• Bakı
  • Gündüz +27°C,
  • Gecə +17°C
  • Sumqayıt
  • Gündüz +26°C,
  • Gecə +18°C
  • Naxçıvan
  • Gündüz +31°C,
  • Gecə +12°C
  • Xankəndi
  • Gündüz +20°C,
  • Gecə +8°C
  • Şuşa
  • Gündüz +17°C,
  • Gecə +5°C
  • Xocalı
  • Gündüz +19°C,
  • Gecə +7°C
  • Xocavənd
  • Gündüz +18°C,
  • Gecə +6°C
  • Qubadlı
  • Gündüz +21°C,
  • Gecə +9°C
  • Zəngilan
  • Gündüz +22°C,
  • Gecə +10°C
  • Laçın
  • Gündüz +17°C,
  • Gecə +5°C
  • Kəlbəcər
  • Gündüz +17°C,
  • Gecə +5°C
  • Daşkəsən
  • Gündüz +18°C,
  • Gecə +6°C
  • Gədəbəy
  • Gündüz +19°C,
  • Gecə +7°C
  • Ağdam
  • Gündüz +28°C,
  • Gecə +14°C
  • Cəbrayıl
  • Gündüz +27°C,
  • Gecə +13°C
  • Füzuli
  • Gündüz +28°C,
  • Gecə +14°C
  • Gəncə
  • Gündüz +29°C,
  • Gecə +15°C
  • Qazax
  • Gündüz +28°C,
  • Gecə +14°C
  • Naftalan
  • Gündüz +29°C,
  • Gecə +15°C
  • Şəki
  • Gündüz +28°C,
  • Gecə +14°C
  • Ağstafa
  • Gündüz +22°C,
  • Gecə +12°C
  • Qəbələ
  • Gündüz +23°C,
  • Gecə +13°C
  • Şamaxı
  • Gündüz +23°C,
  • Gecə +14°C
  • Zaqatala
  • Gündüz +24°C,
  • Gecə +15°C
  • Xızı
  • Gündüz +17°C,
  • Gecə +8°C
  • Siyəzən
  • Gündüz +25°C,
  • Gecə +15°C
  • Şabran
  • Gündüz +25°C,
  • Gecə +15°C
  • Quba
  • Gündüz +22°C,
  • Gecə +12°C
  • Qusar
  • Gündüz +18°C,
  • Gecə +8°C
  • Xaçmaz
  • Gündüz +24°C,
  • Gecə +14°C
  • Kürdəmir
  • Gündüz +32°C,
  • Gecə +17°C
  • Yevlax
  • Gündüz +31°C,
  • Gecə +15°C
  • Ağcabədi
  • Gündüz +30°C,
  • Gecə +15°C
  • Ağdaş
  • Gündüz +31°C,
  • Gecə +16°C
  • Göyçay
  • Gündüz +31°C,
  • Gecə +16°C
  • Bərdə
  • Gündüz +30°C,
  • Gecə +14°C
  • İmişli
  • Gündüz +32°C,
  • Gecə +17°C
  • Salyan
  • Gündüz +29°C,
  • Gecə +14°C
  • Beyləqan
  • Gündüz +31°C,
  • Gecə +16°C
  • Saatlı
  • Gündüz +31°C,
  • Gecə +16°C
  • Hacıqabul
  • Gündüz +32°C,
  • Gecə +17°C
  • Masallı
  • Gündüz +30°C,
  • Gecə +18°C
  • Lənkəran
  • Gündüz +29°C,
  • Gecə +17°C
  • Lerik
  • Gündüz +23°C,
  • Gecə +12°C
  • Gündüz +27°C,
  • Gecə +13°C
Faydalı Bölmələr

Bir sıra dövlət orqanlarının əsasnamələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Bir sıra dövlət orqanlarının əsasnamələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

«Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli, 363 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi»nə dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli, 91 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 oktyabr tarixli, 7 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 10, maddə 615; 2001-ci il, № 6, maddə 408; 2002-ci il, № 5, maddə 270; 2003-cü il, № 10, maddələr 567, 585; 2004-cü il, № 8, maddə 617, № 12, maddə 1003; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 28 oktyabr tarixli, 166 nömrəli Fərmanı) ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə»də aşağıdakı dəyişikliklər və əlavə edilsin:

1.1. 5.22-ci bənd aşağıdakı redaksiyada verilsin:

«5.22. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin edir;»;

1.2. 5.34-cü bənd aşağıdakı redaksiyada verilsin:

«5.34. müvafiq sahədə kadr hazırlığını təmin edir, həmçinin mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görür;»;

1.3. aşağıdakı məzmunda 7-1-ci bənd əlavə edilsin:

«7-1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.»;

1.4. 8.4-cü bəndin altıncı və yeddinci abzasları aşağıdakı redaksiyada verilsin:

«Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;

müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aparatının, yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;».

2. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 11 yanvar tarixli, 72 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 1, maddə 25; 2002-ci il, № 8, maddə 485; 2003-cü il, № 10, maddə 585; 2004-cü il, № 7, maddə 537, № 10, maddə 799; 2005-ci il, № 12, maddə 1102; 2007-ci il, № 2, maddə 97, № 10, maddə 947; 2008-ci il, № 3, maddə 168, № 5, maddə 373, № 11, maddə 970) ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə»yə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

2.1. 1.4-cü bənddən «mərkəzi» sözü çıxarılsın və «qanunvericiliyə zidd olmayan» sözləri «qanunvericilikdə nəzərdə tutulan» sözləri ilə əvəz edilsin;

2.2. aşağıdakı məzmunda 2.12-ci və 2.13-cü bəndlər əlavə edilsin:

«2.12. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;

2.13. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək.»;

2.3. 5.1-ci və 5.7-ci bəndlərdən «mərkəzi» sözü çıxarılsın;

2.4. aşağıdakı məzmunda 5.8-1-ci bənd əlavə edilsin:

«5.8-1. Nazirliyin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir.».

3. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli, 454 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 162; 2005-ci il, № 9, maddə 797; 2006-cı il, № 5, maddə 400; 2007-ci il, № 4, maddə 323, № 12, maddə 1246; 2008-ci il, № 11, maddə 972) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə»yə aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

3.1. aşağıdakı məzmunda 8.4-1-ci bənd əlavə edilsin:

«8.4-1. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;»;

3.2. aşağıdakı məzmunda 12-1-ci bənd əlavə edilsin:

«12-1. Nazirliyin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.»;

3.3. 15.3-cü və 15.6-cı bəndlərdən «mərkəzi» sözü çıxarılsın;

3.4. 15.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

«15.5. Nazirliyin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;».

4. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli, 518 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 6, maddə 416; 2004-cü il, № 6, maddə 440, № 9, maddə 674; 2005-ci il, № 6, maddə 491, № 12, maddə 1102; 2006-cı il, № 7, maddə 592, № 8, maddə 659; 2007-ci il, № 6, maddə 615, № 9, maddə 869, № 10, maddə 947, № 11, maddə 1106; 2008-ci il, № 3, maddə 168, № 8, maddə 719; 2009-cu il, № 5, maddə 322) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»də aşağıdakı dəyişikliklər və əlavə edilsin:

4.1. 1.3-cü bənd üzrə:

4.1.1. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:

«Nazirliyin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.»;

4.1.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

«Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.»;

4.2. 3.1.35-ci bənd aşağıdakı redaksiyada verilsin:

«3.1.35. ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunması, cinayətkarlıqla mübarizə məsələlərinə dair əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini və nəşriyyat fəaliyyətinin həyata keçirilməsini təmin edir, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqəni təşkil edir, yayılan məlumatlar üzrə müvafiq qərarlar qəbul edir;»;

4.3. 5.3.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

«5.3.3. Nazirliyin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;»;

4.4. 5.3.4-cü bənddən «Nazirliyin mərkəzi aparatının strukturu barədə,» sözləri çıxarılsın;

4.5. 5.3.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

«5.3.5. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının və tabeliyində olan qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq edir, habelə Nazirliyin daxili nizam qaydalarını müəyyən edir;».

5. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli, 544 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 481; 2005-ci il, № 5, maddə 403; 2008-ci il, № 3, maddə 175, № 11, maddə 970; 2009-cu il, № 7, maddə 533; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 2 noyabr tarixli, 178 nömrəli Fərmanı) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»nin 7.14-cü bəndində «məlumatlandırılmasının» sözündən sonra «, internet saytının yaradılmasının, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsinin və bu informasiyanın daimi yeniləşdirilməsinin» sözləri əlavə edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 6 sentyabr tarixli, 576 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 9, maddə 591; 2003-cü il, № 10, maddələr 550, 585; 2004-cü il, № 1, maddə 19, № 12, maddə 994; 2005-ci il, № 10, maddə 910; 2006-cı il, № 5, maddə 409; 2007-ci il, № 6, maddə 606; 2008-ci il, № 5, maddə 361, № 9, maddə 798, № 11, maddə 970) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında Əsasnamə»yə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

6.1. 4-cü (birinci halda), 7-ci (birinci halda), 19.3-cü, 19.4-cü, 19.7-ci bəndlərdən, 17-ci bəndin ikinci cümləsindən, 20-ci bəndin birinci cümləsindən və 22-ci bəndin birinci cümləsindən «mərkəzi» sözü çıxarılsın;

6.2. 7-ci bənddə «qanunvericiliyə zidd olmayan» sözləri «qanunvericilikdə nəzərdə tutulan» sözləri ilə əvəz edilsin;

6.3. aşağıdakı məzmunda 9.8-1-ci bənd əlavə edilsin:

«9.8-1. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;»;

6.4. 19.2-ci bənddə «mərkəzi» sözü çıxarılsın və «təsdiq edir» sözlərindən sonra «, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir» sözləri əlavə edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli, 583 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 9, maddə 598; 2004-cü il, № 2, maddə 71, № 12, maddələr 994, 1005; 2005-ci il, № 10, maddə 910; 2008-ci il, № 11, maddə 970; 2009-cu il, № 7, maddə 521) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə»yə aşağıdakı əlavə və dəyişikliklər edilsin:

7.1. aşağıdakı məzmunda 9.10-1-ci bənd əlavə edilsin:

«9.10-1. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;»;

7.2. 15.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

«15.3. Müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının, yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;»;

7.3. 15.5-ci, 15.6-cı, 15.7-ci və 16-cı bəndlərdən «mərkəzi» sözü çıxarılsın;

7.4. 15.8-ci bənd aşağıdakı redaksiyada verilsin:

«15.8. Nazirliyin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;»;

7.5. 19-cu bənddə «rəhbərləri» sözü «nümayəndələri» sözü ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 avqust tarixli, 781 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 8, maddə 501; 2003-cü il, № 8, maddə 437; 2004-cü il, № 12, maddə 994; 2005-ci il, № 9, maddə 800; 2006-cı il, № 12, maddə 1046; 2007-ci il, № 2, maddə 97, № 4, maddə 325; 2008-ci il, № 2, maddə 51, № 3, maddə 187, № 11, maddə 970) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə»yə aşağıdakı əlavə və dəyişikliklər edilsin:

8.1. aşağıdakı məzmunda 8.13-1-ci bənd əlavə edilsin:

«8.13-1. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;»;

8.2. 9.12-ci bənd aşağıdakı redaksiyada verilsin:

«9.12. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək;»;

8.3. 13.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

«13.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Fondun aparatının, yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və Fondun illik büdcəsində Qanunla təsdiq olunmuş saxlanma xərcləri həddində onların xərclər smetasını təsdiq edir;»;

8.4. 13.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

«13.4. Fondun aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;»;

8.5. 13.6-cı, 13.7-ci, 14-cü və 15-ci bəndlərdən «mərkəzi» sözü çıxarılsın.

9. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli, 823 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 718; 2007-ci il, № 5, maddə 460, № 11, maddə 1117; 2008-ci il, № 6, maddələr 496, 497) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə»yə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

9.1. 3-cü bəndin üçüncü cümləsindən, 17.8-ci bənddən «mərkəzi» sözü çıxarılsın;

9.2. aşağıdakı məzmunda 9.30-cu bənd əlavə edilsin:

«9.30. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin edir.»;

9.3. 11.12-ci bənddən «fəaliyyəti haqqında ictimaiyyətə məlumat vermək,» sözləri çıxarılsın;

9.4. 13-cü bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

«Dövlət Sərhəd Xidmətinin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.»;

9.5. 17.3-cü bənddən «əsasnamələrini, nizamnamələrini təsdiq edir, onların» sözləri çıxarılsın;

9.6. aşağıdakı məzmunda 17.3-1-ci bənd əlavə edilsin:

«17.3-1. Dövlət Sərhəd Xidmətinin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;»;

9.7. 17.9-cu bənddən «mərkəzi aparatın strukturuna daxil olan qurumlar,» sözləri çıxarılsın;

9.8. 17.11-ci bənd aşağıdakı redaksiyada verilsin:

«17.11. müəyyən edilmiş struktur, əməkhaqqı fondu, hərbi qulluqçuların və işçilərin say həddi daxilində Dövlət Sərhəd Xidmətinin aparatının, yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;».

10. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 20 fevral tarixli, 855 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 2, maddə 87; 2008-ci il, № 11, maddə 970) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə»yə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

10.1. 5-ci bənd aşağıdakı redaksiyada verilsin:

«5. Agentliyin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.»;

10.2. 7.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

«7.4. dövlət satınalmaları sahəsində kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək;»;

10.3. 7.5-ci bənddə «çatdırılmasını» sözündən sonra «, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini» sözləri əlavə edilsin;

10.4. 12.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

«12.5. Agentliyin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq etmək, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim etmək;»;

10.5. aşağıdakı məzmunda 12.5-1-ci bənd əlavə edilsin:

«12.5-1. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Agentliyin aparatının, yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq etmək;»;

10.6. 12.6-cı bənddən «mərkəzi» sözü çıxarılsın.

11. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli, 857 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 2, maddə 89; 2008-ci il, № 6, maddə 487) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamə»yə aşağıdakı məzmunda 5.6-cı bənd əlavə edilsin:

«5.6. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək.».

12. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli, 880 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 286; 2006-cı il, № 11, maddə 945; 2007-ci il, № 6, maddə 601; 2008-ci il, № 8, maddə 719, № 11, maddələr 969, 970; 2009-cu il, № 2, maddə 64) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə»yə aşağıdakı əlavə və dəyişikliklər edilsin:

12.1. aşağıdakı məzmunda 8.8-1-ci bənd əlavə edilsin:

«8.8-1. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;»;

12.2. 14.4-cü, 14.5-ci, 14.7-ci, 14.9-cu və 15-ci bəndlərdən «mərkəzi» sözü çıxarılsın;

12.3. 14.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

«14.6. Nazirliyin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;».

13. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 9, maddə 485; 2005-ci il, № 10, maddə 910; 2006-cı il, № 9, maddə 741; 2008-ci il, № 11, maddə 970) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə»yə aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

13.1. aşağıdakı məzmunda 7.9-1-ci bənd əlavə edilsin:

«7.9-1. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;»;

13.2. 11-1-ci bənddə «siyahısını» sözündən sonra «və İdarənin işçilərinin say həddini» sözləri əlavə edilsin;

13.3. 13.2-ci və 13.3-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

«13.2. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində İdarənin aparatının, yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

13.3. İdarənin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;»;

13.4. 18-ci bənddə «rəhbərləri» sözü «nümayəndələri» sözü ilə əvəz edilsin.

14. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli, 16 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 22; 2005-ci il, № 10, maddə 910; 2008-ci il, № 11, maddə 970; 2009-cu il, № 2, maddə 59, № 7, maddə 532) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə»yə aşağıdakı əlavə və dəyişikliklər edilsin:

14.1. aşağıdakı məzmunda 7.9-1-ci bənd əlavə edilsin:

«7.9-1. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasının, internet saytının yaradılmasının, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən olunmuş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsinin və bu informasiyanın daimi yeniləşdirilməsinin təmin edilməsi;»;

14.2. 8.23-cü, 13.5-ci, 13.8-ci bəndlərdən, 21-ci bəndin üçüncü abzasından «mərkəzi» sözü çıxarılsın;

14.3. 13.3-cü və 13.4-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

«13.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının, yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

13.4. Nazirliyin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;»;

14.4. 19-cu bənddə «rəhbərləri» sözü «nümayəndələri» sözü ilə əvəz edilsin;

14.5. 20-ci bəndin ikinci abzasında «mərkəzi aparatın» sözləri «Nazirliyin aparatının» sözləri ilə əvəz edilsin.

15. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 mart tarixli, 43 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 144, № 9, maddə 677; 2005-ci il, № 6, maddə 480, № 10, maddə 910; 2006-cı il, № 12, maddə 1055; 2007-ci il, № 11, maddələr 1106, 1117; 2008-ci il, № 3, maddə 177) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi haqqında Əsasnamə»yə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

15.1. 3-cü bəndin üçüncü cümləsindən «mərkəzi» sözü çıxarılsın;

15.2. aşağıdakı məzmunda 8.28-1-ci bənd əlavə edilsin:

«8.28-1. internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin edir;»;

15.3. 11-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

«Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.»;

15.4. 16.3-cü bənddən «əsasnamələrini təsdiq edir, onların» sözləri çıxarılsın;

15.5. aşağıdakı məzmunda 16.3-1-ci bənd əlavə edilsin:

«16.3-1. Nazirliyin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;»;

15.6. 16.11-ci bənd aşağıdakı redaksiyada verilsin:

«16.11. müəyyən edilmiş struktur, əməkhaqqı fondu, hərbi qulluqçuların və işçilərin say həddi daxilində Nazirliyin aparatının və tabeliyində olan qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;».

16. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli, 111 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 619; 2008-ci il, № 11, maddə 970; 2009-cu il, № 7, maddə 533) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamə»yə aşağıdakı əlavə və dəyişikliklər edilsin:

16.1. aşağıdakı məzmunda 9.4-1-ci bənd əlavə edilsin:

«9.4-1. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;»;

16.2. 10.43-cü bənd aşağıdakı redaksiyada verilsin:

«10.43. rabitə və informasiya texnologiyaları sahəsində kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək;»;

16.3. 15.5-ci və 15.6-cı bəndlər aşağıdakı redaksiyada verilsin:

«15.5. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının, yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

15.6. Nazirliyin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;»;

16.4. 15.7-ci, 15.8-ci bəndlərdən və 16-cı bəndin birinci cümləsindən «mərkəzi» sözü çıxarılsın;

16.5. 22-ci bənddən «rəhbərləri» sözü çıxarılsın.

17. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli, 133 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 10, maddə 789) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti haqqında Əsasnamə»yə aşağıdakı məzmunda 7.6-cı bənd əlavə edilsin:

«7.6. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək.».

18. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli, 187 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 63; 2008-ci il, № 3, maddə 168, № 11, maddə 970) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»yə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

18.1. 1.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

«1.4. Komitənin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.»;

18.2. aşağıdakı məzmunda 2.9-1-ci və 2.9-2-ci bəndlər əlavə edilsin:

«2.9-1. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;

2.9-2. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək;»;

18.3. 5.1-ci və 5.5.4-cü bəndlərdən «mərkəzi» sözü çıxarılsın;

18.4. 5.5.2-ci və 5.5.3-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

«5.5.2. Komitənin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;

5.5.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Komitənin aparatının, yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;»;

18.5. 5.12-ci bənddən «rəhbərləri» sözü çıxarılsın.

19. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 fevral tarixli, 195 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 71; 2008-ci il, № 5, maddə 372) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının vergi xidməti orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələr və bu vəzifələrə uyğun xüsusi rütbələrin Siyahısı»nın «Azərbaycan Respublikası Vergilər Nazirliyinin mərkəzi aparatı» bölməsinin adından və beşinci qrafasından «mərkəzi» sözü çıxarılsın.

20. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 3, maddə 161, № 12, maddə 1102; 2007-ci il, № 10, maddə 947; 2008-ci il, № 11, maddə 970) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə»yə aşağıdakı əlavə və dəyişikliklər edilsin:

20.1. aşağıdakı məzmunda 7.5-1-ci bənd əlavə edilsin:

«7.5-1. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;»;

20.2. 13.3-cü, 13.4-cü, 13.5-ci və 14-cü bəndlərdən «mərkəzi» sözü çıxarılsın;

20.3. 13.6-cı bənddə «mərkəzi aparatın» sözləri «Nazirliyin aparatının» sözləri ilə əvəz edilsin;

20.4. 19-cu bənddən «rəhbərləri» sözü çıxarılsın.

21. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli, 219 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 294; 2006-cı il, № 12, maddə 1047) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə»yə aşağıdakı məzmunda 6.4-1-ci bənd əlavə edilsin:

«6.4-1. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasının, internet saytının yaradılmasının, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsinin və bu informasiyanın daimi yeniləşdirilməsinin təmin edilməsi;».

22. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli, 226 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 301; 2006-cı il, № 2, maddə 91, № 5, maddə 397; 2007-ci il, № 2, maddə 87; 2008-ci il, № 6, maddə 488, № 11, maddə 970; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 28 oktyabr tarixli, 166 nömrəli Fərmanı) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə»yə aşağıdakı əlavə və dəyişikliklər edilsin:

22.1. aşağıdakı məzmunda 10.13-1-ci bənd əlavə edilsin:

«10.13-1. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;»;

22.2. 18.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

«18.2. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının, bilavasitə tabeliyində olan və büdcədən maliyyələşən qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;»;

22.3. 18.3-cü bənd çıxarılsın;

22.4. 18.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

«18.5. Nazirliyin aparatının struktur bölmələrinin və bilavasitə tabeliyində olan qurumlarının əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;»;

22.5. 25-ci bənddən «rəhbərləri» sözü çıxarılsın.

23. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli, 247 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 484; 2007-ci il, № 11, maddə 1108; 2008-ci il, № 5, maddələr 360, 363, № 11, maddə 970; 2009-cu il, № 6, maddə 419) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında Əsasnamə»yə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

23.1. 7-ci bənd aşağıdakı redaksiyada verilsin:

«7. Komissiyanın saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.»;

23.2. aşağıdakı məzmunda 9.6-2-ci və 9.6-3-cü bəndlər əlavə edilsin:

«9.6-2. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;

9.6-3. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək;»;

23.3. 15.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

«15.4. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Komissiyanın aparatının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;»;

23.4. aşağıdakı məzmunda 15.4-1-ci bənd əlavə edilsin:

«15.4-1. Komissiyanın aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;»;

23.5. 21-ci bənddən «rəhbərləri,» sözü çıxarılsın.

24. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli, 287 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 719; 2008-ci il, № 11, maddə 970; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 oktyabr tarixli, 176 nömrəli Fərmanı) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında Əsasnamə»yə aşağıdakı əlavə və dəyişikliklər edilsin:

24.1. aşağıdakı məzmunda 7.9-1-ci bənd əlavə edilsin:

«7.9-1. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;»;

24.2. 14.3-cü və 14.4-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

«14.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Agentliyin aparatının və tabeliyində olan qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

14.4. Agentliyin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;»;

24.3. 14.5-ci və 14.6-cı bəndlərdən «mərkəzi» sözü çıxarılsın;

24.4. 20-ci bənddən «rəhbərləri» sözü çıxarılsın.

25. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli, 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 323, № 12, maddə 1034; 2007-ci il, № 11, maddə 1105, № 12, maddə 1246; 2009-cu il, № 7, maddə 533; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 1 oktyabr tarixli, 160 nömrəli Fərmanı) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə»yə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

25.1. 6-cı bənddə «mövcud qanunvericiliyə zidd olmayan» sözləri «qanunvericilikdə nəzərdə tutulan» sözləri ilə əvəz edilsin;

25.2. 9.36-cı bənddə «bu məqsədlə internet saytından istifadə etmək» sözləri «internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək» sözləri ilə əvəz edilsin;

25.3. 9.50-ci bənddə «ezam etmək» sözlərindən sonra «həmçinin mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək,» sözləri əlavə edilsin;

25.4. 10.22-ci bənd və 10.32-ci bənddən «, internet saytı yaratmaq və ondan istifadə etmək» sözləri çıxarılsın;

25.5. 11-ci, 16.4-cü və 16.5-ci bəndlərdən «mərkəzi» sözü çıxarılsın;

25.6. 12-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

«Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.»;

25.7. 16.3-cü bənddə «Nazirliyin struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir» sözləri «Nazirliyin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumları istisna olmaqla) əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir» sözləri ilə əvəz edilsin;

25.8. 26-cı bənddən «rəhbərləri» sözü çıxarılsın.

26. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli, 392 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 324, № 10, maddə 849; 2008-ci il, № 7, maddə 612, № 8, maddə 715, № 11, maddə 970) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə»yə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

26.1. 5-ci bənddə «mövcud qanunvericiliyə zidd olmayan» sözləri «qanunvericilikdə nəzərdə tutulan» sözləri ilə əvəz edilsin;

26.2. 8.9-cu bənddə «məlumatlandırılmasını» sözündən sonra «, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini» sözləri əlavə edilsin;

26.3. 8.13-cü bənddə «təmin etmək» sözlərindən sonra «həmçinin mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək və» sözləri əlavə edilsin;

26.4. 9.9-cu bənd və 9.12-ci bənddən «, internet saytı yaratmaq və ondan istifadə etmək» sözləri çıxarılsın;

26.5. 14.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

«14.2. Nazirliyin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;»;

26.6. 21-ci bənddən «rəhbərləri» sözü çıxarılsın.

27. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli, 393 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 325, № 9, maddə 737; 2007-ci il, № 2, maddə 85, № 4, maddə 330; 2008-ci il, № 8, maddə 715, № 11, maddə 970) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə»yə aşağıdakı dəyişikliklər və əlavə edilsin:

27.1. 5-ci bənddə «mövcud qanunvericiliyə zidd olmayan» sözləri «qanunvericilikdə nəzərdə tutulan» sözləri ilə əvəz edilsin;

27.2. 8.13-cü bənddə «məlumatlandırılmasını» sözündən sonra «, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini» sözləri əlavə edilsin;

27.3. 8.14-cü bənddə «həyata keçirmək və onların seçilib yerləşdirilməsini təmin etmək, habelə ixtisasartırma, yenidən hazırlanma» sözləri «təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək» sözləri ilə əvəz edilsin;

27.4. 9.6-cı bənd və 9.8-ci bənddən «, internet saytı yaratmaq və ondan istifadə etmək» sözləri çıxarılsın;

27.5. 14.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

«14.2. Nazirliyin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;»;

27.6. 21-ci bənddən «rəhbərləri» sözü çıxarılsın.

28. «Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli, 394 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 326; 2008-ci il, № 2, maddə 50, № 4, maddə 260, № 6, maddə 508; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 sentyabr tarixli, 158 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

28.1. həmin Fərmanla təsdiq edilmiş «Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə» üzrə:

28.1.1. 5-ci bənddə «mövcud qanunvericiliyə zidd olmayan» sözləri «qanunvericilikdə nəzərdə tutulan» sözləri ilə əvəz edilsin;

28.1.2. 8.2.2-ci bənddə «və ya nizamnamələrini» sözləri çıxarılsın;

28.1.3. 8.76-cı, 10-cu, 10.1-ci, 10.10.3-cü, 10.10.6-cı, 10.11-ci bəndlərdən və 10.2-ci bəndin ikinci abzasından «mərkəzi» sözü çıxarılsın;

28.1.4. 8.59-cu bənd aşağıdakı redaksiyada verilsin:

«8.59. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək;»;

28.1.5. 8.61-ci bənddə «məlumatlandırmaq» sözündən sonra «, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək» sözləri əlavə edilsin;

28.1.6. 9.27-ci bənd və 9.29-cu bənddən «, internet səhifəsi yaratmaq və ondan istifadə etmək» sözləri çıxarılsın;

28.1.7. 10.2-ci bəndin birinci abzasına aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

«Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.»;

28.1.8. aşağıdakı məzmunda 10.10.3-1-ci bənd əlavə edilsin:

«10.10.3-1. Nazirliyin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumları istisna olmaqla) əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;»;

28.1.9. 10.10.8-ci bənddə «mərkəzi» sözü «Nazirliyin» sözü ilə əvəz edilsin;

28.1.10. 10.21-ci bənddən «rəhbərləri» sözü çıxarılsın;

28.2. həmin Fərmanla təsdiq edilmiş «Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Strukturu»nun birinci abzasından «Mərkəzi» sözü çıxarılsın.

29. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli, 395 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 327; 2008-ci il, № 8, maddə 720, № 11, maddələr 970, 980) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə»yə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

29.1. 5-ci bənddə «mövcud qanunvericiliyə zidd olmayan» sözləri «qanunvericilikdə nəzərdə tutulan» sözləri ilə əvəz edilsin;

29.2. 8.10-cu bənddə «məlumatlandırılmasını» sözündən sonra «, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini» sözləri əlavə edilsin;

29.3. 8.11-ci bənddə «təmin etmək» sözlərindən sonra «, həmçinin mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək» sözləri əlavə edilsin;

29.4. 9.7-ci bənd və 9.9-cu bənddən «, internet saytı yaratmaq və ondan istifadə etmək» sözləri çıxarılsın;

29.5. 15.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

«15.2. Administrasiyanın aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;»;

29.6. 22-ci bənddən «rəhbərləri» sözü çıxarılsın.

30. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli, 404 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 402; 2008-ci il, № 11, maddə 970; 2009-cu il, № 7, maddə 526) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamə»yə aşağıdakı dəyişikliklər və əlavə edilsin:

30.1. 6-cı bənddə «mövcud qanunvericiliyə zidd olmayan» sözləri «qanunvericilikdə nəzərdə tutulan» sözləri ilə əvəz edilsin;

30.2. 9.36-cı bənddə «məlumatlandırılmasını» sözündən sonra «, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini» sözləri əlavə edilsin;

30.3. 9.37-ci bənd aşağıdakı redaksiyada verilsin:

«9.37. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək;»;

30.4. 10.16-cı bənd və 10.18-ci bənddən «, internet saytı yaratmaq və ondan istifadə etmək» sözləri çıxarılsın;

30.5. 15.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

«15.2. Nazirliyin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumları istisna olmaqla) əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;»;

30.6. 22-ci bənddən «rəhbərləri» sözü çıxarılsın.

31. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli, 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 411, № 8, maddə 680; 2007-ci il, № 6, maddə 602, № 8, maddə 770, № 10, maddə 947; 2008-ci il, № 7, maddə 612, № 11, maddələr 967, 970; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 28 oktyabr tarixli, 166 nömrəli Fərmanı) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə»yə aşağıdakı dəyişikliklər və əlavə edilsin:

31.1. 5-ci bənddə «mövcud qanunvericiliyə zidd olmayan» sözləri «qanunvericilikdə nəzərdə tutulan» sözləri ilə əvəz edilsin;

31.2. 8.27-ci bənddə «məlumatlandırılmasını» sözündən sonra «, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini» sözləri əlavə edilsin;

31.3. 9.24-cü bənddən «, internet saytı yaratmaq və ondan istifadə etmək» sözləri çıxarılsın;

31.4. 14.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

«14.2. Nazirliyin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;»;

31.5. 21-ci bənddən «rəhbərləri» sözü çıxarılsın.

32. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 9 avqust tarixli, 444 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 670; 2007-ci il, № 3, maddə 233, № 5, maddə 455, № 8, maddə 768, № 11, maddələr 1094, 1105; 2008-ci il, № 5, maddə 373, № 11, maddə 970) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»yə aşağıdakı dəyişikliklər və əlavə edilsin:

32.1. 5-ci bənddə «mövcud qanunvericiliyə zidd olmayan» sözləri «qanunvericilikdə nəzərdə tutulan» sözləri ilə əvəz edilsin;

32.2. 8.15-ci bənd aşağıdakı redaksiyada verilsin:

«8.15. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək;»;

32.3. 8.19-cu bənddə «məlumatlandırılmasını» sözündən sonra «, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini» sözləri əlavə edilsin;

32.4. 9.14-cü bənd və 9.17-ci bənddən «, internet saytı yaratmaq və ondan istifadə etmək» sözləri çıxarılsın;

32.5. 21-ci bənddən «rəhbərləri» sözü çıxarılsın.

33. «Ədliyyə orqanlarının inkişafı haqqında» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli, 446 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 671; 2007-ci il, № 12, maddə 1223) 4-cü bəndindən «mərkəzi» sözü çıxarılsın.

34. «Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və işçilərin say həddinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 sentyabr tarixli, 462 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 740; 2008-ci il, № 1, maddə 6) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

34.1. Fərmanın 3-cü bəndindən «mərkəzi» sözü çıxarılsın;

34.2. həmin Fərmanla təsdiq edilmiş «Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi haqqında Əsasnamə» üzrə:

34.2.1. 5-ci bənddə «mövcud qanunvericiliyə zidd olmayan» sözləri «qanunvericilikdə nəzərdə tutulan» sözləri ilə əvəz edilsin;

34.2.2. 8.8-ci bənddə «lazımi kadr hazırlığını təmin etmək» sözlərindən sonra «, həmçinin mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək» sözləri əlavə edilsin;

34.2.3. aşağıdakı məzmunda 8.8-1-ci bənd əlavə edilsin:

«8.8-1. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;»;

34.2.4. 9.6-cı bənd və 9.8-ci bənddən «, internet saytı yaratmaq və ondan istifadə etmək» sözləri çıxarılsın;

34.2.5. 10-cu bəndin birinci cümləsindən, 14.4-cü və 14.5-ci bəndlərdən «mərkəzi» sözü çıxarılsın;

34.2.6. 11-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

«Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir»;

34.2.7. 14.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

«14.3. Nazirliyin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;»;

34.2.8. 21-ci bənddən «rəhbərləri» sözü çıxarılsın.

35. «Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı