• Bakı
  • Gündüz +8°C,
  • Gecə +3°C
  • Sumqayıt
  • Gündüz +8°C,
  • Gecə +4°C
  • Naxçıvan
  • Gündüz -6°C,
  • Gecə -10°C
  • Xankəndi
  • Gündüz +3°C,
  • Gecə -3°C
  • Şuşa
  • Gündüz -2°C,
  • Gecə -8°C
  • Xocalı
  • Gündüz +1°C,
  • Gecə -4°C
  • Xocavənd
  • Gündüz +1°C,
  • Gecə -4°C
  • Qubadlı
  • Gündüz +2°C,
  • Gecə -3°C
  • Zəngilan
  • Gündüz +3°C,
  • Gecə -3°C
  • Laçın
  • Gündüz -2°C,
  • Gecə -8°C
  • Kəlbəcər
  • Gündüz -2°C,
  • Gecə -8°C
  • Daşkəsən
  • Gündüz -2°C,
  • Gecə -7°C
  • Gədəbəy
  • Gündüz +1°C,
  • Gecə -7°C
  • Ağdam
  • Gündüz +7°C,
  • Gecə 0°C
  • Cəbrayıl
  • Gündüz +8°C,
  • Gecə 0°C
  • Füzuli
  • Gündüz +6°C,
  • Gecə 0°C
  • Gəncə
  • Gündüz +8°C,
  • Gecə -4°C
  • Qazax
  • Gündüz +7°C,
  • Gecə -4°C
  • Naftalan
  • Gündüz +7°C,
  • Gecə -2°C
  • Şəki
  • Gündüz +8°C,
  • Gecə -3°C
  • Ağstafa
  • Gündüz +7°C,
  • Gecə 0°C
  • Qəbələ
  • Gündüz +6°C,
  • Gecə 0°C
  • Şamaxı
  • Gündüz +3°C,
  • Gecə -5°C
  • Zaqatala
  • Gündüz +6°C,
  • Gecə -1°C
  • Xızı
  • Gündüz +3°C,
  • Gecə -5°C
  • Siyəzən
  • Gündüz +8°C,
  • Gecə -1°C
  • Şabran
  • Gündüz +7°C,
  • Gecə 0°C
  • Quba
  • Gündüz +3°C,
  • Gecə -3°C
  • Qusar
  • Gündüz +3°C,
  • Gecə -5°C
  • Xaçmaz
  • Gündüz +8°C,
  • Gecə 0°C
  • Kürdəmir
  • Gündüz +9°C,
  • Gecə 0°C
  • Yevlax
  • Gündüz +9°C,
  • Gecə -2°C
  • Ağcabədi
  • Gündüz +8°C,
  • Gecə +1°C
  • Ağdaş
  • Gündüz +10°C,
  • Gecə +3°C
  • Göyçay
  • Gündüz +7°C,
  • Gecə +2°C
  • Bərdə
  • Gündüz +9°C,
  • Gecə -1°C
  • İmişli
  • Gündüz +8°C,
  • Gecə +1°C
  • Salyan
  • Gündüz +10°C,
  • Gecə -1°C
  • Beyləqan
  • Gündüz +10°C,
  • Gecə 0°C
  • Saatlı
  • Gündüz +10°C,
  • Gecə -1°C
  • Hacıqabul
  • Gündüz +10°C,
  • Gecə +3°C
  • Masallı
  • Gündüz +9°C,
  • Gecə +1°C
  • Lənkəran
  • Gündüz +9°C,
  • Gecə +1°C
  • Lerik
  • Gündüz +3°C,
  • Gecə -3°C
Saytın Xəritəsi

ETSN-də informasiya azadlığı ilə bağlı daxili icraat qaydaları

 

Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
“11” iyun 2014-cü il tarixli
307/Ü nömrəli Əmri ilə təsdiq edilmişdir

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində
informasiya azadlığı ilə bağlı daxili icraat

