi istifadəni dövlət qoruqlarında və digər xüsusi rejimli ərazilərdə aparmaq;

 c) qış yuxusuna gedən dövrdə vəhşi heyvanlara yaxınlaşmaq (elmi tədqiqat məqsədlərindən başqa), onları narahat etmək (səs və işıq salmaq, yaşayış yerlərini dağıtmaq);

 ç) cütləşmə və çoxalma dövrlərində (xüsusən koloniyalarda) onların çoxalma yerlərinə yaxınlaşmaq, yumurtaları, lələkləri və heyvanların həyat fəaliyyətinin digər məhsullarını yığmaq (elmi tədqiqat məqsədlərindən başqa), yuvaları dağıtmaq və gecə vaxtı işıq salmaq.

 

 

III. Heyvanlar aləmİndən xüsusİ İstİfadə

 1. Təbii sərbəstlik şəraitində olan heyvanlar aləmindən xüsusi istifadəyə aşağıdakılar aid edilir:

 a) ovçuluq;

 b) balıqçılıq (idman və həvəskar balıq ovu istisna olmaqla);

 c) vəhşi heyvanların qeyri-sərbəst və yarımsərbəst şəraitdə saxlanılması, çoxaldılması, kommersiya və digər məqsədlər üçün tutulması;

 ç) heyvanlar aləmi obyektlərinin elmi tədqiqat, mədəni-maarif, tərbiyəvi və estetik məqsədlər üçün tutulması (əldə edilməsi).

 2. Heyvanlar aləmindən xüsusi istifadə ödənişlidir və qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir.

 Bu tələblər su obyektlərinin, torpaq və meşə mülkiyyətçilərinin və istifadəçilərinin ərazilərində məskunlaşan heyvanlar aləminin obyektlərinə də şamil edilir.

 3. Heyvanlar aləmindən xüsusi istifadə — ovçuluq, balıqçılıq, vəhşi heyvanların qeyri-sərbəst və yarımsərbəst şəraitdə saxlanılması, çoxaldılması, kommersiya, elmi tədqiqat, mədəni-maarif, tərbiyəvi, estetik və digər məqsədlər üçün tutulması müvafiq Qaydalarla tənzimlənir.

 4. Heyvan növünün sayı optimal şəraitdən az olduqda, təbii şəraitdə bərpasına təhlükə yarandıqda, xəstəliklərə məruz qaldıqda, epizootik xəstəliklərin baş verməsi təhlükəsi yarandıqda, təbii fəlakət zamanı və heyvanların yaşayış mühitinə mənfi təsir göstərən digər hallarda Azərbaycan Respublikası Elmlər Akademiyasının Zoologiya İnstitutunun rəyinə əsasən Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və ya «Azərbalıq» Dövlət Balıqçılıq Təsərrüfatı Konserni tərəfindən bu heyvan növlərindən müvəqqəti və ya daimi istifadə məhdudlaşdırılır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin

 2000-ci il 13 iyul tarixli, 117 nömrəli qərarı ilə

 TƏSDİQ EDİLMİŞDİR

 

Vəhşi heyvanlardan onların həyat fəaliyyətinin məhsullarını əldə etmək məqsədi ilə istifadə edilməsi

 

 Qaydaları

 

I. Ümumİ müddəalar

 1. Bu Qaydalar «Heyvanlar aləmi haqqında» Azərbaycan Respublikası Qanununa və «Heyvanlar aləmi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli, 186 nömrəli Fərmanına əsasən hazırlanmışdır və vəhşi heyvanlardan onların həyat fəaliyyətinin məhsullarını əldə etmək məqsədi ilə istifadə edilməsi qaydalarını müəyyən edir.

 2. Vəhşi heyvanlardan onların həyat fəaliyyətinin məhsullarını əldə etmək məqsədi ilə istifadə edilməsinə yalnız heyvanları təbii mühitdən ayırmamaqla və məhv etməməklə və onların yaşayış mühitini pisləşdirməməklə yol verilir.

