• Bakı
  • Gündüz +17°C,
  • Gecə +14°C
  • Sumqayıt
  • Gündüz +16°C,
  • Gecə +13°C
  • Naxçıvan
  • Gündüz +20°C,
  • Gecə +6°C
  • Xankəndi
  • Gündüz +14°C,
  • Gecə +8°C
  • Şuşa
  • Gündüz +9°C,
  • Gecə +3°C
  • Xocalı
  • Gündüz +13°C,
  • Gecə +5°C
  • Xocavənd
  • Gündüz +12°C,
  • Gecə +5°C
  • Qubadlı
  • Gündüz +14°C,
  • Gecə +8°C
  • Zəngilan
  • Gündüz +10°C,
  • Gecə +4°C
  • Daşkəsən
  • Gündüz +12°C,
  • Gecə +7°C
  • Gədəbəy
  • Gündüz +14°C,
  • Gecə +8°C
  • Ağdam
  • Gündüz +20°C,
  • Gecə +10°C
  • Cəbrayıl
  • Gündüz +16°C,
  • Gecə +9°C
  • Füzuli
  • Gündüz +16°C,
  • Gecə +9°C
  • Gəncə
  • Gündüz +19°C,
  • Gecə +11°C
  • Qazax
  • Gündüz +18°C,
  • Gecə +10°C
  • Naftalan
  • Gündüz +20°C,
  • Gecə +11°C
  • Şəki
  • Gündüz +19°C,
  • Gecə +11°C
  • Ağstafa
  • Gündüz +16°C,
  • Gecə +8°C
  • Qəbələ
  • Gündüz +16°C,
  • Gecə +8°C
  • Şamaxı
  • Gündüz +17°C,
  • Gecə +8°C
  • Zaqatala
  • Gündüz +18°C,
  • Gecə +9°C
  • Xızı
  • Gündüz +14°C,
  • Gecə +5°C
  • Siyəzən
  • Gündüz +18°C,
  • Gecə +8°C
  • Şabran
  • Gündüz +19°C,
  • Gecə +9°C
  • Quba
  • Gündüz +15°C,
  • Gecə +8°C
  • Qusar
  • Gündüz +14°C,
  • Gecə +7°C
  • Xaçmaz
  • Gündüz +19°C,
  • Gecə +9°C
  • Kürdəmir
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Yevlax
  • Gündüz +19°C,
  • Gecə +12°C
  • Ağcabədi
  • Gündüz +19°C,
  • Gecə +12°C
  • Ağdaş
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Göyçay
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Bərdə
  • Gündüz +19°C,
  • Gecə +12°C
  • İmişli
  • Gündüz +21°C,
  • Gecə +14°C
  • Salyan
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Beyləqan
  • Gündüz +19°C,
  • Gecə +13°C
  • Saatlı
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Hacıqabul
  • Gündüz +21°C,
  • Gecə +14°C
  • Masallı
  • Gündüz +18°C,
  • Gecə +12°C
  • Lənkəran
  • Gündüz +17°C,
  • Gecə +12°C
  • Lerik
  • Gündüz +14°C,
  • Gecə +9°C
Saytın Xəritəsi

Əsasnamə

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Hüquq Şöbəsi haqqında

Ə S A S N A M Ə

I. Ümumi müddəalar

 

1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq Şöbəsi (bundan sonra-Hüquq Şöbəsi) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra-Nazirlik) Mərkəzi Aparatının strukturuna daxil olan aparıcı şöbədir.
2. Hüquq Şöbəsinin fəaliyyətinin əsas məqsədi Azərbaycan Respublikasının qanunvericiliyi ilə Nazirliyə həvalə olunmuş səlahiyyətlərin yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının Konstitusiyasının, Qanunlarının, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının, digər normativ hüquqi aktların tələblərinə əməl olunmasını, Nazirliyin daxil olduğu hüquq münasibətlərində onun qanuni mənafelərinin qorunmasını, Nazirliyin fəaliyyətində yaranan digər hüquqi məsələlərin həllini təmin etməkdən ibarətdir.
3. Hüquq Şöbəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əsasnaməsini, qərar, əmr və sərəncamlarını, digər normativ hüquqi aktlarını və bu Əsasnaməni rəhbər tutur.

