• Bakı
  • Gündüz +8°C,
  • Gecə +6°C
  • Sumqayıt
  • Gündüz +8°C,
  • Gecə +6°C
  • Naxçıvan
  • Gündüz +13°C,
  • Gecə +2°C
  • Xankəndi
  • Gündüz +4°C,
  • Gecə -2°C
  • Şuşa
  • Gündüz +2°C,
  • Gecə -5°C
  • Xocalı
  • Gündüz +2°C,
  • Gecə -4°C
  • Xocavənd
  • Gündüz +3°C,
  • Gecə -3°C
  • Qubadlı
  • Gündüz +5°C,
  • Gecə -1°C
  • Zəngilan
  • Gündüz +6°C,
  • Gecə 0°C
  • Laçın
  • Gündüz +2°C,
  • Gecə -5°C
  • Kəlbəcər
  • Gündüz +2°C,
  • Gecə -5°C
  • Daşkəsən
  • Gündüz +4°C,
  • Gecə -2°C
  • Gədəbəy
  • Gündüz +5°C,
  • Gecə -1°C
  • Ağdam
  • Gündüz +11°C,
  • Gecə +4°C
  • Cəbrayıl
  • Gündüz +11°C,
  • Gecə +4°C
  • Füzuli
  • Gündüz +10°C,
  • Gecə +3°C
  • Gəncə
  • Gündüz +13°C,
  • Gecə +6°C
  • Qazax
  • Gündüz +12°C,
  • Gecə +5°C
  • Naftalan
  • Gündüz +14°C,
  • Gecə +7°C
  • Şəki
  • Gündüz +13°C,
  • Gecə +6°C
  • Ağstafa
  • Gündüz +8°C,
  • Gecə +3°C
  • Qəbələ
  • Gündüz +7°C,
  • Gecə +2°C
  • Şamaxı
  • Gündüz +7°C,
  • Gecə +2°C
  • Zaqatala
  • Gündüz +9°C,
  • Gecə +4°C
  • Xızı
  • Gündüz +1°C,
  • Gecə -4°C
  • Siyəzən
  • Gündüz +10°C,
  • Gecə +5°C
  • Şabran
  • Gündüz +10°C,
  • Gecə +5°C
  • Quba
  • Gündüz +7°C,
  • Gecə +2°C
  • Qusar
  • Gündüz +2°C,
  • Gecə -3°C
  • Xaçmaz
  • Gündüz +9°C,
  • Gecə +4°C
  • Kürdəmir
  • Gündüz +13°C,
  • Gecə +6°C
  • Yevlax
  • Gündüz +12°C,
  • Gecə +5°C
  • Ağcabədi
  • Gündüz +11°C,
  • Gecə +5°C
  • Ağdaş
  • Gündüz +13°C,
  • Gecə +6°C
  • Göyçay
  • Gündüz +13°C,
  • Gecə +6°C
  • Bərdə
  • Gündüz +12°C,
  • Gecə +5°C
  • İmişli
  • Gündüz +14°C,
  • Gecə +6°C
  • Salyan
  • Gündüz +9°C,
  • Gecə +4°C
  • Beyləqan
  • Gündüz +13°C,
  • Gecə +6°C
  • Saatlı
  • Gündüz +13°C,
  • Gecə +5°C
  • Hacıqabul
  • Gündüz +14°C,
  • Gecə +7°C
  • Masallı
  • Gündüz +13°C,
  • Gecə +7°C
  • Lənkəran
  • Gündüz +13°C,
  • Gecə +7°C
  • Lerik
  • Gündüz +6°C,
  • Gecə +3°C
Faydalı Bölmələr

Azərbaycan Respublikası Nazirlər Kabineti. Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabineti. Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı 

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi barədə

Qərar № 242

Bakı şəhəri, 20 noyabr 2006-cı il

«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli, 439 nömrəli Fərmanının 1.2-ci bəndinin icrası məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli, 214 nömrəli qərarı ilə təsdiq edilmiş «Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydası»na aşağıdakı əlavə və dəyişikliklər edilsin:

1.1. 4-cü bəndin dördüncü abzasından sonra aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:

«Müqavilə əsasında torpaq üzərində icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır.»;