 3. Vəhşi heyvanların həyat fəaliyyəti məhsullarına bal, mum, zəhər, hormonlar, propolis, lələk və digər məhsullar aid edilir.

 4. Vəhşi heyvanlardan onların həyat fəaliyyətinin məhsullarının əldə edilməsi Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin razılığı ilə həyata keçirilir.

II. Vəhşİ heyvanlardan onların həyat fəalİyyətİ məhsullarını əldə etmək məqsədİ İlə İstİfadə edİlməsİ

 1. Vəhşi heyvanlardan onların həyat fəaliyyəti məhsullarını əldə etmək məqsədi ilə istifadə edilməsi aşağıdakı hallarda qadağandır:

 a) vəhşi heyvanların qış yuxusuna getdiyi dövrdə;

 b) cütləşmə və çoxalma zamanı;

 c) həyat fəaliyyəti məhsullarının bərpa müddəti başa çatmadıqda;

 ç) bioloji xüsusiyyətlərini nəzərə alaraq vəhşi heyvanların yaşamasının təmin edilməsi üçün tələb olunan həddi gözləmədən həyat fəaliyyəti məhsullarının yığılması (əldə edilməsi);

 d) həyat fəaliyyəti məhsullarının yığıldığı (toplandığı) obyektlərin dağıdılması və məhv edilməsi.

 2. Vəhşi heyvanların həyat fəaliyyəti məhsullarının yığılmasına (əldə edilməsinə) razılıq almaq üçün fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinə və ya onun yerli təşkilatlarına müvafiq ərizə (məktub) təqdim edilməlidir.

 Ərizədə aşağıdakılar əks olunmalıdır:

 a) heyvanın növü və həyat fəaliyyəti məhsulu;

 b) heyvanların həyat fəaliyyəti məhsulunun əldə edilməsi üsulu;

 c) ərazi və müddəti;

 ç) heyvanların həyat fəaliyyəti məhsulundan istifadənin məqsədi;

 d) heyvanların həyat fəaliyyəti məhsulunun yığılmasını (əldə edilməsini) aparan şəxs barədə məlumat. Məlumatda aşağıdakılar əks olunmalıdır:

 a) hüquqi şəxslər üçün — hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı;

 b) fiziki şəxslər üçün — adı, atasının adı, soyadı və ünvanı.

 3. Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsində ərizə (məktub) qeydə alınmaqla qəbul edilir.

 Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmiş və daxil edilməmiş, lakin kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna növlərinin əldə edilməsinə icazə verilmir.

 4. Ərizəyə (məktuba) qeydə alınma tarixindən başlayaraq 15 gün müddətində baxılır və müvafiq cavab verilir.

 5. Müvafiq elmi rəy zərurəti olduqda və bu barədə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi tərəfindən Azərbaycan Respublikası Elmlər Akademiyasının Zoologiya İnstitutuna müraciət edildiyi təqdirdə həmin məktubun (ərizənin) icra müddəti müvafiq cavab alınan vaxta qədər uzadılır.

 6. Vəhşi heyvanların bəzi həyat fəaliyyəti məhsullarının əldə edilməsi üçün qanunvericiliklə digər tələblər müəyyən edildikdə, bu tələblər yerinə yetirildikdən sonra göstərilən məhsulların əldə edilməsinə icazə verilir.

 7. Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin razılıq məktubu (heyvanların həyat fəaliyyəti məhsulunun növü, yığılma üsulu, müddəti, ərazisi və miqdarı göstərilməklə) verildikdə və həmin məktub Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin yerli təşkilatlarında müəyyən olunmuş qaydada qeydə alındıqdan sonra müraciət edən fiziki və hüquqi şəxslər müəyyən olunmuş müddətlərdə heyvanların həyat fəaliyyəti məhsulunun yığılmasını (əldə edilməsini) təşkil edə bilərlər. Əgər heyvanların həyat fəaliyyəti məhsulunun yığılması (əldə edilməsi) meşə fondu sahəsində aparılarsa, bu tədbiri həyata keçirən fiziki və hüquqi şəxslər «Azərbmeşə» İstehsalat Birliyinin yerli təşkilatlarına məlumat verməlidirlər. Müəyyən olunmuş müddət qurtardıqdan sonra 20 gün ərzində heyvanların həyat fəaliyyəti məhsulunun yığılması (əldə edilməsi) barədə Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin yerli təşkilatlarına məlumat (heyvanların həyat fəaliyyəti məhsulunun yığılma miqdarı və ərazisi barədə) təqdim edilməlidir.

