• Bakı
  • Gündüz +5°C,
  • Gecə +1°C
  • Sumqayıt
  • Gündüz +4°C,
  • Gecə 0°C
  • Naxçıvan
  • Gündüz +2°C,
  • Gecə -4°C
  • Xankəndi
  • Gündüz -2°C,
  • Gecə -6°C
  • Şuşa
  • Gündüz -3°C,
  • Gecə -10°C
  • Xocalı
  • Gündüz -1°C,
  • Gecə -9°C
  • Xocavənd
  • Gündüz 0°C,
  • Gecə -8°C
  • Qubadlı
  • Gündüz +2°C,
  • Gecə -6°C
  • Zəngilan
  • Gündüz +2°C,
  • Gecə -5°C
  • Laçın
  • Gündüz -2°C,
  • Gecə -10°C
  • Kəlbəcər
  • Gündüz -3°C,
  • Gecə -10°C
  • Daşkəsən
  • Gündüz +1°C,
  • Gecə -7°C
  • Gədəbəy
  • Gündüz +1°C,
  • Gecə -6°C
  • Ağdam
  • Gündüz +4°C,
  • Gecə -3°C
  • Cəbrayıl
  • Gündüz +4°C,
  • Gecə -3°C
  • Füzuli
  • Gündüz +3°C,
  • Gecə -2°C
  • Gəncə
  • Gündüz +4°C,
  • Gecə +1°C
  • Qazax
  • Gündüz +3°C,
  • Gecə -1°C
  • Naftalan
  • Gündüz +6°C,
  • Gecə +1°C
  • Şəki
  • Gündüz +4°C,
  • Gecə -1°C
  • Ağstafa
  • Gündüz +3°C,
  • Gecə -2°C
  • Qəbələ
  • Gündüz +2°C,
  • Gecə -3°C
  • Şamaxı
  • Gündüz 0°C,
  • Gecə -3°C
  • Zaqatala
  • Gündüz +4°C,
  • Gecə 0°C
  • Xızı
  • Gündüz -2°C,
  • Gecə -8°C
  • Siyəzən
  • Gündüz +4°C,
  • Gecə 0°C
  • Şabran
  • Gündüz +4°C,
  • Gecə 0°C
  • Quba
  • Gündüz +1°C,
  • Gecə -5°C
  • Qusar
  • Gündüz -1°C,
  • Gecə -7°C
  • Xaçmaz
  • Gündüz +3°C,
  • Gecə -1°C
  • Kürdəmir
  • Gündüz +6°C,
  • Gecə +1°C
  • Yevlax
  • Gündüz +5°C,
  • Gecə -2°C
  • Ağcabədi
  • Gündüz +4°C,
  • Gecə -3°C
  • Ağdaş
  • Gündüz +6°C,
  • Gecə -1°C
  • Göyçay
  • Gündüz +6°C,
  • Gecə -1°C
  • Bərdə
  • Gündüz +4°C,
  • Gecə -3°C
  • İmişli
  • Gündüz +7°C,
  • Gecə +2°C
  • Salyan
  • Gündüz +4°C,
  • Gecə -1°C
  • Beyləqan
  • Gündüz +6°C,
  • Gecə -1°C
  • Saatlı
  • Gündüz +6°C,
  • Gecə +1°C
  • Hacıqabul
  • Gündüz +7°C,
  • Gecə +2°C
  • Masallı
  • Gündüz +5°C,
  • Gecə +2°C
  • Lənkəran
  • Gündüz +4°C,
  • Gecə +1°C
  • Lerik
  • Gündüz 0°C,
  • Gecə -4°C
Faydalı Bölmələr

Azərbaycan Respublikası Nazirlər Kabineti. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına edilmiş dəyişikliklər və bəzi qərarlarının qüvvəsini itirmiş hesab edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 Azərbaycan Respublikası Nazirlər Kabineti. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına edilmiş dəyişikliklər və bəzi qərarlarının qüvvəsini itirmiş hesab edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabineti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərarlarına edilmiş dəyişikliklər və bəzi
qərarlarının qüvvəsini itirmiş hesab edilməsi
barədə

Qərar № 117

Bakı şəhəri, 26 avqust 1996-cı il.

«Bitki karantini haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 7 iyul tarixli 469 №-li Fərmanının icrası məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan SSR Nazirlər Sovetinin «Abşeronda fır nematodasına qarşı mübarizə tədbirləri haqqında» 1948-ci il 30 sentyabr tarixli 1198 №-li qərarı, Azərbaycan SSR-də kolların məhv edilməsi üzrə tədbirlər haqqında» 1950-ci il 20 aprel tarixli 538 №-li qərarının 8-ci bəndinin «b» yarımbəndi və 9-cu bəndi, habelə 1964-cü il 16 may tarixli 304 №-li sərəncamı qüvvəsini itirmiş hesab edilsin.

Baş nazirin birinci müavini

A.RASİ-ZADƏ.

29 iyun 2005-ci il tarixli, 122 nömrəli qərara əsasən əlavə və dəyişikliklərlə

 


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1996-cı il 26 avqust tarixli
117 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
bəzi qərarlarında dəyişikliklər.

1. «Filokseraya qarşı mübarizə tədbirləri haqqında» Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1929-cu il 12 oktyabr tarixli qərarında aşağıdakı dəyişikliklər edilsin:

a) qərarın mətnində «Xalq Torpaq Komissarlığı» sözləri «Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti» sözləri ilə əvəz edilsin;

b) 5-ci bənddə «nəzarət orqanının xüsusi icazə» sözləri «karantin sertifikatı» sözləri ilə əvəz edilsin.

2. «Yonca əkinlərindən sarı sarmaşığın ləğv edilməsi, çəhrayı kəkirə və kalışa qarşı mübarizə aparılması haqqında» Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1941-ci il 25 may tarixli 2065 №-li qərarında aşağıdakı dəyişikliklər edilsin:

a) «Azərbaycan SSR Xalq Torpaq Komissarlığı və Xalq Sovxozlar Komissarlığı» sözləri «Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti» sözləri ilə əvəz edilsin;

b) Qərarın adından və mətndən «kalış» sözü çıxarılsın.

3. SSRİ Nazirlər Sovetinin 1979-cu il 6 iyul tarixli 656 №-li qərarı «SSRİ-də birki karantini təşkilinin yaxşılaşdırılması üzrə tədbirlər haqqında» Azərbaycan SSR Nazirlər Sovetinin 1979-cu il 23 avqust tarixli 341 №-li qərarında aşağıdakı dəyişikliklər edilsin:

a) qərarın I bölməsinin 21-22-ci bəndləri çıxarılsın;

b) qərarın III bölməsi aşağıdakı redaksiyada verilsin:

«Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti;

Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti;

Fitosanitar nəzarəti üzrə sərhədyanı, rayon və rayonlararası məntəqələr;

Fitosanitar nəzarəti üzrə ekspertiza laboratoriyası və fumiqasiya dəstəsi».