• Bakı
  • Gündüz +8°C,
  • Gecə +5°C
  • Sumqayıt
  • Gündüz +7°C,
  • Gecə +4°C
  • Naxçıvan
  • Gündüz +11°C,
  • Gecə +1°C
  • Xankəndi
  • Gündüz +6°C,
  • Gecə 0°C
  • Şuşa
  • Gündüz +1°C,
  • Gecə -5°C
  • Xocalı
  • Gündüz +5°C,
  • Gecə -3°C
  • Xocavənd
  • Gündüz +1°C,
  • Gecə -1°C
  • Qubadlı
  • Gündüz +6°C,
  • Gecə 0°C
  • Zəngilan
  • Gündüz +1°C,
  • Gecə -5°C
  • Laçın
  • Gündüz +2°C,
  • Gecə -4°C
  • Kəlbəcər
  • Gündüz +3°C,
  • Gecə -3°C
  • Daşkəsən
  • Gündüz +3°C,
  • Gecə -4°C
  • Gədəbəy
  • Gündüz +10°C,
  • Gecə +4°C
  • Ağdam
  • Gündüz +6°C,
  • Gecə 0°C
  • Cəbrayıl
  • Gündüz +7°C,
  • Gecə 0°C
  • Füzuli
  • Gündüz +12°C,
  • Gecə +6°C
  • Gəncə
  • Gündüz +10°C,
  • Gecə +1°C
  • Qazax
  • Gündüz +10°C,
  • Gecə +4°C
  • Naftalan
  • Gündüz +11°C,
  • Gecə +6°C
  • Şəki
  • Gündüz +11°C,
  • Gecə +5°C
  • Ağstafa
  • Gündüz +9°C,
  • Gecə +2°C
  • Qəbələ
  • Gündüz +7°C,
  • Gecə +1°C
  • Şamaxı
  • Gündüz +5°C,
  • Gecə 0°C
  • Zaqatala
  • Gündüz +9°C,
  • Gecə +2°C
  • Xızı
  • Gündüz +4°C,
  • Gecə -2°C
  • Siyəzən
  • Gündüz +10°C,
  • Gecə +2°C
  • Şabran
  • Gündüz +10°C,
  • Gecə +3°C
  • Quba
  • Gündüz +5°C,
  • Gecə 0°C
  • Qusar
  • Gündüz +3°C,
  • Gecə -2°C
  • Xaçmaz
  • Gündüz +9°C,
  • Gecə +3°C
  • Kürdəmir
  • Gündüz +12°C,
  • Gecə +5°C
  • Yevlax
  • Gündüz +11°C,
  • Gecə +5°C
  • Ağcabədi
  • Gündüz +12°C,
  • Gecə +5°C
  • Ağdaş
  • Gündüz +12°C,
  • Gecə +5°C
  • Göyçay
  • Gündüz +11°C,
  • Gecə +4°C
  • Bərdə
  • Gündüz +11°C,
  • Gecə +4°C
  • İmişli
  • Gündüz +13°C,
  • Gecə +6°C
  • Salyan
  • Gündüz +13°C,
  • Gecə +6°C
  • Beyləqan
  • Gündüz +11°C,
  • Gecə +4°C
  • Saatlı
  • Gündüz +11°C,
  • Gecə +4°C
  • Hacıqabul
  • Gündüz +13°C,
  • Gecə +6°C
  • Masallı
  • Gündüz +11°C,
  • Gecə +5°C
  • Lənkəran
  • Gündüz +11°C,
  • Gecə +5°C
  • Lerik
  • Gündüz +6°C,
  • Gecə -1°C
Faydalı Bölmələr

Azərbaycan Respublikası Nazirlər Kabineti. Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına və sərəncamlarına dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 Azərbaycan Respublikası Nazirlər Kabineti. Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına və sərəncamlarına dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına və sərəncamlarına dəyişikliklər edilməsi haqqında

