• Bakı
  • Gündüz +8°C,
  • Gecə +6°C
  • Sumqayıt
  • Gündüz +8°C,
  • Gecə +6°C
  • Naxçıvan
  • Gündüz +13°C,
  • Gecə +2°C
  • Xankəndi
  • Gündüz +4°C,
  • Gecə -2°C
  • Şuşa
  • Gündüz +2°C,
  • Gecə -5°C
  • Xocalı
  • Gündüz +2°C,
  • Gecə -4°C
  • Xocavənd
  • Gündüz +3°C,
  • Gecə -3°C
  • Qubadlı
  • Gündüz +5°C,
  • Gecə -1°C
  • Zəngilan
  • Gündüz +6°C,
  • Gecə 0°C
  • Laçın
  • Gündüz +2°C,
  • Gecə -5°C
  • Kəlbəcər
  • Gündüz +2°C,
  • Gecə -5°C
  • Daşkəsən
  • Gündüz +4°C,
  • Gecə -2°C
  • Gədəbəy
  • Gündüz +5°C,
  • Gecə -1°C
  • Ağdam
  • Gündüz +11°C,
  • Gecə +4°C
  • Cəbrayıl
  • Gündüz +11°C,
  • Gecə +4°C
  • Füzuli
  • Gündüz +10°C,
  • Gecə +3°C
  • Gəncə
  • Gündüz +13°C,
  • Gecə +6°C
  • Qazax
  • Gündüz +12°C,
  • Gecə +5°C
  • Naftalan
  • Gündüz +14°C,
  • Gecə +7°C
  • Şəki
  • Gündüz +13°C,
  • Gecə +6°C
  • Ağstafa
  • Gündüz +8°C,
  • Gecə +3°C
  • Qəbələ
  • Gündüz +7°C,
  • Gecə +2°C
  • Şamaxı
  • Gündüz +7°C,
  • Gecə +2°C
  • Zaqatala
  • Gündüz +9°C,
  • Gecə +4°C
  • Xızı
  • Gündüz +1°C,
  • Gecə -4°C
  • Siyəzən
  • Gündüz +10°C,
  • Gecə +5°C
  • Şabran
  • Gündüz +10°C,
  • Gecə +5°C
  • Quba
  • Gündüz +7°C,
  • Gecə +2°C
  • Qusar
  • Gündüz +2°C,
  • Gecə -3°C
  • Xaçmaz
  • Gündüz +9°C,
  • Gecə +4°C
  • Kürdəmir
  • Gündüz +13°C,
  • Gecə +6°C
  • Yevlax
  • Gündüz +12°C,
  • Gecə +5°C
  • Ağcabədi
  • Gündüz +11°C,
  • Gecə +5°C
  • Ağdaş
  • Gündüz +13°C,
  • Gecə +6°C
  • Göyçay
  • Gündüz +13°C,
  • Gecə +6°C
  • Bərdə
  • Gündüz +12°C,
  • Gecə +5°C
  • İmişli
  • Gündüz +14°C,
  • Gecə +6°C
  • Salyan
  • Gündüz +9°C,
  • Gecə +4°C
  • Beyləqan
  • Gündüz +13°C,
  • Gecə +6°C
  • Saatlı
  • Gündüz +13°C,
  • Gecə +5°C
  • Hacıqabul
  • Gündüz +14°C,
  • Gecə +7°C
  • Masallı
  • Gündüz +13°C,
  • Gecə +7°C
  • Lənkəran
  • Gündüz +13°C,
  • Gecə +7°C
  • Lerik
  • Gündüz +6°C,
  • Gecə +3°C
Faydalı Bölmələr

Qərar

Azərbaycan Respublikasının Nazirlər Kabineti. Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə

Qərar № 38

Bakı şəhəri, 9 aprel 2004-cü il

«Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan R»spublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli, 83 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

I. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aşağıdakı qərarlarına əlavələr və dəyişikliklər edilsin:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 16 oktyabr tarixli, 560 nömrəli qərarı ilə təsdiq edilmiş «Sərhəd zonasına daxil olmaya və istehsalat işlərinə dair Qaydalar»ın 10-cu bəndinə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

