Ümumdünya Su Məməlilərinin Mühafizəsi Günü

19 fevral tarixində Ümumdünya Su Məməlilərinin Mühafizəsi Günü qeyd edilir (Balinalar Günü). Bu gün təkcə balinalar deyil, bütün dəniz məməliləri və dəniz və okeanlarda yaşayan bütün canlı varlıqlar mühafizə olunur.
Bu gün 1986-cı ildən keçirilməyə başlamışdır, 200 il ərzində balinaların məhv edilməsindən sonra Beynəlxalq balinalar komissiyası onların ovlanmasına qadağa qoymuşdur. Bu qadağa hələ də qüvvədədir və iri balinaların ovlanması və balina ətinin ticarəti qanunla qadağan edilmişdir. Hər il müxtəlif təbiəti mühafizə qrupları və təşkilatları balinaların və digər su məməlilərinin mühafizəsinə diqqəti cəlb etmək məqsədilə çoxsaylı aksiyalar keçirirlər.