 8. Heyvanların həyat fəaliyyəti məhsulunun yığılması (əldə edilməsi) zamanı heyvanları zədələməyən, onların yaşayış mühitinə zərər vurmayan və mənfi təsir göstərməyən üsullardan istifadə olunmalıdır.

 9. Heyvanların həyat fəaliyyəti məhsulunun yığılmasına (əldə edilməsinə) verilmiş razılıqdan yalnız adı göstərilən fiziki və hüquqi şəxs istifadə edə bilər.

 10. Heyvanların həyat fəaliyyəti məhsulunun yığılıb-yığılmamasından (əldə edilib-edilməməsindən) asılı olmayaraq, göstərilən vaxt qurtardıqdan sonra verilmiş razılıq öz qüvvəsini itirir.

 11. Heyvanların həyat fəaliyyəti məhsullarının yığılması (əldə edilməsi) nəticəsində vəhşi heyvanların yaşayış mühitinə və təbii bərpasına mənfi təsir göstərə bilən hallarda, heyvanların sayı həmin ərazidə optimal miqdardan az olduqda və Elmlər Akademiyasının Zoologiya İnstitutunun mənfi rəyi alındıqda fiziki və hüquqi şəxslərə heyvanların həyat fəaliyyəti məhsullarının yığılmasına razılıq verilməyə bilər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin

 2000-ci il 13 iyul tarixli, 117 nömrəli qərarı ilə

 TƏSDİQ EDİLMİŞDİR

 

Zooloji kolleksiyaların yaradılması, zənginləşdirilməsi, saxlanması, istifadəsi, dövlət uçotuna alınması, onlarla ticarət, habelə Azərbaycan Respublikasına gətirilməsi, onun hüdudlarından kənara göndərilməsi və aparılması

 

 Qaydaları

 

I. Ümumİ müddəalar

 1. Bu Qaydalar «Heyvanlar aləmi haqqında» Azərbaycan Respublikası Qanununa və «Heyvanlar aləmi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli, 186 nömrəli Fərmanına əsasən hazırlanmışdır və zooloji kolleksiyaların yaradılması, zənginləşdirilməsi, saxlanması, istifadəsi, dövlət uçotuna alınması, onlarla ticarət, habelə Azərbaycan Respublikasına gətirilməsi, onun hüdudlarından kənara göndərilməsi və aparılması qaydalarını müəyyən edir.

 2. Heyvanların təbii mühitdən götürülməsi yolu ilə fiziki və hüquqi şəxslər tərəfindən yaradılmış zooparklar, zoobağlar, okeanariumlar və s. canlı kolleksiyalar, habelə heyvan müqəvvaları, preparatları, hissələri və qalıqları şəklində kolleksiyalar zooloji kolleksiyalar adlanır.

 3. Zooloji kolleksiyalar dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə ola bilər.

 4. Bu Qaydalar Azərbaycan Respublikasının bütün ərazisinə, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinə aiddir və Azərbaycan Respublikasının və xarici ölkələrin bütün hüquqi və fiziki şəxsləri üçün icrası məcburidir.

II. Zoolojİ kolleksİyaların dövlət uçotu

 1. Elmi, mədəni-maarif, təlim-tərbiyə və estetik dəyəri olan zooloji kolleksiyalar (mülkiyyət formasından asılı olmayaraq) dövlət uçotuna alınmalıdır.

 2. Azərbaycan Respublikasında zooloji kolleksiyalar dövlət uçotuna Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi tərəfindən dövlət reyestrinə daxil edilməklə alınır və zooloji kolleksiyaların canlı obyektləri barədə məlumatlar heyvanların dövlət uçotu sənədlərində və dövlət kadastrında öz əksini tapır (1 nömrəli Əlavə).