II. Hüquq Şöbəsinin və onun işçilərinin vəzifələri

4. Hüquq şöbəsinin və onun işçilərinin əsas vəzifələri aşağıdakılardır:
4.1 Azərbaycan Respublikası qanunvericiliyinə ciddi riayət etmək;
4.2 Üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək;
4.3 Rəhbərliyin tapşırıq və göstərişlərini, Hüquq şöbəsinin və Nazirliyin iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında yerinə yetirilməsini təmin etmək;
4.4 Əmək qanunvericiliyinə, daxili nizam-intizama ciddi əməl etmək; 
4.5 İşçilərinin peşə hazırlığının daim yüksəldilməsi üçün tədbirlər görmək;
4.6 Səlahiyyətlərinə dair məsələlərlə bağlı vətəndaşlarla nəzakətlə davranmaq;
4.7 Dövlət sirrini, eləcə də fəaliyyəti ilə əlaqədar məlum olan kommersiya sirrlərini yaymamaq;
4.8 İnventarlar, texniki cihazlar və digər avadanlıqlardan ehtiyatla istifadə etmək;
4.9. Qanunvericiliyə uyğun olaraq rəhbərlik tərəfindən ona həvalə olunmuş digər vəzifələri yerinə yetirmək.

III. Hüquq Şöbəsinin funksiyaları

5. Hüquq Şöbəsi, onun qarşısına qoyulmuş məqsədə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: 5.1 Nazirin tapşırıqlarını yerinə yetirir; 
5.2 Daxil olan məktub, şikayət və ərizələrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada baxır və müvafiq tədbirlərin görülməsini təmin edir;
5.3 Dövlət Hakimiyyət Orqanları tərəfindən hazırlanan ətraf mühitlə bağlı Azərbaycan Respublikasının qanunlarının və qanun qüvvəli aktlarının, digər normativ-hüquqi aktların layihələrinə dair Nazirliyin müvafiq rəyinin hazırlanmasını təmin edir; 
5.4 Nazir tərəfindən verilən qərar, əmr, sərəncamlar və digər normativ-hüquqi aktların layihələrini hazırlayır və ya onlar barəsində rəylər verir; 
5.5 Nazirliyin bütün tabeli qurumlarının hüquq xidmətləri üzərində funksional rəhbərlik edir;
5.6 Məhkəmələrdə, digər dövlət orqanlarında və qeyri-hökumət təşkilatlarında Nazirliyin qanuni mənafeyini müdafiə edir;
5.7 Təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarla münasibətlərdə Nazirlik adından çıxış edərək onun daxil oluğu mülki hüquq münasibətlərinin yaranmasına əsas olan əqdlərin hazırlanmasında iştirak edir, əqd layihələri hazırlayır və ya onları hüquqi ekspertizadan keçirərək rəylər verir;
5.8 Nazirliyin tabeli qurumlarında qanunvericiliyə əməl olunmasına nəzarət edir, yol verilmiş hüquq pozuntularının aradan qaldırılmasını təmin edir; 
5.9 Nazirliyin tabe qurumlarının normativ aktlarla təmin olunmasını təşkil edir;
5.10 Nazirliyin əməkdaşları arasında hüquqi maarifləndirmə işi aparır, hüquq mədəniyyətini aşılayır;
5.11 Nazirliyin struktur qurumlarına təhkim olunmuş əmlakların təyinatı üzrə istifadə olunmasına nəzarət edir, onların qanuni istifadəsini və müvafiq qaydada sənədləşdirilməsini təmin etmək üçün tədbirlər görür;
5.12 Nazirlik üzrə yoxlamalar aparılarkən qanunvericiliyə riayət olunmasını təmin edir;
5.13 İntizam xətalarının araşdırılmasında iştirak edir və intizam tənbehi tədbirləri görülməsi haqqında təkliflər verir;
5.14 Nazirliyin səlahiyyətli orqanları tərəfindən aşkar edilmiş inzibati xatalar və cinayət əməlləri üzrə araşdırmaların nəticələrini Nazirliyin müvafiq orqanları ilə birlikdə ümumiləşdirir, bununla əlaqədar təkliflər verir;
5.15. Qanunvericiliyə uyğun olaraq Nazirlik tərəfindən ona həvalə olunmuş digər funksiyaları həyata keçirir.

