Faydalı Bölmələr

Qərar

Azərbaycan Respublikasının Nazirlər Kabineti. Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı 

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə

Qərar № 5

Bakı şəhəri, 7 yanvar 2005-ci il

«Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli, 583 nömrəli Fərmanına və «Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli, 941 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişikliklər edilən bəzi qərarlarının Siyahısı» təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədə olan digər qərarlarında və sərəncamlarında Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinə, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinə, Dövlət Hidrometeorologiya Komitəsinə, «Azərbmeşə» İstehsalat Birliyinə və «Azərbalıq» Dövlət Balıqçılıq Təsərrüfatı Konserninə verilən səlahiyyətlər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şamil edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2005-ci il, № 1, maddə 49) («VES Consultancy» LLC).

22 yanvar 2007-ci il tarixli, 10 nömrəli Qərara əsasən dəyişikliklərlə .(«VES Consultancy» LLC).

..


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2005-ci il 7 yanvar tarixli,
5 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişikliklər edilən bəzi qərarlarının

Siyahısı

1. «Yeraltı sulardan istifadə edilməsinin və onların qorunmasının nizama salınması tədbirləri haqqında» Azərbaycan SSR Nazirlər Sovetinin 1980-ci il 23 oktyabr tarixli, 447 nömrəli qərarının 2-ci bəndində «Azərbaycan Respublikasının Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin» sözləri «Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin» sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 18 noyabr tarixli, 376 nömrəli qərarı ilə təsdiq edilmiş «Dağ-mədən nəzarəti və sənayedə işlərin təhlükəsiz aparılması nəzarəti üzrə Azərbaycan Respublikası Komitəsi haqqında Əsasnamə»nin 7-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:

a) «b)» yarımbəndinin ikinci abzasından «faydalı qazıntı yataqlarının çıxarılması ilə məşğul olan müəssisələrdə faydalı qazıntı ehtiyatlarının uçotu üzrə qüvvədə olan qaydaya riayət olunmasına, onlar tərəfindən ehtiyatların düzgün və vaxtlı-vaxtında silinməsinə,» sözləri çıxarılsın;

b) «h)» yarımbəndindən «faydalı qazıntı yataqlarının çıxarılması ilə məşğul olan müəssisələrin hesabından sənaye əhəmiyyətini itirmiş, istehsal prosesi zamanı itirilmiş və yaxud sonrakı geoloji kəşfiyyat işləri və ya yataqların tədqiqi zamanı özünü doğrultmayan faydalı qazıntı yataqlarının balans ehtiyatlarının silinməsinə aid olan təklifləri təhlil edir» sözləri çıxarılsın;

c) «ı)»«e)» yarımbəndləri çıxarılsın.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 28 noyabr tarixli, 256 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası faydalı qazıntı yataq və təzahürlərinin Dövlət kadastrı haqqında Əsasnamə»nin 7-ci bəndində «Dövlət Geologiya və Mineral Ehtiyatları Komitəsinin» sözləri «Ekologiya və Təbii Sərvətlər Nazirliyinin» sözləri ilə əvəz edilsin.

4. «Dövlət su kadastrının aparılması qaydaları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 5 dekabr tarixli, 261 nömrəli qərarının 1-ci bəndində «Azərbaycan Respublikası Dövlət Hidrometeorologiya Komitəsinə (yerüstü sular bölməsi üzrə), Azərbaycan Respublikası Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinə (yeraltı sular bölməsi üzrə)» sözləri və 3-cü bəndində «Dövlət Hidrometeorologiya Komitəsi (yerüstü sular bölməsi üzrə), Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi (yeraltı sular bölməsi üzrə)» sözləri ismin müvafiq hallarında «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (yerüstü və yeraltı sular bölmələri üzrə)» sözləri ilə və 2-ci, 4-cü və 5-ci bəndlərində ismin müvafiq hallarında «Dövlət Hidrometeorologiya Komitəsi, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi» sözləri ismin müvafiq hallarında «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin.