 3. Zooloji kolleksiyaların elmi, mədəni-maarif, təlim-tərbiyə və estetik dəyərinin qiymətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin, Elmlər Akademiyasının Zoologiya İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyinin və «Azərbalıq» Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin mütəxəssislərindən ibarət zooloji kolleksiyalara dair ekspert qrupu yaradılır. Ekspert qrupunun tərkibi aidiyyəti təşkilatların razılığı ilə Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi tərəfindən təsdiq edilir.

 4. Zooloji kolleksiyaların dövlət reyestrinə daxil edilməsi üçün aşağıdakılar təqdim edilməlidir:

 a) kolleksiya mülkiyyətçisinin (sahibinin) ərizəsi və kolleksiyanın ona məxsus olmasını təsdiq edən sənəd;

 b) elmi, mədəni-maarif, təlim-tərbiyə və estetik dəyərə malik olması barədə zooloji kolleksiyalar üzrə ekspert qrupunun rəyi;

 c) kolleksiyaya daxil olan obyektlərin, kolleksiya materiallarının siyahısı, sayı və qanuni əldə edilməsi barədə sənədlər.

 5. Zooloji kolleksiyaların dövlət reyestrinə daxil edilməsi (ekspertizaya təqdim olunan zooloji kolleksiyaya dair mütəxəssis-ekspertin yazılı rəyi ekspert qrupunun yığıncağında müzakirədə səs çoxluğu ilə təsdiq olunandan sonra) Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin əmri ilə həyata keçirilir.

 6. Zooloji kolleksiyaların dövlət uçotuna alınması və dövlət reyestrinə daxil edilməsi barədə onun mülkiyyətçisinə (sahibinə) şəhadətnamə verilir (2 nömrəli Əlavə).

 7. Elmi, mədəni-maarif, təlim-tərbiyə və estetik dəyərinə malik olması barədə ekspert qrupunun mənfi rəyi olduğu halda, zooloji kolleksiya dövlət uçotuna alınmır və bu barədə ərizəçiyə səbəbləri göstərilməklə müvafiq cavab göndərilir.

 Təqdim edilən zooloji kolleksiyada olan canlı heyvanların qanuni əldə edilməsi barədə sənədlər olmadıqda bu kolleksiya dövlət uçotuna alınmır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülür. Bu barədə zooloji kolleksiyanın mülkiyyətçisinə (sahibinə) müvafiq məlumat verilir.

 8. Zooloji kolleksiyaların reyestrə daxil edilməsi barədə verilən şəhadətnamənin tarixi həmin kolleksiyanın dövlət uçotuna alınma tarixi hesab edilir.

 9. Dövlət uçotuna alınmış kolleksiyaların mülkiyyətçiləri (sahibləri) tərəfindən hər il (20 yanvar tarixinə kimi) kolleksiyanın vəziyyəti və dövriyyəsi barədə Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinə məlumat verilməlidir.

 Təqdim olunan məlumatda il ərzində zooloji kolleksiya üçün əldə edilmiş yeni, dəyişdirilmiş, respublikanın hüdudlarından kənara göndərilmiş və sıradan çıxmış obyektlər barədə məlumatlar öz əksini tapmalıdır. Bütün dəyişikliklər reyestrdə göstərilməlidir.

III. Zoolojİ kolleksİyaların yaradılması və zəngİnləşdİrİlməsİ

 1. Fiziki və hüquqi şəxslər tərəfindən zooloji kolleksiyaların yaradılması və zənginləşdirilməsi (canlı heyvanlar üçün qanunvericilikdə digər tələblər müəyyən edildikdə və bu tələblər yerinə yetirildikdən sonra) Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin icazəsi ilə həyata keçirilir.

 Qanunvericiliklə müəyyən edilmiş qaydada əldə edilməsi barədə sənədləri olmayan fiziki və hüquqi şəxslərdən vəhşi heyvanların alınması qadağandır.