1.2. 7-ci bəndin üçüncü abzası çıxarılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət torpaq kadastrının aparılması qaydaları haqqında Əsasnamə»də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2-ci bənddə «torpaq mülkiyyətçilərinin və istifadəçilərinin» sözləri «torpaq istifadəçiliyinin» sözləri ilə əvəz edilsin;

2.2. 3-cü bəndin birinci abzasında «Dövlət Torpaq Komitəsi Respublika Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsi» sözləri «Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi» sözləri ilə əvəz edilsin, ikinci abzasından isə «torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin dövlət qeydiyyatı,» sözləri çıxarılsın;

2.3. 4-cü bəndin «b», «c» yarımbəndlərində və 5-ci bənddə ismin müvafiq hallarında «Dövlət Torpaq Komitəsi» sözləri müvafiq olaraq «Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi» sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş «Torpaq-kadastr sənədlərinin aparılması Qaydaları»nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3-cü bənd aşağıdakı redaksiyada verilsin:

«Torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və torpaq üzərində müddəti on bir aydan az olan icarə və istifadə hüquqlarını qanunvericiliyə uyğun olaraq təsdiq edən sənədlər hüquqi torpaq-kadastr sənədləri hesab olunur.»;

3.2. 4-cü bəndin ikinci abzasında «torpaq üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüququna dair dövlət aktlarının, torpağın mülkiyyətə verilməsinə və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələrin, habelə icarə müqavilələrinin» sözləri «torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və torpaq üzərində müddəti on bir aydan az olan icarə və istifadə hüquqlarını qanunvericiliyə uyğun olaraq təsdiq edən sənədlərin» sözləri ilə əvəz edilsin;

3.3. 5-ci, 13-cü, 14-cü və 15-ci bəndlərdə ismin müvafiq hallarında «Dövlət Torpaq Komitəsi» sözləri müvafiq olaraq «Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi» sözləri ilə əvəz edilsin;

3.4. 6 — 12-ci, 16 — 19-cu bəndlər çıxarılsın;

3.5. 13-cü bənddə «qərar və ona əlavə edilmiş 1:10000 və ya 1:25000 miqyasında ayrılan sahənin planı əsasında onun cizgisini torpağa mülkiyyət və istifadə hüququna dair mövcud formalarda əks etdirir» sözləri «qərar əsasında qanunvericiliklə müəyyən edilmiş formada sənədləri hazırlayır» sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş «Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə»də aşağıdakı dəyişikliklər edilsin:

4.1. 4-cü bəndin ikinci abzasında «sonrakı illərin dövlət aktlarına» sözləri «hüquqları təsdiq edən sənədlərə» sözləri ilə əvəz edilsin;

4.2. 2-ci, 6-cı və 7-ci bəndlərdə ismin müvafiq hallarında «Dövlət Torpaq Komitəsi» sözləri müvafiq olaraq «Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi» sözləri ilə əvəz edilsin.

5. «Azərbaycan SSR Nazirlər Sovetinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi, bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 22 noyabr tarixli, 180 nömrəli qərarının 5-ci bəndi çıxarılsın.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş «Torpaq sahələrinin geri alınması və dövlət və ictimai ehtiyaclar üçün ayrılması barədə vəsatətlərin qaldırılması və onlara baxılması Qaydaları»nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. 17-ci bəndin «a» yarımbəndində «torpağa mülkiyyət və istifadə hüququna dair Dövlət aktının və ya Şəhadətnamənin» sözləri «qanunvericiliklə nəzərdə tutulmuş sənədlərin» sözləri ilə əvəz edilsin;

6.2. 20-ci bəndin birinci abzasında «torpağa mülkiyyət və istifadə hüququna dair Dövlət aktı və ya Şəhadətnamə hazırlayır, onu torpaq üzərində hüquqların dövlət qeydiyyatına alınması və sifarişçiyə təqdim edilməsi üçün müvafiq rayon (şəhər) torpaq şöbəsinə» sözləri «torpaq sahəsinin planının, ölçüsünün hazırlanması, təsdiqi və sifarişçiyə təqdim edilməsi üçün müvafiq rayon (şəhər) şöbəsinə» sözləri ilə əvəz edilsin;

