Faydalı Bölmələr

Azərbaycan Respublikası Prezidentinin Fərmanı


«Azərbaycan Respublikasında yaradılmış milli parkların əsasnamələrinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli, 106 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Azərbaycan Respublikasında yaradılmış milli parkların əsasnamələrinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli, 106 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Azərbaycan Respublikasında yaradılmış milli parkların əsasnamələrinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli, 106 nömrəli fərmanı ilə təsdiq edilmiş əsasnamələrdə aşağıdakı dəyişikliklər edilsin:

1. «Azərbaycan Respublikasının Şirvan Milli Parkı haqqında Əsasnamə»nin 7.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

«7.1. Milli Parkın strukturu, ştat cədvəli və xərclər smetası Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən təsdiq edilir»;

2. «Azərbaycan Respublikasının Ağgöl Milli Parkı haqqında Əsasnamə»nin 7.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

«7.1. Milli Parkın strukturu, ştat cədvəli və xərclər smetası Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən təsdiq edilir».

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV.

Bakı şəhəri, 31 avqust 2004-cü il.

№ 117.

«Azərbaycan» qəzetində dərc edilmişdir (4 sentyabr 2004-cü il, № 206)