 Ovçular tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ovlanmış ov heyvanlarından (ov qənimətlərindən) zooloji kolleksiyaların yaradılmasına icazə tələb olunmur.

 2. Xüsusi təbii mühafizə (Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilməmiş, lakin kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna növlərindən), elmi (relikt və endemik) və estetik (ərazi üçün xas olan oxuyan və bəzəkli) dəyərli heyvanlar aləmi obyektlərindən, habelə Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmiş heyvan növlərindən (qeyri-sərbəst şəraitdə yetişdirilmiş (alınmış) və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda qanunvericiliklə nəzərdə tutulmuş qaydada əldə edilmiş heyvan növlərindən başqa) bələdiyyələr və ya xüsusi mülkiyyətçilər tərəfindən zooloji kolleksiyaların yaradılmasına yol verilmir.

 Bu bəndin birinci abzasında göstərilən heyvanlar aləmi obyektlərindən və heyvan növlərindən yalnız dövlət tərəfindən təsis edilmiş hüquqi şəxslər zooloji kolleksiyalar yarada bilərlər.

 3. Zooloji kolleksiyaların yaradılması məqsədi ilə icazə almaq üçün fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinə müvafiq ərizə (məktub) təqdim edilməlidir.

 Ərizədə (məktubda) zooloji kolleksiyanın yaradılmasının və zənginləşdirilməsinin məqsədi, heyvanların növü, miqdarı, saxlanılması üçün müvafiq şəraitin olması barədə məlumatlar öz əksini tapmalıdır.

 4. Zooloji kolleksiyaların yaradılmasına icazə (razılıq məktubu) Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi tərəfindən verilir.

 Heyvan növləri obyektləri məhdud olduqda və canlı heyvanların bərpası mümkün olmadıqda zooloji kolleksiyaların yaradılmasına icazə verilmir.

 5. Canlı heyvanları təbii mühitdən ayırmaq şərti ilə zooloji kolleksiyanın yaradılması (icazə verildiyi təqdirdə) və zənginləşdirilməsi fəaliyyət növünə alınmış lisenziya əsasında həyata keçirilməlidir.

IV. Zoolojİ kolleksİyaların saxlanması və İstİfadəsİ

 1. Dövlət uçotuna alınmış zooloji kolleksiyaların mülkiyyətçiləri (sahibləri) heyvanların (habelə heyvan müqəvvaları, preparatları, hissələri və qalıqları) saxlanması üçün müvafiq şərait yaratmalı və daşınma zamanı onların qorunmasını təmin etməlidirlər.

 2. Fiziki və hüquqi şəxslər onlara məxsus zooloji kolleksiyalarda olan heyvanların (habelə heyvan müqəvvaları, preparatları, hissələri və qalıqları) qorunub saxlanılmasına və düzgün istifadəsinə məsuliyyət daşıyırlar.

 3. Dövlət uçotuna alınmış zooloji kolleksiyaların saxlanma şəraitinə və istifadəsinə nəzarət Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və onun yerli təşkilatları tərəfindən həyata keçirilir.

 4. Zooloji kolleksiyalar tələb olunan şəraitdə saxlanılmadıqda və yaxud düzgün istifadə edilmədikdə, mülkiyyətçi (sahibkar) qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

 5. Zooloji kolleksiyalardan istifadə hüququ ləğv edildikdə və ya mülkiyyət hüququna xitam verildikdə kolleksiya qanunvericilikdə nəzərdə tutulmuş qaydada özgəninkiləşdirilir.

V. Zoolojİ kolleksİyaların tİcarətİ, habelə Azərbaycan Respublİkasına gətİrİlməsİ, onun hüdudlarından kənara göndərİlməsİ və aparılması

 1. Zooloji kolleksiyaların ticarəti, habelə Azərbaycan Respublikasına gətirilməsi, onun hüdudlarından kənara göndərilməsi və aparılması Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları» və «Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında» Konvensiyaya (CİTES) və həmin Konvensiyanın iştirakçı dövlətlərinin «Nərə balıqlarının qorunmasına dair» Qətnaməsinə qoşulmaq barədə» Azərbaycan Respublikasının 1998-ci il 23 iyun tarixli, 507-IQ nömrəli Qanununa əsasən həyata keçirilir.