QAYDALARI

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra - Nazirlik) 2014-cü il 29 yanvar tarixli 038/ü nömrəli Əmri ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərinin icrası ilə əlaqədar 2014-cü il üçün İş Planı”nın 1.1-ci bəndlərinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır.
1.2. Bu Qaydalar Azərbaycan Respublikasının Konstitusiyasına, “İnformasiya əldə etmək haqqında” və “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının Qanunlarına və digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır. 
1.3. Bu Qaydalar Nazirliyin informasiya resurslarında mövcud olan məlumatların sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında əldə edilməsi qaydalarını, o cümlədən informasiyanın əldə edilməsinin formalarını, informasiyanın təqdim edilməsindən imtinanın əsaslarını müəyyən edir. 
1.4. İnformasiyanın əldə edilməsi insanların, cəmiyyətin və dövlətin təhlükəsizliyinin qorunması, informasiya əldə etmək hüququnun dövlət tərəfindən qorunması, o cümlədən məhkəmə yolu ilə müdafiəsi prinsipləri əsasında həyata keçirilir. 
1.5. Bu Qaydalar aşağıdakılara şamil edilmir: 
1.5.1. qanunla müəyyənləşdirilmiş dövlət sirri təşkil edən məlumatlara; 
1.5.2. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq arxiv sənədləri ilə işləməyə buraxılmanın təmin edilməsinə; 
1.5.3. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənən təklif, ərizə və şikayətlərə; 
1.5.4. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənən müraciətlərə; 
1.5.5. beynəlxalq müqavilələrlə müəyyən edilmiş məhdudiyyətlərə. 
1.6. Bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilmişdir: 
1.6.1. informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar; 
1.6.2. informasiya xidmətləri - sorğu ilə müraciət edən hər kəsi informasiya ilə təmin etmək üçün göstərilən fəaliyyət; 
1.6.3. informasiya sorğusu - informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciət; 
1.6.4. informasiya sorğusu verən (bundan sonra - sorğuçu) informasiya əldə etmək üçün yazılı və ya şifahi şəkildə müraciət edən hüquqi və ya fiziki şəxs.

2. İnformasiya əldə etmək azadlığı

2.1. Hər kəs özü və ya səlahiyyətli nümayəndəsi vasitəsilə informasiya əldə etmək məqsədi ilə Nazirliyin müvafiq orqanlarına müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. 
2.2. Hər kəs sorğu edilən informasiyanın informasiya sahibində, yəni Nazirliyin müvafiq orqanlarında olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün istiqamətləndirici məlumatlar almaq hüququna malikdir. 
2.3. Nazirliyin müvafiq orqanları sorğu edilən informasiyaya malik olduqda hər kəs onu qanunvericiliklə müəyyən edilmiş qaydada sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir.
2.4. İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən istifadə etməsi sahələrində maraqlarının qorunması, ictimai qaydanın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər sirlərin qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın.

3. Nazirliyin müvafiq orqanlarının vəzifələri

3.1. Nazirliyin müvafiq orqanları öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu “İnformasiya əldə etmək haqqında” və “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının Qanunları ilə və bu Qaydalarla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. 
3.2. Nazirlikdə bu məqsədlə informasiya azadlığı üzrə məsul şəxs təyin edilir və informasiya xidmətləri göstərilir. 
3.3. İnformasiya azadlığı üzrə məsul şəxsin təyin olunmaması informasiya xidmətləri göstərməkdən imtina üçün əsas ola bilməz. 
3.4. Nazirliyin müvafiq orqanları: 
3.4.1. informasiya sorğusunun icrasını bu Qaydalarda nəzərdə tutulmuş müddətdə və sorğuçu üçün ən münasib üsulla təmin etməlidir; 
3.4.2. ictimai vəzifələrin yerinə yetirilməsi haqqında ictimaiyyətə müntəzəm məlumat verməlidir; 
3.4.3. sorğuçuya sorğunun əldə edilməsi ilə bağlı kömək göstərməlidir; 
3.4.4. informasiyanın əldə olunmasına qoyulan məhdudiyyətlər barədə sorğuçuya məlumat verməlidir; 
3.4.5. əldə olunması qanunla məhdudlaşdırılan informasiyaları qorumalıdır; 
3.4.6. həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. 
3.5. İnformasiya azadlığı üzrə məsul şəxs aşağıdakı funksiyaları yerinə yetirir: 
3.5.1. sorğuları diqqətlə araşdırıb zəruri tədbirlər görür; 
3.5.2. sorğuların icrasını “İnformasiya əldə etmək haqqında” və “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının Qanunlarında və bu Qaydalarda nəzərdə tutulmuş qaydada təmin edir; 
3.5.3. informasiya xidmətlərinin göstərilməsinə nəzarət edir; 
3.5.4. informasiya əldə edilməsi ilə bağlı Nazirliyin müvafiq orqanlarına göndərilən şikayətləri araşdırıb qərar qəbul edir; 
3.5.5. informasiya xidmətləri göstərilməsi ilə bağlı digər vəzifələri yerinə yetirir.

