Faydalı Bölmələr

Qərar

Azərbaycan Respublikası Nazirlər Kabineti. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 3 mart tarixli 122 saylı «Təbii ehtiyatlara görə ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atılmasına görə ödəmələrin tətbiqi və həmin ödənişlərdən əmələ gələn vəsaitdən istifadə haqqında» Qərarına əlavə və dəyişikliklər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı 

Azərbaycan Respublikası Nazirlər Kabineti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 3 mart tarixli 122 saylı «Təbii ehtiyatlara görə ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atılmasına görə ödəmələrin tətbiqi və həmin ödənişlərdən əmələ gələn vəsaitdən istifadə haqqında» Qərarına əlavə və dəyişikliklər barədə

Qərar № 566

Bakı şəhəri, 23 noyabr 1993-cü il

Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 3 mart tarixli 122 saylı «Təbii ehtiyatlara görə ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atılmasına görə ödəmələrin tətbiqi və həmin ödənişlərdən əmələ gələn vəsaitdən istifadə haqqında» Qərarına aşağıdakı əlavə və dəyişikliklər edilsin:

1. 4 №-li əlavədə:

a) 53-cü bənd «əhəng və gips tozu» əvəzinə «əhəng və gips istehsalatı tozu» kimi yazılsın;

b) 58-ci bənd «sement tozu» əvəzinə «sement istehsalatı tozu» kimi yazılsın;

v) 83-cü bənd «karbon oksidi» əvəzinə «karbon-2 oksidi (dəm qazı)» kimi yazılsın;

q) aşağıdakı redaksiyada yeni 89-cu bənd əlavə edilsin: «89. Karbohidrogenlər 1.04».

d) aşağıdakı redaksiyada yeni qeyd əlavə edilsin:

«Qeyd: Əgər atmosferə atılan zərərli maddə cədvəldə göstərilməmişdirsə, onda belə maddə üçün cədvəldə verilən homoloji cəhətcə ən yaxın maddənin ödəmə normativi əsas götürülür. Bu məsələni yerli təbiəti mühafizə komitəsi ilə həll etmək lazımdır».

2. 7 №-li əlavə aşağıdakı redaksiyada verilsin (əlavə olunur).

Baş nazir

S.HÜSEYNOV.


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1993-cü il 23 noyabr tarixli
566 saylı qərarına
7 №-li əlavə

Azərbaycanın iqtisadi rayonlarında ekoloji vəziyyət və
atmosfer havasının ekoloji əhəmiyyət əmsalları

İqtisadi rayonlar

Ekoloji vəziyyət əmsalı, K1

Atmosfer havasının ekoloji əhəmiyyət əmsalı, K2

1. Bakı şəhərinin rayonları:

Xətai, Nizami, Nərimanov, Səbayıl, Nəsimi, Yasamal

5

1

Əzizbəyov, Binəqədi, Sabunçu, Suraxanı, Qaradağ

3

1

2. Sumqayıt şəhəri

5

1

3. Gəncə şəhəri

3

1

4. Mingəçevir şəhəri

3

1

5. Əli Bayramlı şəhəri

4

1

6. Meşəlik və kurort zonasına aid rayonlar: Astara, Ağdərə, Balakən, Cəbrayıl, Daşkəsən, Zaqatala, Zəngilan, İsmayıllı, Gədəbəy, Kəlbəcər, Qaz, Qubadlı, Quba, Qusar, Qəbələ, Laçın, Lənkəran, Lerik, Masallı, Oğuz, Samux, Xaçmaz, Xanlar, Xocavənd, Xocalı, Şamaxı, Şuşa, Şəki, Yardımlı

1

3

7. Qalan bütün rayonlar

1

1

8. Xəzər dənizinin akvatoriyası

1

3

İşlər müdiri

İ.HACIYEV.