Qərar № 180

Bakı şəhəri, 22 iyul 2006-cı il

Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin yaradılması haqqında» 2004-cü il 6 dekabr tarixli, 150 nömrəli Fərmanının 4.3-cü və «Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə» 2006-cı il 15 may tarixli, 404 nömrəli Fərmanının 6.1-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına və sərəncamlarına edilən dəyişikliklər» təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədə olan digər qərarlarında və sərəncamlarında Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinə verilən səlahiyyətlər Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinə şamil edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 2006-cı, № 7, maddə 647)



Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2006-cı il 22 iyul tarixli,
180 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına və sərəncamlarına edilən dəyişikliklər

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 637 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında Dövlət qaz nəzarəti haqqında Əsasnamə»yə aşağıdakı dəyişikliklər edilsin:

a) 2-ci bənddə ««Azəriqaz» Dövlət Şirkətinin tərkibində olan Azərbaycan Respublikası» sözləri «Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin tabeliyində olan» sözləri ilə əvəz edilsin;

b) 5-ci bənddə «, Ali Sovetin və Nazirlər Kabinetinin qərar və göstərişlərini, bu Əsasnaməni, «Azəriqaz» Dövlət Şirkəti Prezidentinin əmr və göstərişlərini» sözləri «və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, bu Əsasnaməni, sənaye və energetika nazirinin əmr və sərəncamlarını» sözləri ilə əvəz edilsin;

c) 3-cü bənddən, 4-cü bəndin ikinci abzasından və 10-cu bənddən «Respublika», «respublika» sözləri, 5-ci bənddən «Respublikanın», 8-ci bəndin birinci abzasından və 9-cu bənddən «Azərbaycan Respublikası» sözləri çıxarılsın.

2. «Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının yaradılması haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 yanvar tarixli, 17 nömrəli qərarının 2-ci bəndinin on ikinci və on üçüncü abzaslarında «Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyinin» sözləri «Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin» sözləri ilə əvəz edilsin.

3. «Azərenerji» Səhmdar Cəmiyyətinin «Dövlət Enerjinəzarət» İdarəsinin Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin birbaşa tabeliyinə verilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 1 fevral tarixli, 18 nömrəli qərarının adında və 1-ci bəndində «Yanacaq və Energetika Nazirliyinin» sözləri «Sənaye və Energetika Nazirliyinin» sözləri ilə əvəz edilsin.

4. «Azərbaycan Respublikasında dövlət enerjinəzarəti (elektrik və istilik üzrə) haqqında Əsasnamə»nin təsdiq edilməsi, Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin «Dövlət Enerjinəzarət» İdarəsinin işçilərinin say tərkibinin və vəzifə maaşlarının müəyyənləşdirilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 iyul tarixli, 117 nömrəli qərarının adında, preambulasında və 2-ci bəndində «Yanacaq və Energetika Nazirliyinin» sözləri «Sənaye və Energetika Nazirliyinin» sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 iyul tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında dövlət enerjinəzarəti (elektrik və istilik üzrə) haqqında Əsasnamə»nin 1.2-ci və 1.3-cü bəndlərində «Yanacaq və Energetika Nazirliyinin» sözləri «Sənaye və Energetika Nazirliyinin» sözləri ilə, 3.9-cu bəndində «Yanacaq və Energetika Nazirliyinə» sözləri «Sənaye və Energetika Nazirliyinə» sözləri ilə və 4.4-cü bəndində «Yanacaq və Energetika Nazirliyi» sözləri «Sənaye və Energetika Nazirliyi» sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 15 fevral tarixli, 26 nömrəli qərarı ilə təsdiq edilmiş «Ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiya üzrə müraciət və ya sorğunun göndərildiyi dövlət hakimiyyəti orqanlarının Təsnifatı»nın 3-cü bölməsində «Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi» sözləri «Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi» sözləri ilə əvəz edilsin.