4. İnformasiya sorğusunun təqdim edilmə üsulları

4.1. Sorğuçu informasiya sorğusunu aşağıdakı üsullarla təqdim edir: 
4.1.1. Nazirliyin müvafiq orqanlarının vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi;
4.1.2. sorğunu şəxsən təqdim etmək və ya Nazirliyin müvafiq orqanlarına poçt, telefaks, yaxud elektron qaydada göndərmək yolu ilə yazılı.

5. İnformasiya əldə etmənin formaları

5.1. Sorğuçu yazılı sorğunun icrasının aşağıdakı formalardan birində və ya mövcud olan digər formalarda təmin edilməsini tələb edə bilər: 
5.1.1. sənədlə tanış olmaq üçün ayrılmış yerə daxil olma; 
5.1.2. Nazirliyin müvafiq orqanlarının texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması və ya sənədin təsdiqlənmiş surətinin verilməsi; 
5.1.3. sənədin surətinin elektron daşıyıcılara köçürülməsi. 
5.2. Nazirliyin müvafiq orqanları informasiya sorğusunun bu sorğuda göstərilən formada icrasından aşağıdakı hallarda imtina edə bilər: 
5.2.1. texniki imkanlar olmadıqda; 
5.2.2. informasiya daşıyıcısının növü ilə əlaqədar icrası mümkün deyilsə; 
5.2.3. şifahi sorğu əsasında verilməli olan informasiya böyük vaxt tələb etdiyindən informasiya sahibinin əsas vəzifələrinin yerinə yetirilməsinə maneələr yaradırsa. 
5.3. İnformasiyanın təqdim edilmə forması sorğudan aydın olmursa və bunu sorğunun icrası üçün nəzərdə tutulmuş müddət ərzində dəqiqləşdirmək mümkün deyilsə, o zaman sorğunun icrası Nazirliyin müvafiq orqanlarının seçdiyi formada təmin olunur. 
5.4. Bu Qaydaların 5.5-ci bəndində göstərilən hal istisna olmaqla, informasiyanın əldə olunması ödənişsiz həyata keçirilir. 
5.5. “Yerin təki haqqında”, “Hidrometeorologiya fəaliyyəti haqqında” və “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının Qanunlarına, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 164 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqqın alınması qaydası və miqdarı”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 8 noyabr tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerin təki haqqında geoloji informasiyadan istifadənin qayda və şərtləri”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 14 dekabr tarixli 237 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Əlavə - “Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə operativ və ümumi təyinatlı məlumatların növləri” və 2 nömrəli Əlavə - “Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ödənişsiz və ödənişli məlumatların növləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 iyul tarixli 115 nömrəli qərarı ilə təsdiq edilmiş “Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlardan istifadəyə görə ödəmə dərəcələri və qaydaları”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 7 iyul tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Ətraf mühitə dair informasiyanın verilməsinin maliyyələşdirilməsi mənbələrinin və ödənişin həcminin müəyyənləşdirilməsi Qaydaları”nın müddəalarına uyğun olaraq həmin informasiya və məlumatların verilməsi ödənişlə həyata keçirilir.