5. «Azərbaycan Respublikası ərazisində radiasiya təhlükəsizliyinə nəzarəti gücləndirmək tədbirləri haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 11 iyul tarixli, 76 nömrəli qərarının 2-ci və 3-cü bəndlərində «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinə» sözləri «Ekologiya və Təbii Sərvətlər Nazirliyinə» sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 oktyabr tarixli, 120 nömrəli qərarı ilə təsdiq edilmiş:

a) «Pestisidlərin və aqrokimyəvi maddələrin dövlət sınağı barədə Təlimat»ın 6-cı və 9-cu bəndlərində ismin müvafiq hallarında «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi» sözləri ismin müvafiq hallarında «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin;

b) «Pestisidlərin və aqrokimyəvi maddələrin qeydiyyatı Qaydası»nın 8-ci bəndində «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi» sözləri «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin;

c) «Kənd təsərrüfatında zəhərli kimyəvi preparatların saxlanılmasının, daşınmasının, tətbiqinin və satışının sanitariya Qaydaları»nın 10-cu bəndində «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi» sözləri «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin;

ç) «İstifadəsi mümkün olmayan kənd təsərrüfatı və ərzaq məhsullarının geri alınması, zərərsizləşdirilməsi və məhv edilmə Qaydası»nın 4-cü və 5-ci bəndlərində «Dövlət Ekologiya və Təbiətdən İstifadayə Nazarət Komitəsi» sözləri «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin;

d) «Pəhriz və uşaq qida maddələrinin istehsalı üçün xüsusi xammal bölgələrinin hüdudları, hüquq və texnoloji rejimi»nin 1-ci və 7-ci bəndlərində «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi» sözləri «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 16 iyun tarixli, 133 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişikliklər edilmiş və qüvvədən düşmüş hesab edilən bəzi qərarlarının Siyahısı»nın 3-cü bəndində «Azərbaycan Respublikasının Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin» sözləri «Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin» sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli, 195 nömrəli qərarı ilə təsdiq edilmiş «Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları»nın 3-cü bəndində «Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi (yeraltı su obyektləri üzrə) və Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi» sözləri «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 28 sentyabr tarixli, 197 nömrəli qərarı ilə təsdiq edilmiş «Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikiləcəyi yerlərin müəyyənləşdirilməsi və onların tikinti layihələrinin razılaşdırılması, onların dövlət ekspertizası və istismara verilmə Qaydaları»nın 1.3-cü bəndində «,Dövlət Hidrometeorologiya komitələri» sözləri «Komitəsi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə və «Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi» sözləri «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin, həmin bənddən «ekologiya və təbiətdən istifadəyə nəzarət», «balıq nəzarəti» sözləri isə çıxarılsın, 3.3-cü bəndində «geologiya və mineral ehtiyatlar, ekologiya və təbiətdən istifadəyə nəzarət, hidrometeorologiya» sözləri «ekologiya və təbii sərvətlər» sözləri ilə əvəz edilsin və həmin bənddən «balıqçılıq təsərrüfatı» sözləri çıxarılsın, 5.1-ci bəndində «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi» sözləri «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə, «Dövlət Hidrometeorologiya komitələrinin, Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin» sözləri «Komitəsinin» sözləri ilə əvəz edilsin.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 sentyabr tarixli, 199 nömrəli qərarı ilə təsdiq edilmiş «Geoloji öyrənilmə məqsədi ilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi Qaydaları»nın 1.2-ci, 1.4-cü, 2.2-ci, 2.3-cü bəndlərində, 2.2.2-ci yarımbəndində və əlavəsinin adında ismin müvafiq hallarında «Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi» sözləri ismin müvafiq hallarında «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə və əlavəsində «Azərbaycan Respublikası Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin sədri» sözləri «Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri» sözləri ilə əvəz edilsin.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 oktyabr tarixli, 205 nömrəli qərarı ilə təsdiq edilmiş «Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ölçmə vasitələrinin yoxlanılması və məlumatların sertifikatlaşdırılması Qaydası»nın 2-ci, 3-cü və 8-ci bəndlərində ismin müvafiq hallarında «Dövlət Hidrometeorologiya Komitəsi» sözləri ismin müvafiq hallarında «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 oktyabr tarixli, 206 nömrəli qərarı ilə təsdiq edilmiş:

a) «Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırma Qaydaları»nın 3-cü bəndində «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Dövlət Hidrometeorologiya Komitəsi» sözləri «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin və həmin bənddən «Azərbmeşə» İstehsalat Birliyi, «Azərbalıq» Dövlət Konserni» sözləri çıxarılsın, 4-cü bəndində «Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi» sözləri «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin və həmin bənddən «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi» sözləri çıxarılsın, 5-ci bəndində «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi tərəfindən «Azərbalıq» Dövlət Konserni ilə razılaşdırılmaqla» sözləri «Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən» sözləri ilə əvəz edilsin, 6-cı bəndində «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Dövlət Hidrometeorologiya Komitəsi» sözləri «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin, 7-ci bəndində «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi» sözləri «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin və həmin bənddən «Dövlət Hidrometeorologiya Komitəsi, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi və «Azərbalıq» Dövlət Konserni» sözləri çıxarılsın, 8-ci bəndində «Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi» sözləri «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin və həmin bənddən «Dövlət Hidrometeorologiya Komitəsi» sözləri çıxarılsın, 9-cu bəndində «Dövlət Hidrometeorologiya Komitəsi» sözləri «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin və həmin bənddən «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi» sözləri çıxarılsın;

