• Bakı
  • Gündüz +8°C,
  • Gecə +5°C
  • Sumqayıt
  • Gündüz +7°C,
  • Gecə +4°C
  • Naxçıvan
  • Gündüz +11°C,
  • Gecə +1°C
  • Xankəndi
  • Gündüz +6°C,
  • Gecə 0°C
  • Şuşa
  • Gündüz +1°C,
  • Gecə -5°C
  • Xocalı
  • Gündüz +5°C,
  • Gecə -3°C
  • Xocavənd
  • Gündüz +1°C,
  • Gecə -1°C
  • Qubadlı
  • Gündüz +6°C,
  • Gecə 0°C
  • Zəngilan
  • Gündüz +1°C,
  • Gecə -5°C
  • Laçın
  • Gündüz +2°C,
  • Gecə -4°C
  • Kəlbəcər
  • Gündüz +3°C,
  • Gecə -3°C
  • Daşkəsən
  • Gündüz +3°C,
  • Gecə -4°C
  • Gədəbəy
  • Gündüz +10°C,
  • Gecə +4°C
  • Ağdam
  • Gündüz +6°C,
  • Gecə 0°C
  • Cəbrayıl
  • Gündüz +7°C,
  • Gecə 0°C
  • Füzuli
  • Gündüz +12°C,
  • Gecə +6°C
  • Gəncə
  • Gündüz +10°C,
  • Gecə +1°C
  • Qazax
  • Gündüz +10°C,
  • Gecə +4°C
  • Naftalan
  • Gündüz +11°C,
  • Gecə +6°C
  • Şəki
  • Gündüz +11°C,
  • Gecə +5°C
  • Ağstafa
  • Gündüz +9°C,
  • Gecə +2°C
  • Qəbələ
  • Gündüz +7°C,
  • Gecə +1°C
  • Şamaxı
  • Gündüz +5°C,
  • Gecə 0°C
  • Zaqatala
  • Gündüz +9°C,
  • Gecə +2°C
  • Xızı
  • Gündüz +4°C,
  • Gecə -2°C
  • Siyəzən
  • Gündüz +10°C,
  • Gecə +2°C
  • Şabran
  • Gündüz +10°C,
  • Gecə +3°C
  • Quba
  • Gündüz +5°C,
  • Gecə 0°C
  • Qusar
  • Gündüz +3°C,
  • Gecə -2°C
  • Xaçmaz
  • Gündüz +9°C,
  • Gecə +3°C
  • Kürdəmir
  • Gündüz +12°C,
  • Gecə +5°C
  • Yevlax
  • Gündüz +11°C,
  • Gecə +5°C
  • Ağcabədi
  • Gündüz +12°C,
  • Gecə +5°C
  • Ağdaş
  • Gündüz +12°C,
  • Gecə +5°C
  • Göyçay
  • Gündüz +11°C,
  • Gecə +4°C
  • Bərdə
  • Gündüz +11°C,
  • Gecə +4°C
  • İmişli
  • Gündüz +13°C,
  • Gecə +6°C
  • Salyan
  • Gündüz +13°C,
  • Gecə +6°C
  • Beyləqan
  • Gündüz +11°C,
  • Gecə +4°C
  • Saatlı
  • Gündüz +11°C,
  • Gecə +4°C
  • Hacıqabul
  • Gündüz +13°C,
  • Gecə +6°C
  • Masallı
  • Gündüz +11°C,
  • Gecə +5°C
  • Lənkəran
  • Gündüz +11°C,
  • Gecə +5°C
  • Lerik
  • Gündüz +6°C,
  • Gecə -1°C
Faydalı Bölmələr

Qərar

Azərbaycan Respublikasının Nazirlər Kabineti. Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi üzrə fitosanitar Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı 

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Meşə fondunun zərərvericilərdən və
xəstəliklərdən mühafizəsi üzrə fitosanitar Qaydalarının
təsdiq edilməsi haqqında

Qərar № 16

Bakı şəhəri, 9 fevral 1999-cu il

«Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Meşə Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 693 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi üzrə fitosanitar Qaydaları» təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A.RASİ-ZADƏ.