6. İnformasiyanın əldə edilməsi haqqında sorğu

6.1. Yazılı informasiya sorğusunda aşağıdakılar göstərilməlidir: 
6.1.1. sorğuçu fiziki şəxs olduqda onun soyadı, adı və atasının adı; 
6.1.2. sorğuçu hüquqi şəxs olduqda hüquqi şəxsin adı; 
6.1.3. informasiya sahibinin sorğunu təmin edə bilməsi üçün sorğuçuya aid əlaqə məlumatları (poçt və ya elektron poçt ünvanı, telefon və ya telefaks nömrəsi); 
6.1.4. sorğu edilən informasiyanın məzmunu, yaxud sənədin növü və ya adı, sənədin sorğuçuya bəlli olan rekvizitləri; 
6.1.5. informasiyanın təqdim edilmə forması. 
6.2. Sorğuçu bu Qaydaların 7.2.1-ci yarımbəndində göstərilən hallardan başqa, informasiya əldə olunmasının zəruriliyini əsaslandırmağa borclu deyildir. 
6.3. Elektron qaydada edilən sorğular istisna olmaqla, yazılı sorğu fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. Həmçinin hüquqi şəxs tərəfindən edilən yazılı sorğu möhürlə təsdiq edilir. 
6.4. Yazılı sorğunu qəbul etməkdən imtina edilə bilməz. 
6.5. İnformasiya sorğusu aşağıdakı hallarda qeydə alınmır və ona yazılı cavab verilmir: 
6.5.1. sorğu anonimdirsə; 
6.5.2. sorğu şifahi formada verilmişsə. 
6.6. Savadsızlığı, yaxud fiziki qüsur və çatışmazlığı üzündən yazılı sorğu ilə müraciət edə bilməyənlərin şifahi sorğusu informasiya sahibinin vəzifəli şəxsləri tərəfindən adları və soyadları, tutduqları vəzifə göstərilməklə yazılı şəkildə tərtib edilir və tarixi göstərilməklə qeydə alınır. 
6.7. Hüquqi şəxslərin firma nişanları olan blankda göndərildiyi, yaxud fiziki şəxsin əlaqə məlumatlarından ən azı birinin göstərildiyi hallarda sorğu anonim sayılmır.

7. İnformasiya sorğusunun icra edilməsindən imtina

7.1. Nazirliyin müvafiq orqanları aşağıdakı hallarda sorğunun icrasından imtina edir: 
7.1.1. sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti olmadıqda və ya tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə; 
7.1.2. Nazirliyin müvafiq orqanları sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibinin müəyyənləşdirilməsi mümkün olmadıqda; 
7.1.3. sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda. 
7.2. Nazirliyin müvafiq orqanları aşağıdakı hallarda sorğunun icrasından imtina edə bilər: 
7.2.1. sorğuçuya artıq belə bir informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa; 
7.2.2. sorğu edilən informasiyanın həcmi iri olduğundan sorğunun icrası Nazirliyin müvafiq orqanlarının üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaradırsa və ya əsassız böyük məsrəflərə səbəb olursa; 
7.2.3. sorğunun icrasını bir dəfəyə təmin etmək mümkün deyilsə və qismən icrasına sorğuçu tərəfindən rəsmi razılıq verilmirsə; 
7.2.4. sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini və ya sənədləşdirilməsini tələb edirsə. 
7.3. İnformasiya sorğusunun təmin edilməsindən imtina barədə cavab Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq maddələri də göstərilməklə, aydın və əsaslandırılmış şəkildə tərtib edilməli, həmçinin burada sorğuçunun cavabdan məhkəməyə şikayət etmək hüququnun olduğu öz əksini tapmalıdır.

8. İnformasiya sorğusunun aidiyyəti üzrə göndərilməsi

Sorğu edilən informasiya Nazirliyin müvafiq orqanlarında yoxdursa və ya səlahiyyətlərinə aid deyilsə, bu zaman aidiyyəti informasiya sahibi müəyyənləşdirilməli və informasiya sorğusu ləngidilmədən, lakin 5 iş günündən gec olmayaraq informasiya sahibinə göndərilməli, bu barədə sorğuçuya məlumat verilməlidir.