b) «Sudan istifadə limitlərinin hazırlanması və həyata keçirilməsi Qaydaları»nın 3-cü bəndində «Dövlət Hidrometeorologiya Komitəsinin» sözləri «Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin» sözləri ilə əvəz edilsin, 6-cı bəndindən «Azərbalıq» Dövlət Konserni» sözləri çıxarılsın, həmin bənddə «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və Dövlət Hidrometeorologiya Komitəsi» sözləri «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin, 8-ci bəndində «Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi» sözləri «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin;

c) «Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemlərinin işlənib hazırlanması, razılaşdırılması, dövlət ekspertizası, təsdiqi və həyata keçirilməsi Qaydaları»nın 7-ci bəndində «Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin, Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin, Dövlət Hidrometeorologiya Komitəsinin» sözləri «Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin» sözləri ilə əvəz edilsin, 8-ci bəndində «Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi» sözləri «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin və həmin bənddən «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin, Dövlət Hidrometeorologiya Komitəsinin» sözləri çıxarılsın, 10-cu bəndində «Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi» sözləri «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin, 11-ci bəndində «Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin» sözləri «Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin» sözləri ilə əvəz edilsin və həmin bənddən «Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi, Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Dövlət Hidrometeorologiya Komitəsi» sözləri çıxarılsın, 12-ci bəndində «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Dövlət Hidrometeorologiya Komitəsi» sözləri və «Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi» sözləri «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin, 13-cü bəndində «Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi» sözləri «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli, 214 nömrəli qərarı ilə təsdiq edilmiş «Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydası»nın 2-ci, 4-cü, 7-ci, 9-cu, 10-cu, 11-ci və 12-ci bəndlərində ismin müvafiq hallarında «Azərbmeşə» İstehsalat Birliyi» sözləri ismin müvafiq hallarında «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 oktyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında Əsasnamə»nin 4.8.4-cü yarımbəndində «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi» sözləri «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 30 oktyabr tarixli, 219 nömrəli qərarı ilə təsdiq edilmiş «Meşə fondu sahələrindən elmi tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə Qaydaları»nın 2-ci, 5 — 10-cu bəndlərində ismin müvafiq hallarında «Azərbmeşə» İstehsalat Birliyi» sözləri ismin müvafiq hallarında «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 7 dekabr tarixli, 230 nömrəli qərarı ilə təsdiq edilmiş:

a) «Meşə fondu sahələrinin bir ilə qədər qısamüddətli istifadəyə verilməsi qaydası»nın 2-ci və 6-cı bəndlərində ismin müvafiq hallarında «Azərbmeşə» İstehsalat Birliyi» sözləri ismin müvafiq hallarında «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin;

b) «Meşələrin monitorinqinin həyata keçirilməsi qaydası»nın 3-cü bəndində «Azərbmeşə» İstehsalat Birliyi» sözləri «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvaz edilsin;

c) «Meşə quruluşu işlərinin aparılması qaydası»nın 4-cü və 5-ci bəndlərində «Azərbmeşə» İstehsalat Birliyi» sözləri «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin;

ç) «Meşə fondu haqqında məlumatın fiziki və hüquqi şəxslərə verilməsi qaydası»nın 2-ci, 3-cü, 6-cı və 7-ci bəndlərində ismin müvafiq hallarında «Azərbmeşə» İstehsalat Birliyi» sözləri ismin müvafiq hallarında «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 14 dekabr tarixli, 237 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

a) bu qərarla təsdiq edilmiş «Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikası dövlət məlumatlar fondunun Əsasnaməsi»nin 1.2-ci, 1.3-cü, 1.5-ci, 3.1-ci, 3.2-ci, 3.3-cü və 4.8-ci bəndlərində ismin müvafiq hallarında «Dövlət Hidrometeorologiya Komitəsi» sözləri ismin müvafiq hallarında «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin;

b) bu qərarla təsdiq edilmiş «Hidrometeoroloji müşahidə şəbəkələrinin istifadəsi və mühafizəsi Qaydaları»nın 2-ci, 3-cü, 6-cı və 10-cu bəndlərində ismin müvafiq hallarında «Dövlət Hidrometeorologiya Komitəsi» sözləri ismin müvafiq hallarında «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin;

c) bu qərarla təsdiq edilmiş «Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların qeydiyyatına və onların mənbəyi barədə sertifikatların verilməsinə dair Təlimat»ın 2-ci və 4-cü bəndlərində ismin müvafiq hallarında «Dövlət Hidrometeorologiya Komitəsi» sözləri ismin müvafiq hallarında «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin;

