Faydalı Bölmələr

Qərar

 Qərar № 122 Azərbaycan Respublikası Nazirlər Kabineti. Təbii ehtiyatlara görə ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atılmasına görə ödəmələrin tətbiqi və həmin ödənişlərdən əmələ gələn vəsaitdən istifadə haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabineti

Təbii ehtiyatlara görə ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atılmasına görə ödəmələrin tətbiqi və həmin ödənişlərdən əmələ gələn vəsaitdən istifadə haqqında

Qərar № 122

Bakı şəhəri, 3 mart 1992-ci il

Respublikanın təbii ehtiyatlarından səmərəli və kompleks istifadəni stimullaşdırmaq məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Təbii ehtiyatlardan və obyektlərdən istifadəyə və çirkləndirici maddələrin təbii mühitə atılmasına görə 1992-ci il martın 1-dən Azərbaycan Respublikasında ödəmə tətbiq edilsin.

2. Təbii ehtiyatlara görə ödəmələr, çirkləndirici maddələrin təbii mühitə atılmasına görə ödənişlər alınmasının və həmin ödənişlərdən əmələ gələn vəsaitdən istifadənin əlavə olunan qaydaları təsdiq edilsin.

3. Su ehtiyatlarından istifadəyə və ətraf mühitin çirklənməsinə görə ödəmələrin normativləri və ərazilərin ekoloji vəziyyəti və ekoloji əhəmiyyəti əmsalları təsdiq edilsin (əlavələr 1—7).

4. Müəyyən edilsin ki, təbii ehtiyatlardan istifadəyə görə ödənişlərin tətbiqi ilə bağlı yaranf biləcək mənfi sosial nəticələrin qarşısını almaq məqsədilə aşağıdakılar ödəmələrdən azad olunurlar:

  • kommunal təsərrüfat təşkilatları — dövlət büdcəsindən maliyyələşdirilən yaşayış məntəqələrini və sosial, mədəni, mənişət obyektlərini təmin etmək üçün yerüstü və yeraltı su mənbələrindən su götürərkən;
  • aqrar-sənaye kompleksi obyektləri — suvarma üçün yerüstü təbii su mənbələrindən su götürərkən.

5. Azərbaycan Respublikası Dövlət Təbiəti Mühafizə Komitəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi əlaqədar təşkilatların iştirakı ilə bitki, balıq ehtiyatlarından və digər ehtiyatlardan istifadəyə görə ödəmələr normativlərinin hazırlanmasını 1992-ci ilin sonunadək təmin etsinlər.

6. Azərbaycan Respublikası Dövlət Təbiəti Mühafizə Komitəsiyi ödəmə sisteminin tətbiqi ilə əlaqədar alınmış nəticələri 1992-ci il ərzində təhlil etsin və zərurət yarandıqda, ödəmə və tarif sistemini təkmilləşdirməyə dair təkliflərini hazırlasın və Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsi ilə razılaşdıraraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim etsin.

Baş Nazir

H.HƏSƏNOV.

İşlər müdirinin müavini

İ.HACIYEV.

1 may 1993-cü il tarixli, 216 nömrəli; 23 noyabr 1993-cü il tarixli, 566 nömrəli; 3 fevral 1995-ci il tarixli, 23 nömrəli; 7 mart 2002-ci il tarixli, 41 nömrəli qərarlara əsasən dəyişikliklər və əlavələrlə

 


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1992-ci il 3 mart tarixli
122 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

Təbii ehtiyatlara görə haqq və təbii mühitə atılan zərərli maddələrə görə ödəmələr alınması və bu ödəmələrdən istifadə
Qaydaları

1. Bu Qaydalar «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya aktına, təbiəti mühafizə və təbii sərvətlərdən istifadənin tənzimlənməsi sahəsində direktiv qərarlara uyğun olaraq işlənib hazırlanmışdır.

2. Bu Qaydalar təbiətdən istifadənin pullu olmasının, ətraf mühitə zərərli maddələr atılması (axıdılması, yerləşdirilməsi) üçün iqtisadi tənzimləmə üsullarının əsas prinsiplərini müəyyən edir.

