Faydalı Bölmələr

Qərar

Azərbaycan Respublikası Nazirlər Kabineti. Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi və 1998-ci il 13 fevral tarixli 27 nömrəli qərarının qüvvədən düşmüş hesab edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi və 1998-ci il 13 fevral tarixli 27 nömrəli qərarının qüvvədən düşmüş hesab edilməsi barədə

Qərar № 171

Bakı şəhəri, 18 sentyabr 2000-ci il

«Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 366 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 9 aprel tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş «Xüsusi razılıq (lisenziya) alınması üçün ödənilən dövlət rüsumunun məbləği»nin 16-cı bəndi və 75-ci bəndindən mötərizədəki «geoloji qoruqlar, yasaqlıqlar, təbiət abidələri» sözləri çıxarılsın.

2. «Elmi, mədəni, estetik, müalicə-sağlamlıq əhəmiyyətlərinə malik xüsusi mühafizə edilən geoloji obyektlərin (elmi və tədris sınaq meydanları, geoloji qoruqlar, yasaqlıqlar, təbiət abidələri, mağaralar və digər yeraltı boşluqlar) yaradılmasına xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 26 iyul tarixli 121 nömrəli qərarının adından və 1-ci bəndindən, habelə bu qərarla təsdiq edilmiş «Qaydalar»ın adından və 1.1-ci bəndindən mötərizədəki «geoloji qoruqlar, yasaqlıqlar, təbiət abidələri» sözləri çıxarılsın.

3. «Milli parkların və qoruqların yaradılmasına xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 13 fevral tarixli 27 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ.

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 2000-ci il, № 9,  maddə 697)

 7  noyabr 2002-ci il tarixli, 173 nömrəli qərara əsasən əlavələr və dəyişikliklərlə