• Bakı
  • Gündüz +8°C,
  • Gecə +5°C
  • Sumqayıt
  • Gündüz +7°C,
  • Gecə +4°C
  • Naxçıvan
  • Gündüz +11°C,
  • Gecə +1°C
  • Xankəndi
  • Gündüz +6°C,
  • Gecə 0°C
  • Şuşa
  • Gündüz +1°C,
  • Gecə -5°C
  • Xocalı
  • Gündüz +5°C,
  • Gecə -3°C
  • Xocavənd
  • Gündüz +1°C,
  • Gecə -1°C
  • Qubadlı
  • Gündüz +6°C,
  • Gecə 0°C
  • Zəngilan
  • Gündüz +1°C,
  • Gecə -5°C
  • Laçın
  • Gündüz +2°C,
  • Gecə -4°C
  • Kəlbəcər
  • Gündüz +3°C,
  • Gecə -3°C
  • Daşkəsən
  • Gündüz +3°C,
  • Gecə -4°C
  • Gədəbəy
  • Gündüz +10°C,
  • Gecə +4°C
  • Ağdam
  • Gündüz +6°C,
  • Gecə 0°C
  • Cəbrayıl
  • Gündüz +7°C,
  • Gecə 0°C
  • Füzuli
  • Gündüz +12°C,
  • Gecə +6°C
  • Gəncə
  • Gündüz +10°C,
  • Gecə +1°C
  • Qazax
  • Gündüz +10°C,
  • Gecə +4°C
  • Naftalan
  • Gündüz +11°C,
  • Gecə +6°C
  • Şəki
  • Gündüz +11°C,
  • Gecə +5°C
  • Ağstafa
  • Gündüz +9°C,
  • Gecə +2°C
  • Qəbələ
  • Gündüz +7°C,
  • Gecə +1°C
  • Şamaxı
  • Gündüz +5°C,
  • Gecə 0°C
  • Zaqatala
  • Gündüz +9°C,
  • Gecə +2°C
  • Xızı
  • Gündüz +4°C,
  • Gecə -2°C
  • Siyəzən
  • Gündüz +10°C,
  • Gecə +2°C
  • Şabran
  • Gündüz +10°C,
  • Gecə +3°C
  • Quba
  • Gündüz +5°C,
  • Gecə 0°C
  • Qusar
  • Gündüz +3°C,
  • Gecə -2°C
  • Xaçmaz
  • Gündüz +9°C,
  • Gecə +3°C
  • Kürdəmir
  • Gündüz +12°C,
  • Gecə +5°C
  • Yevlax
  • Gündüz +11°C,
  • Gecə +5°C
  • Ağcabədi
  • Gündüz +12°C,
  • Gecə +5°C
  • Ağdaş
  • Gündüz +12°C,
  • Gecə +5°C
  • Göyçay
  • Gündüz +11°C,
  • Gecə +4°C
  • Bərdə
  • Gündüz +11°C,
  • Gecə +4°C
  • İmişli
  • Gündüz +13°C,
  • Gecə +6°C
  • Salyan
  • Gündüz +13°C,
  • Gecə +6°C
  • Beyləqan
  • Gündüz +11°C,
  • Gecə +4°C
  • Saatlı
  • Gündüz +11°C,
  • Gecə +4°C
  • Hacıqabul
  • Gündüz +13°C,
  • Gecə +6°C
  • Masallı
  • Gündüz +11°C,
  • Gecə +5°C
  • Lənkəran
  • Gündüz +11°C,
  • Gecə +5°C
  • Lerik
  • Gündüz +6°C,
  • Gecə -1°C
Faydalı Bölmələr

Azərbaycan Respublikası Nazirlər Kabineti. Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına və sərəncamına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabineti. Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına və sərəncamına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına və sərəncamına əlavələr və dəyişikliklər edilməsi barədə

Qərar № 100

Bakı şəhəri, 8 aprel 2006-cı il

«Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli, 372 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına və sərəncamına aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1.1. «Dövlət su kadastrının aparılması qaydaları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 5 dekabr tarixli, 261 nömrəli qərarının 1-4-cü bəndlərində ismin müvafiq hallarında «Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi» sözləri ismin müvafiq hallarında «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti» sözləri ilə əvəz edilsin;

1.2. «Təsərrüfatdaxili subartezian quyularının və nasos stansiyalarının su istifadəçilərinə verilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 3 sentyabr tarixli, 103 nömrəli qərarının 1-ci bəndində «Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin» sözləri «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin» sözləri ilə əvəz edilsin;

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli, 195 nömrəli qərarı ilə təsdiq edilmiş «Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları»nın 3-cü bəndində «Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi» sözləri «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti» sözləri ilə əvəz edilsin;

1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 28 sentyabr tarixli, 197 nömrəli qərarı ilə təsdiq edilmiş «Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikiləcəyi yerlərin müəyyənləşdirilməsi və onların tikinti layihələrinin razılaşdırılması, onların dövlət ekspertizası və istismara verilmə Qaydaları»nın 1.3-cü bəndində «Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi» sözləri «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti» sözləri ilə əvəz edilsin, 5.1-ci bəndində «Kənd Təsərrüfatı Nazirliyinin» sözlərindən sonra «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin» sözləri əlavə edilsin;

1.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 oktyabr tarixli, 206 nömrəli qərarı ilə təsdiq edilmiş:

a) «Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırma Qaydaları»nın 3-cü bəndində «Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi» sözləri «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti» sözləri ilə əvəz edilsin, 4-cü, 6-cı, 7-ci, 8-ci və 9-cu bəndlərinə «Kənd Təsərrüfatı Nazirliyi» sözlərindən sonra «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti» sözləri əlavə edilsin;

b) «Sudan istifadə limitlərinin hazırlanması və həyata keçirilməsi Qaydaları»nın 3-cü, 6-cı və 10-cu bəndlərində ismin müvafiq hallarında «Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi» sözləri «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti» sözləri ilə əvəz edilsin;

c) «Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemlərinin işlənib hazırlanması, razılaşdırılması, dövlət ekspertizası, təsdiqi və həyata keçirilməsi Qaydaları»nın 7-ci, 8-ci və 10-cu bəndlərində «Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi»«Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin» sözləri və 11-ci, 12-ci və 13-cü bəndlərində «Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi»«Kənd Təsərrüfatı Nazirliyinin» sözləri ismin müvafiq hallarında «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti» sözləri ilə əvəz edilsin;

ç) «Sudan təsərrüfatdaxili istifadə planlarının və sudan istifadəyə dair ümumsistem planlarının təsdiq edilməsi Qaydası»nın 11-ci bəndinin üçüncü abzasında və 15-ci bəndində ismin müvafiq hallarında «Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi» sözləri ismin müvafiq hallarında «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti» sözləri ilə əvəz edilsin;

1.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 oktyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında Əsasnamə»nin 4.8.4-cü bəndində «Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi» sözləri «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti» sözləri ilə əvəz edilsin;

1.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 fevral tarixli, 16 nömrəli qərarı ilə təsdiq edilmiş «Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi üzrə fitosanitar qaydaları»nın 3-cü bəndində «Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi» sözləri və 5-ci bəndində «Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin» sözləri ismin müvafiq hallarında «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti» sözləri ilə əvəz edilsin;

1.8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 12 aprel tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş «Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məhdud və açıq informasiya kateqoriyasına aid müşahidələrin aparılması, məlumatların hazırlanması və istifadəsi qaydaları haqqında Təlimat»ın 2-ci bəndinin on ikinci abzasında «Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi» sözləri «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti» sözləri ilə əvəz edilsin;

1.9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli, 146 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normaları»nın 4-cü bəndinin ikinci abzasında «Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin» sözləri və 15-ci bəndində «Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi» sözləri ismin müvafiq hallarında «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti» sözləri ilə əvəz edilsin;

1.10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 sentyabr tarixli, 152 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında balıq ehtiyatlarının mühafizəsi və balıq ovu Qaydaları»nın 7-ci bəndinin beşinci abzasında «Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin» sözləri «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin» sözləri ilə əvəz edilsin;

1.11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 17 yanvar tarixli, 7 nömrəli qərarı ilə təsdiq edilmiş «Suların dövlət uçotu Qaydası»nın 5-ci, 7-ci, 10-cu bəndlərində, 9-cu bəndinin dördüncü abzasında, 11-ci bəndinin birinci abzasında, 12-ci bəndinin ikinci, dördüncü və beşinci abzaslarında ismin müvafiq hallarında «Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi» sözləri ismin müvafiq hallarında «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti» sözləri ilə əvəz edilsin;

1.12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 3 fevral tarixli, 15 nömrəli qərarı ilə təsdiq edilmiş «Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydası»nın 2-ci bəndinin ikinci abzasında «Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi» sözləri «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti» sözləri ilə əvəz edilsin;

