Faydalı Bölmələr

Qərar № 164 Azərbaycan Respublikası Nazirlər Kabineti. Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Qərar № 164 Azərbaycan Respublikası Nazirlər Kabineti. Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi barədə

Qərar № 164

Bakı şəhəri, 1 sentyabr 2005-ci il

«Azərbaycan Respublikası Prezidentinin bəzi sərəncamlarına və fərmanına dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 avqust tarixli, 271 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 6 iyul tarixli, 151 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi haqqında Əsasnamə»nin 13.11-ci bəndində «hüquqpozmalar» sözü «xətalar» sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli, 60 nömrəli qərarı ilə təsdiq edilmiş «Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət uçotunun aparılması, məlumat uçotlarının istifadəsi və hesabat məlumatlarının formalaşdırılması Qaydaları»nın 4.2.1-ci bəndində «hüquqpozmalar» sözü «xətalar» sözü ilə və həmin qərarla təsdiq edilmiş «Yol hərəkətinin təhlükəsizliyi göstəricilərinin siyahısı, uçot və hesabat qaydası»nın 2.4-cü və 3.4-cü bəndlərində «hüquqpozmaların» sözü «xətaların» sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli, 78 nömrəli qərarı ilə təsdiq edilmiş «Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydaları»nın 2.3-cü bəndinin üçüncü abzasında «hüquqpozmaları» sözü «xətaları» sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 yanvar tarixli, 9 nömrəli qərarı ilə təsdiq edilmiş «Hava nəqliyyatında və onun xüsusi xidmət müəssisələrində İntizam Nizamnaməsi»nin 3.2-ci bəndinin «e)» yarımbəndinin doqquzuncu abzasında «hüquqpozmalara» sözü «xətalara» sözü ilə əvəz edilsin.

5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 2005-ci il, № 9, maddə 855)

 13 sentyabr 2006-cı il tarixli, 207 nömrəli qərara əsasən dəyişikliklərlə