• Bakı
  • Gündüz +8°C,
  • Gecə +3°C
  • Sumqayıt
  • Gündüz +8°C,
  • Gecə +4°C
  • Naxçıvan
  • Gündüz -6°C,
  • Gecə -10°C
  • Xankəndi
  • Gündüz +3°C,
  • Gecə -3°C
  • Şuşa
  • Gündüz -2°C,
  • Gecə -8°C
  • Xocalı
  • Gündüz +1°C,
  • Gecə -4°C
  • Xocavənd
  • Gündüz +1°C,
  • Gecə -4°C
  • Qubadlı
  • Gündüz +2°C,
  • Gecə -3°C
  • Zəngilan
  • Gündüz +3°C,
  • Gecə -3°C
  • Laçın
  • Gündüz -2°C,
  • Gecə -8°C
  • Kəlbəcər
  • Gündüz -2°C,
  • Gecə -8°C
  • Daşkəsən
  • Gündüz -2°C,
  • Gecə -7°C
  • Gədəbəy
  • Gündüz +1°C,
  • Gecə -7°C
  • Ağdam
  • Gündüz +7°C,
  • Gecə 0°C
  • Cəbrayıl
  • Gündüz +8°C,
  • Gecə 0°C
  • Füzuli
  • Gündüz +6°C,
  • Gecə 0°C
  • Gəncə
  • Gündüz +8°C,
  • Gecə -4°C
  • Qazax
  • Gündüz +7°C,
  • Gecə -4°C
  • Naftalan
  • Gündüz +7°C,
  • Gecə -2°C
  • Şəki
  • Gündüz +8°C,
  • Gecə -3°C
  • Ağstafa
  • Gündüz +7°C,
  • Gecə 0°C
  • Qəbələ
  • Gündüz +6°C,
  • Gecə 0°C
  • Şamaxı
  • Gündüz +3°C,
  • Gecə -5°C
  • Zaqatala
  • Gündüz +6°C,
  • Gecə -1°C
  • Xızı
  • Gündüz +3°C,
  • Gecə -5°C
  • Siyəzən
  • Gündüz +8°C,
  • Gecə -1°C
  • Şabran
  • Gündüz +7°C,
  • Gecə 0°C
  • Quba
  • Gündüz +3°C,
  • Gecə -3°C
  • Qusar
  • Gündüz +3°C,
  • Gecə -5°C
  • Xaçmaz
  • Gündüz +8°C,
  • Gecə 0°C
  • Kürdəmir
  • Gündüz +9°C,
  • Gecə 0°C
  • Yevlax
  • Gündüz +9°C,
  • Gecə -2°C
  • Ağcabədi
  • Gündüz +8°C,
  • Gecə +1°C
  • Ağdaş
  • Gündüz +10°C,
  • Gecə +3°C
  • Göyçay
  • Gündüz +7°C,
  • Gecə +2°C
  • Bərdə
  • Gündüz +9°C,
  • Gecə -1°C
  • İmişli
  • Gündüz +8°C,
  • Gecə +1°C
  • Salyan
  • Gündüz +10°C,
  • Gecə -1°C
  • Beyləqan
  • Gündüz +10°C,
  • Gecə 0°C
  • Saatlı
  • Gündüz +10°C,
  • Gecə -1°C
  • Hacıqabul
  • Gündüz +10°C,
  • Gecə +3°C
  • Masallı
  • Gündüz +9°C,
  • Gecə +1°C
  • Lənkəran
  • Gündüz +9°C,
  • Gecə +1°C
  • Lerik
  • Gündüz +3°C,
  • Gecə -3°C
Saytın Xəritəsi

Görülən işlər

   2015-ci il ərzində qanunvericiliyin təkmilləşdirilməsi

istiqamətində görülmüş işlər

 

Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinə əsasən hər kəsin sağlam ətraf mühitdə yaşamaq, ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir. Konstitusiyanın 78-ci maddəsinə görə ətraf mühitin qorunması hər bir şəxsin borcudur.       

Ölkədə ekologiyaya və ətraf mühitin mühafizəsinə dair bir sıra qanunlar və bundan irəli gələrək qəbul olunan Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin normativ hüquqi aktları mövcuddur. “Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Yerin təki haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında”, “Hidrometeorologiya fəaliyyəti haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ovçuluq haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının Meşə Məcəlləsi, Su Məcəlləsi, Torpaq Məcəlləsi və bunlara uyğun qəbul edilən digər normativ hüquqi aktlar ekologiya və təbii sərvətlərdən səmərəli istifadə olunması ilə əlaqədar münasibətləri tənzimləyir. Bu qanunvericilik aktları respublikada həmin sahənin hüquqi əsaslarını müəyyən etməklə Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrlə birgə hüquqi baza rolunu oynayır.

      Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 593 nömrəli Fərmanı ilə Respublika Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilən Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamədə dəyişikliklər edilib.

Ölkə Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 594 nömrəli Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi yaradılaraq onun Əsasnaməsi təsdiq edilib.

“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Pezidentinin Fərman layihəsi işlənib hazırlanaraq aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq Nazirlər Kabinetinə təqdim olunub.

“Yaşıllıqların müfəssəl siyahısını, təyinatını və onlardan istifadə Qaydası”nın (rejiminin) layihəsi hazırlanaraq aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb və Nazirlər Kabinetinə göndərilmə mərhələsindədir.

“Yaşıllıq salınması məqsədi ilə bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının və əhalinin əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin olunması Qaydası”nın layihəsi işlənib hazırlanıb və aidiyyəti dövlət orqanları ilə razılaşdırma mərhələsindədir.

“Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın layihəsi işlənib hazırlanıb və aidiyyəti dövlət orqanları ilə razılaşdırma mərhələsindədir.

“Yaşıllıqların götürülməsi Qaydası”nın layihəsi işlənib hazırlanıb və aidiyyəti dövlət orqanları ilə razılaşdırma mərhələsindədir.

“Yaşıllıqların bərpası Qaydası”nın layihəsi işlənib hazırlanıb və aidiyyəti dövlət orqanları ilə razılaşdırma mərhələsindədir.

“Yaşıllıqlara qulluq, onların xəstəlik və zərərvericilərdən mühafizəsi Qaydası”nın layihəsi hazırlanaraq aidiyyəti dövlət orqanları ilə razılaşdırılaraq və Nazirlər Kabinetinə göndərilmə mərhələsindədir.

“Yaşıllıqların mühafizəsi məqsədi ilə ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması Qaydası”nın layihəsi işlənib hazırlanıb və aidiyyəti dövlət orqanları ilə razılaşdırma mərhələsindədir.

“Yaşıllıqların mühafizəsinə nəzarətin həyata keçirilməsi Qaydası”nın layihəsi işlənib hazırlanıb və aidiyyəti dövlət orqanları ilə razılaşdırma mərhələsindədir.

“Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın layihəsi hazırlanaraq aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq Nazirlər Kabinetinə göndərilib.

“Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə formalarının və Qaydası”nın layihəsi hazırlanaraq aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq Nazirlər Kabinetinə təqdim olunub.

“Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 27 iyun tarixli 1015-IVQD nömrəli Qanununun icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Pezidentinin Fərman layihəsi işlənib hazırlanıb və qəbul olunub.

“Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması Qaydası”nın layihəsi işlənib hazırlanıb və aidiyyəti dövlət orqanları ilə razılaşdırma mərhələsindədir.

“Balıq və digər su bioresursları ovunun Qaydası”nın layihəsi işlənib hazırlanaraq aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb və Nazirlər Kabinetinə göndərilmə mərhələsindədir.

“Akvakulturanın həyata keçirilməsi Qaydası”nın layihəsi işlənib hazırlanıb və aidiyyəti dövlət orqanları ilə razılaşdırma mərhələsindədir.

Bioloji və texnoloji əsaslandırmanın qeydiyyatına görə dövlət rüsumu məbləğinin müəyyən edilməsi ilə bağlı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanaraq aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq Nazirlər Kabinetinə göndərilib.

“Təbii balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılması hallarının və Qaydası”nın layihəsi işlənib hazırlanıb və aidiyyəti dövlət orqanları ilə razılaşdırma mərhələsindədir.

“Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi və iqlimləşdirilmə obyektlərinin daşınması Qaydaları”nın layihəsi işlənib hazırlanıb və aidiyyəti dövlət orqanları ilə razılaşdırma mərhələsindədir.

“Balıqçılıq təsərrüfatı ekspertizasının aparılması Qaydası”nın layihəsi işlənib hazırlanıb və aidiyyəti dövlət orqanları ilə razılaşdırma mərhələsindədir.

“Su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında balıq və digər su bioresurslarının xüsusi mühafizə rejiminin tətbiq edilməsi Qaydası”nın layihəsi işlənib hazırlanıb və aidiyyəti dövlət orqanları ilə razılaşdırma mərhələsindədir.

“Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu haqqında Əsasnamə”nin layihəsi işlənib hazırlanaraq aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq Nazirlər Kabinetinə göndərilib.

“Akvakultura ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq edilən vergi azadolmalarının və güzəştlərinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanaraq aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq Nazirlər Kabinetinə təqdim olunub.

“Mühüm balıqçılıq su obyektlərinin siyahısı və sudan istifadənin məhdudlaşdırılması Qaydası”nın layihəsi işlənib hazırlanıb və aidiyyəti dövlət orqanları ilə razılaşdırma mərhələsindədir.

Qeyd edirik ki, ətraf mühitə dair qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.