1.13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli, 56 nömrəli qərarı ilə təsdiq edilmiş «Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları»nın 5-ci, 18-ci, 19-cu və 20-ci bəndlərində «Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi» sözləri «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti» sözləri ilə əvəz edilsin;

1.14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli, 77 nömrəli qərarı ilə təsdiq edilmiş «Xüsusi qorunan su obyektlərinin kateqoriyalara aid edilməsi Qaydası»nın 6-cı, 7-ci, 9-cu, 10-cu və 11-ci bəndlərində «Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi» sözləri «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti» sözləri ilə əvəz edilsin;

1.15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş:

a) «Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya edilməsi, mühafizəsi, sağlamlaşdırılması və istifadəsi Qaydaları»nın 1-ci və 6-cı bəndlərində ismin müvafiq hallarında «Kənd Təsərrüfatı Nazirliyi» sözlərindən sonra ismin müvafiq hallarında «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti» sözləri əlavə edilsin;

b) «Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılmasına icazə verilməsi Qaydası»nın 9-cu və 13-cü bəndlərində ismin müvafiq hallarında «Kənd Təsərrüfatı Nazirliyi» sözlərindən sonra ismin müvafiq hallarında «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti» sözləri əlavə edilsin;

1.16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 dekabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Su obyektlərindən hidroenergetika ehtiyacları üçün istifadə Qaydaları»nın 4-cü, 6-cı, 9-cu və 12-ci bəndlərində «Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi» sözləri «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti» sözləri ilə əvəz edilsin;

1.17. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 6 fevral tarixli, 22 nömrəli qərarının 1-ci bəndində «Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinə» sözləri «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə» sözləri ilə əvəz edilsin;

1.18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 noyabr tarixli, 185 nömrəli qərarı ilə təsdiq edilmiş «Qiymətli və keyfiyyətli tütün istehsalı üzrə Dövlət Proqramı»nın V bölməsinin axırıncı abzasının «İcraçılar» sütununa «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti» sözləri əlavə edilsin;

1.19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 15 fevral tarixli, 26 nömrəli qərarı ilə təsdiq edilmiş «Ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiya üzrə müraciət və ya sorğunun göndərildiyi dövlət hakimiyyəti orqanlarının Təsnifatı»nın 3-cü bölməsinə «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti» sözləri əlavə edilsin;

1.20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 11 avqust tarixli, 102 nömrəli qərarı ilə təsdiq edilmiş «Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin tərtib olunma Qaydaları və forması»nın 4.7-ci bəndində «Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin» sözləri «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin» sözləri ilə əvəz edilsin;

1.21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust tarixli, 109 nömrəli qərarı ilə təsdiq edilmiş:

a) «Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısı, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifatı»nın 3.1.1.10-cu bəndində «Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin» sözləri «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin» sözləri ilə əvəz edilsin;

b) «Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları»nın 9-cu, 11-ci, 12-ci, 18-ci və 20-ci bəndlərində ismin müvafiq hallarında «Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi» sözləri ismin müvafiq hallarında «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti» sözləri ilə əvəz edilsin;

c) «Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları»nın 5-ci və 11-ci bəndlərində «Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi» sözləri «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti» sözləri ilə, 12-ci və 13-cü bəndlərində «Agentlik» sözü «Cəmiyyət» sözü ilə əvəz edilsin;

1.22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 iyul tarixli, 99 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşqın zonalarının, onların mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin müəyyən edilməsi və istifadəsi Qaydaları»nın 6-cı, 9-cu, 11-ci və 16-cı bəndlərində «Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi» sözləri «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti» sözləri ilə əvəz edilsin;

1.23. «Obyektlərdə elektrik, qaz və su sayğaclarının quraşdırılması haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 iyul tarixli, 101 nömrəli qərarının 5-ci bəndində «Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi» sözləri «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti» sözləri ilə əvəz edilsin;

1.24. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 fevral tarixli, 17 nömrəli qərarının qüvvədən düşmüş hesab edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 29 iyun tarixli, 122 nömrəli qərarının 6-cı, 9-cu, 10-cu, 11-ci, 13-cü, 14-cü, 15-ci, 16-cı, 17-ci, 18-ci, 19-cu, 20-ci, 21-ci, 22-ci, 24-cü, 26-cı, 32-ci, 33-cü, 34-cü və 35-ci bəndlərində ismin müvafiq hallarında «Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi»«Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi» sözləri «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti» sözləri ilə, 33-cü bəndin «c» yarımbəndində «nazirlik, komitə və agentlik» sözləri «nazirlik, komitə və cəmiyyət» sözləri ilə əvəz edilsin;

