Faydalı Bölmələr

Azərbaycan Respublikası Nazirlər Kabineti. Azərbaycan SSR Nazirlər Sovetinin 1967-ci il 14 mart tarixli 113 nömrəli qərarının qüvvədən düşmüş hesab edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan SSR Nazirlər Sovetinin
1967-ci il 14 mart tarixli 113 nömrəli qərarının
qüvvədən düşmüş hesab edilməsi haqqında

Qərar № 207

Bakı şəhəri, 28 dekabr 1999-cu il

«Ətraf mühitin mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 173 nömrəli Fərmanının icrası məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Respublikanın təbii resurslarının mühafizəsinin gücləndirilməsi tədbirləri və səmərəli istifadə haqqında» Azərbaycan SSR Nazirlər Sovetinin 1967-ci il 14 mart tarixli 113 nömrəli qərarının 5-ci bəndi qüvvədən düşmüş hesab edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ.

«Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (31 dekabr 1999-cu il, № 12, maddə 771).