6.3. Qaydaların mətnində ismin müvafiq hallarında «Dövlət Torpaq Komitəsi» sözləri müvafiq olaraq «Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi» sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş «Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi Qaydaları»nın 5-ci bəndində «Dövlət Torpaq Komitəsi» sözləri «Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi» sözləri ilə əvəz edilsin, 12-ci bəndində isə «yerli icra hakimiyyətinin və bələdiyyənin» sözləri çıxarılsın və «hüququna dair müvafiq sənədlə (dövlət aktı, şəhadətnamə)» sözləri «hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır» sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş «Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları»nda aşağıdakı dəyişikliklər edilsin:

8.1. 11-ci bənddə «istifadəçiyə (icarəçiyə) otlaq torpaqlarından müvəqqəti istifadə hüququna dair Şəhadətnamənin hazırlanması və verilməsi (icarə müqaviləsinin bağlanması)» sözləri «istifadəçi (icarəçi) ilə icarə (istifadə) müqaviləsinin bağlanması» sözləri ilə əvəz edilsin;

8.2. 13-cü bəndin birinci abzasının ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

«Yay və qış otlaq sahəsinin üzərində istifadə, icarə hüquqlarının qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.»;

8.3. 17-ci bənddə «Torpaq vergisi haqqında» Azərbaycan Respublikasının Qanunu» sözləri «Azərbaycan Respublikasının Vergi Məcəlləsi» sözləri ilə əvəz edilsin;

8.4. 20-ci bəndin birinci abzasında «hüquqi» sözü çıxarılsın;

8.5. Qaydaların mətnində ismin müvafiq hallarında «Dövlət Torpaq Komitəsi» sözləri müvafiq olaraq «Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi» sözləri ilə əvəz edilsin.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 17 aprel tarixli, 67 nömrəli qərarı ilə təsdiq edilmiş «Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin ayrılması Qaydası»nda aşağıdakı dəyişikliklər edilsin:

9.1. 7-ci bənddə «, ayrılmış torpaq sahəsindən müvəqqəti istifadə (icarə) hüququna dair müvafiq sənədləri» sözləri çıxarılsın;

9.2. 8-ci bəndin birinci abzasında «torpaqdan müvəqqəti istifadə hüququna dair sənədi hazırlayır və torpaq üzərində onların hüquqlarının dövlət qeydiyyatına alınması və torpaqdan istifadə (icarə) məqsədi ilə» sözləri «torpaq sahəsi üzrə qanunvericiliklə nəzərdə tutulmuş sənədlərin hazırlanması və məcburi köçkünlərə» sözləri ilə əvəz edilsin;

9.3. Qaydanın mətnində ismin müvafiq hallarında «Dövlət Torpaq Komitəsi» sözləri müvafiq olaraq «Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi» sözləri ilə əvəz edilsin.

10. «Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli, 79 nömrəli qərarının 2-ci bəndi çıxarılsın.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 7-ci bəndinin onuncu abzasında «müəyyən edilmiş qaydada» sözlərindən sonra «və hallarda» sözləri əlavə edilsin, «təqdim etməlidir» sözləri «göndərir» sözü ilə, 87-ci bəndində isə «Dövlət Əmlakı Nazirliyinə» sözləri «Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə» sözləri ilə əvəz edilsin.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli, 149 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə — «Büdcə xərclərinin funksional təsnifatına əlavə»nin «Funksional təsnifatın bölmə, köməkçi bölmə və paraqrafları» bölməsinin 11.2.1-ci paraqrafında «şəhadətnamələrin» sözü «sənədlərin» sözü ilə əvəz edilsin.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 17 mart tarixli, 43 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Eldar Şamı Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə»nin 1.10-cu bəndində «hüququna dair Dövlət aktının» sözləri «hüququnu təsdiq edən sənədin» sözləri ilə əvəz edilsin.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 3 avqust tarixli, 148 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Qarayazı Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə»nin 1.11-ci bəndində «hüququna dair Dövlət aktının» sözləri «hüququnu təsdiq edən sənədin» sözləri ilə əvəz edilsin.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 2 fevral tarixli, 32 nömrəli qərarı ilə təsdiq edilmiş «Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları»nın 1 nömrəli əlavəsinin cədvəlinin 16-cı bəndində «torpaq sahəsi və onun ölçüsü haqqında müvafiq şəhadətnamə» sözləri «torpaq üzərində hüquqları təsdiq edən sənəd» sözləri ilə əvəz edilsin.

16. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

  1. A.     RASİ-ZADƏ

Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (30 noyabr 2006-cı il, № 11, maddə 994)