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (28 fevral 1999-ci il, № 2, maddə 141)

 7 yanvar 2005-ci il tarixli, 5 nömrəli; 29 iyun 2005-ci il tarixli, 122 nömrəli; 8 aprel 2006-cı il tarixli, 100 nömrəli qərarlara əsasən dəyişikliklərlə

 


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1999-cu il 9 fevral tarixli
16 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

Meşə fondunun zərərvericilərdən və
xəstəliklərdən mühafizəsi üzrə fitosanitar
Qaydaları

1. Bu Qaydalar meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsini tənzimləyir.

2. Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi meşə fondunun vəziyyəti üzərində müntəzəm müşahidə aparmaq, zərərvericilərin və xəstəliklərin mənbələrini aşkara çıxarmaq, həmin yerlərdə profilaktik və fitosanitar tədbirləri aparmaq, bu halların yayılmasının qarşısını almaq və onları aradan qaldırmaq yolu ilə təmin edilir.

3. Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi üzrə profilaktik və fitosanitar tədbirləri Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və öz səlahiyyətləri daxilində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi həyata keçirirlər.

4. Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi aşağıdakı tədbirlərdən ibarətdir:

  • cari, ekspedisiya, aviavizual və sair meşəpatologiya müşahidələri;
  • zərərvericilərin və xəstəliklərin əmələ gəlməsinin ümumi, ilkin yoxlanışı və onun dəqiq müşahidəsinin aparılması;
  • zərərvericilər və xəstəliklər ilə aviasiya və yerüstü vasitələrlə mübarizə tədbirlərinin hazırlanması;
  • meşə xəstəliklərinə qarşı profilaktik tədbirlərin, zərərvericilərin və xəstəliklərin mənbələrinin ləğv edilməsi işlərinin təşkili;
  • bu tədbirlərin yerinə yetirilməsi üzərində nəzarət.

5. Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar CəmiyyətininAzərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən istifadəyə nəzarət Komitəsinin yerli nümayəndələrinin vəzifələri:

  • meşələrdə, meşə əkinlərində və tingliklərdə zərərverici həşəratların və xəstəliklərin kütləvi baş verməsinin və yayılmasının qarşısının alınması məqsədilə meşə təsərrüfatı, sanitar-sağlamlıq və digər tədbirləri həyata keçirmək;
  • meşə zərərvericilərinin və xəstəliklərinin yayılmasının vaxtında aşkar olunması üçün meşəpatologiya yoxlamalar aparmaq;
  • meşəpatologiya müşahidələrin və meşəquruluşu işləri nəticəsində aşkar olunmuş meşə zərərvericilərinin mənbələrinin ləğv edilməsini və ya məhdudlaşdırılmasını vaxtında təmin edən mübarizə tədbirlərini aparmaq, müvafiq tövsiyyələr hazırlamaq;
  • meşə zərərvericilərinə və xəstəliklərinə meşəpatoloji nəzarəti təşkil etmək və bilavasitə həyata keçirmək, zəruri hallarda zərərverici həşəratların müxtəlif mərhələlərdə həyat qabiliyyətini və xəstəlik mənbələrini müəyyən etmək üçün laboratoriya analizləri aparmaq;
  • meşə fondunun fitosanitar vəziyyəti barədə qısa məlumat tərtib etmək, həmçinin zərərverici həşəratların və xəstəliklərin yayılmasını proqnozlaşdırmaq;
  • meşə fondunda zərərvericilərin və xəstəliklərin qabağını almaq və geniş yayılmasına yol verməmək məqsədilə meşə əkinlərinin davamlığının artırılmasına yönəldilən fitosanitar, meşə təsərrüfatı və aqrotexniki tələblərin yerinə yetirilməsinə nəzarət etmək;
  • xidmət etdikləri ərazidə meşə zərərvericilərinə qarşı mübarizə tədbirlərində aviasiya və yerüstü vasitələrdən istifadə etmək məqsədilə iş planı hazırlamaq, bu işə texniki rəhbərlik etmək, həmçinin zəhərli kimyəvi maddələrin daşınmasında və zərərvericilərə, xəstəliklərə qarşı tətbiq edilməsində müvafiq qaydalara riayət etmək.

6. Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi üzrə fitosanitar nəzarəti, onun aparılmasının məqsəd və üsulundan asılı olaraq, kəşfiyyat yolu ilə həyata keçirilən və hərtərəfli nəzarətə bölünür.

Kəşfiyyat yolu ilə həyata keçirilən nəzarət zamanı məlum ərazinin şəraiti üçün təhlükəli olan meşə zərərverici həşərat və xəstəlik mənbələri aşkar edilir, meşələr üçün yaranmış təhlükə gözəyarı qiymətləndirilir və bu mənbələrin vəziyyətinə nəzarət edilir.

Nəzarətdə olan sahə (dolayının və kvartalın nömrələri), zərərvericilərin və xəstəliklərin adları, təyin olunan nəzarətin üsulu və müddəti göstərilir, həmçinin nəzarət üçün ayrılmış meşənin təsviri verilir.

Kəşfiyyat yolu ilə nəzarət meşə zərərverici həşəratlarının mənbələrini aşkar etmək məqsədilə, xüsusi seçilmiş meşə sahələrində və ya belə meşə sahələrində xüsusi marşrut yollarının kəsişməsində müayinə etmək yolu ilə həyata keçirilir.

Hərtərəfli nəzarətdə meşə zərərverici həşəratların miqdarının dəyişməsi, bu dəyişmənin səbəbi müəyyən edilir, aydınlaşdırılır və alınan dəlillərə əsasən, onların kütləvi yayılma partlayışlarının, inkişafının qısa və uzun müddətli proqnozu işlənilir.

Hərtərəfli nəzarət zamanı meşə təsərrüfatı müəssisələri hər növ ziyanverici üçün bir neçə sahə seçir və ildə iki dəfə zərərvericilərin biologiyasına müvafiq yoxlama keçirirlər.

Verilən proqnoza görə bu və ya digər növ zərərvericinin kütləvi artması gözlənilərsə, hərtərəfli nəzarət üçün ayrılmış sahələrə, zərərvericinin artması ehtimal edilən meşə massivləri də daxil edilir və orada mükəmməl müayinələr keçirilir.

7. Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən aviasiya və yerüstü vasitələrlə kimyəvi və bioloji mühafizə tədbirləri mövcud qanunvericiliyə uyğun və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmaqla həyata keçirilir.

8. Fəaliyyətdə olan təhlükəli meşə zərərverici və xəstəlik mənbələrinin uçotunun aparılmasını, həmçinin görülən tədbirlərin və təbii amillərin təsiri nəticəsində ləğv edilmiş mənbələrin vaxtında uçotdan çıxarılması məqsədilə hər il payızda mənbələrin inventarlaşması aparılır.

İnventarlaşmanın aparılma qaydasını Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edir.

9. İnventarlaşmanın aparılmasında, keçən illərdə aşkar olunan meşə zərərverici və xəstəlik mənbələrinin miqdarı haqqında məlumatlardan, nəzarətin və meşəpatologiya müşahidələrinin nəticələrindən istifadə edilir.

10. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi:

  • meşə fondunda zərərvericilərin və xəstəliklərin çoxalması və yayılması icmalına və proqnozuna dair məlumatlara əsasən meşə zərərverici həşəratlara və xəstəliklərə qarşı profilaktik və fitosanitar tədbirlərin perspektiv planını, həmçinin meşələrin fitosanitar vəziyyəti barədə yekun materialını hazırlayır;
  • bu Qaydalardan irəli gələn fitosanitar tədbirləri həyata keçirmək məqsədilə müvafiq hesabat sənədləri tərtib edir, onların istifadəsi üzrə təlimatlar hazırlayır və təsdiq edir.