3. Bu Qaydalar Azərbaycan Respublikasının bütün ərazisində və Xəzər dənizi akvatoriyasının ona bitişik sahəsində tabeliyindən asılı olmayaraq bütün nazirliklər, birliklər, müəssisələr, dövlət, ictimai kooperativ və digər təşkilatlar, vətəndaşlar, xarici hüquqi və fiziki şəxslər, bütün müştərək müəssisələr tərəfindən tətbiq edilməlidir.

4. Təbii ehtiyatlardan istifadəyə və ətraf mühitə zərərli maddələrin atılmasına (axıdılmasına, yerləşdirilməsinə) görə ödəmələr təbiətdən istifadə edənlərdən təbii ehtiyatların istifadəsinə razılıq verən müvafiq orqanlar tərəfindən alınır.

Müvafiq icazə olmadan təbii ehtiyatlar istifadə üçün cəlb edildikdə və ya təbii mühitə təsir göstərildikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə reqlamentləşdirilən iqtisadi tənbehlər tətbiq edilir.

5. Konkret təbiət istifadəçiləri üçün müvafiq müddətə təbii ehtiyatlardan istifadənin (onların çıxarılmasının), habelə çirkləndirici maddələrin ətraf mühitə atılmasının (axıdılmasının) və tullantıların yerləşdirilməsinin yol verilən (müvəqqəti razılaşdıran) həcmləri respublikanın xüsusi səlahiyyətli orqanlarının qoyduğu təbiətdən istifadə limitləri ilə müəyyənləşdirilir.

6. Çirkləndirici maddələrin atılmasına (axıdılmasına) görə ödəmələrə daxildir:

  • çirkləndirici maddələrin müəyyən olunmuş limitlər (normativlər) çərçivəsində atılmasına (axıdılmasına) görə ödəmələr;
  • çirkləndirici maddələrin müəyyən olunmuş limitlərdən (normativlərdən) artıq atılmasına (axıdılmasına) görə ödəmələr.

Müəyyən olunmuş limitdən (normativdən) çox çirkləndirici maddələrin atılması (axıdılması) nəzərdə tutulduğundan beş qat artığına ödənilir.

7. Ətraf mühitin çirklənməsinə görə ödəniş ərazilərin ekoloji vəziyyəti və ekoloji əhəmiyyəti nəzərə alınmaqla müəyyən edilir.

8. Təbiət istifadəçilərinin günahı üzündən baş verən qəza halları zamanı atmosferə, su obyektlərinə və relyefə atılan (axıdılan, yerləşdirilən) zərərli maddələrə görə, sənaye və məişət tullantılarının icazə verilvzmiş ərazilərdə yerləşdirilməsi üçün normativ ödəmələrə nisbətən on dəfə artıq tarif müəyyən edilir. Çirkləndirici maddələrin miqdarı pozuntu baş verəndən ləğv olunan vaxtadək ölçü cihazları vasitəsilə müəyyənləşdirilir, yaxud təsdiq olunmuş metodikalar əsasında hesablama yolu ilə müəyyən edilir.

9. Bu Qaydaların 6 və 7-ci bəndlərindəki ödəmələrin tətbiqi müəssisələri (təşkilatları) və vətəndaşları aşağıdakılardan azad etmir:

  • təbii ehtiyatların məqsədli (kompleks) istifadədən çıxmasına və ya onların keyfiyyətinin həm müəssisələrin (təşkilatların) və vətəndaşların fəaliyyəti nəticəsində pisləşdiyinə görə kompensasiya ödəmələrindən;
  • təbiəti çirklənməkdən və digər zərərli təsirlərdən mühafizə tələblərinə riayət edilməsini, təbii ehtiyatlardan səmərəsiz istifadə, istehsalfnda ekoloji təhlükəsizlik qaydalarının, sanitar-gigiyena normalarının, müəssisələrdə işçilərin, əhalinin və istehsal edilən məhsul istehlakçısının sağlamlığını qorumaq tələblərinin pozulmasına görə dəyən zərəri ödəməkdən və həmin pozuntulara görə cərimələrdən.