ç) bu qərarın 2 nömrəli əlavəsində «Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ödənişsiz və ödənişli məlumatların növləri»nin «Ödənişli məlumatlar» bölməsinin 2-ci bəndində «Azərbaycan Respublikası Dövlət Hidrometeorologiya Komitəsinin» sözləri və 5-ci bəndinin altıncı abzasında «Azərbalıq» Dövlət Konserninin» sözləri «Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin» sözləri ilə əvəz edilsin;

d) bu qərarın 3 nömrəli əlavəsində «Hidrometeorologiya və təbii mühitin çirkləndirilməsi üzrə müşahidələrin və tədqiqatların aparılması, meteoroloji hadisələrin uçotu Qaydası»nın 1-ci bəndində «Azərbaycan Respublikası Dövlət Hidrometeorologiya Komitəsi» sözləri «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 yanvar tarixli, 1 nömrəli qərarı ilə təsdiq edilmiş «Yer təki sahəsinə faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədilə «Dağ-mədən ayırması» statusunun verilməsi Qaydaları»nın 1.1-ci bəndində «Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi (bundan sonra — Dövlətdağmədəntexnəzarət)» sözləri «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin, 1.2-ci bəndində «Azərbaycan Respublikasının Dövlət Geologiya və Mineral Ehtiyatlar, Dövlətdağmədəntexnəzarət və Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitələri» sözləri «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi» sözləri ilə və həmin bəndin 1-ci cümləsində və 3.2.9-cu bəndində «Dövlətdağmədəntexnəzarət Komitəsi» sözləri «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin, 1.7-ci bəndində «Azərbaycan Respublikası Dövlətdağmədəntexnəzarət Komitəsi» sözləri «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin, 3.1-ci bəndində «Dövlətdağmədəntexnəzarət Komitəsinin» sözləri «Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin» sözləri ilə əvəz edilsin, 3.1.2-ci, 3.1.3-cü, 3.2.2-ci yarımbəndlərində ismin müvafiq hallarında «Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi» sözləri ismin müvafiq hallarında «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə, 3.2.7-ci yarımbəndində «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin» sözləri «Ekologiya və Təbii Sərvətlər Nazirliyinin» sözləri ilə əvəz edilsin, 3.2.10-cu bəndinin ikinci abzasında «Azərbaycan Respublikası Dövlətdağmədəntexnəzarət Komitəsi» sözləri «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə və üçüncü abzasında «Dövlətdağmədəntexnəzarət Komitəsində» sözləri «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində» sözləri ilə əvəz edilsin, 1, 2, 3, 7 və 8 nömrəli əlavələrində «Azərbaycan Respublikasının Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi (Dövlətdağmədəntexnəzarət)» sözləri «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə, ismin müvafiq hallarında «Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi» sözləri ismin müvafiq hallarında «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə, «Azərbaycan Respublikası Dövlətdağmədəntexnəzarət Komitəsinin sədri» sözləri «Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanının rəhbəri» sözləri ilə, ismin müvafiq hallarında «Azərbaycan Respublikası Dövlətdağmədəntexnəzarət Komitəsi» sözləri («Yer təki istifadəçilərinin vəzifələri və məsuliyyətləri»nin dördüncü abzası istisna olmaqla) ismin müvafiq hallarında «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə və 4 nömrəli əlavəsinin qeyd hissəsində «Dövlətdağmədəntexnəzarət Komitəsinin müvafiq müfəttişliyi» sözləri «Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanı» sözləri ilə əvəz edilsin.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 yanvar tarixli, 2 nömrəli qərarı ilə təsdiq edilmiş «Faydalı qazıntılar çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi Qaydaları»nın 1.4-cü və 2.2-ci bəndlərində ismin müvafiq hallarında «Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi» sözləri ismin müvafiq hallarında «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 fevral tarixli, 16 nömrəli qərarı ilə təsdiq edilmiş «Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi üzrə fitosanitar qaydaları»nın 3-cü, 5-ci, 8-ci və 10-cu bəndlərində ismin müvafiq hallarında «Azərbmeşə» İstehsalat Birliyi» sözləri ismin müvafiq hallarında «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin, 3-cü bəndindən «Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi» sözləri və 5-ci bəndindən «Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin» sözləri çıxarılsın.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli, 38 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası meşələrində köküstü oduncaq buraxılışı Qaydaları»nın 1.3-cü bəndinin birinci abzasında, 1.4-cü bəndinin altıncı abzasında, 1.5-ci bəndinin onuncu abzasında «Azərbmeşə» İstehsalat Birliyinin» sözləri, 2.1-ci bəndinin ikinci abzasında «Azərbmeşə» İstehsalat Birliyinin Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi ilə razılaşdırılmış» sözləri, 2.1-ci bəndinin dördüncü abzasında, 2.2-ci, 3.2-ci, 3.5-ci, 3.12-ci bəndlərində ismin müvafiq hallarında «Azərbmeşə» İstehsalat Birliyi» sözləri ismin müvafiq hallarında «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 27 mart tarixli, 51 nömrəli qərarı ilə təsdiq edilmiş «Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən torpaq sahələrinin hüdudlarında yerin təkindən istifadə Qaydaları»nın 1.2-ci, 4.3-cü və 4.5-ci bəndlərində ismin müvafiq hallarında «Dövlətdağmədəntexnəzarət orqanı» sözləri ismin