 2. Zooloji kolleksiyaların obyekti yuxarıda adı çəkilən Konvensiyanın və Fərmanın təsir dairəsinə düşmədikdə onların ticarəti, habelə respublikaya gətirilməsi və respublikadan kənara göndərilməsi və aparılması bu bölmənin 3 — 6-cı bəndlərinə əsasən həyata keçirilir.

 3. Dövlət uçotunda olan zooloji kolleksiyaların, onların hissələrinin və ya ayrı-ayrı obyektlərinin Azərbaycan Respublikasına gətirilməsi, onun hüdudlarından kənara göndərilməsi və aparılması Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin müvafiq icazəsi ilə həyata keçirilir (3 nömrəli Əlavə).

 4. Fiziki və hüquqi şəxslər tərəfindən zooloji kolleksiyaların Azərbaycan Respublikasının hüdudlarından kənara göndərilməsi və aparılması üçün Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin müvafiq icazəsini almaq məqsədi ilə aşağıdakı sənədlər təqdim edilməlidir:

 a) ərizə

 fiziki şəxslər üçün — pasport məlumatı (adı, atasının adı, soyadı və ünvanı);

 hüquqi şəxslər üçün — hüquqi şəxsin adı, təşkilati-hüquqi forması və ünvanı;

 b) zooloji kolleksiyanın reyestrə daxil edilməsi barədə şəhadətnamə;

 c) zooloji kolleksiyaya daxil olan obyektlərin (taksonomik qrupların) Azərbaycan və latın dillərində adları, miqdarı və qanuni əldə edilməsi barədə sənədlər;

 ç) zooloji kolleksiya üzrə ekspert qrupunun kolleksiyaların ticarəti, respublikaya gətirilməsi, onun hüdudlarından kənara göndərilməsi və aparılmasına dair rəyi;

 d) zooloji kolleksiyanın bir ildən artıq olmamaq şərti ilə nümayiş etdirildiyi ölkənin hüquqi tərəfi ilə əməkdaşlıq haqqında müqavilə (kontrakt).

 5. Bu bölmənin 4-cü bəndində göstərilən icazənin alınması respublika qanunvericiliyində nəzərdə tutulan digər icazələrin alınması zərurətini əvəz etmir.

 6. Dövlət uçotuna alınmamış zooloji kolleksiyaların kənara göndərilməsi və aparılması bu Qaydaların V bölməsinin 4-cü bəndində nəzərdə tutulan qaydada həyata keçirilir. Lakin belə hallarda fiziki və hüquqi şəxslər verdikləri ərizə və sənədlərdə zooloji kolleksiyanın dövlət uçotuna daxil olması haqqındakı Şəhadətnamənin əvəzinə kolleksiyanın və yaxud ayrı-ayrı obyektlərin onların mülkiyyətində olması barədə sənəd təqdim edirlər.

 7. «Heyvanlar aləmi haqqında» Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə əsasən, fiziki və hüquqi şəxslər tərəfindən heyvanlar aləmi obyektlərinin zooparklarda, zoobağlarda, zoomuzeylərdə və şirkətlərdə elmi tədqiqat, mədəni-maarif, təlim-tərbiyə və estetik məqsədlər üçün istifadə olunması məqsədi ilə Azərbaycan Respublikasına daimi gətirilməsi idxal hesab edilmir.

 8. Azərbaycan Respublikasının daxilində zooloji kolleksiyaların ticarəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

 

 

 

 

 

 

 

 

 

 

 

 Zooloji kolleksiyaların yaradılması,

 zənginləşdirilməsi, saxlanması,

 istifadəsi, dövlət uçotuna alınması,

 onlarla ticarət, habelə Azərbaycan

 Respublikasına gətirilməsi, onun

 hüdudlarından kənara göndərilməsi

 və aparılması Qaydalarına

 1 NÖMRӘLİ əlavə

 

 

 Dövlət uçotuna daxil edilmiş zooloji kolleksiyanın

 

 Reyestr forması

 

 Dövlət uçotunun nömrəsi.