Bu ödəmə, vergi və tənbehlərin hesablanması və tətbiqi qaydası respublika qanunvericiliyi ilə müəyyən edilir.

10. Təbii ehtiyatlardan istifadə hüququna görə ödəmə dərəcələri onların respublika üzrə hesablanmış orta norması və konkret təbii ehtiyatların kadastr qiymətləri əsasında Azərbaycan Respublikasının dövlət orqanları tərəfindən müəyyən edilir.

Kadastr qiymətləri olmadıqda həmin ödəmə dərəcələri təbii sərvətlərin keyfiyyətində, təbii məhsuldarlığında, yerləşməsində və istifadə şəraitində fərqlərin orta səviyyəsi nəzərə alınmaqla müəyyən edilir.

Təbii ehtiyatlardan istifadə hüququna görə ödəmələr vergi, icarə haqqı şəklində və ya qanunvericiliklə nəzərdə tutulmuş başqa formalarda alına bilər.

11. Çirkləndirici maddələrin atılmasına görə ödəniş çirkləndirmə nəticəsində ətraf mühitə vurulan ziyanın kompensasiyasıdır və təbiət istifadəçilərinin sərəncamında qalan qazancdan (gəlirdən) ödənilir.

Təbiət istifadəçilərinin qazancı (gəliri) olmadıqda, habelə onlar zərərlə işlədikdə təbii mühitin çirkləndirilməsinə görə ödəmələr təbiət istifadəçilərinin sərəncamında olan və üzərinə qüvvədə olan qanunvericiliyə əsasən tənbeh yönəldilə bilən bütün vəsait hesabına verilir.

12. Təbii ehtiyatlardan istifadəyə görə ödəmələr aşağıdakı büdcə və fondlara daxil olur:

  • yerli su mənbələrindən, yerli tikinti materiallarından istifadəyə görə ödəmələr — yerli büdcələrə;
  • yuxarıda qeyd olunmamış su mənbələrindən istifadəyə görə ödəmələr — respublika büdcəsinə;
  • mineral ehtiyatlardan istifadəyə görə ödəmələr — respublika büdcəsinə;
  • meşə ehtiyatlarından istifadəyə görə ödəmələr — «Meşələrin qorunub saxlanılması və təkrar istehsalı» Respublika Fonduna .

13. Təbii ehtiyatlardan istifadə hüququna görə alınan vəsaitdən ərazilərin sosial iqtisadi inkişafı üçün istifadə edilir.

14. Hüquqi və fiziki şəxslər gəlirin bir hissəsini dönərli valyutada aldıqda, təbii ehtiyatlara və ətraf mühitə atılan tullantılara görə ödənişlərin müvafiq hissəsi onlardan valyutada tutulur.

15. Ayrı-ayrı təbiət istifadəçilərinin iqtisadi imkanları nəzərə alınaraq, ətraf mühitə çirkli maddələrin atılmasına (axıdılmasına, yerləşdirilməsinə) görə ödənişlər müvəqqəti olaraq güzəştli qaydada müəyyən oluna bilər.

Həmin qayda təbiət istifadəçilərinin çirkləndirici maddələrin ətraf mühitə normadan yuxarı atılmasına (tullanmasına, yerləşdirilməsinə) görə ödəniş ödənilməsindən azad olunmasını, ödəmə miqdarının qismən azaldılmasını əhatə edir. Güzəştləri yerli xalq deputatları Soveti Dövlət Təbiəti Mühafizə Komitəsi orqanlarının razılığı ilə, təbiət istifadəçiləri təbiəti mühafizə tələblərinə riayət etdikdə verirlər.

16. Təbiət istifadəçiləri yerli nəzarət orqanları ilə razılaşdırılmış təbiəti mühafizə tədbirlərini həyata keçirdikdə təbii mühitin məqbul səviyyədən çox çirklənməsinə görə ödəmə çirkləndirici maddələrin normativ üzrə tullanması (atılması, tullantıların yerləşdirilməsi) üçün tarif əsasında müəyyənləşdirilir.

