• Bakı
  • Gündüz +8°C,
  • Gecə +6°C
  • Sumqayıt
  • Gündüz +8°C,
  • Gecə +6°C
  • Naxçıvan
  • Gündüz +13°C,
  • Gecə +2°C
  • Xankəndi
  • Gündüz +4°C,
  • Gecə -2°C
  • Şuşa
  • Gündüz +2°C,
  • Gecə -5°C
  • Xocalı
  • Gündüz +2°C,
  • Gecə -4°C
  • Xocavənd
  • Gündüz +3°C,
  • Gecə -3°C
  • Qubadlı
  • Gündüz +5°C,
  • Gecə -1°C
  • Zəngilan
  • Gündüz +6°C,
  • Gecə 0°C
  • Laçın
  • Gündüz +2°C,
  • Gecə -5°C
  • Kəlbəcər
  • Gündüz +2°C,
  • Gecə -5°C
  • Daşkəsən
  • Gündüz +4°C,
  • Gecə -2°C
  • Gədəbəy
  • Gündüz +5°C,
  • Gecə -1°C
  • Ağdam
  • Gündüz +11°C,
  • Gecə +4°C
  • Cəbrayıl
  • Gündüz +11°C,
  • Gecə +4°C
  • Füzuli
  • Gündüz +10°C,
  • Gecə +3°C
  • Gəncə
  • Gündüz +13°C,
  • Gecə +6°C
  • Qazax
  • Gündüz +12°C,
  • Gecə +5°C
  • Naftalan
  • Gündüz +14°C,
  • Gecə +7°C
  • Şəki
  • Gündüz +13°C,
  • Gecə +6°C
  • Ağstafa
  • Gündüz +8°C,
  • Gecə +3°C
  • Qəbələ
  • Gündüz +7°C,
  • Gecə +2°C
  • Şamaxı
  • Gündüz +7°C,
  • Gecə +2°C
  • Zaqatala
  • Gündüz +9°C,
  • Gecə +4°C
  • Xızı
  • Gündüz +1°C,
  • Gecə -4°C
  • Siyəzən
  • Gündüz +10°C,
  • Gecə +5°C
  • Şabran
  • Gündüz +10°C,
  • Gecə +5°C
  • Quba
  • Gündüz +7°C,
  • Gecə +2°C
  • Qusar
  • Gündüz +2°C,
  • Gecə -3°C
  • Xaçmaz
  • Gündüz +9°C,
  • Gecə +4°C
  • Kürdəmir
  • Gündüz +13°C,
  • Gecə +6°C
  • Yevlax
  • Gündüz +12°C,
  • Gecə +5°C
  • Ağcabədi
  • Gündüz +11°C,
  • Gecə +5°C
  • Ağdaş
  • Gündüz +13°C,
  • Gecə +6°C
  • Göyçay
  • Gündüz +13°C,
  • Gecə +6°C
  • Bərdə
  • Gündüz +12°C,
  • Gecə +5°C
  • İmişli
  • Gündüz +14°C,
  • Gecə +6°C
  • Salyan
  • Gündüz +9°C,
  • Gecə +4°C
  • Beyləqan
  • Gündüz +13°C,
  • Gecə +6°C
  • Saatlı
  • Gündüz +13°C,
  • Gecə +5°C
  • Hacıqabul
  • Gündüz +14°C,
  • Gecə +7°C
  • Masallı
  • Gündüz +13°C,
  • Gecə +7°C
  • Lənkəran
  • Gündüz +13°C,
  • Gecə +7°C
  • Lerik
  • Gündüz +6°C,
  • Gecə +3°C
Faydalı Bölmələr

Qərar

Azərbaycan Respublikasının Nazirlər Kabineti. Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı 

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə

Qərar № 22

Bakı şəhəri, 6 fevral 2002-ci il

«Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 23 may tarixli 485 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

I. Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına aşağıdakı dəyişikliklər edilsin:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 17 yanvar tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş «Suların dövlət uçotu Qaydası»nın 5-ci bəndində «Suların dövlət uçotu Qaydası»nın 5-ci bəndində «Dövlət Hidrometeorologiya Komitəsi tərəfindən Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi (yeraltı sular bölməsi üzrə)» sözləri «Ekologiya və Təbii Sərvətlər Nazirliyi (yerüstü və yeraltı sular bölmələri üzrə)» sözləri ilə, 7-ci bəndində «Dövlət Hidrometeorologiya Komitəsi (yerüstü sular bölməsi üzrə) və Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi (yeraltı sular bölməsi üzrə)» sözləri «Ekologiya və Təbii Sərvətlər Nazirliyi (yerüstü və yeraltı sular bölmələri üzrə)» sözləri ilə, 8-ci bəndin birinci abzasında «Dövlət Hidrometeorologiya Komitəsi» sözləri «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin, üçüncü abzasında «Dövlət Hidrometeorologiya Komitəsinin təsdiq etdiyi forma və müddətlərdə həmin Komitənin» sözləri «Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiq etdiyi forma və müddətlərdə həmin Nazirliyin» sözləri ilə, 9-cu bəndin birinci abzasında «Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi» sözləri «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə, üçüncü abzasında «Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin» sözləri «Ekologiya və Təbii Sərvətlər Nazirliyinin» sözləri ilə, «Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi tərəfindən Dövlət Hidrometeorologiya Komitəsi ilə razılaşdırılmaqla» sözləri isə «Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən» sözləri ilə, dördüncü abzasında «Dövlət Hidrometeorologiya Komitəsini» sözləri «Ekologiya və Təbii Sərvətlər Nazirliyini» sözləri ilə, 10-cu bəndin birinci abzasında «Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi, Dövlət Hidrometeorologiya Komitəsi, Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi» sözləri «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə, 11-ci bəndin üçüncü abzasında «Dövlət Hidrometeorologiya Komitəsi və Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi (yeraltı sular üzrə) ilə razılaşdırmaqla» sözləri «Ekologiya və Tibbi Sərvətlər Nazirliyi (yerüstü və yeraltı sular bölmələri üzrə)» sözləri ilə, altıncı abzasında «Dövlət Hidrometeorologiya Komitəsini və Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsini» sözləri «Ekologiya və Təbii Sərvətlər Nazirliyini» sözləri ilə, 12-ci bəndin ikinci abzasında «Dövlət Hidrometeorologiya Komitəsi, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi (yeraltı sular üzrə)» sözləri «Ekologiya və Təbii Sərvətlər Nazirliyi (yerüstü və yeraltı sular bölmələri üzrə)» sözləri ilə əvəz edilsin, dördüncü abzasında «Dövlət Hidrometeorologiya Komitəsinə, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinə və Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinə» sözləri «və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə» sözləri ilə, beşinci abzasında «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinə, Dövlət Hidrometeorologiya Komitəsinə, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə və Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinə (yeraltı sular üzrə)» sözləri «Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (yeraltı və yerüstü sular üzrə) və Meliorasiya və Su Təsərrüfatı Komitəsinə» sözləri ilə əvəz edilsin.

2. «Azərbaycan Respublikasında heyvanlar aləmi ilə bağlı bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli 117 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

a) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət əhəmiyyətli təbii sərvətlərə aid edilən heyvanlar aləmi obyektlərinin növləri, bələdiyyə və ya xüsusi mülkiyyət hüququnda ola bilən heyvan növlərinin sənədlərinin forması və siyahısı»nın III bölməsinin 2-ci bəndində «və «Azərbalıq» Dövlət Balıqçılıq Təsərrüfatı Konserni tərəfindən səlahiyyətləri daxilində verdikləri» sözləri «tərəfindən verilən» sözləri ilə əvəz edilsin, 3-cü bəndində «və ya «Azərbalıq» Dövlət Balıqçılıq Təsərrüfatı Konsernin yerli balıq mühafizə xidmətinə» sözləri, 4-cü bəndində «və «Azərbalıq» DK-nin» sözləri çıxarılsın, 5-ci bəndinin birinci abzasında «və ya «Azərbalıq» DK-nin verdikləri» sözləri «verdiyi» sözü ilə əvəz edilsin, ikinci abzasında isə «və «Azərbalıq» DK-nin» sözləri çıxarılsın;

b) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş «Heyvanlar aləmindən ümumi və xüsusi istifadə Qaydaları»nın III bölməsinin 4-cü bəndində «və ya «Azərbalıq» Dövlət Balıqçılıq Təsərrüfatı Konserni» sözləri çıxarılsın;

c) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş «Zooloji kolleksiyaların yaradılması, zənginləşdirilməsi, saxlanması, istifadəsi, dövlət uçotuna alınması, onların ticarət, habelə Azərbaycan Respublikasına gətirilməsi, onun hüdudlarından kənara göndərilməsi və aparılması Qaydaları»nın II bölməsinin 3-cü bəndində «və «Azərbalıq» Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin» sözləri çıxarılsın;

ç) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş «Ekoloji təhlükəsizlik normativləri və vəhşi heyvanların əldə edilməsi limitləri»nin III bölməsinin 4-cü bəndində «və Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun rəyləri» sözləri «rəyi» sözü ilə, 5-ci bəndinin b) yarımbəndində «Azərbalıq» Dövlət Balıqçılıq Təsərrüfatı Konserni» sözləri «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə, c) yarımbəndində «Azərbalıq» Dövlət Balıqçılıq Təsərrüfatı Konserni» sözləri «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin və «və Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun» sözləri çıxarılsın, ç) yarımbəndində «Azərbalıq» Dövlət Balıqçılıq Təsərrüfatı Konserni» sözləri «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin və «və Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun» sözləri və 6-cı bəndindən «və Azərbalıq» Dövlət Balıqçılıq Təsərrüfatı Konserni» sözləri çıxarılsın.

II. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş hesab edilən bəzi qərarlarının Siyahısı» təsdiq edilsin (əlavə olunur).

III. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (28 fevral 2002-ci il, № 2, maddə 101)

 29 iyun 2005-ci il tarixli, 122 nömrəli; 8 aprel 2006-cı il tarixli, 100 nömrəli qərarlara əsasən dəyişikliklərlə



Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2002-ci il 6 fevral tarixli
22 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş hesab edilən bəzi qərarlarının
Siyahısı

1. «Azərbaycan SSR Nazirlər Soveti yanında Baş meşə təsərrüfatı İdarəsinin kollegiya üzvlərinin təsdiq edilməsi barədə» Azərbaycan SSR Nazirlər Sovetinin 1961-ci il 28 avqust tarixli 743 nömrəli qərarı.

2. «Azərbaycan SSR Nazirlər Sovetinin Təbiəti Mühafizə Dövlət Komitəsi haqqında» Azərbaycan SSR Nazirlər Sovetinin 1967-ci il 9 avqust tarixli 408 nömrəli qərarı.

3. «Azərbaycan SSR Meşə və Ağac emalı Sənayesi Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan SSR Nazirlər Sovetinin 1970-ci il 13 mart tarixli 86 nömrəli qərarı.

4. «Respublikada təbiəti mühafizəyə və təbii sərvətlərdən səmərəli istifadəyə nəzarətin gücləndirilməsi haqqında» Azərbaycan SSR Nazirlər Sovetinin 1980-ci il 1 fevral tarixli 62 nömrəli qərarı (18-ci bəndi istisna olmaqla).

5. «SSRİ Nazirlər Sovetinin 1969-cu il 23 sentyabr tarixli 762 nömrəli qərarı ilə təsdiq edilmiş SSRİ Meşə Təsərrüfatı üzrə Dövlət Komitəsinin Əsasnaməsinə əlavə və dəyişikliklər edilməsi barədə SSRİ Nazirlər Sovetinin 1982-ci il 3 may tarixli 370 nömrəli qərarı haqqında» Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il 13 may tarixli 234 nömrəli qərarı.

6. «Azərbaycan SSR Təbiəti Mühafizə Dövlət Komitəsinin idarə edilməsinin baş sxemi və mərkəzi aparatının strukturu barədə» Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 5 dekabr tarixli 440 nömrəli qərarı.

7. «Azərbaycan SSR Meşə Təsərrüfatı İstehsalat Birliyinin Nizamnaməsinin təsdiq edilməsi barədə» Azərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 20 dekabr tarixli 511 nömrəli qərarının 1-ci bəndi.

8. «Azərbaycan SSR «Azərbmeşə» Meşə Təsərrüfatı İstehsalat Birliyi Şurasının təsdiqi haqqında» Azərbaycan SSR Nazirlər Sovetinin 1990-ci il 29 may tarixli 217 nömrəli qərarı.

9. «Azərbaycan Respublikası Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 8 noyabr tarixli 372 nömrəli qərarının 1-ci bəndi.

10. «Azərbaycan Respublikası Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin kollegiya üzvlərinin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 31 dekabr tarixli 441 nömrəli qərarı.

11. «Azərbaycan Respublikası Dövlət Hidrometeorologiya Komitəsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 14 fevral tarixli 91 nömrəli qərarı (16-cı bəndi istisna olmaqla).

12. «Azərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 20 dekabr tarixli 511 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan SSR Meşə Təsərrüfatı İstehsalat Birliyinin Nizamnaməsinə əlavə edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 28 fevral tarixli 83 nömrəli qərarı.

13. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi normativ aktlarına əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 may tarixli 50 nömrəli qərarının 1-ci bəndi.

14. «Azərbaycan Respublikası Dövlət Hidrometeorologiya Komitəsi haqqında Əsasnaməyə əlavələr edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 1 may tarixli 100 nömrəli qərarının 1-ci bəndi.