müvafiq hallarında «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə, 1.8-ci bəndində və 4.1.4-cü, 4.1.9-cu, 4.1.10-cu yarımbəndlərində ismin müvafiq hallarında «Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi» sözləri, 4.1.10-cu yarımbəndinin qeydində «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin» sözləri ismin müvafiq hallarında «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə, 4.1-ci və 4.2-ci bəndlərində ismin müvafiq hallarında «Dövlətdağmədəntexnəzarət Komitəsi» sözləri ismin müvafiq hallarında «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə, 5.1-ci bəndində «Azərbaycan Respublikasının Dövlətdağmədəntexnəzarət orqanı, dövlət qeydiyyatı isə Azərbaycan Respublikası Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi» sözləri «və dövlət qeydiyyatı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin, 1, 2, 5 və 6 nömrəli əlavələrində «Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi (Dövlətdağmədəntexnəzarət)» «Azərbaycan Respublikası Dövlətdağmədəntexnəzarət orqanı» sözləri «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə, «Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin» sözləri «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin» sözləri ilə, «Azərbaycan Respublikası Dövlətdağmədəntexnəzarət Komitəsinin sədri» sözləri «Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanının rəhbəri» sözləri ilə əvəz edilsin.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 27 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları»nın 1.2-ci və 1.3-cü bəndlərində və 2.1.6-cı və 3.1.3-cü yarımbəndlərində «Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin» sözləri «Ekologiya və Təbii Sərvətlər Nazirliyinin» sözləri ilə əvəz edilsin, 1.2-ci bəndindən «Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi (bundan sonra Dövlətdağmədəntexnəzarət) tərəfindən verilən» sözləri çıxarılsın, 1.5-ci bəndində «Azərbaycan Respublikası Dövlətdağmədəntexnəzarət Komitəsinə» sözləri «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə» sözləri ilə, 3.1-ci bəndində «Dövlətdağmədəntexnəzarət Komitəsi sədrinin» sözləri «Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin» sözləri ilə, 3.3-cü və 3.4-cü bəndlərində ismin müvafiq hallarında «Dövlətdağmədəntexnəzarət Komitəsi» sözləri ismin müvafiq hallarında «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin, 2 və 3 nömrəli əlavələrində «Azərbaycan Respublikasının Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi (Dövlətdağmədəntexnəzarət)» sözləri «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə, «Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin» sözləri «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin» sözləri ilə, «Azərbaycan Respublikası Dövlətdağmədəntexnəzarət Komitəsinin sədri» sözləri «Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanının rəhbəri» sözləri ilə, ismin müvafiq hallarında «Azərbaycan Respublikası Dövlətdağmədəntexnəzarət Komitəsi» sözləri («Yer təki istifadəçilərinin vəzifələri və məsuliyyətləri»nin dördüncü abzası istisna olmaqla) ismin müvafiq hallarında «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə və 4 nömrəli əlavəsinin qeyd hissəsində «Dövlətdağmədəntexnəzarət Komitəsinin müvafiq müfəttişliyi» sözləri «Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanı» sözləri ilə əvəz edilsin.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 12 aprel tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş «Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məhdud və açıq informasiya kateqoriyasına aid müşahidələrin aparılması, məlumatların hazırlanması və istifadəsi qaydaları haqqında Təlimat»ın 2-ci bəndinin 2-12-ci abzaslarında, 5-ci, 6-cı, 8-ci bəndlərində, 11-ci bəndinin birinci və ikinci abzaslarında ismin müvafiq hallarında «Dövlət Hidrometeorologiya Komitəsi» sözləri ismin müvafiq hallarında «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin, 2-ci bəndinin on ikinci abzasından «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi» sözləri çıxarılsın.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 26 aprel tarixli, 70 nömrəli qərarı ilə təsdiq edilmiş «Meşələrin qoruyucu kateqoriyalara aid edilməsi, meşələrin bir qoruyucu kateqoriyadan başqa qoruyucu kateqoriyaya keçirilməsi Qaydası»nın 3-cü, 5-ci və 6-cı bəndlərində «Azərbmeşə» İstehsalat Birliyi» sözləri «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin, 3-cü və 5-ci bəndlərindən «Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi» sözləri çıxarılsın.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 may tarixli, 83 nömrəli qərarı ilə təsdiq edilmiş «Meşələrin qorunub saxlanılması və təkrar istehsalı fondunun istifadə Qaydaları»nın 5 — 8-ci bəndlərində ismin müvafiq hallarında «Azərbmeşə» İstehsalat Birliyi» sözləri ismin müvafiq hallarında «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 iyul tarixli, 115 nömrəli qərarı ilə təsdiq edilmiş «Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlardan istifadəyə görə ödəmə dərəcələri və qaydaları»nın 2-ci bəndindəki cədvəlin II bölməsində «Azərbaycan Respublikası Dövlət Hidrometeorologiya Komitəsinin» sözləri və V bölməsində «Azərbalıq» Dövlət Konserninin» sözləri «Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin» sözləri ilə əvəz edilsin.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 iyul tarixli, 116 nömrəli qərarı ilə təsdiq edilmiş:

a) «Meşə təsərrüfatı sahəsində dövlət statistika hesabatının aparılması Qaydaları»nın 3-cü və 5-ci bəndlərində ismin müvafiq hallarında «Azərbmeşə» İstehsalat Birliyi» sözləri ismin müvafiq hallarında «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin;

b) «Meşə yanğınlarının söndürülməsinə fiziki və hüquqi şəxslərin cəlb olunması Qaydası»nın 2-ci bəndində «Azərbmeşə» İstehsalat Birliyinə» sözləri «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə» sözləri ilə əvəz edilsin.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli, 146 nömrəli qərarı ilə təsdiq edilmiş:

a) «Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normaları»nın 4-cü bəndinin ikinci abzasında «Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin (yeraltı su obyektləri üzrə), habelə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin» sözləri «habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin» sözləri ilə və 15-ci bəndində «Azərbalıq» Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin əsaslandırılmış təqdimatı əsasında Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi» sözləri «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin;

b) «Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələr»in 9-cu bəndinin «a)» yarımbəndində «Azərbalıq» Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin hesablaşma hesabına» sözləri «Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fonduna» sözləri ilə əvəz edilsin.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 sentyabr tarixli, 152 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında balıq ehtiyatlarının mühafizəsi və balıq ovu Qaydaları»nın 26-cı və 38-ci bəndlərində ismin müvafiq hallarında «Dövlət Balıq Mühafizə Xidməti və Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin» sözləri ismin müvafiq hallarında «Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin» sözləri ilə əvəz edilsin.

31. «Meşə təsərrüfatı ilə bağlı bəzi məsələlər haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 4 oktyabr tarixli, 161 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

a) III və IV bölmələrinin sonuncu abzaslarında «Azərbmeşə» İstehsalat Birliyi» sözləri «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin;

b) həmin qərarla təsdiq edilmiş «Meşəqırma biletinin, orderin və meşə biletinin uçotu, saxlanılması, doldurulması və verilməsi Qaydaları»nın 1.4-cü, 1.5-ci, 3.2-ci və 3.6-cı bəndlərində ismin müvafiq hallarında «Azərbmeşə» İstehsalat Birliyi» sözləri ismin müvafiq hallarında «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli, 164 nömrəli qərarı ilə təsdiq edilmiş «Yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqqın alınması qaydası və miqdarı»nın 2.1-ci bəndində «Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi (bundan sonra — Dövlətgeolkom)» sözləri «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra — ETSN)» sözləri ilə, 2.2-ci bəndində «Dövlətgeolkomun» sözü «ETSN-in» sözü ilə və 3.1-ci bəndində «Dövlətgeolkom» sözü «ETSN» sözü ilə əvəz edilsin.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 19 oktyabr tarixli, 169 nömrəli qərarı ilə təsdiq edilmiş «Faydalı qazıntı yataqlarının kəşfçilərinin mükafatlandırılması Qaydaları»nın 7-ci və 8-ci bəndlərində ismin müvafiq hallarında «Dövlət Geologiya və Mineral Ehtiyatları Komitəsi» sözləri ismin müvafiq hallarında «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 8 noyabr tarixli, 174 nömrəli qərarı ilə təsdiq edilmiş:

a) «Meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar meşə istifadəçilərinə dəyən ziyanın ödənilməsi Qaydası»nın 3 — 6-cı bəndlərində ismin müvafiq hallarında «Azərbmeşə» İstehsalat Birliyi» sözləri ismin müvafiq hallarında «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin;

b) «Köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatlarının məcburi sertifikatlaşdırılmasının təşkili və aparılması Qaydası»nın 2-ci, 4-cü və 6-cı bəndlərində ismin müvafiq hallarında «Azərbmeşə» İstehsalat Birliyi» sözləri ismin müvafiq hallarında «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 8 noyabr tarixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş «Yerin təki haqqında geoloji informasiyadan istifadənin qayda və şərtləri»nin 2.1-ci bəndində «Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinə (bundan sonra — Dövlətgeolkom)» sözləri «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (bundan sonra — ETSN)» sözləri ilə, 2.1.1-ci yarımbəndində «Dövlətgeolkom» sözü «ETSN» sözü ilə və 2.3-cü bəndində «Dövlətgeolkomun» sözü «ETSN-nin» sözü ilə əvəz edilsin.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 3 fevral tarixli, 15 nömrəli qərarı ilə təsdiq edilmiş «Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydası»nın 2-ci bəndinin ikinci abzasında «Azərbmeşə» İstehsalat Birliyi və Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi» sözləri «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 7 fevral tarixli, 16 nömrəli qərarı ilə təsdiq edilmiş «Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri Qaydaları»nın I bölməsinin 1.15-ci bəndinin istinadında və II bölməsinin 4.7-ci bəndinin on ikinci abzasında ismin müvafiq hallarında «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi» sözləri ismin müvafiq hallarında «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli, 32 nömrəli qərarı ilə təsdiq edilmiş «Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamə»nin 2.11-ci bəndində «geologiya və mineral ehtiyatlar, ekologiya və təbiətdən istifadə, standartlaşdırma və metrologiya, hidrometeorologiya» sözləri «ekologiya və təbii sərvətlər, standartlaşdırma və metrologiya» sözləri ilə əvəz edilsin.

39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş:

a) «Torpaq sahələrinin geri alınması və dövlət və ictimai ehtiyaclar üçün ayrılması barədə vəsatətlərin qaldırılması və onlara baxılması Qaydaları»nın 8-ci bəndinin beşinci abzasında «Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin» sözləri, 10-cu bəndində «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi» «Azərbmeşə» İstehsalat Birliyi» sözləri, 17-ci bəndinin «a» yarımbəndində «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin» sözləri ismin müvafiq hallarında «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin;

b) «Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi Qaydaları»nın 5-ci bəndində «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi» sözləri «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin.

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş:

a) «Meşələrin iqtisadi qiymətləndirilməsinin Metodikası»nın 2.7-ci bəndində «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi» sözləri və 2.4-cü, 2.5-ci, 2.8-ci və 3.4-cü bəndlərində «Azərbmeşə» İstehsalat Birliyi» sözləri «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin;

b) «Dövlət meşə kadastrının aparılması Qaydası»nın 5 — 10-cu bəndlərində ismin müvafiq hallarında «Azərbmeşə» İstehsalat Birliyi» sözləri ismin müvafiq hallarında «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin.

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli, 56 nömrəli qərarı ilə təsdiq edilmiş «Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları»nın 5-ci, 6-cı və 19-cu bəndlərində «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi» sözləri «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin.

42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli, 77 nömrəli qərarı ilə təsdiq edilmiş «Xüsusi qorunan su obyektlərinin kateqoriyalara aid edilməsi Qaydası»nın 6-cı, 7-ci, 9-cu, 10-cu və 11-ci bəndlərində ismin müvafiq hallarında «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi» sözləri, 14-cü və 15-ci bəndlərində «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin» sözləri ismin müvafiq hallarında «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin.