17. Təbii mühitə atılan (axıdılan, yerləşdirilən) normaya uyğun və normadan yuxarı çirkləndirici maddələrə görə ödəmələr təbiəti mühafizə ehtiyat fonduna yönəldilir və ondan fond haqqında əsasnaməyə uyğun surətdə istifadə edilir.

Təbiət istifadəçiləri vəsaiti atılan çirkləndirici maddələrin gözlənilən və ya faktik kütləsi nəzərə alınmaqla yerli təbiəti mühafizə orqanlarının müəyyən etdiyi vaxtda ilin hər rübündə hesaba keçirirlər.

Ödəmə vəsaitlərini vaxtında keçirməyənlərdən hər gecikdirilən gün üçün ödənişin 0,1 faizi qədər cərimə tutulur.

Təbiət istifadəçiləri ödəmələri verməkdən boyun qaçırdıqda təbiəti mühafizəyə nəzarət edən yerli orqanların ixtiyarı var ki, arbitraj məhkəməsi və ya xalq məhkəməsi vasitəsilə müvafiq məbləği və penyanı məcburi qaydada almağı tələb etsinlər.

18. Çirkabları kommunal kanalizasiya sistemləri vasitəsi ilə axıdan müəssisə və təşkilatlardan alınan ödəmələr su kəməri-kanalizasiya təsərrüfatı müəssisələrinin hesabına keçirilir və şəhərə su verilməsi işlərində istifadə olunan texniki və texnologiyanın təkmilləşdirilməsinə sərf olunur.

19. Çirkləndirici maddələrin ətraf mühitə atılmasına (axıdılmasına, yerləşdirilməsinə və s.) görə ödəmələr təbiət istifadəçilərinin ətraf mühitin qorunması ilə bağlı tədbirləri yerinə yetirməkdən, təbii ehtiyatlardan səmərəli istifadə etməkdən və təbiəti mühafizə qanunvericiliyi aktlarına riayət etməkdən azad etmir.


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1992-ci il 3 mart tarixli
122 nömrəli qərarına
1 nömrəli əlavə

Yerüstü su ehtiyatlarından istifadəyə görə ödəmə
Normativləri

Suyun keyfiyyət dərəcəsi

Yerüstü su ehtiyatlarından istifadəyə görə ödəmə normativi, qəp./kub m.

Kür çayı

I

34,3

II

33,5

III

31,7

IV

29,3

V

26,5

VI

21,7

Respublikanın başqa çayları

I

26,3

II

25,7

III

24,4

IV

22,6

V

20,5

VI

16,9

Qeyd: Hər bir su obyekti və ya onun sahələri üçün suyun keyfiyyət kateqoriyası «Azərhidromet» komitəsinin təsnifatına əsasən müəyyən olunur.

İşlər müdirinin müavini

İ.HACIYEV.


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1992-ci il 3 mart tarixli
122 nömrəli qərarına
2 nömrəli əlavə

Yeraltı su ehtiyatlarından istifadəyə görə ödəmə
Normativləri

Regionlar

Yeraltı su ehtiyatlarından istifadəyə görə ödəmə normativi, qəp./kub m.

Naxçıvan Muxtar Respublikası

26,4

Qalan rayonlar

71,5

İşlər müdirinin müavini

İ.HACIYEV.


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1992-ci il 3 mart tarixli
122 nömrəli qərarına
3 nömrəli əlavə

Təbii su obyektlərinə
çirkab sularının axıdılmasına görə ödəmə
Normativləri

Təbii su obyektlərinə çirkabların axıdılmasına görə ödəmələrin normativi bütün çirkləndirici komponentlərin miqdarı yol verilən qatılıq həddindən çox olmayan hala kimi durulaşdırmaq üçün lazım olan həmin təbii obyektdəki suyun miqdarı ilə müəyyən olunur.

Həmin hesabdan:

  • Kür çayı üçün — 16 qəp./kub m.
  • Digər çaylar və Xəzər dənizi üçün — 12 qəp./kub m.

İşlər müdirinin müavini

İ.HACIYEV.