IV. Hüquq Şöbəsinin hüquqları

6. Hüquq Şöbəsi, öz vəzifə və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir: 
6.1 Öz səlahiyyətləri daxilində konfranslarda, seminarlarda, danışıqlarda və digər tədbirlərdə qanunvericiliklə müəyyən olunmuş qaydada Nazirliyin nümayəndəsi qismində iştirak etmək; 
6.2 Nazirliyin idarə və digər tabeli qurumlarının fəaliyyətində mövcud qanunvericiliyə əməl olunmasını yoxlamaq, aşkar olunmuş qanun pozuntularının aradan qaldırılmasına dair təkliflər vermək; 6.3 Nazirliyin səlahiyyətlərinə aid olan məsələlərlə əlaqədar məhkəmələrdə çıxış etmək, müvafiq prosessual hüquq və vəzifələri həyata keçirmək;
6.4 Hüquq Şöbəsinin səlahiyyətlərinə aid olan məsələlərlə əlaqədar Nazirliyin müvafiq qurumları, digər dövlət orqanları, hüquqi və fiziki şəxsləri ilə yazışmalar aparmaq, bilavasitə əlaqələr qurmaq;
6.5 Nazirliyin struktur qurumlarının yenidən təşkili, yaradılması və ləğv edilməsi, onların səlahiyyət dairəsinin müəyyənləşdirilməsi, eləcə də strukturunun təkmilləşdirilməsinə dair hüquqi baxımdan əsaslandırılmış təkliflər vermək; 
6.6 Digər idarələr tərəfindən Nazirliyin normativ sənədlərinin layihələrinin hazırlanmasına rəhbərlik etmək;
6.7 Nazirliyin Ətraf Mühit və Təbii Sərvətlər üzrə İnformasiya-Arxiv Fondunun materiallarından müəyyənləşdirilmiş qaydada pulsuz istifadə etmək;
6.8 Ətraf mühitlə əlaqədar fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin Nazirliklə qarşılıqlı əməkdaşlıqlarını və digər münasibətlərini hüquqi sahədə əlaqələndirmək;
6.9. Bu Əsasnaməyə uyğun olaraq vəzifələrini və funksiyalarını yerinə yetirmək üçün qanunvericiliklə müəyyən olunmuş qaydada digər hüquqlardan istifadə etmək.

V. Hüquq Şöbəsinin fəaliyyətinin təşkili

7. Hüquq Şöbəsinə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad olunan müdir rəhbərlik edir.
8. Müdir Hüquq Şöbəsinə həvalə edilmiş vəzifə və funksiyaların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
9. Hüquq Şöbəsinin rəisi aşağıdakı səlahiyyətlərə malikdir:
9.1 Hüquq Şöbəsinin fəaliyyətini təşkil edir;
9.2 Hüquq Şöbəsinin işçiləri arasında vəzifə bölgüsünü müəyyənləşdirir;
9.3 Hüquq Şöbəsinin işçiləri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbehi tədbiri görülməsi barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirinə təqdimat verir. 
9.5. Daxil olmuş normativ hüquqi akt layihələrini, habelə təsdiq olunmuş normativ hüquqi aktları icraçılar arasında bölüşdürür və zəruri hallarda onları bir əməkdaşdan alıb icra üçün digərinə verir.
10. Sektorlara Nazir tərəfindən vəzifəyə təyin olunan müdirlər rəhbərlik edir.
11. Hüquq Şöbəsinin müdiri, Normativ Hüquqi Təminat sektorunun müdiri və Hüquqi Təhlil və Ekspertiza sektorunun müdiri qanunvericiliklə müəyyən olunmuş qaydada öz vəzifə borclarını yerinə yetirmək üçün xidməti silah gəzdirə bilərlər.
12. Hüquq sektorlarının fəaliyyətinə ümumi rəhbərliyi şöbənin müdiri həyata keçirir;
13. Hüquq Şöbəsinin aşağıdakı sektorları vardır: 
13.1 Normativ Hüquqi Təminat sektoru;
13.2 Hüquqi Təhlil və Ekspertiza sektoru.
14. Bu Əsasnamənin 5.1, 5.2; 5,4; 5.5; 5.6; 5,8; 5.9, 5.10; 5.12, 5.14; 5,15, 6.3-cü maddələri üzrə fəaliyyət Normativ Hüquqi Təminat sektoru tərəfindən həyata keçirilir.
15. Bu Əsasnamənin 5.1, 5.2, 5,3; 5.5; 5.6; 5.7; 5.8; 5.10, 5,11; 5,12; 5.13, 5.15-ci maddələri üzrə fəaliyyət Hüquqi Təhlil və Ekspertiza sektoru tərəfindən həyata keçirilir.
16. Bu Nizamnamənin 14 və 15-ci bəndlərində göstərilənlərdən əlavə Nazirin və (ya) Hüquq Şöbəsinin müdirinin müəyyən etdikləri vəzifələr də sektorlar və işçilər tərəfindən yerinə yetirilməlidir.