43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli, 78 nömrəli qərarı ilə təsdiq edilmiş «Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydaları»nın 2.2-ci, 3.2-ci, 3.18-ci və 3.29-cu bəndlərində ismin müvafiq hallarında «Azərbmeşə» İstehsalat Birliyi» sözləri ismin müvafiq hallarında «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin.

44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş:

a) Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya edilməsi, mühafizəsi, sağlamlaşdırılması və istifadəsi Qaydaları»nın 1-ci və 6-cı bəndlərində ismin müvafiq hallarında «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi» sözləri ismin müvafiq hallarında «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin;

b) «Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılmasına icazə verilməsi Qaydası»nın 2-ci bəndinin birinci abzasında «Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi (bundan sonra — Dövlətgeolkom)» sözləri «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra — ETSN)» sözləri ilə, 2-ci bəndinin ikinci abzasında, 3-cü, 4-cü, 6 — 13-cü bəndlərində ismin müvafiq hallarında «Dövlətgeolkom» sözü ismin müvafiq hallarında «ETSN» sözü ilə əvəz edilsin, 7-ci bəndindən «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin, Dövlət Hidrometeorologiya Komitəsinin» sözləri və 8 — 12-ci bəndlərindən «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin» sözləri çıxarılsın.

45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 30 iyun tarixli, 111 nömrəli qərarı ilə təsdiq edilmiş «Yerin təkindən istifadəyə xüsusi razılığın (lisenziyanın) birbaşa danışıqlar əsasında verilməsi halları»nın 1-ci bəndində «Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi» sözləri «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin.

46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli, 121 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəhərsalma proqramlarının baxılması və təsdiq olunması Qaydası»nın sonuncu abzasında «Dövlət Geologiya və Mineral Ehtiyatları Komitəsi, Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi» sözləri «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin.

47. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 125 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının «Qırmızı Kitabı» haqqında Əsasnamə»nin I bölməsinin 3-cü bəndində «Azərbmeşə» İstehsalat Birliyi, «Azərbalıq» Dövlət Balıqçılıq Təsərrüfatı Konserni ilə əlaqəli Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi» sözləri «ilə əlaqəli Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin, 4-cü bəndində «Azərbalıq» Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin və «Azərbmeşə» İstehsalat Birliyinin» sözləri və «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinə» sözləri müvafiq olaraq «Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin»«Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə» sözləri ilə əvəz edilsin, I bölməsinin 6-cı bəndində, III bölməsinin 2-ci, 4-cü və 5-ci bəndlərində, IV bölməsinin 1-ci və 3-cü bəndlərində və VI bölməsində ismin müvafiq hallarında «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi» sözləri, V bölməsinin 1-ci bəndində «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi» sözləri və «Azərbalıq» Dövlət Balıqçılıq Təsərrüfatı Konserni və «Azərbmeşə» İstehsalat Birliyinin» sözləri ismin müvafiq hallarında «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin.

48. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli, 2 nömrəli qərarı ilə təsdiq edilmiş:

a) «Azərbaycan Respublikasının təbiət parklarının ümumi Əsasnaməsi»nin 2.2 — 2.4-cü bəndlərində və 6-cı bölməsində ismin müvafiq hallarında «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi» sözləri ismin müvafiq hallarında «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin;

b) «Azərbaycan Respublikasının dövlət təbiət yasaqlıqlarının Ümumi Əsasnaməsi»nin 2.1 — 2.3-cü, 4.1-ci və 5.1-ci bəndlərində ismin müvafiq hallarında «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi» sözləri ismin müvafiq hallarında «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin;

c) «Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrının və monitorinqinin aparılması Qaydaları»nın 4.1 — 4.6-cı və 5.1-ci bəndlərində ismin müvafiq hallarında «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi» sözləri ismin müvafiq hallarında «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin.

49. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli, 40 nömrəli qərarı ilə təsdiq edilmiş «Ətraf mühitin mühafizəsi sahəsində informasiyanın verilməsi və dövlət statistikasının aparılması Qaydaları»nın 1 — 4-cü bəndlərində ismin müvafiq hallarında «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi» sözləri ismin müvafiq hallarında «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin.

50. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli, 41 nömrəli qərarı ilə təsdiq edilmiş:

a) «Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə»nin 4-cü, 5-ci, 9-cu və 10-cu bəndlərində «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi» sözləri «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin;

b) «Azərbaycan Respublikasında dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi Qaydası»nın I bölməsinin 1.5-ci bəndində, II bölməsinin 2.1-ci və 2.2-ci bəndlərində və IV bölməsində ismin m&