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1992-ci il 3 mart tarixli
122 nömrəli qərarına
4 nömrəli əlavə

Atmosfer havasına
çirkləndirici maddələrin atılmasına görə ödəmə
Normativləri

Sıra №-si

Çirkləndirici maddələrin adları

1 t çirkləndirici maddələrin atılmasına görə ödəmə normativi

1.

Azot 4-oksid

328,8

2.

Azot oksidi

268,3

3.

Akrilonitril

303,6

4.

Alüminium oksidi

135

5.

Ammonyak

37,1

6.

Ammonyaklı selitra

27,2

7.

Malein anhidridi (buxar, aerozol)

332,6

8.

Kükürd anhidridi (kükürd 4-oksid)

132

9.

Sirkə anhidridi

192

10.

Ftal anhidridi (buxar, aerozol)

235,2

11.

Aseton

17,8

12.

Asetaldehid (sirkə, aldehidi)

332,8

13.

ZVK (zülallı-vitaminli konsentrat)-nın zülal tozu

7736,1

14.

Benzapiren — 3,4

101·105

15.

Benzol

105,2

16.

Butadein — 1,3

7,1

17.

Brom

166,3

18.

Benzil-xlorid

1487,2

19.

Vanadium 5-oksid

9800

20.

Vinil asetat

60,7

21.

Vinilxlorid

10516,3

22.

Hidrogen-bromid (HB)

277,1

23.

Hidrogen-florid (HF)

7838,1

24.

Hidrogen-xlorid (HCL)

124

25.

Hidrogen-sianid (HCN)

2256

26.

Dioksan

281,1

27.

Dimetilamin

1051,6

28.

Dimetilsulfid

117,6

29.

Dimetilformamid

135,8

30.

Dioktilftalat

1176

31.

Dixloretan

23,5

32.

İzopren

59

33.

İzobutilen

74,4

34.

Kaprolaktam

96

35.

Azot turşusu (nitrat turşusu)

226,3

36.

Silisium-oksid

665,6

37.

Kobalt

13840

38.

Ksilol (solvent)

23,5

39.

Ksilidin

1239,4

40.

Manqan və onun birləşmələri (manqan 4-oksidə görə hesabla)

5640

41.

Mis (mis oksidləri, misə görə hesabla)

8313,8

42.

Mis (sulfat və misin duzları)

10733,1

43.

Qeyri-üzvi arsenli birləşmələr

12648

44.

Metiletilketon

52,6

45.

Natrium hidroksidi

5542,6

46.

Natrium karbonat

783,8

47.

Naftalin

607,2

48.

v-naftol

8586,5

49.

Nikel

43800

50.

Qalay xlorid (qalaya görə hesabla)

1175,8

51.

Propilen oksid

831,4

52.

Ağac tozu

157

53.

Əhəng və gips istehsalatı tozu

200

54.

Toz (kətan, pambıq), sulfanol tozu

235,2

55.

Tərkibində silisium 4-oksid olan qeyri-üzvi tozlar

235,2

56.

Şüşə liflərin tozu

480

57.

Şüşə plastiklərin tozu

480

58.

Sement istehsalatı tozu

360

59.

Civə birləşmələri (civəyə görə hesabla)

179200

60.

Civə

214663,5

61.

His

332

62.

Qurğuşun və onun birləşmələri, tetra-etil qurğuşundan başqa (qurğuşuna görə hesabla)

172000

63.

Kidrogensulfid

328,8

64.

Karbonsulfid

1314,5

65.

Skipidar

8,6

66.

Butil spirti (butanol)

7,4

67.

Etil spirti

2,4

68.

Stirol

1487,2

69.

Tetrahidrofuran, epixlorqidrin

33,3

70.

Tetraxloretilen (perxloretilen)

96

71.

Toluol

13,6

72.

Dördxlorlukarbon

20

73.

Formaldehid

1920

74.

Furfurol

105,2

75.

Xlor

715,2

76.

Tsikloheksan

7

77.

Sink oksid

1960

78.

Etil xlorid

23,5

79.

Toikloheksanon

117,6

80.

Etilbenzol

525,8

81.

Etilen oksidi

429,3

82.