«Sərhədboyu zolaqda və bilavasitə dövlət sərhədinin yaxınlığında lazımi icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla təsərrüfat və digər işlərin aparılması, mal-qaranın saxlanılması və otarılması, kütləvi-ictimai tədbirlərin keçirilməsi qadağandır.»;

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 6 noyabr tarixli, 238 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi haqqında Əsasnamə»nin 6-cı bəndinin səkkizinci abzasında «edən» sözündən sonra «statistik sirri yayan» sözləri əlavə edilsin;

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 14 may tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi haqqında Əsasnamə»nin 4.13-cü bəndi aşağıdakı redaksiyada verilsin:

«meliorasiya və irriqasiya sahəsində qanunvericilikdə nəzərdə tutulmuş hallarda inzibati xətalar haqqında işlərə baxmaq»;

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli, 120 nömrəli qərarı ilə təsdiq edilmiş «Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları»nın 4 nömrəli əlavəsində «5-ci bəndini» sözləri «4-cü bəndini» sözləri ilə əvəz edilsin;

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli, 32 nömrəli qərarı ilə təsdiq edilmiş «Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamə»nin 4.11-ci bəndi aşağıdakı redaksiyada verilsin:

«Arxiv sənədlərinin və sənəd kolleksiyalarının saxlanılması, qeydiyyatı və ya onlardan istifadə qaydalarına əməl edilməməsi qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur»;

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli, 2 nömrəli qərarı ilə təsdiq edilmiş:

a) «Azərbaycan Respublikasının təbiət parklarının ümumi Əsasnaməsi»nin 4.9-cu bəndinin dördüncü abzasında «hüquqpozma» sözü «xəta» sözü ilə əvəz edilsin, beşinci abzasında «hüquqpozma» sözü «xəta» sözü ilə əvəz edilsin və həmin abzasdan «(aktlar)» sözü çıxarılsın;

b) «Azərbaycan Respublikasının dövlət təbiət yasaqlıqlarının ümumi Əsasnaməsi»nin 4.8-ci bəndinin dördüncü abzasında «hüquqpozma» sözü «xəta» sözü ilə əvəz edilsin, beşinci abzasında «hüquqpozma» sözü «xəta» sözü ilə əvəz edilsin və həmin abzasdan «(aktlar)» sözü çıxarılsın;

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli, 99 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun Əsasnaməsi»nin 3.1-ci bəndinin səkkizinci abzasında «cinayət məsuliyyəti» sözləri «məsuliyyət» sözü ilə əvəz edilsin;

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 6 avqust tarixli, 125 nömrəli qərarı ilə təsdiq edilmiş «Məhkəmə-Psixiatrik Ekspertiza Mərkəzinin Əsasnaməsi»nin III bölməsinin 3-cü bəndinin onuncu abzasında «cinayət məsuliyyəti» sözləri «məsuliyyət» sözü ilə əvəz edilsin.

II. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Rayon mərkəzindən uzaqda yerləşən və gediş-gəlişi çətin olan yaşayış məntəqələrinin siyahısının təsdiq edilməsi barədə» 1999-cu il 9 fevral tarixli, 18 nömrəli və «Rayon mərkəzindən uzaqda yerləşən və gediş-gəlişi çətin olan yaşayış məntəqələrinin siyahısının təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 fevral tarixli, 18 nömrəli qərarına dəyişikliklər edilməsi barədə» 1999-cu il 19 aprel tarixli, 69 nömrəli qərarları qüvvədən düşmüş hesab edilsin.

III. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 aprel 2004-cü il, № 4, maddə 287)

14 fevral 2005-ci il tarixli, 28 nömrəli; 8 aprel 2006-cı il tarixli, 101 nömrəli; 6 iyul 2006-cı il tarixli, 166 nömrəli; 14 oktyabr 2006-cı il tarixli, 224 nömrəli qərarlara əsasən dəyişikliklərlə