7. «Elektrik enerjisindən istifadəyə görə bir sıra birinci dərəcəli istehlakçıların, məskunlaşmamış qaçqın və məcburi köçkünlərin istehlak etdikləri elektrik enerjisi dəyərinin ödənilməsinin tənzimlənməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 10 iyun tarixli, 80 nömrəli qərarının 5-ci bəndinin ikinci abzasında «Yanacaq və Energetika Nazirliyinə» sözləri «Sənaye və Energetika Nazirliyinə» sözləri ilə əvəz edilsin.

8. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 11 avqust tarixli, 102 nömrəli qərarı ilə təsdiq edilmiş «Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin tərtib olunma Qaydaları və forması»nın 4.7-ci bəndində «Yanacaq və Energetika Nazirliyinin» sözləri «Sənaye və Energetika Nazirliyinin» sözləri ilə əvəz edilsin.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust tarixli, 109 nömrəli qərarı ilə təsdiq edilmiş «Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları»nın 12-ci, 13-cü, 18-ci və 20-ci bəndlərində «Yanacaq və Energetika Nazirliyi» sözləri «Sənaye və Energetika Nazirliyi» sözləri ilə əvəz edilsin.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust tarixli, 109 nömrəli qərarı ilə təsdiq edilmiş «Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları»nın 5-ci, 7-ci və 11-ci bəndlərində «Yanacaq və Energetika Nazirliyi» sözləri «Sənaye və Energetika Nazirliyi» sözləri ilə əvəz edilsin.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 22 sentyabr tarixli, 120 nömrəli qərarı ilə təsdiq edilmiş «Ekoloji təhsil və maarifləndirmə üzrə Sahələrarası Komissiyanın Tərkibi»nin 11-ci bəndində «Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyinin» sözləri «Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin» sözləri ilə əvəz edilsin.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «İstismar olunan ixrac neft boru kəmərlərinin «Mühafizə Zonası»nın müəyyənləşdirilməsi Qaydaları»nın 5.1-ci bəndinin birinci abzasında «Yanacaq və Energetika Nazirliyinin» sözləri «Sənaye və Energetika Nazirliyinin» sözləri ilə, 5.2-ci bəndinin birinci abzasında «Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi» sözləri «Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi» sözləri ilə əvəz edilsin.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 noyabr tarixli, 224 s nömrəli sərəncamının I bəndinin on ikinci abzasında «Yanacaq və Energetika Nazirliyinin» sözləri «Sənaye və Energetika Nazirliyinin» sözləri ilə əvəz edilsin.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 27 noyabr tarixli, 234 s nömrəli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 noyabr tarixli, 4 nömrəli Fərmanının həyata keçirilməsi Tədbirləri»nin 2-ci bəndinin doqquzuncu abzasının «İcraçılar» sütununda «Yanacaq və Energetika Nazirliyi» sözləri «Sənaye və Energetika Nazirliyi» sözləri ilə əvəz edilsin.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 noyabr tarixli, 242 s nömrəli sərəncamının 2-ci bəndində «Yanacaq və Energetika Nazirliyi» sözləri «Sənaye və Energetika Nazirliyi» sözləri ilə əvəz edilsin.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 noyabr tarixli, 242 s nömrəli sərəncamı ilə təsdiq edilmiş «Mülkiyyət formasından asılı olmayaraq yanacaq-energetika sahəsində fəaliyyət göstərən bütün müəssisə və təşkilatlarda yanacaq-enerji resurslarının istifadəsinin, itkilərinin və texnoloji sərfinin azaldılmasına yönəldilmiş Tədbirlər Planı»na aşağıdakı dəyişikliklər edilsin:

a) 1-ci bəndin «Tədbirin məzmunu» və «İcraçılar» sütunlarında «Yanacaq və Energetika Nazirliyi» sözləri «Sənaye və Energetika Nazirliyi» sözləri ilə əvəz edilsin;

b) 3-cü və 4-cü bəndlərin «Tədbirin məzmunu» sütununda «Yanacaq və Energetika Nazirliyinə» sözləri «Sənaye və Energetika Nazirliyinə» sözləri ilə əvəz edilsin.