9. İnformasiya sorğusunun icra müddəti

9.1. İnformasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. 
9.2. Bu müddətdə həmin informasiya öz əhəmiyyətini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir. 
9.3. Əgər sorğu natamam və ya qeyri-dəqiq tərtib olunubsa, vəzifəli şəxs müəyyən edilmiş çatışmazlıqlar barədə sorğuçuya 5 iş günü ərzində məlumat verir. 
9.4. İnformasiya sorğusunın bu Qaydalarla müəyyənləşdirilmiş icra müddəti sorğunun Nazirliyin müvafiq orqanında qeydə alındığı günün sonrakı iş günündən hesablanır. 
9.5. Bu Qaydaların 9.3-cü bəndində göstərilən hallarda sorğunun icra müddəti çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən təqdim edildikdə Nazirliyin müvafiq orqanında qeydə alındığı günün sonrakı iş günündən hesablanır.

10. İnformasiya sorğusunun icra müddətinin uzadılması

10.1. Nazirliyin müvafiq orqanlarına həddən çox sorğu daxil olduqda və bu səbəbdən informasiyanı hazırlamaq üçün əlavə vaxt tələb olunduqda və ya sorğunun mahiyyətini dəqiqləşdirmək, yaxud informasiyanın aydınlaşdırılması üçün çoxsaylı sənədləri araşdırmaq lazım gəldikdə, icra müddəti əlavə olaraq 7 iş günü də uzadıla bilər. 
10.2. Nazirliyin müvafiq orqanları sorğuçuya müddətin uzadıldığı barədə səbəblərini göstərməklə 5 iş günü ərzində məlumat verir. 

11. İnformasiya sorğusunun icra olunma üsulları

11.1. Nazirliyin müvafiq orqanları sorğuda tələb olunan informasiyanı aşağıdakı üsullarla icra edir: 
11.1.1. elektron informasiya daşıyıcısında yazmaqla və ya sorğuda göstərilən elektron poçt ünvanı üzrə göndərməklə; 
11.1.2. sənədin surətini və ya sənəddən çıxarışı sorğuçuya bilavasitə təqdim etməklə və ya onun poçt ünvanına göndərməklə; 
11.1.3. telefaksla; 
11.1.4. şifahi formada; 
11.1.5. informasiya ilə tanış olmaq üçün ayrılmış yerə girməyə icazə verməklə; 
11.1.6. informasiya daşıyıcısının növünü nəzərə almaqla, başqa üsullarla. 
11.2. İnformasiya sorğusu yalnız aşağıdakı hallarda şifahi cavablandırılır: 
11.2.1. Nazirliyin müvafiq orqanlarının vəzifəli şəxslərinə bilavasitə müraciət edildikdə; 
11.2.2. informasiya sorğusu üzrə məlumatlar soruşulduqda; 
11.2.3. informasiya sahibində sorğuçunu maraqlandıran məlumatın olub-olmadığı öyrənildikdə. 
11.3. Sənədin surətini çıxararkən onun əslinə ziyan vurulacağı təqdirdə Nazirliyin müvafiq orqanları: 
11.3.1. əlyazması və ya çap məhsulu ilə tanış olmaq; 
11.3.2. audio materialları dinləmək, audiovizual materialları seyr etmək və qeydlər götürmək üçün sorğuçuya şərait yaratmalıdır.

12. İnformasiya sorğusunun icra olunmuş sayılması

12.1. Aşağıdakı hallarda informasiya sorğusu icra olunmuş sayılır: 
12.1.1. informasiya sorğuçuya bu Qaydalarda nəzərdə tutulmuş formada və üsulla təqdim edildikdə; 
12.1.2. informasiya sorğusu aidiyyəti üzrə göndərildikdə və sorğuçuya bu barədə məlumat verildikdə; 
12.1.3. açıqlanmış informasiya ilə tanış olma imkanları sorğuçuya izah edildikdə; 
12.1.4. informasiya sorğusunun icrasından imtina barədə sorğuçuya əsaslandırılmış cavab verildikdə.

13. İnformasiya əldə olunmasının təşkilinə görə məsuliyyət

13.1. İnformasiyanın əldə olunmasının təşkilinə görə Nazirlik məsuliyyət daşıyır. 
13.2. İnformasiyanın “İnformasiya əldə etmək haqqında” və “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının Qanunları ilə müəyyənləşdirilmiş qaydada açıqlanması üçün məsuliyyəti, bu funksiyanın icrası rəsmi qaydada başqasına həvalə olunmayıbsa, informasiya sahibi olan Nazirliyin müvafiq qurumunun rəhbəri daşıyır.