Etilenqlikol

105,2

83.

Karbon-2 oksidi (dəm qazı)

8

84.

Sulfat turşusu

396

85.

Fenol

136

86.

Akril turşusu

277,1

87.

Piridin

235,2

88.

Dibutilftalat

1176

89.

Karbohidrogenlər

1,04

Qeyd: Gələcəkdə zərərli maddələrin siyahısı genişləndirilib dəqiqləşdiriləcəkdir.

Qeyd: Əgər atmosferə atılan zərərli maddə cədvəldə göstərilməmişdirsə, onda belə maddə üçün cədvəldə verilən homoloji cəhətcə ən yaxın maddənin ödəmə normativi əsas götürülür. Bu məsələni yerli təbiəti mühafizə komitəsi ilə həll etmək lazımdır.

İşlər müdirinin müavini

İ.HACIYEV.


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1992-ci il 3 mart tarixli
122 nömrəli qərarına
5 nömrəli əlavə

Atmosferə atılan çirkləndirici maddələrə görə ödəmə
Normativləri

Yanacaq növü

Yanacağın yanmasından əmələ gələn çirkləndirici maddələrin atmosfer havasına atılmasına görə ödəmələrin normativi (t/manat)

Dizel yanacağı

50,1

Benzil:

etilləşmiş

61,7

etilləşməmiş

37,4

Qeyd: İşlənmiş qazların zərərsizləşdirilməsi üçün neytrallaşdırıcılardan istifadə etdikdə ödəmə normativləri üçün 0,75 əmsalından istifadə olunur.

İşlər müdirinin müavini

İ.HACIYEV.

 

 


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1992-ci il 3 mart tarixli
122 nömrəli qərarına
6 nömrəli əlavə

Sülb tullantıların yerləşdirilməsinə görə ödəmə
Normativləri

Tullantıların növləri

1 ton tullantının yerləşdirilməsi üçün ödəmə normativləri (manat)

I dərəcəli toksik tullantılar — fövqəladə təhlükəli

1500

II dərəcəli toksik tullantılar — yüksək təhlükəli

1000

III dərəcəli toksik tullantılar — orta təhlükəli

500

IV dərəcəli toksik tullantılar — az təhlükəli

250

Qeyri-toksik tullantılar

50

Qeyd: Atmosferin və su mənbələrinin mühafizəsini təmin edən xüsusi quraşdırılmış yerlərdə (poliqonlarda) anbarlaşdırılan tullantılara görə ödəmələr tutulmur.

İşlər müdirinin müavini

İ.HACIYEV.


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1992-ci il 3 mart tarixli
122 nömrəli qərarına
7 nömrəli əlavə

Azərbaycanın iqtisadi rayonlarında ekoloji vəziyyət və atmosfer havasının ekoloji əhəmiyyət əmsalları

İqtisadi rayonlar

Ekoloji vəziyyət əmsalı, K1

Atmosfer havasının ekoloji əhəmiyyət əmsalı, K2

1. Bakı şəhərinin rayonları:

Xətai, Nizami, Nərimanov, Səbayıl, Nəsimi, Yasamal

5

1

Əzizbəyov, Binəqədi, Sabunçu, Suraxanı, Qaradağ

3

1

2. Sumqayıt şəhəri

5

1

3. Gəncə şəhəri

3

1

4. Mingəçevir şəhəri

3

1

5. Əli Bayramlı şəhəri

4

1

6. Meşəlik və kurort zonasına aid rayonlar: Astara, Ağdərə, Balakən, Cəbrayıl, Daşkəsən, Zaqatala, Zəngilan, İsmayıllı, Gədəbəy, Kəlbəcər, Qaz, Qubadlı, Quba, Qusar, Qəbələ, Laçın, Lənkəran, Lerik, Masallı, Oğuz, Samux, Xaçmaz, Xanlar, Xocavənd, Xocalı, Şamaxı, Şuşa, Şəki, Yardımlı

1

3

7. Qalan bütün rayonlar

1

1

8. Xəzər dənizinin akvatoriyası

1

3

İşlər müdiri

İ.HACIYEV.