 Uçot tarixi.

 Kolleksiyanın adı.

 Sahibi.

 Sahibinin ünvanı və kolleksiyanın yerləşdiyi ünvan.

 Mülkiyyət forması (dövlət təşkilatları üçün — tabe olduğu təşkilat).

 Kolleksiyanın dəyəri (elmi, mədəni-maarif, təlim-tərbiyə və estetik).

 Kolleksiyanın yaradılma tarixi.

 Kolleksiyaya daxil olan obyektlərin siyahısı və sayı.

 Kolleksiyanın mənşəyi.

 Kolleksiyanın təsviri (canlı orqanizmlər, heyvanların müqəvvaları, preparatları, hissələri, qalıqları və s.).

 Nadir obyektlərin olması (beynəlxalq və Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmiş növlər).

 Kolleksiyanın tərkibində olan dəyişikliklər və dəyişikliklərin edilmə tarixi.

 Kolleksiyanın saxlanma və qorunma şəraiti.

 Zooloji kolleksiyalar üzrə ekspert qrupunun rəyi.

 

 

 

 

 

 

 

 

 

                                                                                                                    Azərbaycan Respublikası Nazirlər Kabinetinin

                                                                                                                    2000-ci il 13 iyul tarixli, 117 nömrəli qərarı ilə

                                                                                                                                    TƏSDİQ EDİLMİŞDİR

 

 Ekoloji təhlükəsizlik normativləri və vəhşi heyvanların əldə edilməsi

 

 Lİmİtlərİ

I. Ümumİ müddəalar

 1. Bu sənəd «Heyvanlar aləmi haqqında» Azərbaycan Respublikası Qanununa və «Heyvanlar aləmi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli, 186 nömrəli Fərmanına əsasən hazırlanmışdır və ekoloji təhlükəsizlik normativləri və vəhşi heyvanların əldə edilməsi limitlərinin qaydalarını müəyyən edir.

 2. Ekoloji təhlükəsizlik — insanın və cəmiyyətin vacib həyati maraqlarının antropogen və təbii təsirlər nəticəsində yaranan təhlükələrdən qorunmasının təmin edilməsidir.

 3. Ekoloji təhlükəsizlik normativləri, ətraf mühitə atılan və axıdılan çirkləndirici kimyəvi maddələrin, zərərli fiziki və bioloji təsirin yol verilə bilən son hədləri hazırlanarkən və müəyyən edilərkən, heyvanlar aləminin və heyvanların yaşayış mühitinin mühafizəsi tələbləri nəzərə alınmalıdır.

 4. Hər növ məişət və təsərrüfat mənşəli tullantıların və digər amillərin təsiri nəticəsində heyvanların yaşayış mühitinin qismən və yaxud tamamilə yararsız hala düşməsi ekoloji təhlükə sayılır.

II. Ekolojİ təhlükəsİzlİk normatİvlərİ

 1. Heyvanların yaşayış mühitinin yararlığı ekoloji təhlükə normativləri əsasında müəyyən edilir.

 2. Heyvanların yaşayış mühitinə təsir edən və ekoloji təhlükə amilləri yarada bilən aşağıdakı fəaliyyət növləri qadağan edilir:

 a) qatılıq həddi təsdiq edilməmiş, normalardan artıq olan zərərli maddələrin və tullantıların heyvanların yaşayış mühitinə atılması (axıdılması);

 b) neft kəmərləri və neft mədənlərindən heyvanların yaşayış mühitinə sızmaların yol verilməsi;

 c) sənaye və kənd təsərrüfatı müəssisələrindən, məişət obyektlərindən təmizlənməmiş tullantıların heyvanların yaşayış mühitinə atılması (axıdılması);

 ç) qüvvədə olan radiasiya təhlükəsizliyi qaydalarına və normalarına riayət edilmədən tərkibində radioaktiv maddələr olan tullantıların heyvanların yaşayış mühitinə atılması (axıdılması).