1.25. «Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və onun yanında yaradılmış dövlət agentliklərinin və dövlət xidmətlərinin işçilərinin say tərkibi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 4 iyul tarixli, 126 nömrəli qərarının adında, 2-ci və 3-cü bəndlərində «dövlət agentliklərinin» sözləri «dövlət agentliyinin» sözləri ilə əvəz edilsin, 1-ci bəndində «, Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin Aparatı isə (sürücülər nəzərə alınmadan) 62 vahid» sözləri mötərizədə «sürücülər nəzərə alınmadan» sözləri ilə əvəz edilsin, 2-ci bəndindən «Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin Aparatı üçün 4 ədəd» sözləri çıxarılsın və «23» rəqəmi «19» rəqəmi ilə əvəz edilsin;

1.26. «Sudan İstifadəedənlər Birliyinin xidmət göstərdiyi ərazidə yerləşən dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin Birliyin uzunmüddətli istifadəsinə verilməsi şərtləri və bu şərtlər pozulduğu halda onların geri alınması Qaydası»nın, «Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi ilə Sudan İstifadəedənlər Birliyi arasında su təchizatı üzrə sazişin forması»nın və «Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi ilə Sudan İstifadəedənlər Birliyi arasında su təchizatı üzrə sazişə uyğun olaraq bağlanılan illik müqavilənin forması»nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 18 iyul tarixli, 138 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

a) qərarın adında, 1-ci və 2-ci bəndlərində ismin müvafiq hallarında «Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi» sözləri ismin müvafiq hallarında «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti» sözləri ilə əvəz edilsin ;

b) həmin qərarla təsdiq edilmiş «Sudan İstifadəedənlər Birliyinin xidmət göstərdiyi ərazidə yerləşən dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin Birliyin uzunmüddətli istifadəsinə verilməsi şərtləri və bu şərtlər pozulduğu halda onların geri alınması Qaydası»nın 2-ci, 3-cü, 3.6-cı, 3.8-ci, 4-cü, 5-ci, 7-ci, 8-ci, 9-cu, 10-cu, 11-ci və 12-ci bəndlərində ismin müvafiq hallarında «Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi» sözləri ismin müvafiq hallarında «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti» sözləri ilə əvəz edilsin;

c) həmin qərarla təsdiq edilmiş «Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi ilə Sudan İstifadəedənlər Birliyi arasında su təchizatı üzrə sazişin forması»nın adında, bütün mətnində və saziş formasına əlavənin adında ismin müvafiq hallarında «Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi» sözləri ismin müvafiq hallarında «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti» sözləri ilə əvəz edilsin;

ç) həmin qərarla təsdiq edilmiş «Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi ilə Sudan İstifadəedənlər Birliyi arasında su təchizatı üzrə sazişə uyğun olaraq bağlanılan illik müqavilənin forması»nın adında və mətnində ismin müvafiq hallarında «Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi» sözləri ismin müvafiq hallarında «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti» sözləri ilə əvəz edilsin;

1.27. «Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və onun yanında yaradılmış dövlət agentliklərinin və dövlət xidmətlərinin işçilərinin say tərkibi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 4 iyul tarixli, 126 nömrəli qərarında dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 19 oktyabr tarixli, 188 nömrəli qərarının adında və 1-ci bəndində «dövlət agentliklərinin» sözləri «dövlət agentliyinin» sözləri ilə əvəz edilsin;

1.28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 iyun tarixli, 158s nömrəli sərəncamının 1-ci və 2-ci bəndlərində «Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin» sözləri «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin» sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığorta ödəmələrinin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə işəgötürənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə»nin 112-ci bəndinin altıncı abzasının ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

«Bu hallarda valideynlər tərəfindən Dövlət Sosial Müdafiə Fondu orqanının və əhalinin sosial müdafiəsi mərkəzi vasitəsi ilə müavinətin alınmadığı barədə arayış təqdim olunmalıdır.».

3. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli, 189 nömrəli qərarına əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 mart tarixli, 63 nömrəli qərarının 2.34-cü bəndinin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

«Bu hallarda valideynlər tərəfindən Dövlət Sosial Müdafiə Fondu orqanının və əhalinin sosial müdafiəsi mərkəzi vasitəsi ilə müavinətin alınmadığı barədə arayış təqdim olunmalıdır.».

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 aprel 2006-cı il, № 4, maddə 370)