 3. Heyvanların yaşayış mühitinin ekoloji təhlükəsizlik normativləri (ətraf mühitə atılan və axıdılan çirkləndirici kimyəvi maddələrin, zərərli fiziki və bioloji təsirin yol verilə bilən son hədləri) 1 və 2 nömrəli əlavələrə əsasən müəyyən edilir.

 4. «Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normaları» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli, 146 nömrəli qərarı ilə təsdiq edilmişdir.

III. Vəhşİ heyvanların əldə edİlməsİ lİmİtlərİnİn müəyyən edİlməsİ qaydaları

 1. Vəhşi heyvanların əldə edilməsi limitləri müəyyən müddətlərdə ayrı-ayrı növlərin təbii mühitdən götürülmə miqdarını müəyyən edir. Bu limitlər müəyyən edilərkən vəhşi heyvanların təbiətdə olan sayı və təbii bərpa imkanı nəzərə alınmalıdır.

 2. Vəhşi heyvanların əldə edilməsi limitlərini müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikasının bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində daimi, müvəqqəti və köçəri yaşayan vəhşi heyvan növlərinin uçotu aparılır.

 3. Heyvanlar aləmi obyektlərinin istifadəçiləri hər il vəhşi heyvan növlərinin sayının və əldə edilmiş həcminin uçotunu aparmalı, məlumatları Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinə təqdim etməlidirlər.

 4. Vəhşi heyvanların əldə edilməsi limitləri heyvanlar aləmi obyektlərinin aparılmış uçotunun yekunlarına əsasən və heyvanların bioloji xüsusiyyətlərini nəzərə almaqla müəyyən edilir. Vəhşi heyvanların əldə edilməsi limitləri müəyyən edildikdə, Azərbaycan Respublikası Elmlər Akademiyasının Zoologiya İnstitutunun və Azərbaycan Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun rəyləri nəzərə alınmalıdır.

 5. Vəhşi heyvanların əldə edilməsi limitləri aşağıdakı təşkilatlar tərəfindən müəyyən edilir:

 a) ov obyektlərinə aid edilmiş vəhşi heyvanlar üzrə — Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi tərəfindən (hər il ov mövsümü üçün).

 Ov obyektinə aid edilməyən vəhşi heyvanlara sifariş olduqda — Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi tərəfindən;

 b) balıq və su heyvanları üzrə:

 nərə cinsli balıqlar, kilkə və suiti üçün — Xəzərətrafı dövlətlərin Xəzərin bioloji resurslarının istifadəsi Komissiyasının ayırdığı kvotaya əsasən «Azərbalıq» Dövlət Balıqçılıq Təsərrüfatı Konserni tərəfindən;

 c) axçalı və siyənək balıq növləri üçün (Xəzərdə və daxili su hövzələrində) — «Azərbalıq» Dövlət Balıqçılıq Təsərrüfatı Konserni tərəfindən (Azərbaycan Respublikası Elmlər Akademiyasının Zoologiya İnstitutunun və Azərbaycan Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun proqnozlarına əsasən);

 ç) digər su heyvanları üzrə sifariş olduqda — «Azərbalıq» Dövlət Balıqçılıq Təsərrüfatı Konserni tərəfindən Azərbaycan Respublikası Elmlər Akademiyasının Zoologiya İnstitutunun və Azərbaycan Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun rəyinə əsasən.

 6. Əhalinin sağlamlığını və təhlükəsizliyini mühafizə etmək, kənd təsərrüfatı və başqa ev heyvanlarını xəstəliklərdən qorumaq, heyvanlar aləminə, onların yaşayış mühitinə və iqtisadiyyata zərər vurulmasının qarşısını almaq məqsədi ilə bəzi vəhşi heyvanların sayı Səhiyyə Nazirliyinin və Kənd Təsərrüfatı Nazirliyinin təkliflərinə və Azərbaycan Elmlər Akademiyasının rəyinə əsasən, zərurət olan limit həddində Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və «Azərbalıq» Dövlət Balıqçılıq Təsərrüfatı Konserni tərəfindən tənzimlənə bilər.